www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
919
E-antologiya:
çağdaĢ filoloji materiallar
danıĢılan söhbət və əhvalatlarda üzə çıxması və bir çox
digər xüsusiyyətlər bu əsərdə də özünü göstərir. Xüsusilə,
Qorqudun bir çox mətləblərin açılmasında yuxuda
gördüklərinin əhəmiyyəti dediklərimizi bir daha sübut
edir. Digər tərəfdən, Qorqudun bütün hadisələrdən
xəbərdar olması, hamının inanaraq öz sirrini ona deməsi,
onun qeyri-adi bir insan olması - müqəddəsləĢdirilməsi və
s. məsələlər də bu qəbildəndir.
ġah Ġsmayılla bağlı hissələr isə daha böyük maraq
doğurur. Əvvəla, Azərbaycan tarixinin daha qədim
dövrlərindən birdən-birə Səfəvilər hakimiyyəti illərinə
düĢmək öncə oxucunu bir az çaĢdırır. Ancaq müəllif
məharətlə çıxıĢ yolu tapır. Bütün hadisələrin
yuxugörmələr, Nur daĢı ilə danıĢmalar vasitəsilə
verilməsi, əsərdə gözəgörünməz sirli bir qüvvənin də
varlığından xəbər verir. ġah Ġsmayıl hələ sağlığında
özünəoxĢar bir insanı yerinə hazırlayır. DuruĢu, baxıĢı,
boy-buxunu, ədaları, hətta Ģairliyilə ġah Ġsmayılın eyni
olan bu insanı yerinə hazırlamaqda onun məqsədi nə idi?
Görünür, ġah özündən sonra da onun qayda-qanunlarının
yaĢamasını, xalqı idarə etmənin özünün varlığı zamanında
olduğu kimi qalmasını arzulayır. Odur ki, ġahın həyatda
olmadığı bir məqamda da onun xofu camaatın baĢı
üzərindən əksik olmur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
920
E-antologiya:
çağdaĢ filoloji materiallar
Romanda maraq doğuran bir sıra qadın obrazları vardır.
Müəllif bu obrazların hər birinin vasitəsilə müəyyən
mətləbləri diqqətə çatdırmaq istəmiĢdir.
Qazanın arvadı Burla xatun xanlar xanı Bayandır xanın
qızı olduğu üçün ona aid olmayan iĢlərə baĢ qoĢur, bundan
sui-istifadə edir.
Boğazca Fatma ana olmaqla bərabər həm də çox hiyləgər
bir insan kimi verilir. Digər tərəfdən, istər-istəməz
düĢünürsən ki, eli, toplumu idarə edə bilən bu ər igidləri
Boğazca qarı necə olur ki, aldada bilir? Oğlunu ölümdən
qurtarmaq üçün Qazan xandan tutmuĢ digər bəylərin
hamısını aldadaraq ayrı-ayrılıqda oğlunun onların övladı
olduğunu deməklə tək övladını ölümdən qurtara bilir.
Burada ikinci, digər bir cəhət də oxucunun gözündən
yayınmır. Deməli, səlahiyyət sahibi olan bu insanlar heç
də özlərinə arxayın deyillər. Boğazca Fatma onların bu
zəif cəhətlərini bildiyindəndir ki, istəyinə asanlıqla nail
olur. Nəhayət, digər bir cəhət isə onların tutduqları yüksək
mənsəbdən dövlət maraqları üçün deyil, Ģəxsi maraqları
üçün istifadə etmələri aĢkarlanır.
Əsərin "Yarımçıq əlyazma" adlandırılması, əlyazmada
yazıların pozulması və yarımçıq qalmıĢ bəzi məsələlər də
diqqətdən yayınmır. Müəllifin qurduğu forma ilə əsərin
məzmunu arasında eynilik mövcuddur. Göründüyü kimi,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
921
E-antologiya:
çağdaĢ filoloji materiallar
roman "Yarımçıq əlyazma" adlanır. Yəni əsər hələ
tamamlanmayıb. Çox mətləblərə aydınlıq gətirilməyib.
Kamal Abdulla həmin problemlərin bu gün də öz həllini
gözlədiyini nəzərə çatdırır. Keçən bu əsrlər ərzində
yarımçıq qalan ziddiyyətlər, problem və naqisliklər həll
olunmayıb. Romanın Bayandır xanın "...Deyəcəyəm,
həpsini deyəcəyəm. Dinlə məni, gərəkin olacaqdır. Babam
Qamğan derdi ki,..." yarımçıq cümləsi ilə bitməsi də bir
daha dediklərimizi sübut edir.
Ruhumu titrədən, məni düĢündürən, qürurlandıran, həm
də mütəəssir edən romanın təsiri altında qələmə alınmıĢ
bu yazıda təbii ki, Ģəxsi fikir və düĢüncələr üstünlük təĢkil
edir. Ancaq bütün müsbət keyfiyyətlərinə baxmayaraq
Kitabi-Dədə Qorqud dastanlarından tanıdığımız Qazan
xan, Beyrək və s. obrazların bu romanda qüsurlu, kobud
səhvlər edən insanlar kimi təqdim edilməsi bir az qəribə
görünür. Çünki oxucu qəhrəmanların çoxunu dastandan
kifayət qədər tanıyır və sevir.
Tövsiyə xarakterli digər iradımız isə əsərin əvvəlində
dünyanın qədim xalqları sırasında müəllifin bədnam
qonĢularımızın da adını çəkməsilə (səh.9) bağlıdır. Kamal
Abdullanın bir alim-tədqiqatçı olaraq tarixi həqiqətlərə
vicdanla yanaĢmasını qəbul edirik. Çox zaman həqiqətdən
möhkəm-möhkəm yapıĢaraq bu naqis, paxıl, xüdbin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
922
E-antologiya:
çağdaĢ filoloji materiallar
millətin bir vaxt yazdıqlarımızı əsas gətirərək, bizi öz
əlimizlə vurmağa çalıĢacaqlarını, həmən mənbədən bizə
qarĢı istifadə edəcəklərini unuduruq. Müəllifin vətən və
millət sevgisinə zərrə qədər Ģübhə etmədən bunları
söyləməyi özümüzə borc bildik.
Təbii ki, məzmununda böyük mətləb və ideya daĢıyan bir
əsər üçün de-diklərimiz çox cüzi iradlardır.
Əsərlə bağlı fikirlərimizi belə yekunlaĢdıra bilərik. Bu gün
bütün dünyada mənəvi köklərə qayıdıĢ prosesi gedir. Artıq
millətindən asılı olmayaraq hamı dərk edir ki, mənəvi
əsaslara söykənməyən cəmiyyət gec-tez iflasa uğrayır.
Bunu dərk etdikləri üçün hər kəs soy-kökünü öyrənmək,
araĢdırmaq, həyata tətbiq etməklə mənəvi çürümənin,
mənəvi tənəzzülün qarĢısını almağa çalıĢır. Biz də
bəĢəriyyətin bir parçası olaraq bu mütərəqqi prosesdən
kənarda qala bilmərik. Və qalmırıq.
RÜSTƏM ĠBRAHĠMBƏYOVUN 70 YAġI
ĠNSANDA ĠNSANLIĞIN TƏRƏNNÜMÜ
Dostları ilə paylaş: |