www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
915
E-antologiya:
çağdaĢ filoloji materiallar
Əsərdə elə hissələr var ki, onları təsirlənmədən, daxili
sarsıntı keçirmədən oxumaq olmur. Ġstintaqın baĢa
çatması məqamında məlum olur ki, xanlar xanı Bayandır
xana hər Ģey əvvəldən aydınmıĢ. Onun məqsədi Qalın
Oğuzu içəridən gəmirən canavarı tapmaqdır. Bu isə kimə
aydın olmasa da Bayandır xana məlumdur. Ən sonda
xanlar xanı içini dağıdan mətləbləri heç kimə yox, yalnız
Oğuza söyləyir. "Bilirəm bir zaman gələcək, gərəyin
olacaq. Qorqud, oğul, ava gedən qonaq bütün ordunu özü
ilə apararmı?... Qazan ava çıxınca Aruz ona doğru getdi
sordu: Uzağa, çox uzağa qorxulu səfərə gedirsən, yurdda
ordun üstünə kimi qorsan? Qazan nə etdi? Aruzu ordusu
üzərinə qoymadı, ağzından süd qoxusu gələn oğlançığını
qoydu. Aruzu küsdürdü. Aruz Qazandan sonra birinci
olmaq dilər. Qoymadı, olmaz dedi, mən səni saymanam,
dedi. Sonuc? DüĢmən yurdu daradı, ulu savaĢ oldu...
Bəkilin yediyini burnundan tökdü, hünərinə sənin hünərin
deyil, atın hünəridir dedi. Bəkili dəxi küsdürdü. Bəkil geri
evinə gedər oldu, Oğuza asi olmaq istədi, qoymadılar, ava
çıxdı, dərdini dağıtsın deyin, atdan yıxıldı, sındı, düĢmən
Qoca Təkur Oğuzun sınırına qondu. Sonuc? Yenə savaĢ!
Bunları Qazan yapdı, Qorqud, Qazan... düĢünürmüsən?
Bu yana, qavat oğlu qavat evini yağmalatdı. Ġç Oğuzu
çağırdı, bu dəfə DıĢ Oğuzu çağırmadı. Səbəb nə idi?... Bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
916
E-antologiya:
çağdaĢ filoloji materiallar
səbəb yox ki. Bəylərbəyinin kefi belə istədi, demi?
Olurmu? Olurmu soruram, Qorqud? Sənə soruram.
Olmaz! Olmaz, Qorqud, oğul, olmaz. Heç olmaz."
Göründüyü kimi, düĢmənçilik ədalətsizlikdən törəyir.
Hakimiyyət isə hər Ģeydən əvvəl ədalət tələb edir. Qazan
xan isə təcrübəsinə, yaĢına baxmayaraq uzaq səfərə
gedərkən ordunun baĢında Aruzu deyil, öz oğlunu
qoymaqla sonrakı bəlaların özülünü qoyur. Ədalətin
pozulmasıyla dövlətin əsasları laxlayır. DıĢ və Ġç Oğuz
arasında olan mübarizə, narazılıq bunun üstündə rəvac
tapır. Oğuzun parça-parça olmasının təməli qoyulur, daxili
çəkiĢmələrə gətirib çıxarır.
Bəlkə də əsərdən gətirdiyimiz sitat həcminə görə çoxdur.
Ancaq Bayandır xanın dediklərindən bir sözü belə
çıxarmaq günahdır. Çünki xanlar xanının dedikləri
ibrətamizdir. Elin, ulusun baĢında duran Qazan
ədalətsizlik etdiyi üçün digər ədalətsizliklərin baĢ alıb
getməsinə özü rəvac verir, zəhməti olanlara deyil, heç bir
iĢ görməyərək hazıra nazir olanlara meydan verilir.
Deməli, məhĢər günü yaxınlaĢır. Bayandır xan isə ağıllı,
tədbirli, uzaqgörən bir baĢçı kimi bunları görür,
yaxınlaĢan fəlakətin qarĢısını almaq üçün yollar axtarır.
Qurulan istintaq da məhz bu səbəbdən reallaĢır, nəticədə
isə bir çox qaranlıq mətləblərə aydınlıq gəlir. Əsər irili-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
917
E-antologiya:
çağdaĢ filoloji materiallar
xırdalı bir çox problemləri özündə ehtiva edir. Romanın
baĢ xətti vətən, onun tarixi və bütövlüyüdür. Təbii ki,
fikirlərimizi yenə də romandan gətirdiyimiz parçalarla
təsbit etməyə çalıĢacağıq.
"Bir dəxi onlara adam salalım əhvalatı necə var eləcə də
söyləyəlim! Xanlar xanı bir tədbir töksün. Bu gün DıĢ
Oğuzun baĢı dərdli isə, sabah Ġç Oğuz, sonra baxarsan
Qalın Oğuzun baĢı dərdə girər".
Güman edirik ki, romandan gətirdiyimiz bu sitatın heç bir
izaha ehtiyacı yoxdur. Dövlət yaratmaq, onu qorumaq,
ədalətlə idarə etmək qədim türklərin ən böyük tanrı
vergisi, onları baĢqalarından fərqləndirən xüsusiyyətlər
idi. Təsadüfi deyildir ki, bəzi Avropa mənbələrinin və
alimlərinin yazdığı kimi, Avropa xalqları dövlət qurmağı
və döyüĢməyi türklərdən öyrəndilər. Ancaq sonrakı tarixi
inkiĢaf göstərdi ki, daxili çəkiĢmələr, ədalətsiz idarəçilik,
mənəmlik iddiaları onların ən zəif cəhətləri kimi,
məğlubiyyət və süqutlarının əsasını qoydu.
"Yarımçıq əlyazma" əsərində bir çox problemlərlə yanaĢı,
insanı düĢündürən, böyük idraki əhəmiyyət kəsb edən
məsələlər də var. Bu günümüz üçün son dərəcə aktual
olan fikir və mülahizələr insanı bir daha dönüb keçmiĢinə
baxmağa, bu günümüzün özündə belə amansız zamanın
silə bilmədiyi izləri görməyə imkan yaradır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
918
E-antologiya:
çağdaĢ filoloji materiallar
Doğrudan da dastanda olan bəzi fikir, mülahizə və atalar
sözlərinə çevrilmiĢ deyimlərin yaranma Ģəraiti və səbəbi
aydınlaĢır. DüĢünürük ki, dastanı tədqiq edən tədqiqatçılar
diqqətlə əsəri oxusalar, oradan yeni məlumatlar əldə edə
bilərlər. Tariximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə,
bütünlükdə söykökümüzlə bağlı olan nəinki, yarımçıq
əlyazmaların, hətta kiçik bir yazının, hətta səhifənin də
böyük qiyməti var. BaĢqa xalqlar tarixlərinin daha zəngin,
daha qədim olduğunu göstərmək üçün dəridən-qabıqdan
çıxdıqları bir zamanda biz daha diqqətli, daha ayıq
olmalıyıq.
"Yarımçıq əlyazma"da ədalətin istintaq Ģəklində üzə
çıxması məsələsi ilə millətin, dövlətin bütövlük məsələsi
önə çıxır. DanıĢılanlar, yuxugörmələr, Nur daĢı ilə
söhbətlər, bəzi insanların sirlərini Qorquda danıĢması bir
xəttə - Ġç və DıĢ Oğuzun bütövlüyünü qorumağa,
həmçinin ikitirəliyin, bölücülüyün əsasının qoyulmasına
"yardımçı" olanların üzə çıxmasına səbəb olur. Əslində
casusun kimlər tərəfindən qaçırılması ətrafında baĢlanmıĢ
istintaq daha böyük məsələləri aydınlaĢdırır.
Qorqudun yuxu adı altında bildiklərini Bayandır Xana
çatdırması bütün bu əhvalata yeni bir ahəng, yeni bir çalar
verir. Azərbaycan nağıllarından gələn - haqq aĢiqlərinə
yuxuda buta verilməsi, hadisələrin bəzi məqamlarda
Dostları ilə paylaş: |