Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə225/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   221   222   223   224   225   226   227   228   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

972 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

normalara əməl olunmamıĢdır: Cahandar ağa kəbinli 



gəlini, ġamxal isə aĢağı zümrə qızını qaçırmıĢdır".2 

T.ƏliĢanoğlu bir cəhəti də doğru vurğulayır ki, "cinayət" 

cəzaya hazır olmağı tələb edir. Ata da, oğul da buna 

hazırdır".3 Burası tamamilə doğrudur. Cahandar ağanın 

yaĢadığı mühit, əxlaq qanun və qaydaları çərçivəsində 

məsələnin həlli yolu budur ki, atdığı addım yanlıĢ olsa da, 

o, bu addımı atmıĢdır və hər cür məsuliyyət də onun 

üzərində qalır. Cahandar ağa heç kimə hesabat vermir və 

vermək fikri də yoxdur. Bu mənada, hətta Y.Axundlu ilk 

baxıĢda haqlı da görünə bilər. Amma, axı, əsərdə 

patriarxal qanunların daĢıyıcısı Cahandar ağadan baĢqa 

hiss, duyğu və istəklərə malik təbii varlıq - insan - 

Cahandar ağa obrazı da var. Bu rakursda Mələyin - hətta 

o, kəbinli gəlin olsa belə, qaçırılması epizodu fərqli 

yanaĢmalara imkan verir. 

Ümumiyyətlə, romanda patriarxal qanunların "yük"ünü 

çəkən Cahandar ağa ilə daxilindəki insani duyğuların 

"yük"ünü çəkən Cahandar ağanı fərqləndirməmək obrazın 

mahiyyətinə varmamaq deməkdir. Neçə illər baĢ yastığa 

qoyduğu arvadının, həmiĢə boy-buxunu ilə fəxr etdiyi 

oğlunun evdən küsüb getməsi onun üçün həqiqi dərd olur. 

Bu "yük"ü Cahandar ağa çox çətin çəkir. Daim əli tətikdə 

olan, zəhmindən yer yarılan bu kiĢinin arvadı, oğlu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

973 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

sarıdan çəkdiyi nigarançılıqlar, daxilən yaĢadığı narahat 



hisslər onun həqiqi insani xarakterini ortaya qoyur. 

Fikrimizcə, Cahandar ağanın xarakterinə "Mələyin 

qaçırılması" epizodu iĢığında qiymət vermək obrazın 

həqiqi təbiətini açmaq üçün lazımi material vermir. 

Z.Freyd göstərirdi ki, "insanlarda qeyri-Ģüuri və ya 

Ģüuraltı psixi proseslər mövcuddur". Elmi ədəbiyyat onu 

da təsdiq edir ki, "bu (qeyri-Ģüuri proseslər - T.S.) elə bir 

fraqmentdir ki, indilikdə biz onu Ģüurun nəzarəti altında 

saxlaya bilmirik"1. Bu prizmadan yanaĢsaq, Mələyin 

qaçırılması qeyri-Ģüuri atılmıĢ addımın nəticəsidir. Bədii 

mətndə də buna iĢarə var: "Cavan, ətli-canlı gəlini su 

kənarında görəndə sönməkdə olan ehtirası birdən-birə 

quduz kimi oyanmıĢdı". Fikrimizcə, bu hərəkəti yox, öz 

hərəkətinə münasibəti obrazın təbiətinə daha dərindən 

nüfuz etməyə imkan verir. Atdığı addımla bağlı Cahandar 

ağanın narahatlığı, haqsızlığını daxilən duyması, bütün 

bunlardan dolayı dərin peĢmançılıq hissi keçirməsi müəllif 

təhkiyəsində dönə-dönə qeyd olunur. Hətta onun "ƏĢi, nə 

olub, eldən çıxarı bir iĢ tutmamıĢam ki? Elə dədə-babadan 

iki arvad saxlamaq peĢəmiz deyilmi?" - deyə, özünə ürək-

dirək verməsində də peĢmançılıq hissi aĢkar görünür. 

Cahandar ağanın tutduğu hərəkətdən peĢman olması və 

əzab çəkməsi qızı Salatının düĢüncələrində də özünə yer 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

974 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

alır: "Salatın duymuĢdu ki, atası əziyyət çəkir, tutduğu iĢə 



peĢmandır. Ancaq tüpürdüyünü yalaya bilmir". Cahandar 

ağanın peĢmançılığı romanda psixoloji cəhətdən 

əsaslandırılır. Ailəsinin onun hərəkətinə gözləmədiyi 

reaksiyanı verməsi, ailə rahatlığının tamam pozulması, 

ata-oğul qarĢıdurmasının yaranması Cahandar ağanı daha 

dərindən düĢünməyə, çıxıĢ yolu axtarmağa məcbur edir. 

Geriyə yolun olmaması isə Cahandar ağanın bütün həyatı 

boyu əzab çəkməsinə səbəb olur. 

Cahandar ağa öz hərəkətlərində və sözündə sərtdir, 

qətidir. Dediyi sözdən, elədiyi hərəkətdən geri dönən 

deyildir. Sözünün qabağına söz çıxarılmasını xoĢlamır. 

Cahandar ağa igiddir, cəsurdur, gözünə tuĢlanan güllədən 

belə qorxub geri çəkilməyi ağlına gətirmir. Cahandar 

ağanın xarakterində bir böyüklük var, müdriklik və təmkin 

var. Cahandar ağa deyir: "Mənim öz ağlım var, istədiyim 

kimi yaĢamıĢam, istədiyim kimi də öləcəm"". Bu sözlər 

anarxist düĢüncəyə söykənmir. O, yaĢadığı mühitin 

qanunlarını çox yaxĢı bilir. Bu qanunlardan kənara çıxmır, 

ailəsini də bu qanunlar çərçivəsində yaĢamağa 

istiqamətləndirir. Cahandar ağa dövrün namus qanununa 

səcdə edən bir adamdır. Namusa, təmiz ada düĢən ləkədən 

çox dünyada onu qorxudan heç nə yoxdur. Onun inamında 

bəlkə də bir fanatizm, ifratcılıq da var. Ancaq bu inam 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

975 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

onun içindən gəlir, varlığına hakim kəsilən əqidə 



səviyyəsindədir. Cahandar ağanın sərtliyi bu inamın 

gücündən qidalanır. Cahandar ağa sərtdir, lakin zalım 

deyildir (elmi ədəbiyyatda bu xüsusiyyətin çox tez-tez 

onun xarakterinə "calaq" edilməsinə rəğmən).  

ġahnigarın və Qəmərin (atın - T.S.) öldürülməsi ağır, 

tükürpədici səhnələrdir. Lakin Cahandar ağanın bu 

hərəkəti dəhĢətli sarsıntıdan doğur, baĢqa çıxıĢ yolu tapa 

bilməyən insanın əl atdığı son "çarə"dən - çarəsizlikdən 

güc alır. Yazıçı hər iki epizodda qəhrəmanın çəkdiyi 

iztirabın, yaĢadığı ağrıların nəhayətsizliyini psixoloji 

cəhətdən sənətkarlıqla əks etdirmiĢdir. Qəhrəmanın bütün 

varlığı ilə bağlı olduğu - öz həyatından da çox-çox üstün 

tutduğu və müəyyən mənada, hətta müqəddəs bir istəklə 

yanaĢdığı bacısını və atını öldürməsi yaĢadığı mühitin 

qanunlarından kənara çıxa bilməmək, çıxmaq istəməmək 

düĢüncəsi ilə bağlıdır. Əlbəttə, Cahandar ağa üçün bacısı 

da, atı da əvəzedilməz varlıqlardır, lakin qanun da 

pozulmaz, təftiĢedilməzdir. Bunu təkcə Cahandar ağa yox

ailəsi də, bütün el-oba da yaxĢı bilir. Təsadüfi deyil ki, 

ġahnigarın ölümünə dolayısı ilə səbəbkar olan Molla 

Sadıq da məhz bu "qanun" çərçivəsində öz "cəza"sını 

gözləyir.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə