145
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
mənəvi dəyərlərini qorumaq bu böyük şəxsiyyətin təkcə prinsipinə yox,
hətta deyərdim ki, həyat tərzinə çevrilmişdi.
Ümummilli Lider Heydər Əliyev Ümrə ziyarətində.
O, Sovetlər dönəmində uzun illər rəhbər vəzifələrdə çalışdığı
üçün cəmiyyətdəki mənəvi boşluqları çox gözəl bilirdi. Əslində,
Onun müstəqillik dövründə Azərbaycana rəhbərlik etməsi həmin
boşluqları doldurmaq üçün gözəl fürsət oldu. Bu böyük dövlət
adamı qısa bir zamanda Azərbaycançılığın hakim ideologiya
kimi qəbul edildiyi şah əsərini – milli dövlətimizi formalaşdırdı.
Əsasını qoyduğu milli siyasətin, milli ideologiyanın
tərkib hissəsi
kimi xalqın milli-mənəvi dəyərlərinə böyük diqqət yetirən Ulu
Öndər dini milli ideologiyamızın tərkib hissəsi, dövlətimizin və
xalqımızın ən böyük istinadgahı və dayağı hesab edirdi. Bu ba-
xımdan O, dövlətimizin və xalqımızın gələcək taleyinin müəyyən
mənada milli-mənəvi dəyərlərə qayıdışdan asılı olduğunu, bu
prosesin incəliyini nəzərə alırdı. “Azərbaycan dövləti müstəqillik
əldə etdikdən sonra xalqımızın mənəvi dəyərləri canlanıb bərpa
146
Gündüz İsmayılov
edilibdir” - deyən Ümummilli Lider bu sahədə qarşıya qoyulan
məqsədləri də müəyyənləşdirmiş, həmin
məqsədlərdən birini belə
açıqlamışdır: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə
söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin in-
kişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zəngin-
ləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk”.
Bu böyük şəxsiyyət 1994-cü il avqust ayının 26-da Məhəmməd
Peyğəmbərin mövludu günü münasibətilə Təzəpir məscidində çıxışı
zamanı bununla əlaqədar başqa bir məqama da toxunmuşdur: “İs-
lam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu
dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı
başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın
bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsu-
biyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni
hüquqlu olsunlar və onların hamısının birliyini,
vəhdətini təşkil
edək. Bu da Allah-Təalanın buyuruğu, bizim yolumuzdur”.
Son dövrlər bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaş-
dırı lır, dünyəvi anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi
istiqamətində əsassız fi kirlər səsləndirilir. Bu da bəzən İslam dün-
yasında ciddi fi kir ayrılıqlarına, ideoloji ziddiyyətlərə yol açır.
Heydər Əliyev bu iki anlayışın sərhədlərini dəqiqliklə müəyyən-
ləşdirən, onların uzlaşmasından və uyuşmasından ibarət ideologi-
ya ortaya qoyan böyük şəxsiyyətdir. “Bizim dövlətimiz dünyəvi
dövlətdir. Ancaq biz dindən ayrı deyilik” fi krini dövlət quruculuğu
prosesinin əsas prinsiplərindən birinə çevirən
Ümummilli Lider
bu fi kri həm beynəlxalq konfranslarda, həm də ölkə ictimaiyyəti
qarşısında çıxışlarında dəfələrlə vurğulamışdır: “Bizim Konstitu-
siyamıza görə ölkəmizdə dünyəvi dövlət qurulur. Din dövlətdən
ayrıdır. Təbiidir ki, bütün dünyəvi ölkələrdə bu belədir. Bu, heç
kəsdə təəccüb doğurmasın. Bu, bizim dinə münasibətdə başqa bir
mövqe tutmağımızı göstərmir”.
Heydər Əliyev milli-mənəvi dəyərlərə, xalqımızın
min illər
boyu formalaşan adət-ənənələrinə bağlı olduğu qədər də müasirlik,
147
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
yenilik tərəfdarı idi. O deyirdi ki, müasirlik və dini-mənəvi dəyərlər
bir-biri ilə uzlaşdırılmalıdır. Dini-mənəvi dəyərlərimizdən müasir
həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə
etməliyik. Yəni dini dəyərlərə qayıdış adı altında keçmişə qayıt-
mamalı, əksinə, bu mənəvi mənbələrdən
faydalanaraq daha da irəli
gedib parlaq gələcəyimizi qurmalıyıq. O, tarixçi kimi İslam dininin
mənəvi dəyərlərinin cəmiyyəti və insanları həmişə inkişafa apardı-
ğını çox gözəl bilirdi. Ona görə də, milli-hüquqi dövlət quruculu-
ğunda və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində İslam dini-
nin mənəvi dəyərlərindən maksimum istifadə olunmasına çalışırdı.
Ulu Öndərimiz dinə düzgün yanaşılmayacağı təqdirdə onun
cəmiyyət və dövlətimiz üçün ciddi problemlər yarada biləcəyini
də nəzərə alırdı. Ona görə də, dini maarifl əndirmə istiqamətində
lazımi tədbirlər görülməsini, gənc
nəslin düzgün tərbiyə olunma-
sını vacib sayır, bu sahədə atılan addımlara lazımi dəstək verir-
di: “Gənclərimizin İslam dinini mənimsəməsində hesab edirəm
ki, lazımi tədbirlər görülməlidir. Çünki bu tədbirlərin olmama-
sı nəticəsində bəzi mənfi hallar meydana çıxır, ayrı-ayrı qruplar
gənclərə fanatizm əhval-ruhiyyəsi aşılamaq istəyirlər və bunlar da
bizim gənclərin tərbiyəsinə zərər vurur...”
Din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün
güclü vasitədir. Onun cəmiyyət,
ümumilikdə bəşəriyyət üçün
əhəmiyyətini qara qüvvələr də yaxşı başa düşür və bəzən bun-
dan məharətlə istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə
çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində
radikal ekstremist, xurafat, antimilli formaya salınır. Bu baxım-
dan milli dövlətimizin ideologiyasının tərkib hissəsi olan dindən
dövlətçiliyimizə qarşı istifadə edilməsi də mümkündür. Təəssüf ki,
son illər bu cür hallar müxtəlif vaxtlarda müşahidə olunmuş, ancaq
onun qarşısı vaxtında alınmışdır.
Heydər Əliyevin
böyüklüyü onda idi, o, yeni yaranmış, milli
dövlətçilik ənənələri təzə-təzə formalaşmış gənc bir dövlətə qarşı
qara qüvvələrin bu cür vasitələrdən istifadə etməsinin mümkün-