Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə28/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

97
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
səbəb və amillə əlaqələndirmək doğru deyil. Bu sahədə onlarla, bəlkə 
də, daha çox səbəb göstərmək mümkündür. Məsələn, mütəxəssislər 
etiraf edirlər ki, hər bir xalqın ümumi xüsusiyyətlərinin formalaş-
masında həmin xalqın yaşadığı ərazinin coğrafi  quruluşu, iqlimi, 
təbiəti önəmli rol oynayır. Azərbaycan da istisna təşkil etmir. Şi-
malla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşmiş Azərbaycanın 
təbiəti də müxtəlif və  rəngarəngdir. Təsəvvür edin ki, okean 
səviyyəsindən aşağıda yerləşən Xəzər dənizindən təxminən yüz 
km məsafədə Qafqaz dağlarının 3-4 min metrlik zirvələri yerləşir. 
Bakıdan başlayan səhra və çöl relyefi   Şamaxıdan sonra meşə, 
dağ, çəmənlə əvəzlənərək füsunkar təbiət mənzərəsi yaradır. Bö-
yük Qafqazdan başlayan dağlar Kür-Araz ovalığında düzənliyə 
çevrilir, daha sonra Kiçik Qafqazda yenidən dağlara dönərək ki-
çik bir coğrafi  ərazidə növbəli şəkildə müxtəlifl ik və rəngarənglik 
formalaşdırır. Nəinki başqa regionlarda, hətta, Cənubi Qafqazda 
yerləşən Gürcüstan və Ermənistanda belə, təbiət Azərbaycandakı 
qədər rəngarəng deyildir. Azərbaycan təbiətində monotonluq yox-
dur. Bu, normal və başa düşüləndir. Çünki ölkəmizdə doqquz iq-
lim tipi mövcuddur. Bəlkə  də, kimlərəsə  qəribə  gələcək, amma 
həqiqətdir ki, təbiəti rəngarəng, iqlimi müxtəlif olan ölkənin in-
sanları da, mədəniyyəti də rəngarəng olmalıdır. 
Etnik amil: hər bir xalqın dinə  və ya etiqad məsələlərinə 
müna sibətinin formalaşmasında etnik xüsusiyyətlər önəmli, hət-
ta, başlıca rol oynayır. Ona görə  də, Azərbaycandakı tolerantlı-
ğın səbəblərini ilk növbədə xalqımızın etnik xüsusiyyətlərində 
axtar maq  lazımdır. Azərbaycan xalqının nüvəsini və mütləq əksə-
riyyətini təşkil edən türklərin din anlayışı digər xalqlardan, hətta, 
qonşu toplumlardan xeyli fərqlidir. Türklər tarixən xurafatçı  və 
şəriətçi deyillər. Onlarda dini toplum şəklində yox, fərdi qaydada 
yaşamaq ənənəsi daha güclüdür. Bu ənənə İslamdan çox-çox əvvəl 
formalaşıb və əski şamanizmdən bugünədək özünü qoruyub saxla-
yıb. Bu etnik xüsusiyyətin nəticəsidir ki, türklər din yaymaq adı al-
tında qanlı savaşlar aparmayıblar. Onların din yaymaq anlayışında 


98
Gündüz İsmayılov
“güc” məfhumu olmayıb, yalnız təbliğə və irfana əsaslanan cihada 
üstünlük veriblər. Buna görə də, fərdin kamilləşməsinə, öz nəfsi 
üzərində aparılan cihada və Yaradana xatir yaradılana qarşı sevgiyə 
əsaslanan irfan mədəniyyətinin beşiyi Türk dünyası, xüsusilə 
Azərbaycan olmuşdur. Azərbaycanda tolerantlıq  ənənələrinin və 
mühitinin formalaşmasında irfan mədəniyyətinin böyük rolu var. 
Bu baxımdan irfan mədəniyyətinin əhəmiyyəti tolerantlıq nöqteyi-
nəzərindən xüsusi tədqiq edilməlidir. 
Türklərdə  tək Tanrı inancı tarixən güclü olub. Qısa vaxt-
da  İslamı  qəbul etmələrinin  əsas səbəbi də elə budur. Lakin hə-
mi şə  təbiətlə iç-içə yaşayan türklərdə fetişizm də güclü olub və 
bu günə  qədər müxtəlif formalarda təzahür edir. Respublikanın 
müx təlif bölgələrində  ağac, dağ, bulaq, qaya və s. ilə bağlı pir 
və ziyarətgahların mövcudluğu,  əslində,  İslamla yox, daha çox 
türklərin qədim inancları ilə  əlaqəlidir. Dağ, ağac, çay, hətta, at 
kultunun türklərdə  nə  qədər güclü olduğunu qədim  əfsanə  və 
əsatirlərdə, xüsusilə “Kitabi-Dədə Qorqud” eposunda görmək 
mümkündür. 
Qədim dastan və  əfsanələrdən də göründüyü kimi, türklər 
üçün dinin şəriət tərəfi  yox, vahid Tanrı-Allah inancı önəmlidir. 
Onlar üçün əsas məsələ vahid Tanrıya inanıb-inanmamaqdır, yerdə 
qalan hissə təfərrüatdır. Ancaq İslamı qəbul etdikdən sonra önəmli 
hissəyə Qurani-Kərim və Məhəmməd peyğəmbər də əlavə olundu. 
Beləliklə, türklər üçün din anlayışının əsasında tək Allaha, Kitaba 
və Peyğəmbərə inam dayandı. Türklərin digər müsəlman xalqla-
rından fərqli olaraq, məzhəbçilik və bölücülükdən uzaq olmasının 
bir səbəbi də  məhz budur. Onlar Allahı, Quranı  və Peyğəmbəri 
qəbul edən müsəlmanın şəriətə mövqeyi və məzhəbi nə olursa-ol-
sun, onu kafi r saymazlar. Təbii ki, etnik xüsusiyyətdən irəli gələrək 
türklərin şəriətlə bağlı təfərrüatlara varmamaları son nəticədə onla-
rın digər dinlərin və məzhəblərin nümayəndələrinə qarşı daha tole-
rant olmalarına zəmin yaradır. Çünki bütün dinlərin dözümsüzlük 
“gücü”  şəriətdən qaynaqlanır. Hansı dinə  mənsubluğundan asılı 


99
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
olmayaraq, dindarlar şəriətlə bağlı təfərrüatlara vardıqca, dözüm-
lülük immunitetləri zəifl əyir. 
Türklərdə tolerantlıq mədəniyyətinin formalaşmasında önəmli 
amillərdən biri də onların əxlaq anlayışı ilə bağlıdır. İgidlik, qo-
çaqlıq, mərdlik və comərdlik kimi əxlaqi xüsusiyyətlərə böyük 
önəm verən türklər xəyanəti, yalançılığı bağışlamaz, dürüst, xeyir-
xah və mərhəmətli insanı yüksək qiymətləndirərdilər. Onlara görə, 
bu əxlaqi keyfi yyətlərə malik insan hansı dinə mənsub olmasına 
baxmayaraq, hörmət və ehtirama layiqdir. Başqa sözlə, türklər 
insanlara münasibətlərini inanclarına yox, əxlaqi keyfi yyətlərinə 
görə müəyyənləşdirmişlər. 
Qəribədir ki, türklər “kafi r” anlayışını daha çox inanc deyil, 
əxlaq müstəvisində  işlətmişlər. Məsələn, qədim dastanlardan da 
göründüyü kimi, öz dinlərinə  mənsub olan, amma xəyanətkar, 
qəddar kimi tanınanları da “kafi r”, “gavur” adlandırmışlar. Deməli, 
türklər üçün “kafi r” daha çox dini yox, əxlaqi anlayışdır. Şübhəsiz 
ki, insana etiqadından daha çox əxlaqına görə qiymət verən xalqın 
tolerant olması başa düşüləndir. 
Türklərin, xüsusilə Azərbaycan türklərinin fərqli və üstün 
cəhətlərindən biri də dünyəvi yeniliyə açıq olmaları, elmə, təhsilə, 
mədəniyyətə, ədəbiyyata, incəsənətə və gender bərabərliyinə önəm 
vermələridir. Tarixi keçmişləri təsdiqləyir ki, türk toplumlarında 
din əsas və həlledici meyar olmamış, yalnız dövlət və imperiyalar 
qurduqda din siyasiləşmişdir. Buna görə də, cəmiyyətin və insan-
ların həyatında dinin mədəni təsirləri daha böyük olmuşdur. Eyni 
zamanda, türklər heç vaxt dinlə elmi, mədəniyyəti qarşı-qarşıya 
qoymamış, əksinə, dinin mədəni və elmi baxımından əhəmiyyətli 
hissəsini daha çox qabartmışlar. Din türk toplumlarında o vaxt xu-
rafat və cəhalət “mənbəyi”nə çevrilmişdir ki, həmin dövrdə baş-
qalarının  əsarəti altında olmuşlar. Məsələn, Çar Rusiyası  Şimali 
Azərbaycanı, Orta Asiyanı, eləcə də Volqa boyunu və Krımı işğal 
etdikdən sonra dini xurafat və  cəhalətin bu ərazilərdə yayılması 
böyük müstəmləkə siyasətinin tərkib hissəsinə çevrilmişdir. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə