Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə31/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

108
Gündüz İsmayılov
də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehti-
yac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) 
səbr edənlərdir. (İmanlarında, sözlərində  və  əməllərində) doğru 
olanlardır. Müttəqi olanlar da onlardır!” 
Bütün bunlardan sonra İslamın dözümsüz din olduğunu söylə-
mək ən azı ədalətsizlik olar, hətta, böhtan mahiyyəti daşıyar. Tarixdə 
müsəlmanlarla digər dinlərin mənsublarının birgə  fəaliy yətinə, 
əməkdaşlığına və eyni şəhərdə, kənddə qarşılıqlı hörmət şəraitində 
yaşamalarına dair minlərlə fakt mövcuddur. Müsəlmanlar baş-
qa dindən olanlara nəinki tolerant yanaşmış, yeri gəldikdə onları 
himayə və müdafi ə etmişlər. İslam dini sürətlə yayılarkən xristian
yəhudi məbədlərinə toxunulmamış, həmin dinlərin mənsublarının 
öz inanclarına uyğun yaşamalarına şərait yaradılmışdır. 
Tarixi mənbələrə görə, Raşidi xəlifələrin dövründə bir kilsənin 
ərazisinin bir hissəsi zəbt olunur və orda məscid tikilir. Xristianlar 
məhkəməyə müraciət edirlər və  nəticədə  məhkəmənin qərarı ilə 
məscid sökülür, həmin ərazi yenidən kilsəyə qaytarılır. 
Başqa bir nümunə: Həzrət Əli ilə bir yəhudi arasında yaran-
mış mübahisə məhkəməyə qədər gedib çıxır. Həzrət Əlinin yeganə 
şahidi oğlu olur. Lakin məhkəmə qohumluğa görə oğlun şahidliyi-
ni qəbul etmir. Nəticədə Həzrət Əli haqlı olduğu halda məhkəmə 
yəhudinin xeyrinə  qərar çıxarır. Deməli, müsəlmanlar güclü və 
haqlı olduqları dövrdə belə digər dinlərin nümayəndələrinə qarşı 
sərt davranmamış, həmişə qanuna və ədalətə əsaslanaraq onlarla 
münasibət qurmuşlar. 
İslamdan gələn bu cür dözümlülük Azərbaycan xalqının et-
nik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla çuğlaşaraq daha 
rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə 
çevrilmişdir.  İslam Azərbaycan xalqının ondan öncəki dinlər və 
müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti 
məhv etməmiş,  əksinə, onu daha da zənginləşdirmişdir. Bunun 
nəticəsidir ki, İslam Azərbaycanda yayıldıqdan sonra Qafqazda ti-
kilmiş ilk kilsə olan Şəkidəki Kiş məbədinin ətrafında bir nəfər də 


109
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
olsun xristian yaşamamış, amma Azərbaycan xalqı onu qoruyaraq 
bu günədək gətirib çıxarmışdır. Yaxud İslamın Azərbaycanda  ən 
güclü olduğu dövrdə, XVIII əsrdə Bakıda atəşpərəstlər tərəfi ndən 
məşhur Atəşgah məbədi tikilmişdir. 
Şübhəsiz ki, Azərbaycan xalqının tolerantlığının səbəbləri ara-
sında  İslam dini ilə yanaşı, bu dindən qaynaqlanan, əsrlər boyu 
formalaşan irfan mədəniyyətini xüsusi qeyd etmək lazımdır. 
Sufi zmdən başlayan, yaradılanı Yaradana xatir sevən, inancından 
asılı olmayaraq, kamil insan yetişdirməyi qarşısına məqsəd qoyan 
irfan mədəniyyəti Azərbaycanda tolerantlıq mühitinin formalaş-
masında misilsiz rol oynayıb. 
Sufi zmin mərkəzində Yaradan, yaradılan və sevgi dayanır. Ya-
radılana bəslənən sevgi bütün məxluqatı əhatə edir və o, dinlərin, 
məzhəblərin fövqündədir.  İnsan dinindən, məzhəbindən asılı ol-
mayaraq, yaradılmışların  ən mükəmməli, yer üzünün əşrəfi   və 
Yaradanın xəlifəsidir. Bu isə bütün insanlara hörmət və sevgi ilə 
yanaşmaq üçün kifayətdir. Belə humanist qaydalara və prinsiplərə 
əsaslanan mədəniyyətin hakim olduğu cəmiyyətdə tolerantlığın ol-
ması təbiidir. 
Sufi lik meydana çıxdığı dövrdən Azərbaycanda yayılmağa 
başlayıb, hətta, bu ərazidə yaşayan əhalinin İslamı qəbul etməsinə 
böyük təsir göstərib.  İnsanı öz nəfsi ilə mübarizəyə  səsləyən, 
gücə, zora deyil, sevgiyə  əsaslanan, ürəklərə xitab edən sufi li-
yin Azərbaycanda  ən qədim izlərinə rast gəlmək mümkündür. 
Məsələn, Məhəmməd peyğəmbər dövründə yaşamış sufi  tarixinin 
mühüm şəxsiyyətlərindən sayılan Veys əl-Qaraninin (vəfatı 675) 
məzarı Azərbaycanda – Ağdaş rayonunun ərazisindədir. Bundan 
başqa, türk xalqlarının ulu dastanı hesab edilən “Kitabi-Dədə 
Qorqud”da sufi likdən qaynaqlanan bəzi motivlərə rast gəlmək 
mümkündür. Azərbaycan  ərazilərində dövrümüzədək qalmış pir, 
qəbir və abidələrin, eyni zamanda, bir sıra kitabələrin öyrənilməsi 
göstərir ki, sufi lik bu bölgədə  ən geniş yayılmış ictimai-fəlsəfi  
cərəyanlardan biri olub. 


110
Gündüz İsmayılov
XII əsr sufi likdə təriqətlər dövrünün başlanğıcı hesab olunur. 
Bu dövrdə meydana gələn təriqətlər arasında azərbaycanlı sufi lərin 
yaratdıqları təriqətlərin daha aparıcı mövqedə olması diqqəti cəlb 
edir. Azərbaycan  ərazisi məhz bu dövrdən etibarən təriqətlərin 
mərkəzinə çevrilib. Burada sufi   hərəkatı olan əxiliyin Anado-
lu qolu, sührəvərdilik, hürufi lik, zahidilik, səfəvilik, xəlvətilik, 
xəlvətiyyənin qolları hesab edilən rövşənilik və gülşənilik 
təriqətləri meydana çıxıb və bütün İslam aləminə yayılıb.  İslam 
dünyasında yayılmış təriqətlərin və sufi  cərəyanların bir neçəsinin 
Azərbaycan mənşəli olması alimlər tərəfi ndən təsdiqlənib.
Azərbaycanda təsəvvüf cərəyanları XVI əsrdən sonra istər dini 
və siyasi təzyiqlər nəticəsində, istərsə də güclü təmsilçilərinin mey-
dana çıxmamasına görə zəifl əyib. Məmur və mollaların təzyiqləri 
nəticəsində bir çox təriqət mənsubları köç edərək Hindistana, Ana-
doluya, Misirə  və s. ölkələrə getməyə başlayıblar. Buna görə  də 
sufi lik bir müddət durğunluq dövrünü yaşayıb.
XIX  əsrdən isə sufi lik Azərbaycanda yeni mərhələyə  qədəm 
qoyub. 1817-ci ildə kürdəmirli İsmayıl Şirvani Bağdadda Mövlanə 
Xaliddən icazə alaraq vətənə qayıdıb və burada nəqşibəndi  şey-
xi kimi fəaliyyət göstərib. O, 1826-cı ildə rus hakimiyyətinin 
təzyiqləri ilə Azərbaycandan çıxarılıb. Nəqşibəndilik  İsmayıl 
Kürdəmirlinin davamçıları  tərəfi ndən bütün Qafqazda yayılıb 
və bu regionu tamamilə  təsiri altına alan müridilik axınının for-
malaşmasına təsir edib. Bunun bariz nümunəsi kimi, İmam Qazi 
Məhəmməd və Şeyx Şamilin rəhbərliyi altında rus hakimiyyətinə 
qarşı aparılan mübarizələri göstərmək olar.
İsmayıl  Şirvaninin Azərbaycanda Mir Həmzə Seyid Niga-
ri, Xas Məhəmməd  Şirvani, Hacı  Yəhya bəy Qutqaşınlı, Mol-
la Muhəmməd Yaraqlı, Hacı Mahmud Baba Kürdəmirli kimi 
xəlifələri olub. 
Azərbaycanda Sovet hakimiyyəti dövründə ateizm rəsmi 
ideologiya olduğu üçün sufi   hərəkatları ciddi təzyiqlərə  məruz 
qalıb. Odur ki, Azərbaycanın  şimal-qərb bölgəsində  İsmayıl 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə