Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə33/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

114
Gündüz İsmayılov
Prezident İlham Əliyev, Şeyxülislam Allahşükür Paşazadə və 
arxiyepiskop Aleksandr.
Tolerantlığın minimum şərtlərinə əsasən, dini çoxluq dini az-
lığa nəinki hörmətlə yanaşmalı, eyni zamanda, onun öz inancına 
uyğun yaşamasına mane olmamalıdır. Etiraf edək ki, tolerantlığın 
minimum  şərtlərinin təmin edildiyi cəmiyyətlərlə bağlı bir neçə 
nümunə göstərmək mümkündür. Lakin bu şərtlərin tələblərindən 
artıq tolerant cəmiyyət tapmaq, nəinki tarixdə, hətta, XXI əsrdə 
belə, müşkül məsələdir. Çünki belə  cəmiyyətin formalaşması 
üçün yüzilliklər yox, minilliklər lazımdır. Ancaq bu, həqiqətdir 
ki, Azərbaycandakı dözümlülük mühitinin səviyyəsi tolerantlığın 
minimum  şərtlərini və  tələblərini çoxdan ötüb. Azərbaycanlılar 
tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına 
uyğun yaşamalarına nəinki mane olmayıblar, hətta, öz inancları-
na uyğun yaşamalarına  şərait yaradıblar. Başqa ifadə ilə desək, 
azərbaycanlılar tarixən dini azlıqların himayədarı və mühafi zəçisi 
qismində çıxış ediblər. Bu, təkcə azərbaycanlıların deyil, dini az-
lıqların nümayəndələrinin də etiraf etdikləri həqiqətdir. Məsələn, 
Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri 


115
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Boris Simanduyev rəsmi tədbirlərin birində  bəyan etmişdir ki, 
yəhudilər öz adət-ənənələrini qoruyub saxlamalarına və bu günə 
qədər gətirib çıxarmalarına görə, müsəlman Azərbaycan xalqına 
borcludurlar. 
Bu cür faktlar və nümunələr kifayət qədərdir. Hətta, onların 
içərisində elə nümunələr var ki, dünyanın hansısa ölkəsində və ta-
rixin hansısa səhifəsində oxşarını tapmaq qeyri-mümkündür. 
Hazırda müxtəlif dinlərin nümayəndələri çox vaxt ya rəsmi 
qəbul və görüşlərdə, ya da dinlərarası dialoq və tolerantlıqla bağ-
lı tədbirlərdə bir araya gəlirlər. Başqa sözlə, dini konfessiyaların 
rəhbərlərinin görüşü, hətta, bir süfrə arxasında  əyləşmələri və 
şəkil çəkdirmələri protokol qaydalarından kənara çıxmır. Lakin bu 
cür protokol qaydaları Azərbaycanda fəaliyyət göstərən dini kon-
fessiyaların rəhbərləri üçün yaddır. Onlar, Qafqaz Müsəlmanları 
İdarəsinin sədri  Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravos-
lav Kilsəsinin Bakı  və Azərbaycan Yeparxiyasının arxiyepisko-
pu Aleksandr İşein, Dağ  yəhudiləri dini icmasının sədri Milix 
Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və Avropa 
yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç bir-birilərinə 
dost, qardaş münasibəti göstərirlər. Dini liderlərin Şeyxülislamın 
ağsaqqallığı ilə tez-tez görüşmələri, məsləhət-məşvərət etmələri, 
müxtəlif tədbirlərdə birgə iştirak etmələri adi haldır. Əslində, onla-
rın Şeyxülislamı ağsaqqal kimi qəbul edərək onun ətrafında könüllü 
birləşmələri qarşılıqlı güzəşt yox, qarşılıqlı hörmət və Azərbaycan 
xalqına xas Ağsaqqallıq institutunun dini sahəsində özünü təsdiq 
formasıdır. Bu, dini liderlər arasında təkcə qarşılıqlı hörmət yox, 
həm də qarşılıqlı etimad deməkdir. Onların bu cür birliyinə çox-
ları heyrət və qibtə edir. Axı qibtə etməmək mümkün də deyil! 
Təsəvvür edin ki, Şeyxülislam mübarək Ramazan ayında iftar 
süfrəsi təşkil edir və iftar süfrəsində ölkə Prezidenti cənab İlham 
Əliyevin sağında Şeyxülislam, solunda isə digər dini konfessiyala-
rın rəhbərləri əyləşirlər. Üstəlik, iftar süfrəsində yalnız Şeyxülislam 
deyil, digər dini konfessiyaların nümayəndələri də  çıxış edirlər.


116
Gündüz İsmayılov
Şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsi.
Başqa bir nümunə: müsəlmanların Ramazan ayında təşkil 
etdikləri iftar süfrələrində digər dinlərin nümayəndələrinin iştirak 
etməsi praktikası mövcuddur. Eyni zamanda, başqa dinə mənsub 
dövlət başçılarının, səfi rlərin müsəlmanlar, xüsusilə müsəlman 
din xadimləri və diplomatları üçün protokol xatirinə  də olsa, if-
tar verməsi  ənənəsi də var. Amma hansı ölkədə xristian icması 
müsəlmanlar üçün iftar süfrəsi təşkil edir? Çətin ki, Azərbaycandan 
başqa belə bir ölkə tapılsın. Maraqlısı odur ki, bu ənənənin əsası 
tolerantlıq mühitinin daha çox hakim olduğu hansısa şəhərdə - Ba-
kıda, Sumqayıtda, Gəncədə yox, Qəbələ rayonunda qoyulub. Bu 
rayonun Nic qəsəbəsində kompakt halda yaşayan udi xristianların 
məhz kilsədə qəsəbənin müsəlman icması üçün iftar süfrəsi təşkil 
etməsi bütün dünya üçün örnək nümunəyə çevrilib. 
Yeri gəlmişkən qeyd edək  ki, Qafqaz Albaniyasının mədəni 
və  mənəvi varisi sayılan udilər yüzilliklər  ərzində öz etnik və 
dini kimliklərini qoruyub saxlayıblar. Nic qəsəbəsi Böyük Qaf-
qaz dağlarının  ətəyində, geniş düzənlikdə yerləşir.  İslam dini 
Azərbaycanda yayıldıqdan sonra Nic qəsəbəsinin  ətrafında, yüz 


117
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
kilometrlərlə radiusda müsəlmanlar yaşayıb, lakin udilər kom-
pakt halda mövcudluqlarını saxlayıblar. Dünyada yüksək dağlıq 
ərazilərdə müxtəlif etnik qrupların öz mövcudluqlarını saxlamaları 
ilə bağlı xeyli nümunələr var. Lakin düzənlik  ərazidə  fərqli dini 
mənsubiyyətə malik azsaylı xalqın kompakt halda mövcudluğunu 
saxlaması nadir hadisədir. Bu, yalnız Azərbaycana və Azərbaycan 
tolerantlığına xas nümunədir. 
Əslində, udilərin keçdiyi uzun tarixi yol və Nic qəsəbəsindəki 
bugünkü dini mühit Azərbaycanın tolerantlıq salnaməsinin  ən 
parlaq səhifələrindəndir. Tarixi Alban kilsəsi Çar Rusiyasının 
məqsədyönlü siyasətinin nəticəsi kimi ləğv edilərək səlahiyyətləri 
və mülkiyyəti Erməni Qriqoryan kilsəsinə verilən zaman udilər 
buna qəti etiraz etmiş, nümayişkaranə şəkildə siyasi hakimiyyətə 
qarşı çıxmaqdan çəkinməmişlər. Həmin dövrdə udilərin iki seçi-
mi var idi: onlar ya Erməni Qriqoryan kilsəsinin tabeliyinə ke-
çib erməniləşməli, ya da ümumiyyətlə, kilsəyə getməkdən imti-
na etməli idilər. Udilər ikincini seçdilər və erməniləşib xristian 
qalmaqdansa, kilsəyə getməməyi üstün tutdular. Tarixdə bu cür 
hallara çox az rast gəlinir. Udilər 150 ildən artıq gözləmiş, yal-
nız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz kilsələrini 
bərpa etmək imkanı qazanmışlar. 
Bu gün tarixi Alban-udi kilsəsinin fəaliyyət göstərdiyi Nic 
qəsəbəsi bütün dünya üçün kiçik tolerantlıq modeli ola bilər. 
Qəsəbədə xristian udilərlə yanaşı, müsəlmanlar da yaşayır və 
məscid fəaliyyət göstərir. Gün ərzində  həm azan, həm də kilsə 
zənginin eşidildiyi Nic qəsəbəsində indiyədək bir dəfə də olsun, 
müsəlmanlarla xristianlar arasında kiçik qarşıdurma belə yaşan-
mayıb. Əksinə, onlar birlikdə yaşamağın ən gözəl nümunəsini ya-
ratmaq üçün qarşılıqlı güzəştə getməkdən heç vaxt çəkinməyiblər. 
Ona görədir ki, bu gün Nic təkcə azərbaycanlıların deyil, hər 
gün yüzlərlə  əcnəbinin ziyarət etdiyi, heyranlığını  və heyrətini 
gizlətmədiyi tolerantlıq möcüzəsidir. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə