Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə32/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

111
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Kürdəmirlinin davamçıları sayılan nəqşibəndi şeyxləri və müridləri 
öz fəaliyyətlərini gizli halda davam etdiriblər.
Qeyd olunan təriqətlərdən başqa, Azərbaycanda qələndərilik, 
bektaşilik, mövləvilik, nemətullahilik, qadirilik, məlamilik və 
s. sufi   təriqətlərinin nümayəndələri mövcud olub. Həmçinin, bu 
ərazidə yaşayıb-yaratmış, lakin heç bir təriqətə bağlılığı olmayan 
sufi lərə  də rast gəlmək mümkündür. Nizami Gəncəvi, Mahmud 
Şəbustəri, Şəms Təbrizini bunlara misal göstərmək olar.
XVI  əsrdə Azərbaycanda olmuş Övliya Çələbi bu ərazidə 
mövcud olan xanəgah və  təkkələr haqqında məlumat verib. Bu 
məlumatda  Şeyx  İbrahim  Şirvaninin, Mərəzədəki Diri Babanın, 
Şeyx Rza Sultanın, Əfşar Babanın ziyarətgahlarının adları çəkilir. 
Onu da qeyd edək ki, tarixçilər o dövrlərdə tacirlər tərəfi ndən 
xanəgahlara çoxlu sosial köməklik göstərildiyini bildirirlər. 
Tacirlər təkcə dini etiqad nöqteyi-nəzərindən deyil, eyni zamanda, 
onların geniş xalq kütlələri arasında nüfuz və təsirlərinə görə kö-
mək edirdilər. Böyük nüfuza malik olan Şeyx çox zaman inzibati 
idarələrin həll edə bilmədiyi problemləri tacirin xeyrinə həll edə bi-
lirdi. Ona görə də, şeyxlər istədikləri vaxt tacirlərdən xanəgahların 
xeyrinə maddi vəsait toplayır, yaxud onları müəyyən ictimai bina-
ları tikməyə, bərpa və təmir işləri görməyə, yol salmaq, su çəkmək 
və bir sıra digər mədəni-maarif məsələlərinin həll edilməsi kimi 
xeyriyyə işlərinə cəlb edirdilər. Bu, bir daha xanəgahın və onla-
rın başında duran sufi   alimlərin ölkənin iqtisadi-siyasi, mədəni 
həyatında mühüm rol oynadıqlarını təsdiqləyir.
Sufi liyin  mədəniyyətə  təsiri təkcə memarlıqda yox, ədəbiy-
yatda da özünü göstərib. Təsəvvüf dövrünün ilk sufi ləri dini hiss 
və duyğularını əsasən qısa cümlələr formasında ifadə edir və şeirə 
çox diqqət yetirmirdilər. Ona görə də, sufi  ədəbiyyatında meydana 
çıxan ilk əsərlər nəsr formasındadır. İlk sufi  əsərləri ərəbcə yazı-
lırdı. XI əsrdən etibarən fars, XIII əsrdən isə türk dilinin təsəvvüf 
ədəbiyyatının dili olduğu nəzərə çarpır.


112
Gündüz İsmayılov
İslam mədəniyyətinə elm, fəlsəfə, sənət və başqa sahələrdə 
töhfələr verən azərbaycanlı alimlər, mütəfəkkirlərlə yanaşı, sufi  
ədəbiyyatıyla məşğul olan görkəmli  şəxslərin də müstəsna xid-
mətləri olub. Azərbaycan ədəbiyyatında Babakuhi Şirvani, Niza-
mi Gəncəvi, Mahmud Şəbustəri, İmadəddin Nəsimi, Dədə Ömər 
Rövşəni, İbrahim Gülşəni, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, 
Əbulqasim Nəbati, Həmzə Nigari kimi sufi  şairlər ölməz əsərlər 
yaradıblar. Azərbaycan sufi ləri arasında ilk dəfə divan yazan 
sufi  Babakuhi Bakuvi olub. Azərbaycan dilində yazan İzzəddin 
Həsənoğlu da tanınmış sufi  şeyxlərindəndir.
Sufi liyin bütün müsəlman cəmiyyətlərində yayıldığı kimi, 
Azərbaycanda da yayılması və bu xalqın mədəniyyətində dərin iz 
buraxması onun sosial-ictimai əhəmiyyətli mövqeyinə ehtiyacın 
mövcudluğundan xəbər verir. Ümumilikdə Azərbaycanda ictimai-
siyasi həyata, eləcə də ədəbiyyat və incəsənətə təsiri baxımdan hü-
rufi liyi, səfəviliyi, xəlvətiliyi və nəşibəndiliyi xüsusi qeyd etmək 
lazımdır. 
Bu gün Azərbaycanda mövcud olan çoxlu sayda pir və pir adıy-
la bağlı yerlər, həmçinin, sufi  xanəgahları tarixin keş mə keşlərinə 
sinə gərərək varlığını qoruyub və abidələşib. Sufi lik Azərbaycanda 
ədəbiyyat, fəlsəfə, etika, memarlıq, musiqi, miniatür və başqa 
sahələrə nüfuz edərək təsirini göstərib və  İslam cografi yasında, 
xüsusilə ölkəmizdə tolerant həyat tərzinin formalaşmasında xüsusi 
rol oynayıb. 


113
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
AZƏRBAYCANIN TOLERANTLIQ MODELİ: 
FƏRQLİ VƏ ÜSTÜN CƏHƏTLƏRİ
Bu gün, demokratik dəyərlərin, o cümlədən insan hüquq və 
azadlıqlarının təmin olunmasının əsas məqsəd kimi qarşıya qoyul-
duğu XXI əsrdə tolerantlıq  ənənələrinin təbliğini və yayılmasını 
əhəmiyyətsiz hesab edənlər var. Bu cür düşünənlər dünyəvi, de-
mokratik və hüquqi cəmiyyətlərdə tolerantlığa artıq ehtiyac qalma-
dığını iddia edirlər. Onların fi krincə, əgər bir cəmiyyətdə dini, milli, 
irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, hər kəs öz inancına 
və adət-ənənələrinə uyğun yaşaya bilirsə, həmin cəmiyyəti tolerant 
saymaq olar. Çünki tolerantlığı təbliğ etməkdə məqsəd insanların 
öz inanclarına uyğun yaşamasına nail olmaqdır və hüquqi, dünyəvi 
dövlətlər də bunu təmin edir və ya etməlidir. Başqa sözlə, XXI 
əsrdə hədəf tolerantlığı yaymaq yox, insan hüquq və azadlıqlarının 
təmin edildiyi cəmiyyət qurmaq olmalıdır. 
İlk baxışdan məntiqli yanaşma kimi qəbul edilə bilər. Amma 
yəqin, çoxları razılaşar ki, bu, Qərb, daha doğrusu, qərbli yanaş-
masına bənzəsə  də, bunun əleyhdarları  əsasən elə  qərblilərdir. 
Ona görə ki, tolerantlıq təkcə hüquqi deyil, həm də  mədəniyyət 
və  mənəviyyat məsələsidir. Dünyada tolerant cəmiyyətlərin ta-
rixi yüz illiklərlə ölçülür. Amma hüquqi, demokratik, dünyəvi 
dövlətin tarixi iki əsrdən o yana keçmir. Deməli, tolerantlıq hüquqi 
dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin 
məhsuludur. Əslində, bu gün Azərbaycan və azərbaycanlıları baş-
qalarından fərqləndirən xüsusiyyət də məhz budur. Əgər tolerant-
lıq bir avropalı üçün hüquqi vəzifədirsə, azərbaycanlı üçün mənəvi 
tələbat və mədəni normadır. Başqa sözlə, biz qanundan və cəzadan 
çəkindiyimizə görə deyil, mənəviyyatımızın və mədəniyyətimizin 
norması olduğu üçün tolerantıq. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə