Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


QURBANLIQ HANSI SƏBƏBƏ GÖRƏ KƏSİLİR



Yüklə 5,74 Mb.
səhifə32/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

QURBANLIQ HANSI SƏBƏBƏ GÖRƏ KƏSİLİR
1. Yemək Və Ticarət Üçün - Sizin üçün minməyə heyvanlar yaradan Allahdir. onlardan yedikləriniz də var. (əl-Mumin 79). Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi? (Yasin 71-73).

2. Qurban Bayramında Kəsilən Qurbanlıq - Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!l-Kövsər 2).

3. Həcc İbadəti Zamanı Kəsilən Qurbanlıq Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz. (əl-Həcc 36).

4. Övlad Dünyaya Gəlməsi Səbəbilə Kəsilən Qurbanlıq Əqiq - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Kim öz övladlarına görə qurbanlıq kəsmək istəyirsə, onda oğlan uşağına görə iki, qız uşağına görə isə bir qoyun kəssin”.1106 Aişə radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm oğlan uşağının dünyaya gəlməsi səbəbilə iki eyni cür qoyunun, qız uşağının doğulması səbəbilə isə bir qoyunun kəsilməsini əmr etmişdir”.1107 İbn Abbas radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseynin radıyallahu anhum - doğulması münasibətilə hər biri üçün bir (iki) qoç kəsdi”.1108 Səmura radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Hər bir oğlan üşağı qurbanlıq kəsilənə qədər girov hesab olunur. Dünyaya gəldiyinin yeddinci günü onun qurbanlığı kəsilməli, saçı qırxılmalı və adı qoyulmalıdır”.1109 əl-Albani – rahmətullahi aleyhi deyir: “Sünnəyə uyğun olaraq doğulan körpəyə görə yeddinci, on dördüncü və iyirmi birinci günü qurbanlıq kəsmək yaxşıdır. Lakin ən gözəli yeddinci günü qurbanlıq kəsilir, saçı qırxılır və adı qoyulur”.1110 Salman ibn Amir əd-Dabbi radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Yeni doğulan oğlan uşağı üçün qurban kəsmək lazımdır”.1111

5. Nəzir Dedikdə Kəsilən Qurbanlıq Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar. d-Dəhr 7).

6. Qonaqlıq Səbəbilə Kəsilən Qurbanlıq İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı? Onlar onun yanına daxil olub: "Sənə salam olsun!" dedilər. İbrahim: "Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!" dedi. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. Onu qabaqlarına qoyub: "Yemək yeməyəcəksinizmi?" dedi. z-Zariyyat 24-27). Lakin qonağın gəlməsi münasibətilə qonaqlıq üçün qurbanlıq kəsməkdə və qonaq üçün (onun naminə, xatirinə) qurban kəsmək arasında fərq vardır. İkinci əməl qadağandır.

7. Evlənmək Münasibətilə Kəsilən Qurbanlıq - Ənəs radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Abdur-Rahman ibn Aufu radıyallahu anhu - sarı izlərlə gördüyü zaman buyurdu: “Sən evlən-misən?” O: “Bəli”. Peyğəmbər: “Kiminlə?” O: “Ənsarlardan bir qadın ilə”. Peyğəmbər: “Ona nə qədər mehr verdin?” O: “Xurma çəyirdəyi ağırlığında qızıl”. Peyğəmbər: “Bir qoyun da olsa belə qonaqlıq verməyin məsləhətdir”.1112

8. Sədəqə Üçün Kəsilən Qurbanlıq - Aişə radıyallahu anhuə - rəvayət edir ki, qurbanlıq kəsdiyimiz zaman bir hissəsini sədəqə üçün ayırdıq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Qurbanlıqdan bir şey qaldımı?” Mən dedim: “Kürəkciyindən başqa heç nə qalmayıb”. Peyğəmbər: “Kürəkciyindən başqa hər bir şey qalıb”.1113
HEYVANIN ƏTİNİN YEYİLMƏSİNƏ İCAZƏ VERİLMƏSİ ÜÇÜN ZƏRURİ (VACİB) ŞƏRTLƏR
1. Yeyilməsinə İcazə Verilən Ət MəhsullarI İki Qismə Bölünür: 1. Bu o ət məhsullarıdır ki, onların yeyilməsi üçün heç bir şərt lazım deyil. Bu da suda yaşayan heyvanların ətləridir. 2. Bu da o heyvanlardır ki, müəyyən şərtlərdən sonra ətlərinin yeyilməsinə icazə verilmişdir. Bu da kimin və necə kəsdiyindən asılıdır.

1. Heyvanı Kəsən Müsəlman, Yəhudi Və Xaçpərəst Olmalıdır - Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətlizlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! l-Maidə 5). İbn Abbas radıyallahu anhu - deyir: “Kitab Əhlinin- deyildikdə onların kəsdikləri heyvanlar nəzərdə tutulur”.1114 Bir nəfər Əbu Dərdədən radıyallahu anhu - “Carcas” kilsəsində kəsilərək yemək üçün verilmiş qoyun barəsində soruşdu: “Onu yeyə bilərəmmi?” Əbu Dərdə: “Həqiqətən, onlar Kitab Əhlidirlər, onların yeməkləri bizə halal edildiyi kimi, bizim yeməklər də onlara halal edilmişdir”- dedi və o ətdən yeməyi ona əmr etdi”.1115 Həmçinin: İbn Məsud, Əbu Umamə, Mucahid, Səid ibn Cubeyr, İkrimə, Ata, İbrahim ən-Nəhai Allah onlardan razı olsun - bu sözləri demişlər.1116 Kitab Əhli tərəfindən kəsilmiş heyvanın yeyilməsinin icazə verilməsində bütün müsəlman alimlərinin İcma etdiklərini İbn Munzir, İbn Abdul-Bər, İbn Qudamə və İmam Nəvəvi – rahmətullahi aleyhi öz əsərlərində qeyd etmişlər. Buna yalnız Xəvariclər müxalif olmuşlar.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə