Toplayıb tərtib edən: Zümrüd Mənsimova filologiya üzrə fəlsəfə doktoru Redaktor



Yüklə 3,01 Mb.
səhifə14/23
tarix14.06.2018
ölçüsü3,01 Mb.
#49094
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
59. İlan ağacı

Qədim zamanlarda Cımcımaxda möhkəm aclıx oluy. Camahat bilmiyi ki, neynəsin. Bir kişi ailəni tərk edif iş dalınca gidiy. Az gidiy, çox gidiy, gəlif bir padşahın ima­rətinə çatıy. Pad­şahın nökərləri honu şahın hüzuruna apa­rıylar. Şah biləndə ki, kişi iş axtarıy, hona diyir ki, səni zindanın keşikçisi qoyu­ram. Bir il bitəndə bir abbası verəcə­ğam. Nağıl dili yüyrəh oluy, diyirlər. Şah honu hüzuruna çağırıf diyi ki, bir abbasını verim, yoxsa saa söz öyrədim? Kişi diyir ki, söz öyrət. Şah diyi ki, yol gedərkən ayağına ilişəni götür. Aparıf məhlənə at, xeyir taparsan. Beləlıxla, iki il tamam oluy. Şah yenə kişini çağırıf diyir ki, bir abbası verim, yoxsa söz öyrədim? Kişi diyir ki, söz öyrət. Şah diyi ki, adını çəkmədən heş kimə heş nə vermə. Kişi diyir ki, yaxşı.

Bir il keçiy. Şah yenə kişini hüzuruna çağırıf soruşuy ki, sənə bir abbası verim, yoxsa söz öyrədim? Kişi yenə diyir ki, söz öyrət. Şah diyir ki, bir məclisə düşəndə yerini bil. Kişi diyir ki, yaxşı. Şahla halallaşıf ayrılıylar. Kişi pulsuz-parasız yola düşüy. Öyinə az qalmış yolda ayağına nəsə ilişiy. Baxıy ilandı. Atmax istiyində şahın sözü yadına dü­şüy. İlanı tutuy, məhləyə çatanda həyətə tullayı. Öyə gəliy. Arvadı görüy ki, kişi əliboş gəlif. Kişi bunu hiss etcək arvadına diyir ki, arvad, qorxma, kar­van gələceh. Arvadına yalan danışdığı üçün kişi səhəri diri­gözlü açıy. Səhər duruf göriy ki, ilanı tulladığı yerdə elə bi ağac bitifdi kı, hər cürə rəng saçıy. Hamı honun tamaşasına yığılıfdı. Helə ki, ağacın tamaşasına duranlardan pul alıf sora tamaşaya buraxıy. Bir aya elə varlanıy kı, məmləkətdə honun kimi ikinci döylətli tapılmıyı. Bu diyarda sən dimə paxıl birisiyaşıyırmış. Kişinin getdıxca varlanması honu təəccübləndiriy. Düşünüy ki, ho ağacı gərax mütlax ələ keçirəm. Birbaşa kişi­nin yanına gəlif honu dilə tutuy. Göriy ki, xeyri yoxdu. Axırı diyir ki, dost, atalar yaxşı diyif, çivində bir şey deyil, amma kö­nül bulandırıy. Mən üş aya kimi ağacın nədən əmələ gəldığını tapsam, birinci həyətə girəndə əlimi hardan, nədən tutsam, ho mənimdi. Yoxsa mənim var-döylətim sənindi.

Paxıl öyünə qayıdıy. Ağlına bir şey gəlmiyi. Axır məcbur oluf bi köpəh qarıya pul verif, honu kişinin öyünə sirri öyrən­mağa göndəriy. Qarı əlinə çəliyini götürüf kişinin imarətinin düz qavağına gəliy. Görüy ki, kişinin arvadı bağa seyrə çıxıfdı. Tez başını tutuf bərkdən ağlıyır. Kişinin arvadı Gülsüm ürəyi yumşax olduğundan tez qarının yanına gəlif halını xavar alıy.

Qarı:

– Ay qızım, neçə gündü iş axtarıram, tapmıram. Acın­dan ölürəm.

Arvadın yazığı gəlif diyir:

– Nənə, əlindən nə iş gəliy?

Qarı diyir:

– Hər nə iş disən edərəm. Təki məni saxla.

Kişiyə ho xavar çatanda acığı tutuy. Qarıdan xoşu gəl­mə­diyi üçün honu öyündə saxlamax istəmiyi. Axır birtəhər razı oluy. Qarı yerini bərkidəndən sora Gülsümdən soruşuy:

– Ay qızım, bilmirsən, bu ağac nədən əmələ gəlifdi?

Gülsüm:

– Vallah, bilmirəm, – diyir.

Qarı təəccüflə:

– Bıy, qızım, bəs necə ər-arvadsız ki, ərin sənə heş nə di­mi­yifdi.

Qarının sözü Gülsümü fikrə salıy. Əri öyə gələndə baş­dıyır sirri soruşmağa. Kişi nə ediy, arvad, əl çəkmiyi. Axır məc­bur oluf sirri açıy. Helə ki, qarı arvaddan sirri eşidiy, qaçıy əli yammışdıxda paxılın yanına. Hamısını bircə-bircə honun ovcu­na qoyur. Paxıl səhər tezdən kişinin həyətinə gəliy. Gedif ağacdan yapışıy. Kişini çağırıf diyir ki, mən bilirəm. Bu ağac ilandan əmələ gəlifdi. Paxıl şərti xatır­ladıy.

Kişi diyir:

– Tələsmə, hələ vaxta on beş gün var. Vaxt bitəndə gəlif apararsan.

Kişi sözünü diyif birbaşa gidiy hona söz öyrədən pad­şa­hın yanına. Başına gələnləri söylüyür.

Şah soruşuy:

– Paxıl həyətə hardan keçif?

Kişi diyir ki, darvazadan.

Padşah da cavabında kişiyə başa salıy ki, paxıl hə­yətə girəndə birinci əlini darvazadan tutufdu. Yanına gələndə hona diyərsən ki, birinci əlin darvazaya dəyif honu da çıxart, apar. Kişi şahla sağollaşıf öyinə qayıdıy. Yolu meşədən ke­çiy. Yo­rul­duğundan qoz ağacının altında oturuf dincəliy. Acdığın­dan xurcunundan yimax çıxarıf yimax istiyir. Qula­ğına nalə səsi gəliy. Diqqət edəndə səsin quyu­dan gəldığını eşidiy. Səsə doğru gidiy. Görüy ki, dərin bi quyunun ağzı böyüh bir daşla qapanıf. Bitəhər başı qaldırıf baxıy. Görüy ki, bir qadın iki ekiz uşağıyla bərabər quyuya salınıf. Qadın ağlıyıf diyi ki, bir aydı ki, həm uşaxlarım, həm də mən sağ qalmışıx. Məni bu bəladan xilas etsəniz, Allah da sizi xilas edər. Kişi tez ağacın yarpax­larından hörüh düzəldif quyuya salıy. Hoları bir-bir yuxarı çıxardıy. Xurcununda nə yimax varsa hoların qavağına qoyur. Qadın başına gələni danışıy. Diyir ki, bəs mən Yəmən şahının arvadıyam. Mən honunla evlənəndə söz vermişdim ki, hona iki ekiz oğul töhvə edəcəğam. Amma bir paxılın əvvəldən məndə gözü oldu­ğundan bir qarıya qızıl verif məni öldürməyi tapşırıy. Diyir ki, mənə qismət deyilsə, heş kimə də qismət olmasın. Mənim göz yaşlarım o qarıya təsir etdığından bax, məni gördü­yün bu quyuya saldırıf, ağzını da daşla örtdürüf. Bu ekiz uşax­larda haburda dünyaya gəlif. Kişi söz veriy ki, səni ailənizə yetirəcəğam. Axır kişi yığışıf holarla bərabər öyünə gəliy. Paxıl adamla şərtin bitməsinə iki gün qalmış xəvər yayı­lır Yəmən şahının qoşunları dörd tərəfdən üzüh qaşı kimi hər tərəfi tutuf. Kişi qadını və övladlarını götürüf şahın qarşısna gidiy. Ər-arvad görüşüylər. Qadın başına gələni danşıy. Görü­şüf, halal­laşıf ayrılıylar. Şah özüylə bərabər götürdığı qızıl dolu xurcunu kişiyə veriy. Helə bu vaxtı paxıl can­yan­mışdıxda kişi­ni axtarır­mış ki, vədə tamam oluf. Gəlsin ilan ağacını hona versin. Şahın arvadı paxılı görən kimi tanıyır. Diyi ki, bu idi məni quyuya saldıran. Kişi diyir:

– Şah sağolsun, bizim şərtimiz var. Şərtə görə paxıl adam həyətimə girəndə əlini birinci nədən tutsaydı, honun ol­ma­lıydı. Ho da əlini birinci darvazadan yapışıfdı. Sora gəlif mənim çörəh ağacımdan yapışıy ki, bunu ver maa.

Şah əda­lət məhkə­məsi quruf, kişiyə haqq qazandırıy. Pa­xıl adam sürgün ediliy. Beləlıxla, kişı xoşbəxt həyat sürüy. Ho­lar horda qalsın, biz də haburda. Diyax-gülax şənlənax. Ömrü­müzü vu­rax başa.

60. Məhəmməd

Qədim zamanlarda bi dərzi yaşayırdı. Honun da bir Mə­həmməd adlı şəyirdi vardı. Şah Abbas vəzir-vəkili ilə birgə dərviş paltarında şəhərə çıxıy. Holar gəzə-gəzə gəlif dərziyə çatanda dərzi hoları qonax ediy. Məhəmmədə də diyi, sən işini gör. Məhəmməd işliyə-işliyə yuxuya gidiy. Bi vaxtı dərzi gö­rüy şəyirdi yatıfdı. Gəlif başından vuruf durquzuy. Məhəm­məd yuxudan duruf başdıyır danışmağa ki, gözəl vağyə görüy­düm, məni niyə yuxudan elədin, usta? Dərvişlər nə eləyiylər, Mə­həm­məd vağyəni danışmıyı ki, danışmıyı. Səhə­risi Şah Abbas şah libasını giyinif taxta çıxıy. Əmr ediy, filan yerdə filan ustanın Məhəmməd adlı şəyirdini gətirin. Şah mətləbi Məhəm­mədə anladıf gördüyü vağyəni soruşuy. Məhəmməd helə diyir ki, şah sağ olsun, mən sözümü bir dəfə diyirəm. Şah əmr ediy, honu yeddi ərşin dərinliyində quyuya salsınlar. Üş gün soram Şah Məhəmmədi gətirdif yenə yuxunu soruşuy. Honan eyni cavabı eşidəndə döydürüf yenə zindana saldırıy. Gecənin bir çağında Məhəmməd gözünə düşən işıxdan yuxudan ayılıy. Görüy ki, yuxarıdan nazik işıx şüası düşüy. Bi təhər yol tapıf yuxarı çıxıy. Şüşəni çıxarıf baxıy ki, bi otaxda yeddi göz istəyir tamaşa edəsan. Sağa baxıy görüy, bi qız çarpayıda yatıf, ay görsə üzünə pərdə çəkər. Sola baxıy, görüy ki, bi qav aş qoyuluf, yanında da iki qaşıx. Məhəmməd sakit-sakit gedif, əl-üzünü yuyuf stola oturuy. Aşın yarısını yiyif, yarısını da qıza saxlayıy. Duruf qızın üzündən öpüf tezədən zindana qayıdıy. Səhərisi qız yuxudan duruf aşın yarısının yeyilif, üzündən öpüldüyünü görduxda pərt oluy. Amma horda bi sirr olduğunu bilif, səs eləmiyi. İkinci gün yenə bu hadisə təkrarlanıy. Qız yenə də səs eləmiyi. Üçüncü gecə qız əlini kəsif duz basıy. Özünü qəsdən yuxuya vuruy. Helə ki, Məhəmməd yimağını yiyif, gəlif qızın alnından öpüf çıxmax istiyəndə qız honun qolun­dan tutuf diyir:

– Oğlan, nə cürət edif mənim otağıma yol tapıfsan?

Məhəmməd pərt oluy. Diyi, bağışla.

Qız diyir:

– Oğlan, görürəm, yəni huşlu-başlı oğlana oxşıyırsan. Yə­­qin atamın acığına tuş gəlifsən. Başına gələnləri çəkin­mədən danışa bilərsən.

Sən dimə, bu qız padşahın gözünün ağı-qarası bircə qı­zıy­mış. Oğlan başına gələnləri danışıy.

Qız diyir:

– Belə inadsan, cəzanı da çəkəcəksən... Bir yuxu nə olan şeydi ki, özünə hər gün bu qədər zülm verdiriysən.

Həmin gündən şah qızı Məhbub xidmətçini çağırıf tap­şırıy ki, bu gündən sora xörəyi böyüh qavda çək gətir. Məh­bubla Məhəmməd kefdə-damağda olsunlar, sizə kimnən diyim, kimnən danışım, Suriya padşahından, şahın qızına elçi gəliy. Şah Abbas elçiləri geri qaytarıy, Suriya padşahı Şah Abbasla şərt kəsiy. Bir diametr ağacı yonuf, oxley düzəldif diyirlər ki, əgər ağacın kök hissəsini müəyyənləşdirsələr, qız sizin, əks halda, bizimkidir. Şah Abbas şəhərə də adam qoymuyu. Ama heş kəs baş açmıyı. Təkcə Məhəmməd qalıy. Həmin gün Mə­həm­mədi sorğuya həmişəkindən fərqli olarax bir saat tez çağı­rıylar. Məhəmməd tez qızın yanına gidiy. Məhbub hona:

– Bilirəm, atam səni hona görə vaxtından tez çağırıf ki, Suriya şahlığından mənə elçi gəliylər. Atam da məni vermiyif. Holar da şərt qoyuflar. Şəhərdə adam qal­mıyıfdı. Ama heş kəs tapmayıf. Gəl sa öyrədim, get tap. Ama atamın qarşısına şərt qoy di ki, yeddi ərşin dərinliyində hamıdan gizlində saxladığın qızını ma ver, diyim. Yoxsa dimiyəsiyəm. Helə ki, razı oldu, əlinə bi ip al. İpi ortalayıf bağla oxoleyə. Suyla dolu vannaya tut. Kök tərəf suyu özünə tez çəkəcax.

Məhəmmədi gəlif aparıylar. Ho özünü hər şeydən xəvər­siz kimi aparıy. Şaha diyir ki, şah sağ olsun, özünüzü yormu­yun, mən yuxunu sizə danışmıyacağam.

Şah diyir:

– Cəzanın öz məqamı çatacax. Hindi sən bizə başqa işdə lazımsan.

Şah hona vəziyyəti başa salıy. Məhəmməd hona şərtini diyi. Şah qəzəbləniy. İstiyi ki, götürüf yenidən zin­dana salsın. Vəzir ortaya çıxıf şaha diyir:

– Şah sağ olsun, özünüz bilirsiz ki, Məhəmməd inaddı. Öz bildiyini edəcax. Bir qız nədi ki, honu əsirgəyirsən. Təki siz biyabır olmayın.

Şah razılaşıy. Məhəmməd bir vanna su, bi də ip istəyir. İpi ortalayıf suya salıy. Qızın didığı kimi ağacın kök hissəsi suya gidiy. Suriya şahının göndərdığı adamlar düzgün cavabı eşidif geri dönüylər. Şah yenidən yuxunu souruşuy. İnad elədı­ğını görəndə tezədən zindana saldırıy. Üş gün sora yenidən Suriya şahı eyni boyda, eyni yaşda üş at göndəriy. Bu atların hansının camış südü əm­diyinimüəyyən edif göndərsəz, qız sizin­kidi, əks halda bizimkidi – diyiylər. Yenə vaxtsız gəlif Mə­həm­mədi aparmax istiyiylər. Ho inad edif diyi ki, vaxtım ça­tanda gəlif apa­rarsız. Keşihçilər çar-naçar dala qayıdırlar. Mə­həmməd tez Məhbub xanımın yanına gidiy, vəziyyəti hona başa salıy. Qız diyi ki, atamın qarşısına şərt qoyuf di ki, qızını maa nişanla, soram diyim. Üş nəfər ata minsin, yorulana qədər çapsınlar. Soram doyunca içirif bir az saxlasınlar. Camış südü əmən at suya girən kimi yatacax. Məhəmməd tez zindana qayı­dır. Vaxtı çatan kimi gəlif aparıylar. Məhəmməd şərtini diyir. Şah Abbas məcbur oluf razı oluy. Məhəmməd atların üçünü də meydana çıxarıf üş iyidə tərliyənə kimi çapdırıy. Soram dərin suya saldırıy. Camış südü əmən tez suda yatıy. Suriya şahının adamları bu dəfədə suyu süzülə-süzülə geri dönüylər. Üçüncü gün yenə də vaxtsız gəlif Məhəmmədi aparmax istiyəndə Mə­həm­məd yenə inad edif getmiyi. Diyi, vaxtı çatanda gələrsiz, gedərəm. Tez qızın yanına gidif vəziy­yəti başa salıy. Məhbub diyir ki, atama di ki, bizim toyu­muzu etsin, soram açarsan. Suriya padşahı bu dəfə üş eyni boyda at göndərif ki, buların hansı inişilki, hansı bildirki, hansı builkidir. Məhbub xanım Məhəmmədə diyir ki, atları üş nəfər minif çaya gətirsin. Böyüh bir başa çayın ortasına gidif su içəçaxdı. Ortan­cıl onun arxasın­ca əyilif su içəcax, lap balaca isə çayın kəna­rında qorxa-qorxa içəcax.

Elə ki, vaxtı çatıy, gəlif Məhəmmədi aparıylar. Ho, şər­tini diyir. Şah məcbur oluf qızını Məhəmmədə versin.

Hona diyir:

– Əgər bunu tapmasan, boynunu vurduracağam.

Məhəmməd diyir, yaxşı. Atları meydana çəkif üş nəfərə çap­dırıy. Çaya doğru gəliylər. İnişilki at tez cumuy çayın orta­sında duruf su içiy, bildirki bir az kənarda, bu ilki qorxa-qorxa lap kənardan keçiy. Məhəmməd atları ayırıf qonaxları yola salıy. Belə ki, Şah Abbas doqquz gün, doqquz gecə Məhəm­mədlə Məhbuba toy ediy.

Nağıl dili yüyrəh oluy – di­yirlər. Bi vaxt keçəndən soram Suriya şahı Məhəmmədi qonax çağırıy. Məhəmməd tək getməli oluy. Şah hona yaxşı qonaxlıx veriy. Məclisdə ortalığa bir sap, parça, bir torva qum, qayçı qoyuf diyir:

– Ma kostuyum tik.

Məhəmməd öz-özünə aman Allah, horda Məhbub öyrə­dirdi, diyirdim, havırda haranın külünü töküm başıma. Səhərisi qaçmax istiyəndə padşahınqızı görüf çağırıy. Diyir ki, mən saa kömax edərəm. Atama di ki, qumdan sapı eş gətir. Mən parçanı biçif verərəm. Helə ki, padşahın qızı parçanı tikif oğlana veriy. Şah bunu görüf, halal olsun, – diyir. Qızını Məhəmmədə veriy. Hərəsindən bir uşağı oluy. Suriya padşahının qızını qəfil gəzər­kən ilan vuruf ölüy. Məhəmməd uşağı götürüf Məhbubun ya­nına qayıdıy. Bir gün ho, Məh­bubun dizləri üstünə başını qoyuf uzanıy. Uşaxları da ətra­fında oynayırlarmış. Ho zaman Mə­həm­mədin yadına yuxusu düşüy, gülümsüyür. Qəfil şah gəlif üstünə çıxıy. Diyir ki, Məhəmməd düzünü denən. Onsuz da olan olufdu, keçən keçifdi, niyə gülürsən? Yoxsa yuxuda bunu­mu görüfsən?

Məhəmməd diyir ki, şah sağ olsun, mən yuxumda bu mən­zərəni görmüşdüm. Bir tərəfdə ay, bir tərəfdə gün yanı­mızda, uşaxlar başımıza dolaşıylar. Mənə yuxuda bunu danış­mamağımı tapşırmışdılar. Danışsam, öləcəm, dimişdilər. Bu söz­ləri diyif Məhəmməd dünyasına vida diyir. Hamı vay-şivən salıy. Ama nə xeyri.

Haburda nağıl qutardı. Göydən üç alma düşdü, hamısı da özümün.

61. Qaytaran

Bismillahirrəhmanirrəhim. Biri varıydı, biri yoxuydu, Allahın bəndələri çoxuydu. Bu bəndələrin arasında bir Səngi şah da vardı. Səngi şah çox qəhrəman, çox qoçax, çox cəsur bir hökmdar idi və honun ətrafında, nəsilbənəsillərində elə bil Allah-tala tərəfindən yazılmışdı, hamısı iyid, hamısı qo­çax, hamısı cəngavərdi. Honun qardaşının oğlu doqquz ya­şında Qay­taran idi. Özünün oğlu isə iki yaşında Qəhrəmandı. Yəni havların addarı idi. Qaytarannan Qəhrəmanı bir yerdə saxlı­yırdılar ki, Qaytaran bir az yekədi, Qəhrəmanı özü idarə eləsin yanında.

Bir vaxı şaha xəvər gəldi ki, Divlər padşahı öz arala­rında müşavirə çağırıflar ki, Barıbilbağlar nəslinə biz heş nə eliyə bilmirıx, bata bilmirıx, habular bizi qırıf batırıylar. Gedif bəni-adəm arasında heş bir öc eliyə bilmirıx. Heş bir qənimət qazana bilmirıx. Necə eliyax? Hoların da içərisində ağıllısı, dəlisi vardı. Bir ağıllı div qalxdı didi ki, biz hoların nəslindən bir uşax oğurruyax. Gətirax, ho uşağı böyüdax, tərbiyə eliyax. Ata­lar diyiflər ki, qan qana qənim olar. Ho uşax böyüyəndə honu div fason tərbiyə eliyəcayıx. Honu onların özlərinə qarşı qoyax, hoları qırsın batırsın, bizə yollar açıl­sın. Gedax biz öz qənimə­timizi, öz ovumuzu eliyax. Kasıf hər yerdə oluf, hər yerdə var, hər yerdə olacax. Kasıf Səngi şaha xəvər çatdırdı ki, divlər arasında belə bir söhbət gediy, uşağınızı qoruyun. Səngi şah Qaytarannan Qəhrəmanı aparıf böyüh bir Qəbi pəhləvana verdi. Bir növ desax həm dayə, həm lələ. Dayə tərbiyəçidi, lələ isə honlara məşq keçif qılınc oynatmağı, məşq keçməyi, müha­ribələrdə necə iştirak et­məyi öyrədirdi. Apardı verdi bulara ki, bunların tərbiyə­siynən məşğul olsun.

Günnər belə gedirdi, beləlıxla uşaxları səhər-səhər apa­rıydılar tərbiyəçinin yanına, axşam gedif gətiriydilər. Çox möh­kəm rejimnən uşaxlar qorunuydu. Atalar diyiflər, sən saydığını say, gör fələh nə sayır. Günnərin bir günü iş belə gətirdi ki, tərbiyəçinin nəsə yadından çıxıf öydə qalmışdı. Uşaxlara didi, mən gedirəm, yadımnan çıxan əşya var, honu gətirmağa. Qa­pını daldan möhkəm bağlıyın, açmıyın qapını. Kim çağırsa, mənnən başqa kim gəlsə qapını açmıyın. Bax div sizi aparar. Lələ öz işinin dalınnan getdi. Qəhrəman bala­caydı, qammırdı. Qaytarana yalvardı-yaxardı ki, mən çox darıxıram, bəlkə qapını açax, çölə baxax. Mən çölü görmax istəyirəm. Səhər o başdan­nan gətirillər, axşam gecə aparıllar, mən heç yeri görmürəm. Mən darıxıram çölü görməkdən ötəri. Nəsə çox yalvardı, Qay­taran qapını bir balaca aşdı, araladı, didi, yaxşı, gəl, bırdan bax. Sən dimə, bir div gizdənif qapının arxasında, fürsət gözdüyür­dü ki, uşaxları çalıf aparsın. Bu fürsətdən isti­fadə edif div hü­cum çəkdi, qapını dartıf kökünnən çıxartdı, tulluyuf Qaytaranı götürüf getdi.

Divlər deyilişə görə, əfsanələrə görə həm göynən uça bi­liy­lər, həm yernən qaça biliylər. Bu uşdu, qəhrəmanı da gö­tür­dü caynağına, çıxdı getdi. Səngi şahın bütün qoşunu tö­küldü, nələr elədilər, haranı axtardılarsa, uşağı tapa bilmə­dilər. Divlər çox güclü idilər, həm də uçurdular. Olar göydən buların başına daş yağdırıydılar. Böyük qayaları götürüf göydən tökürdülər. Amma yenə də Səngi şahın gücü o qədər idi ki, holar yer kürəsinə enə bilmirdilər. Ancax göydən hücum eliyə biliydilər. Səngi şahın da qanadı yox idi, göyə qalxa bilmirdi. Beləliklə, Qəhrəman divlərə əsir düşdü.

İndi Səngi şah Qəhrəmanı axtarmaxda, ağla-sıxtada, göz yaşı tökməhdə olsun, gəlin biz Qəhrəmanın aqibətindən danı­şax. Görək Qəhrəmanın aqibəti necə oldu. Qəhrəmanı yavaş-yavaş böyüdürdülər, böyük bir divə vermişdilər. Div bunun tər­biyə­siynən, məşqiynən, təlimiynən məşğul olurdu. Ho da divlə­rin böyük bir pəhləvanı idi. Vaxt gəldi, zaman çatdı, Qəhrəman 14-15 yaşına çatdı. Bir günnəri divlər pad­şahı gəldi təlimçinin yanına, didi, Qəhrəmanı heş sınax­dan keçirifsənmi? Didi, yox, hələ keçirməmişəm. Mən diyirəm, sabah qoşunlar filan dağa təlim keşməyə gedəcəhlər. Gedər­sən orda Qəhrəmanı sınaqdan keçirərsən. Didi, baş üstə. Səhər tezdənnən bəni-Adəm anasın­nan hardasa casusların vasitəsilə bir durbin oğurruyuf gətirif divlər padşahına vermişdilər. Divlər padşahı öz külafirən­gi­sində oturub dağda gedən təlimi durbin vasitəsilə izliyirdi. Qəhrəmanı apardılar, bir neçə pəhləvan çıxartdılar qabağına ki, bunun gücünü, bacarığını, iyiddiyini yoxlasınnar. Üş pəhlivanı məğluf elədi, yıxdı, dördüncü pəhlivan ha çalışdı ki, Qəhrə­manı məğlub eləsin, gücü çatmadı. Divlərin dırnaxları uzun olur, əlləri yekə olur. Başdadı Qəhrəmanın ətini-zadını sıx­ma­ğa, cırmaxlamağa. Buna Qəhrəmanın acığı tutdu, divə bir sillə vurdu. Bu ərköyün idi, divlər padşahının oğlu idi. Çünki bu iki yaşından əsir düşən uşağ idi. Həm də çox güclü olduğuna görə divə bir sillə vurdu. Div yıxıldı, başdadı qulağından qan ax­mağa. Bunu apardılar təbibin yanına. Qayıtdılar gəldilər divlər padşahına məlumat verdilər ki, sənin oğlun o qədər güclüdü ki, bizim ən güclü pəhlivanımızın bir silləynən qula­ğından qan gətirdi. Didi ki, hazırrıyın qoşunu, sabah günortaüstü bizim elə bu geniş meydanda mən Qəhrəmanın şücaətini yoxlıyasıyam.

Səhər açıldı, səhər üzünüzə xeyirlıxnan açılsın, inşallah. Səhər siftə çağırdılar, tamaşaçılar yığıldı, qoşun böyühləri, qo­şun sərkərdələri yığıldılar, cərgələndilər, Qəh­rəmanı da gə­tir­dilər. Qəhrəman ancax və ancax dizdən yuxarısını və göbəhdən aşağısını bağlamışdı. Qalan yeri çılpax, ayax-yalın, başıaçıx, vəh­şiləşmişdi. Tük basmışdı, saçı uzanmışdı, bədəninə də tük gəlmişdi. Çox azman bir adam idi. Səngi şah xanımını da gö­türdü, didi ki, Qəhrəmanı gətirin və dörd pəhləvan da gətirin. Dörd pəhlivan gətirdilər. Didi ki, bu dörd pəhləvanın ən xır­dasını çıxarın, mənim qarşımda buları yarış­dırax. Pəhləvan çıxdı, Qəhrəman çatan kimi bunu başına qaldırıf yerə çırpdı və bu, yerdə naxış bağladı. Naxış bağladı o dimaxdı ki, bədəninin izi torpaxda qaldı. Bunu sürüdülər apardılar, ikincini gətirdilər. İkincini də belə elədi. Üçüncünü gətirdilər. Üçüncü çox yaxşı yer tutan idi. Çox güclü idi. Bu hardasa bir dəqiqəyə kimi Qəh­rəmanın əlində partdadı. Heş bir şey eliyə bilməsə də özü­nü Qəhrəmana təslim eləmədi. Qəhrəman gördü yox, bu əmələ gəlmiyi. Divlərin buynuzları olur, – diyirlər. Bunun buynuz­ların­­dan yapışdı. Başını buranda buynuzların ikisi də qopuf Qəhrə­manın əlində qaldı. Bu da belə cəhənnəmə vasil oldu. Dördüncü və ən güclü pəhləvanı çıxartdılar. Qəhrəman har­dasa bir neçə dəqiqə bunnan küşkü* tutdu. Çox çalışdı, gördü, əmələ gəlmiyi, amma div bunu çox incidirdi. Dırnax­larıynan ətini-zadı didix-didix eliyirdi bunun. Qəhrəman çox qəzəf­ləndi. Di­vin qulağının divindən bir sillə vurdu, div yıxıldı yerə. Qəhrə­man bu divi də cəhənnəmə vasil elədi. Səngi şah qəzəfləndi ki, bunun ən güclü dörd pəhlivanını payimal elədi. Gəldi, acıx­landı, Qəhrəmana bir sillə vurdu. Qəhrəman da bunu ata kimi tanıyırdı. Buna cavaf qaytara bilmədi, ancax çox həddindən artıx qəzəfləndi. Birinci div bunu qəzəfləndirmişdi. İkinci də bu boyda kütlənin qarşısında buna sillə vurmuşdu. Bu bunu özüyçün təhqir hesaf elədi. Acıx elədi meydandan çıxdı getdi. Heş kimi bunu qaytar­madı.

Qəhrəman yolnan getməhdə olsun, sizə kimdən danı­şım, vaxtilə Qəhrəmannın dövründə iki yaşında Hindistan­dan bir qız qaçırtmışdılar. Bu qızı da Divlər padşahının vəziri xahiş elə­mişdi ki, bağlı yerdə saxlasın. Gedirdi buna bəni-adəm arala­rın­dan pal-paltar tapıf gətirirdi. Ho vaxdı Divlər padşahı qərar vermişdi ki, Qəhrəman onların ölkəsinə gələn günnən ayna mə­sə­ləsi yer üzündən silinməlidi. Qəhrəman özünə aynada bax­mamalıdı. Qəhrəman aynada özünə baxsa, özüylə bizdəki fərqi duyacax və o bizə qarşı qalxacax. Gərəh Qəhrəman özündəki fərqi hiss eləməsin. Amma Hindistan qızına bir dənə hədiyyə olarax vəzir har­dansa bir güzgü gətirtmişdi. Honu özündə saxlıyırdı. Qız durbinnən baxırdı. Qız bu işdəri gördü, çox ürəyi yandı ki, bəni-adəm övladının gör başına bular nə oyun açıflar və bunu öz həmcinslərinə qarşı hazırrıyıllar. Qəhrəma­nın şücaətini gördü və Qəhrəman meydandan ayrılıf gələndə bu durdu, bilirdi ki, Qəhrəman hara gedəcək. Çünki şahın iqa­mət­gahına getməliydi. Gəldi yol ayrıcında dayandı. Qəhrə­man gəldi, gördü qavağında əcayif bir şey dayanıfdı. Çünki bu bəni-adəm görməmişdi. Bilmirdi bəni-adəm necə oluy. Fikirləşdi ki, görəsən bu nədi? Bu necə məxluxdu? Div dilində didi ki, ey məxlux, çəkil yolumdan, ayağımın altında qalarsan. Qız bir az da yaxın gəldi. Üş dəfə buna təpindi. Qız çıxmadı yoldan. Çünki qız da uşaxlıqdan burda böyümüşdü. Bu da div dilini Qəhrəman bilən qədər bilirdi. Qəhrəmana yaxınlaşdı, civindən güzgünü çıxartdı, üzünə tutanda Qəhrə­man gördü bir bəd­heybət bir şey görünür horda. İstədi hücum çəkə, qız əlini qaldırdı ki, sənin işin yoxdu honnan. Bunu gizdətdi. Gördü heş kim yoxdu. Güzgünü üş dəfə buna tutdu, Qəhrəman bunu gör­dü, istədi üzünü çevirə, həmin şey yoxa çıxdı. Qəhrəman təəc­cüf­­ləndi, didi, bu cindi, şeytandı, nədi, mənnən oynuyur. Qız­dan soruşdu, axı, sən kimsən?

Qız didi:

– Ey mənim kimi divlər əlində əsir olan binəva, sən də mənim kimi insansan, mən də sənin kimi insanam. İntəhası, səni vəhşi halında saxlıyıf böyüdüflər. Sən özünü vəhşi hesab eliyirsən. Sən bəni-adəmsən. Səngi şahın oğlu­san. Mən də Hin­distan padşahının qızıyam. Divlər oğurru­yuf, gətirif bizi burda əsir kimi saxlıyıf öz millətimizə qarşı böyü­düflər. Məni isə qəfəsdəki quş kimi saxlıyıllar.

Qız bunu tam başa saldı. Güzgüdə bax, divləri görür­sən də hər gün. Gör sən onlara oxşuyursan? Qəhrəman diq­qət­nən baxdı gördü, doğrudan bu heş divlərə oxşamır. Div­lərin buy­nuzu var, uzun qulaxları var, uzun-uzun caynaxları var. Ancax və ancax bunun bədəni tüklüdü. Çılpax saxlan­dığına görə bunun bədəninə tük gəlifdi. Beləlıxla, qızı honu başa saldı. Qəhrəman didi, bəs neynəməh lazımdı? Qız didi, mən sənə ancax başa sala bilərəm, qalanını sən özün fikirləş. Sən filan yerdə Dağbinallar nəslinnən Səngi şahın oğlusan. Səni balaca vaxtından divlər oğruyuf gətiriflər, öz atana qarşı hazırıyıllar. Bugünkü təlim ondan ibarətdi ki, sənin gücünü yoxlasınlar və atanın üstünə böyüh bir qoşundan göndər­sinlər. Gedəsən öz atanı, öz nəslini, öz millətini qıra­san. Qəhrəman qəzəfləndi get­di, özünə məxsus olan sığına­caxda yıxıldı yatdı, qapını daldan bağladı. Səhərə qədər göz­lə­dilər. Səhər gəldilər ki, Qəhrəmanı oyatsınlar, dursun getsin təlimə. Qəhrəman qalxmadı. Çox çağırdılarsa, neynə­dilərsə, Qəhrəman duruf qapını açmadı. Div anası nə qədər yalvardı. Didilər, yox, bu, belə olmaz. Vəzir gəl­di, didi, şah sağ olsun, honu mənim öyüm­dəki tovuzquşu oyada bilər. Şah didi, nə tovuzquşu? Vəzir didi, filan vaxtı yadındadı belə bir qız uşağı oğurruyuf gətirmişdilər. Mən sənnən xahiş elədim ki, honu ver mənə öyümdə oyuncax kimi saxlıyım. Uşaxlarım hona tamaşa eləsin, zövq alsınnar honnan. Ho qız böyüyüf bunun yaşdadı. Ho qız bəlkə bunu qılıxlıya bilər. Bun­ların damar­larında bəni-adəm qanı axır, ancax holar bir-birini qılıx­lıya bilərlər. Qız gəlsin, bunu qaldırsın, qapını açsın.

Qızı gətir­dilər. Bütün divlər qızın tamaşasına çıxdılar. Çünki qızı da vəzir çox gizli saxlamışdı, heş kimə göstər­mirdi. Ancax öz ailəsi bilirdi qızın varlığını. Qız gəldi, qapını döydü, səsini çıxardanda Qəhrəman gördü ki, dünən bunnan danışan səsdi. Yaxınlaşdı qapıya, didi, nə istiyirsən? Didi, mən Hin­distan qızıyam, dünənnəri sənnən görüşən qız. Dur qapını aç, sənə diyəsi sözüm var. Qəhrəman durdu qapını aşdı. Qız didi ki, acıx eləməhnən, hirsdənməhnən iş görməh olmaz. Sən təd­birli olmalısan. Elə eliyəsən ki, şübhələnif səni məhv eləməsin­nər. Qəhrəmanı qız başa saldı, təlimlən­dir­di, Qəhrəman gəldi qo­şu­nun içinə. Şah gəldi, böyük qoşun sərkərdəsi gəldi. Di­dilər, hindi bir yaxşı, gözəl məşq keçirəh. Qəhrəman didi ki, mən məşq keçirməh istəmirəm. Mənim qabağıma kim çıxdı, məhv eliyəcəm. Mən dünənnən haburda qəzəfliyəm, hər halda neçə illərdi haburda böyü­mü­şəm, bu məxluqlardan yaxşılıx da görmüşəm, pislıx də görmüşəm. Bura da mənim ikinci ölkəm, ikinci vətənim sayılır. Məni qəzəfləndirmiyin, əlimdən xata çıx­masın. Şahı çağırdı, didi, sənə deyirəm, məni necə gətir­misinizsə, eləcə qaytarın aparın öz ölkəmə, öz atama, öz anama çatdırın. Yoxsa daşı daş üstə qoymuyacam haburda. Gördülər, doğrudan da, Qəhrəmana güc çatan şey deyil, vəzirnən məslə­hətləşdilər nağayrax, neyniyax. Vəzir didi ki, bunun bircə ça­rəsi qalıf. Əgər bu, qayıdıf Səngi şahın yanına getsə, bizə qarşı çöx böyüh qənim olacaxdı, böyüh bir fəlakətə çevriləcəh. Bunu başa salacaxlar, öyrədəcəhlər, insan dili öyrənəcəh, biclıxlar, təxribatlar öyrənəcəh. Bu bizi məhv edəcəh. Bunu məhv elə­məh lazımdı. Düzdü, biz çox zəhmət çəkdıx, bunu böyük bir cəngavərə çevirdıx, amma özümüzə qarşı olacax bu. Bəs onda neynəməh lazımdı? Didi ki, bu uça bilmir, qaça bilmir, sərhəd­din dağlarını aşa bilməz. Hona görə də buna bir taxtı-rəvan düzəltməh lazımdı ki, otursun taxtı-rəvanda, dörd dənə div hərəsi taxtı-rəvanın bir qulpun­dan tutuf qaldırsınnar göyə, göy­nən uça-uça aparıf o tərəfə qoysunnar. Biz öyrədərih ki, qaya­lıxlardan, cəngəllihlərdən keçəndə bunu buraxsınnar taxtı-rəvan­­nan, düşsün yerə dərbədiyar olsun.

Taxtı-rəvanı düzəltdilər, buna dörd dənə qulp da qoy­du­lar. Hindistan qızı da iştirak edirdi burda. Hindistan qızı buna xəlvətcə başa saldı ki, sən qorxmazsan, sən iyid­sən, qoçaxsan, amma fənd-fəsad bilmirsən. Bular səni məhv eliyəcəhlər. Didi, bular səni göydən buraxacaxlar. Sən ustanı çağır, hona dinən ki, buna dörd dənə boyundurux düzəltsin. Divlərin boynunu salırsan boyunduruğa, qıfıllıyırsan və qıfı­lını da qoyursan ci­vinə. Yoxsa bunlar səni göydən bura­xıf məhv eliyə biləllər. Qəh­rəman baxdı didi ki, bir qaldırsınnar taxtı-rəvanı göydə fırratsınnar, gətirsinnər mən baxım. Dörd dənə div götürdülər, göydə cövlan elədilər. Gətirdilər, qoy­dular yerə. Qəhrəman didi, çox gözəl. Hər şey qəşəngdi. Bircə şey çatışmır. Bunun ustasını çağır, mən ona təşəkkür eliyim. Ustanı çağırdılar, usta gəldi, Qəhrəman buna təşək­kür elədi, dedi, çox gözəl düzəl­difsən, ancax bir şeyi unu­dufsan. Didi, nəyi? Didi, hər küncdə dörd dənə boyundurux düzəldirsən. Divlərin boynunu salacam boyunduruğa, qıfıllı­yıram. Siz istiyirsiz, məni göydən salıf məhv eliyəsiniz, ancax onu bacarmıyasınız. Bular hamısı qaldı mat-məəttəl. Didilər, neyniyəh, nağayrax? Bu burda qalsa bi­zim başımıza çox bəlalar gətirəcəh. Nə isə, taxtı-rəvana boyun­durux da düzəltdilər. Qəhrəmanı aparıf Qaf dağlarından aşırıf gətirif bəni-adəm tərəfə keçirən vaxı dörd div yalvardı bulara ki, biz əgər yerə düşsəh, sizin insanlar bizi məhv eliyəcəhlər. Amandı, biz səni burda düşürdax, artıx bəni-adəm sərhəddidi bura. Biz qayıdax, çıxax gedax. Amandı, bizə rəhm elə, bizi qırdırma. Qəhrəman razılaşdı. Endirdilər təxti-rəvanı yerə. Təxti-rəvan da qaldı bunun yanında. Oturuf meşənin içində, bir dağlıx-dərəlih ərazidə bir az gözdədi, ac-susuz qalıy, neyləməh lazımdı? Meşədə ov heyvannarı çox idi. Qəhrə­man çox güclü idi. Dağ kəli gedəndə daşnan vururdu, parça­lıyıf, yiyirdi. Belə dolanırdı. Burda nə qədər qaldı, nə qədər qalmadı, öz yerində. Biz bunu meşədə qoyax, başlıyax görəh Səngi şahın başına nələr gəldi, bular nəynən məşğul­dular, yaşayışı necə davam etdiriydilər.

Səngi şahın qardaşının yeddi yaşında oğlu var idi. Adı Qaytaran idi. Qaytaran da çox qabil bir pəhləvan ol­muşdu. Çox qoçax, cəsur bir oğlan olmuşdu. Qəhrəman qədər böyüh olmasa da, canlı, qüvvətli olmasa da, Səngi şahın nəslinin içində ən qüvvətli, yenilməz bir pəhlivan olmuşdu. Pərilər padşahının qızı buna məktuf göndərmişdi ki, divlər bizi zəbun eliyillər, qırıylar, batırıylar, bizim gücü­müz çatmıyı. Eşitmişih, sən çox cəsur və qoçax adamsan, nolar, gəl, bizə köməh elə, bizi bu­ların əlinnən xilas elə. Qaf dağlarını aşmax qeyri-mümkün idi. Hona görə yol axtarıydılar. Dəniz­dən altıayaxlı bir heyvan çıxıf buların qoşununa hücum çəkiydi, nə ox batırdı heyvana, nə qılınc kəsirdi, qırıf batı­rıydı milləti. Bu artıx Qaytaranın üçün­cü səfəriydi. Gəlirdi dəryadan yol axtarırdı. Bular meşədə yol axtarırdılar. Bir dəstə adam birdən Qəhrəmana rast gəldilər. Gör­dülər bir qəbi-heykəl*, əqrəbayi-hind* oturufdu. Qəhrəman gördü ki, Hin­distan qızının hərəkətinə oxşuyur buların hərəkəti. Diməli, bəni-adəm diyilən məxlux bulardı. Neçə dildə danış­dılar, salam verdilərsə, bu anlamadı. Div dilindən başqa ayrı dil bilmirdi. Axırı işarəynən bunu başa saldılar ki, biz bəni-adəmik, bəs sən kimsən? Bu da buları başa saldı ki, mən də divlər arasında böyümüşəm. Bunu başa düşdülər ki, bu divlər arasında böyümüş adamdı. Qayıtdılar gəldilər Qayta­ranın yanı­na didilər ki, filan meşədə azman bir məxluqa rast gəlmişik, yönü-yöndəmi insana oxşuyur. Amma vəhşidi, özü də heş bir dil bilmir. İşarələrnən danışır. Qaytaran durdu bir dəstə böyüh cəngavərlərnən getdi bunun yanına. Neçə dildə buna müraciət elədilər, bu cavaf verə bilmədi. Axırda bir nəfər didi, bəlkə bu divlər arasında böyüyüf? Didi ki, buna div dilin­də salam ver. Buna div dilində salam verəndə Qəh­rə­manın gözü işıxlandı, sifəti açıldı. Bunnan bir balaca dialoqa girə bildi. Qayıtdı Qaytarana didi ki, bu, sənin əmi­oğlun Qəhrəman kimi vaxtilə divlər arasına düşüf, divlərin əlində əsarətdə qalıf, hona görə div dili bilir, ayrı dil bilmiyi. Qaytaran Qəhrəman gedəndə yeddi-səkkiz yaşı var idi. Xatır­rıyırdı, divlər uşağı ne­cə oğur­radı, apardı. Kövrəldi, Qaytaran ağladı. Ağlayanda Qəh­­rəman qəzəfləndi, bu adam­dan soruşdu ki, o, niyə ağladı? Sən hona nə didin ki? Axı mən sizə heş bir xəta yetirməh istə­mirəm. Didi, yox, o, qorxu­sunnan ağlamadı. Honun bir əmisioğlu var idi, honu divlər oğurruyuf aparmışdı, honu xatırlatdım mən hona. Hona görə ağladı. Didi, onun adı nədi? Didi, Qaytarandı. Qəhrəman heş nə xatırra­madı. Didi, mən burda nə qədər qala­cam? Məni aparın da öz yanınıza. Götürdülər bunu gətirdilər, honun taxtı-rəvanı da qaldı meşənin içində. Təzə­dənnən qayıt­dılar şəhərə. Pərilər padşahının qızının çağrışına gedə bilmə­dilər.

Qayıtdılar gəldilər, Səngi şah bütün dünyanın münəc­cim­lərini, həkimlərini, bilicilərini yığdı, axrı ki, az-çox div dili bilən bir adam tapdılar gətirdilər. Bunnan div dilində danış­dılar. Didi ki, Hindistan qızı mənə başa saldı ki, mən Səngi şahın oğluyam. Mən iki yaşımda olanda divlər məni oğur­ru­yuf aparıflar, məni horda tərbiyə ediflər. Bundan soruşdular ki, bəs Hindistan qızını sən hardan tanıyırsan? Didi, o da mənim kimi körpəlihdən oğurranıf aparılıf, ancax div dilindən başqa ayrı dil bilmir. Yaxşı, Hindistan qızı sənin kimi balaca vaxtı oğurranıf, o hardan bilif ki, sən Səngi şahın oğlusan? Didi, mən honu on­dan soruşmamışam, çox güman ki, öydə honu bir oyuncax kimi, bir quş kimi saxlı­yıllar. Yəqin hona danışıflar, ho da başa düşüf.

Bunun üstü açıldı ki, bu Səngi şahın iki yaşında itən, divlər tərəfindən oğurlanan oğludu. Toy-bayram düzəldi, şad­ya­­nalıq quruldu. Səngi şah da ağlamaxdan gözləri kor olmuşdu. Aman-zaman bir dənə oğluydu. Səngi şah ağlı­yırdı, Allaha yalvarıydı ki, gözlərim görməsə də oğlumu mənə qaytardın. Allaha çox razılıx eliyirdi.

Bir günnəri Səngi şah vəzirə yalvardı ki, mənim göz­lərim tutuluf, gələn tərifliyir maşallah-maşallah nə gözəl oğlun var, nə böyühdü, nə pəhlivandı, bəziləri qorxur, bəzi­ləri sevincnən, şaddıxnan qarşılıyır. Mən honu görə bilmi­rəm. Hona doyunca bax mənim əvəzimnən, honu təsvir elə ho necədi, boyu-buxunu necədi. Qəhrəmanı gətirdilər, dedi­lər ki, atası dizini qoysun, Qəhrəman atasının başını dizinin üs­tünə qoysun. Atası honun kor gözləriynən sifətinə baxsın, vəzir isə təsvir eləsin. Qəhrə­man güldü, didi ki, atamın diz­ləri yox, bütün bədəni mənim başımın altında davam gə­tirə bilməz. Mənim başımın altına möhkəm, davamlı bir şey qo­yun, qoyun uzanım atamın qava­ğında, kor gözləriynən mənə tamaşa eləsin. Orasını da diyim ki, Qəhrəman o qədər bədəncə cüssəli, o qədər böyük bədənə malik idi ki, hona heş cürə paltar tikdirməh mümkün deyildi. Heş bir dərzi hona paltar tikə bilmirdi. Böyüh bir şahın oğluna adicə bir paltar tikdirə bilmirdilər. Nəyisə, yüz metr parçadan bir kisə tikif bunun başına salmışdılar ki, bunun çılpax bədənini ətrafda­kılar görməsin.

Günnərin bir günü yenə də uzanmışdı bu atasının qava­ğında, içəri bir cüt mələh, pəri girdi. Pərilər ortalığa – Qayta­ranın qavağına bir boxca qoyuf uçuf çıxıf getdilər. Boxcanı aşdılar. Qaytaranın bir dilmancı, tərcüməçisi var idi, yetmiş iki dil bilirdi, on iki simaya düşə bilirdi. Ho həm də tilsim bilirdi. Honun adına Gərdankəşan diyirdilər. Gərdən­kəşan gəldi, aşdı, baxdı gördü kü, boxcada bir dənə yaylıxdı, bir dənə qılışdı, bir dənə də məktuf var. Ayrı heş nə yoxdu. Məhtuvu oxudu, Qay­tarana başa saldı ki, Pərilər padşahının qızı yazır ki, “mən bununla sənə dördüncü məhtuvdu göndə­rirəm. Əgər kişiliyin, adın-sanın varsa, kişiliyin çatırsa, bu göndər­diyim qılıncı qur­şan, bizim köməyimizə gəl. Yox, əgər qorxursansa, gələ bilmir­sənsə, mən gedirəm, bu yaylığı başına bağla, öyündə otur. Özü də adını-sanını yayma dün­yaya ki, mən belə Qaytaranam, mən belə döndərənəm”.

Bunu Qaytarana verəndə Qaytaranın kefi bərk pozul­du. Bu, Qəhrəmanın gözündən yayınmadı. Düzdü, vəhşilər içində yaşasa da, horda böyüyüf, horda tərbiyə alsa da, ümu­miy­yətlə, özü çox həssas bir insan idi. Hər şeydən nəticə çıxarmağı baca­rıydı. Təssüf ki, dil bilmirdi, öz fikirlərini izah eliyə bilmirdi. Bu Gərdənkəşan vasitəsilə soruşdu ki, hora nə yazılmışdı? Orda sən nə oxudun? Hora qoyulan əşyaların mənası nədi? Qayta­rana didi ki, qardaşın belə soruşur. Mən necə başa salım? Didi ki, honu başa salma, ho, çox dəliqanlıdı, ho çox çılğındı. Bir də gördün durdu getdi heş kimi eşitmədən. Hona başqa bir şey başa sal. Qoy hələlih ho qalsın burda, honu özümüznən aparmıyax. Gərdankəşan da Qəhrəmanı aldatdı, başqa bir şey uydurdu didi.

Qoşun yığıldı, təlim başlandı. Hərbi sursat yükləndi dəvə­lərə, qatırlara, atlara, arabalara. Pəhlivanlar döyüş liba­sını giyindilər, qılış qurşandılar, toppuz götürdülər. Ümu­miyyətlə, Qəhrəman baxdı gördü ki, burda ayrı cür ab-hava gedir. Bular nəsə döyüşə, mübarizəyə hazırlaşıllar. Gəldi Gərdankəşandan soruşdu ki, nə üçün mənnən gizlədir­siz? Mən divlər arasında böyüsəm də görürsünüz ki, mən öz nəslimə, öz əslimə qayıt­dım, öz tayfama qayıtdım. Axı mən Səngi şahın oğluyam. Bu ölkənin şahının varisiyəm. Atam­nan sora şahlıx mənə çatma­lıdı. Hindi nolsun ki, mən dil bilmirəm, insanların qayda-qanunlarından o qədər başım çıxmır. Mən olmaram, Qaytaran olar şah. Mən heş inci­mirəm. Qoy Qaytaran olsun. Ama mən də bilməliyəm axı bırda nələr baş veriy. Qaytaran didi ki, a kişi, sənnih döyül, sora lazım olsa, sənə Gərdankəşan vasitə­siylə bildi­rərih. Qoşun yola düşəndə Qəhrəman didi, mən də gedirəm. Nə qədər elədilər, Qəhrəman didi, mən siznən gedə­siyəm. Qatır­nan, ulaxlarnan, atlarnan bular çıxdılar hamısı. Pi­ya­­dalar yola çıxanda Qəhrəman piyadalara qarışdı. Nə qədər at gətirdilərsə, nə qədər güclü nərrər, dəvələr gətirdilərsə, Qəh­rə­manı heş biri götürə bilmədi. Çünki Qəhrəmanın çəkisi norma­dan qat-qat artıx idi. Buna heş bir məxluqun gücü çatmırdı. Hona görə də Qəhrəman piyada getməli oldu.

Səngi şahın ölkəsində varlı bir tacir yaşıyırdı. Bu tacirin nəri var idi. Bu nər tacirin qızına aşiq olmuşdu. Gecə-gündüz honun yatağının ayağındaca yatardı. Ho qız hona yimax versə, yiyərdi, su versə, içərdi, verməsə, maddım ma­dən­gər, gövşəyə-gövşəyə onun yatağının ayağındaca uzanıf o qıza tamaşa eli­yərdi. Ho vaxtan belə bir deyim qalıf ki, nər qıza aşiq oluf. Nə qədər eliyirdilər, ən güclü insanlar gəlif onun ovsarından tutuf aparmax istəyirdilər, qızdan aralamax istəyirdilər, nər o dəqiqə qalxırdı əyağa, adamı tafdalıyırdı, vururdu, gəmirirdi, yaxın düşməh olmurdu. Tacir qaça-qaça Səngi şahın yanına gəldi didi ki, sənin şahlıx taxtın tarimar olsun, Mənim tacirlih taxtım da yerlə yeksan olsun, sənin gözünün ağı-qarası, uzun illər itkin düşmüş bir oğlun gəlif bura çıxıfdı, biz hona minih tapmırıx, ho əsgərlərə qoşuluf piyada yol gediy. Bəs bizim var-döyləti­miz nəyə gərəkdi? Səngi şah didi, ay bala, bəs mən neyniyim? Mənim əvvəla gözüm görmür, ikinci də yoxdu da. Gələcəhdə usta­lara, sənətkarlara sifariş verərih düzəldəllər. Miniksə yoxdu da, ən güclü dəvələri gətirdih, gücü çatmadı. Hansına min­disə, Qəhrəmanın ayağı yerə dəydi.

Tacir didi:

– Məndə bir nər var, o, mənim qızıma aşiq oluf. Qızın canını qurtara bilmirəm honun əlinnən. Honu birtəhər gətirif hona versəh, bəlkə-bəlkə o nər honu götürə bilər. Yoxsa ayrı çarə yoxdu. Həm mənim qızımın canı qutarar, həm də Qəhrə­mana minih olar.

Səngi şah didi:

– Gətir də honda.

Tacir qayıtdı qıza didi ki, a qızım, ay bala, amandı, sən də biabır olufsan, camaat içinə çıxa bilmirsən, mən də biabır olmuşam. O nəri apar get Səngi şahın oğlu Qəhrəmana ver.

Qız didi:

– Axı mən honu başqasına versəm, dünyanı qırğına verə­cəh.

– Sən Qəhrəmanı görməmisən, o qədər tərifliyillər, deyi­l­lər çox azman bir insandı. Hona sənin dəvənin də gücü çatmaz. Beləlıxnan dəvədən canını qurtar.

Qız nəri ovsarınnan tutuf gətirdi qoşunun içinə. Gər­dən­­kəşanın vasitəsiylə Qəhrəmanı başa saldılar ki, bu nər belə bir nərdi, bu qız honu sənə hədiyyə gətirif. Əgər müm­künsə, bu nəri qəbul elə. Qız nərin ovsarını Qəhrəmana verif əhalinin içində yoxa çıxdı, gizdəndi. Nər başını qaldırdı gördü ki, qız yoxdu. Nərə çəkif, mərdanə kimi ağzın açıf hücum çəkdi Qəhrəmanın üstünə. Qəhrəman bunun çənəsin­nən, boğazınnan yapışdı, gördü yox nər çox şuluxlux eliyir, bunun qulağının dibindən bir dənə yumruğu qoydu, dəvənin dizdəri gəldi yerə. Dəvənin dizi yerə gələn kimi ovsarı saldı ağzına, aşırıldı mindi. Təkan verdi qalx, dəvə üş dəfə özünə güc verdi qaldıra bilmədi. Axırı didilər, bəs bunu necə eli­yək? Qəhrəman didi dəvəni qaldırın, dəvə ayax üstə olanda mən onu minəcəm. Dəvə də Qəhrəman kimi azman bir də­vəydi. Çox böyüh bədəni var idi. Eşşəh minən kimi Qəh­rəman bunu mindi. Çünki Qəhrəman böyüh idi. Hona üzəngi, nərdivan, heş nə lazım döyüldü. Dəvə çox şıllax-mıllax atmağa çalışırdı, gördü yox, bunun üstündəki yükü belindən atmağa mümkün yoxdu. Yavaş-yavaş başdadılar qoşuna qoşu­luf getdilər.

Az getdilər, düz getdilər, dərə-təpə düz getdilər, axır ki gəlif Qəhrəman ki harda tapılmışdı, meşəlıx, bir tərəfi dəryalıx idi, bir tərəfi meşəlik və uçurumlu-qayalı dağ­lar idi. Gəlif ho yerə çatanda düşərgə saldılar. Başdadılar bir neçə gün dayan­mağa yol axtarıllar ki, altıayaxlı heyvanın əlinnən necə keçif getsinlər. Çox çalışdılar, çox çavaladılar, axırı Qəhrəman yenə Gərdənkəşanı çağırdı ki, siz əgər Pərilər padşahına köməyə gedirsinizsə, siz kefə çıxırsınız, köməyə getmirsiniz ki. İki həftədi burda yiyif-içif yatırsız, bu necə köməyə getmaxdi? Hindi divləri pəriləri qırıf qurtardılar. Adam belə şey eliyərmi?

Gərdənkəşan Qaytarana didi, Qaytaran da Gərdən­kəşanın vasitəsiylə Qəhrəmana çatdırdı ki, vallah, başımıza belə bir iş gəlif. Bu dördüncü dəfədir ki, biz gəlirih, keçə bilmirih burdan. Belə bir altıayaxlı heyvan çıxıf, qoşunu qırıf-batırıy, heş kimin gücü çatmıyı. Nə nizə batıy, nə ox batıy, nə də qılınc kəsiyi. Özü də altı ayağı var, azman bir şeydi. Heş nəyin gücü çatmır.

Qəhrəman didi:

– Honu mənə göstərə bilərsizmi?

Didilər, ay kişi, honu biz sənə necə göstərəh? Hona sarı gedənnəri o mağara kimi uduy, o dəqiqə ağızını açıf camaatı canına çəkir.

Qəhərman didi:

– Honu Allah yaradıf, yoxsa usta qayırıf?

Didilər, necə? Məxluqdu, canlıdı da. Nəfəs alır, ürəyi döyünüy, məxluqdu, intəhası suda yaşıyır. Dəryanın qırağın­da nə görsə, çıxıf məhv eliyi.

Qəhrəman didi:

– Əgər Allah yaradıfsa, aparın məni honun yanına. Allah hona üsul verər o qalif gələr, mənə üsul verər, mən qalib gələ­rəm. Dünya özbaşınalıx döyül kü.

Bunu aparıylar dəryanın qırağına. Dəryanın qırağına ça­tan vaxtı baxır ki, dərya yarıldı, su qabardı, hordan kimsə çıxdı. Dəryadan tam çıxanda gördü bu çox nəhəng şeydi, həqiqətən Qəhrəman kimi bir insan vahimələndi ki, bunnan mən yəqin ki, bacarmıyacağam. Özünü səfərbər elədi, canını top­ladı və bu altıayaxlı heyvan dağ boyda bir şey idi, bəd­heybət, yaxınnaşdı, çatan kimi ağzınnan yox, caynaxlarıynan Qəhrəmannan yapış­dı. Qəhrəman da bunun qulaxlarınnan yapışdı. Bunun altı ayağı var idi. Qəhrəmanın isə iki ayağı var idi. Birini qavağına dirəh verdi, birinnən də özünü saxlıyırdı. Bu onu sürüyə-sürüyə apa­rıydı. Qəhrəman başa düşdü ki, suya girənnən sora bu hey­vannan bacarmıyacax. Bu heyvan quruda bu qədər gücdüdüsə, suda daha gücdü olacax. Çünki su heyvannarı suda gücdü oluylar. Qəhrəman fikirrəşdi, neyniyim? Didi, bunu vurmaxdan başqa xeyri yoxdu. Yumruğunu qaldırıf həmin heyvanın düz alnından, kəllə­sindən nətəhər qoydusa heyvanın dizi yerə dəydi. Heyvanın dizi yerə gələn kimi Qəhrəman aşırıldı mindi bunu. Boynundakı, kökündəki yalmandan tutdu, yumruğu qoy­du qulağının dibinə, bunu sürdü, yavaş-yavaş qoşunun içinə gətirdi. Bir-iki saat, üş saat bunu ənkəzdiyənnən sora yavaşıtdı bu heyvanı. Didi qardaş, nəri buraxın getsin, mən öz atımı tapdım. Bunnan sora mənim minih heyvanım olacax. Gərdən­kəşana didi ki, bu heyvana ad qoy. Gərdən­kəşan didi, bunun altı əyağı var, özü də dəryadan çıxıf. Gəl, buna ad qoyax Şeş­pəri. Heyvanın adını qoydular Şeşpəri və bu, Qəhrəmanın atı oldu. Qəhrəman Qaytarana didi ki, sən bu qoşunu havayı aparıf qır­dırma. Divlər göydən daş yağdırıllar, qayalar yağdırıllar, insan­nar isə yerdə onların altında əzilif-tökülüllər. Bu milləti havayı niyə qırdırırsan sən? Sənin qoşununun içində sənin kimi bir 15-20 nəfər var göydən töküləni əlinnən tutuf qırağa eliyə bilillər. Bu yazıxlar bunu eliyə bilmillər axı. Bir dənə Gər­dən­kəşanı ver mənə, mənim altıayaxlım mənə bəsdi. Mən gedər yoluna qoya­ram. Çox mübahisədən, çox höcəttihdən sora Qəhrəman qələbə çaldı. Didi, siz qayıtmalısız. Biz bu yana gəl­diyimiz zaman düşmən tərəfin adamları ölkəyə hücum çəkəllər. Sən ölkəni yiyəsiz qoyma. Mən gedirəm bura. Qaytaranı geri qaytardı, özləri başdadılar yol getməyə. Bir neçə gün yol gedənnən sora üş yolun ayrıcına çatdılar. Üş yolun ayrıcında böyüh bir daş lövhə basdırmışdılar. Daşın üstündə yazı var idi. Gərdənkəşan çox həssas adam idi. Hər şeyə diqqət yetirən idi. Gərdənkəşan düşdü atdan, başdadı daşın üstün­dəki yazını oxu­mağa. Gördü, üş dənə ox işarəsi var. Yazılıf ki, ey bu yolnan gələn bəni-adəm övladı, əgər bu yolnan sağ tərəfə getsən, altı aya çatarsan mənzilinə. Xatasız, sakit yoldu. Sol tərəfə gedən yolnan üç aya çatarsan. Orda da xatalar var, amma çox qorxulu döyül. Cəsur insanlar öhdə­sinnən gələr. Amma düz gedən yolnan getmə, getmə, getmə! Orda səni çox böyüh bir fəlakət gözdüyür. Gərdən­kəşan Qəhrəmanı başa saldı. Qəhrəman didi, o kimdisə özün­nən razıdı. Siz dörd dəfə gəlif dəryanın qıra­ğında altıayaxlı pişikdən qorxufsunuz. Pərilərin köməyinə çat­ma­yıfsınız. Gördünüz ki, mən honu necə ram elədim. Ho kimdisə özüyçün danışıy. Sürün atınızı. Mən özümü üş günlux, bir həftəlih yolu altı aylıx yola niyə salmalıyam? Sür, getdıx.

Bular getdilər, bir qədir getdilər. Axşam tərəfi idi, gör­dülər qabaxdan bir çapar gəlir, atın ağzınnan alov çıxıy. Çapar bulara çatan kimi Gərdənkəşanın geyiminnən-keşi­min­nən başa düşdü ki, məktuf buna veriləsidi. Məktufu Gərdənkəşana verif atını sürüf qayıdıf çıxdı getdi. Gərdən­kəşan kağızı oxudu: “Ey məxlux, ey insan, ey Allahın bəndəsi, o daşı oxuya bilmirsənsə, bu kağızı oxu, gəlmə bu yolnan. İnsan kəlləsindən minarələr yapdırmışam. İnsan leşindən qalalar tikdirmişəm. İnsan əti, insan ciyəri yimax­dan dişlərimin dibində mazol əmələ gəlif. Amandı, gəlmə. Məni havayı, müftə qana batırma”. Gərdən­kəşan oxuyandan sonra Qəhrəmanı başa saldı. Qəhrəman didi, sür atını. Çox özünnən razıdı. Honu dincəldərıx.

Gəldilər, gördülər bir qalaçadı ki, əyax yerdən, baş bu­lud­dan nəm çəkir. Günün qarşısını tutuf. Böyüh bir qala­çadı, böyüh bir ərazidi. Gərdənkəşannan soruşdu neyniyəh? Qalanın dibində çöldə yatmax. Bu məktubu göndərən kim­disə bu qala­nın da sahibi hodu. Hər halda bizi içəri qəbul eləməz. Eləsə də yəqin ki, ho, çox acıxlı adamdı, biznən mü­na­­qişə yarada bilər. Didi, qapını döy. Nəhəng qapılar idi. Qulluxçular, gözətçilər gəldilər. Didilər, biz qalanın sahibini görmax istiyirih. Qonax gəlmişıx. Qonağı qapının dalında saxlamax olmaz axı. Getdilər qalanın sahibinə didilər. Qala­nın sahibi didi ki, oları qonax eliyin, yer verin, yimax-içmax, hər şey verin. Səhər mən olar­nan görüşərəm.

Bulara yer-yurd verdilər, yimax verdilər. Bular baş­da­dı­lar, yidilər, içdilər, yatdılar. Səhər açıldı, səhər üzünüzə xeyir­rihnən açılsın. Səhər tezdənnən bir dəli nərə gəldi qu­lax­larına. Qəhrəman ayıldı, Gərdənkəşandan soruşdu ki, mən eşitmişəm ki, insanları sübh ibadətinə çağıranda səsnən çağırıylar. Didi, yox, göy gurulduyur, ildırım kimi çaxıy. Bu, qalanın sahibidi, yəqin bizi oyadır ki, qalxın, ölüm günü­nüz çatıf. Bu söhbət əsnasında iki nəfər qulam gəldi, bulara didi ki, qalanın sahibi sizi hüzuruna dəvət eliyi. Qəhrəman Gərdənkəşana didi get gör o nə istəyir? Əgər mən hona lazı­mamsa, zəhmət çəkif özü mə­nim yanıma gəlsin. Mən honun yanına niyə gedirəm? Amma sən get, gör o bizdən nə istəyir.

Gərdənkəşan getdi, bunu qəbula ötürdülər. bu içəri girdi gördü ki, sıra pərdənin dalında nəsə bir insan fiquru dayanıf. Amma bu insan fiquru heş Qəhrəmandan balaca deyil. Çox nəhəng görünür. Çox diqqət yetirdi ki, bəlkə kölgə yekə görü­nüy. Axırı, Gərdənkəşan tab gətirmiyif pər­dəni əlinnən geri çəkəndə gördü ədə, horda taxtın üstündə bir nəhəng oturuf, Qəhrəmannan heş geri qalan döyül. Bu da Qəhrəman kimi azman şeydi. Didi, vallah, bizim də axrımız bura kimiymiş. Bu deyəsən, bizim axırımıza çatacax.

– Ağa, gəlmişəm, məni öz ağam göndərif.

– Buyurun, nə lazımdı?

– Yoldakı daşı oxudunuzmu?

– Oxudum.

– Bəs niyə əməl eləmədiz?

– Mənim ağam didi sür dəriyə, mən də sürdüm dəriyə.

– Bəs çapar göndərdim, bir atın bağrını çatdatdım, bir qulamı toza-torpağa qərq elədim, məktuf göndərdim, hona da qulax asmadınızmı?

– Ho mənnıx döyül. Mənim ağam qulax asmadı. Mən onu başa saldım, ho qulaq asmadı.

– Necə yəni, ho, insan dili bilmirmi?

– O, bəni-adəm dili bilmiyi.

– Necə?

– Ho ancax div dili bilir.

– Bu nə söhbəti? Nə lağ-lağı eliyirsən? Bəni-adəm öz dilini bilmiy, div dili biliy?

– O, vaxtilə divlərə əsir düşüf, divlər arasında böyü­yüfdü. Hona görə də div dili biliy. Yavaş-yavaş mən hona öyrə­dirəm insan dilini.

– Get ağana de, mən səhər-səhər müharibəyə çıxanda ye­məh yemirəm, ac qarına başdıyıram. Əgər salamat qala­ramsa, yiyərəm sora, qalmaramsa, yemax niyə yeyirəm ki. Hona da yemax vermirəm. Get, hona məsləhət ver, dursun hazır­­raşsın, döyüş libasını geysin, döyüşə çıxacıyıx.

Gərdənkəşan gəldi Qəhrəmanı başa saldı ki, horda gör­dü­yüm məxluq da sənin kimi azman şeydi. Əyax yerdən, baş buluddan nəm çəkir. Bunun heybətinnən dünya lərzəyə gəliy. Didi, eybi yoxdu, sən hona məlumat ver gəlsin. Ya Allah hona verər, ya da ma.

Qala sahibi gəldi. Bular başdadılar əvvəlcə qılış mü­ha­ri­bəsinə çıxmağa. Qəhrəman div övladı olsa da, qılınc döyüşünə də hazırraşmışdı. Çünki bəni-adəm idi, göylərnən uça bilmirdi. Hona görə buna qılış təlimi də keşmişdilər. Hərtərəfli döyüş qaydalarını öyrətmişdilər. Küşkü tutdular. Diyəllər ki, köhnə zəmanələrin adətlərinə görə yıxmax pəhlivanın borcudu, kəs­məh əyyarın. Qəhrəmanın əyyarı Gərdənkəşan idi. Qala sahibi­nin də öz əyyarı var idi. Hansı yıxılsa kəsilməliydi. Bular günor­taya qədər kotan kimi şumladılar hər yeri. Bir şey hasil olmadı. Günorta vaxtıydı. Yerli pəhlivan didi sən qonaxsan, təklif mənnən gəlməlidi. Maşallah, sən də güclüsən, gəl gedax çörax yiyax, bir az dincələh, axşamtərəfi yenə başdıyarıx. Qəh­rəman da Allah­dan aman istiyirdi ki, yıxılsın, axır ki, bu mü­haribə qutarsın. Lap əldən düşmüşdü. Razılaşdılar. Qala sa­hibi qayıtdı öz qalaçasına. Bular da horda onnara sığınacax vermiş­dilər, hora qayıtdılar. Ho vaxtı nağıllarda diyirdilər yed­di qazan plov gəldi, yeddi qoyunun leşi gəldi, yeddi küpə şəraf gəldi, hamısı yeddi-yeddi gəldi. Qəhrəman heş birinə dilini vur­madı. Gərdənkəşan didi ə, niyə yimirsən? Didi, zalım­oğlu məni elə günə qoyuf ki, boğazımnan çörəh getmiyi. Əldən düş­müşəm. Yiməyə halım var? Sən Allah, məni bir azca yelpihlə, görüm necə yatıf dincələ bilərəm.

Bu dincəldi gördü yenə nərə çəkildi. Gərdənkəşan didi qala sahibi döyüşə çağırıy səni. Küşkü tutdular, bir şey çıx­madı. Gün batan vaxtıydı. Qala sahibi yenə təklif elədi ki, ax­şa­mın xeyrinnən sabahın şəri yaxşıdı. Gəl bu işi sabaha sax­lıyax.

Razılaşdılar, ayrıldılar. Yenə də bulara yimax-içmax gəl­di. Qəhrəman öz normasının yeddidə birini yidi. Yatış­dılar. Gecə Gərdənkəşan didi ki, mən yetmiş iki dil bilirəm, on iki simaya düşə bilirəm. Çox tilsimlər bilirdi Gərdən­kəşan. Mən bu sirri öyrənməliyəm ki, bəni-adəm arasında yaşayan belə bir azman insan hardadı? Səhər tezdənnən yenə nərə gəldi. Gecə öz libasını dəyişif gözəl-göyçəh bir qadın libasına düşdü. Gər­dənkəşan da Səngi şahın pəhləvanların­dan biri idi. Boğazınnan tuturdu tulluyurdu ho biri otağa. Keşihçi getdi, qala sahibi yatan otağa gələndə içəri girdi gördü ki, qapının dalında böyük bir döyüş libası qoyuluf. Pərdəni çəkəndə gördü gözəl bir xanım paltarrarıdı, amma çox nəhəng paltarrardı. Bir az yaxına gələndə gördü sinəsi açılıf. Gördü bu bir qızdı. Gərdənkaəşan baxdı buna gördü bu elə də nəhəng olsa da ho qədər də gözəl bir qadındı. Bar­mağını dişdədi didi, ay zamana, gör dünyanın işinə bax, Qəh­rəman kimi bir azman bir qadının əlində aciz qa­lıfdı. Bunu Qəhrə­mana bildirməh lazımdı. Qayıtdı yavaşca liba­sını dəyişdi, gördü Qəhrəman yoruluf yatıf. Gəldi buna didi:

– Ey mənim gözəl pəhlivanım, qalx.

Qəhrəman didi:

– Sabah mənim ömrümün qələbəsinin yırtılan günüdü.

Gərdənkəşan didi:

– Yekə kişisən, nə yorğa-yorğa danışırsan? Sənə daş oxu­dum baxmadın, məktuf oxudum baxmadın. Qeyrətin, gücün bu imiş, bir qadına gücün çatmıyı, özün də göylərnən gediysən.

Qəhrəman acıxlandı qalxdı ayağa:

– Nə qadın-madın?

Gərdənkəşan didi:

– Ay bədbəxt, o sənnən dünən vuruşan gözəllər gözəli, əla bir qadındı. Düzdü, sənin kimi bədənnən iridi, amma çox gözəl qadındı. Allah-tala honu elə sənin üçün yara­dıf.

– Honu çağıracam.

– Amma ehtiyatlı ol. O şübhələnər ki, bu sirri bilmi­şih. Gə­rək o annamasın ki, bu sirri bilmişih. Sakit ol, qoy səhər açıl­­sın, özü çağrısın bizi müharibiyə.

Səhər açıldı. Gördü nərə çəkif çağırıy. Durdular hazır­raşdılar, çıxdılar qavağa. Başdadılar küşküyə. Bir-iki küşkü gedən kimi gecəki söhbət Qəhrəmanın yadınnan çıxdı. Gün­or­taya qədər vuruşdular. Gərdənkəşan arxadan baxırdı. Gördü yox, Qəhrəman təngildiyir yavaş-yavaş. Ayağı yer tutmuyu. Tez arxadan didi ki, div dilində didi, qız başa düş­mədi. Didi, ey zənən əlində aciz qalan, özünü ələ al e, sən Səngi şahın oğlu­san, divlər padşahının oğlusan. Özünü ələ al – diyəndə bu özü­nü yığışırdı. Əlini bunun qoltuğunun altınnan nətər çaldısa zirehi yarıf yapışdı bunun yaxasınnan. Bunun yumşax yerinnən yapışan kimi qadının təmiz ürəyi üzüldü. Qəhrəman bunu qal­dırdı birinci nərədə dizinə, ikincidə qurşağına, üçüncüdə qal­dırdı göyə, yerə vurmax istiyəndə Gərdənkəşan yüyürdü, ədə, neynirsən, özünü ələ al, qəzəbini boğ. Qəhrəman yavaşca qoy­du yerə. Gərdən­kəşan almaz təbərzini dirədi qala sahibinin bo­ğazına. Baxdı, qanun belədi yıxmax pəhlivanın borcudu, kəs­məh əyyarın. Mən o kişinin əyyarıyam, honun qulamıyam mən. Hindi nə diyirsən?

– Bəli, can sizə borcdudu. Nə istiyirsiz, eliyin. Müha­ribədi bu. Mən nə qədər insanların başını kəsmişəm. Diməli bir gün də mənim başım kəsilməliydi da.

Gərdənkəşana əlini atdı bunun başınnan dəbilqəsini götü­rüf tulluyanda saçlar töküldü şəlalə kimi. Hicran gecəsi kimi qara saçlar bürüdü qoruğu bütün. Elə bil ki, qara lalələr bit­mişdi ölkədə. Qəhrəman yaxınnaşdı didi, bu nədi? Gər­dən­kə­şan didi, mən sənə diyirəm, bunu Allah sənin üçün göndərif. Sizi Allah bir-birinizə tay üçün bu qalaçada, bu cəzi­rənin di­vində görüş­dürür. Bu sənindi, sən də bunun. Sənə aman veririh, qalx aya­ğa, hər halda sənin canın bizim əlimizdədi. Bu günnən sən mə­nim qulamım olursan.

Qız didi, bəli, elədi, mən sənin qulamınam. İstəsən öldü­rər­sən, istəsən bağışdıyarsan.

Bu təzədənnən başdıyır qulamlara əmr verir. Tay sirr açıl­dı. O qulamların da çoxu bilmirdi ki, bu qadın kimdi? Qəh­rəman Gərdənkəşana didi ki, hona deynən görəh bu nə hoq­qadı çıxardır? Qadın xaylağıdı, niyə evində oturmuyu?

Qız didi:

– Mən filan ölkənin padşahının qızıyam. Mən anadan doğulannan belə nəhəng doğulmuşam, nəhəng böyümüşəm. Mə­nə tay, mənə bərabər kişi heş yerdə də görməmişəm. Bildim ki, mənə tay kişi tapılmıyacax bu dünyada. Hona görə də bəxtimdən gileyli, küskün duruydum. Bir gün bizim bağı­mıza iki kəl girmişdi. Bağı tamam şum eləmişdilər. Get­dim əlimə çubux aldım buları hərrəməyə, bağdan çıxart­mağa, çıxarda bil­mədim. Mənnən asılı olmayarax buların buynuz­darınnan yapış­dım ki, buları aralıyım, heş özüm də bilmir­dim ki, məndə bu güc var. Barmağım buynuzun arasına girəndə qəzəbim tutdu, belə dartdım buynuzlarını, ikisini də geri itələdim, iki­sinin də buynuzu kökünnən çıxıf əlimdə qaldı. Honda mən öz gücümü anladım. Didim, atam məni kasıf, fərsiz şahzadələrin birinə verəcəh, bizdən olan uşax olacax havayı bir şey. Hona görə atamnan icazə alıf gəlif bu dağın damənində bu qalaçanı tik­dim, necə ki, mən özümnən gücdüsünə rast gəlmə­mişəm, ərə getməyəcəyimə Allah qarşı­sında söz vermişəm.

Bular bir xeylax qaldılar burda. Artıx bular burda ailə kimi, ər-arvad kimi yaşamağa başdadılar. Bir gün qız bunnan soruşdu ki, əzizim, sən hara gedirdin, hardan gəlirdin? Bəs nə üçün burda gecəliyifsən? Niyə səfərinə davam eləmədin?

Bular başdarına gələnnəri danışdılar. Qız didi ki, ay balam, sən köməyə gedirsənsə əgər, bu nə köməh oldu? Sən artıx neçə gündü yol gəlirsən, iki həftədi, üç həftədi burda kef çəkirsən. Belə olmaz axı. Sənə ümid oluflar, gəlif göz­düyüllər orda. Getməh lazımdı.

– Düz diyirsən, vidalaşax, qayıdıf gələndə gedərıx şə­hərə.

Qız didi, yox, mən səni tək buraxmaram.

Qız Qəhrəmana didi, artıx sirrərin hamısı açılıf. Ə, sən Gərdənkəşana borclusan mənə qalif gəlməkdə. Sən özü­nü o qədər də şişirtmə. Gər­dənkəşan başa saldı, gizlincə məni görüf gedif. Ona görə mən sənnən geri qalmaram. Sən bir divə cavab verəndə mən beşinə cavab verəcəm. Biz bir yerdə getməliyik.

Bunnan sora bir köməkçisi, etibar elədığı adam vardı, qala­çanı buna tapşırdı. Üş nəfər düşdülər yola, başda­dılar get­məyə. Getdilər çatdılar pərilər padşahının ölkəsinə. Qız çıxdı buların görüşünə. Gəldi buların atasına didi, qəbul elədilər, danışdılar, söhbət elədilər. Amma divlərə xəbər çat­dı ki, filan div padşahının oğlu Qəhrəman gəlif. Honun sədası bütün divlər ölkəsinə yayılmışdı. Pərilər padşahının yanında bir dənə keçi başı tutan div qalmadı, hamısı qaşdı getdi gizdəndi. Qəhrəman divlər padşahının ölkəsinə getdi. Ho əra­zini yaxşı tanıyırdı. Töküldülər atası, anası, əlini-ayağını öp­dülər. Qəhrəman didi ki, siz mənə çox çörəh verifsiniz, çox əmək sərf eliyifsiniz. Düzdü, məni neçə illər əsir kimi saxlı­yıfsınız, amma yenə çəkdiyiniz əməyə görə sizə heş nə elə­mirəm. Gedin Hindistan qızını gətirin. Mən sizə əl dəy­mirəm, ama mənə Hindistan qızı­nı gətirin.

Hindistan qızını gətirdilər, gəldilər Pərilər padşahının hü­zu­runa. Sərhəddi müəyyən elədilər. Qəhrəmanın arvadı sa­vad­dı şah qızı idi. Gərdənkaəşanın köməyi ilə böyüh bir daş lövhə yazıf sərhəddə qoydular ki, bir də divlərin ayağı bu daşdan ho yana dəysə, hoların kökünü kəsəcəm. Sülh sazişi bağlandı. Gəl­dilər qalaçaya. Qız Qəhrəmana qoşuldu, gəldi Qəh­rəmanın öl­kə­sinə. Hona kimi Qəhrəman az-az adam dilini öyrənirdi. Hin­distan qızını da gətirdi verdi Qay­tarana.

Yidilər, işdilər, yerə keşdilər. Siz də murazınıza ça­tın. Göy­­dən üş alma düşdü, honu zəhmət çəkin bölüşdürün.

62. Fərsiz oğul

Bir kişinin oğlu oluy. Oğlu heş bir vaxt atasının sözünə baxmırmış. Bir gün ata əsəbiləşib oğlunu öydən qovur. Oğul başqa bir şəhərə gedir. Bir ağanın öyünə gediy ki, məni nökər saxla. Ağa razı oluy. Ağa səfərə getməli oluy. Oğlanı yanına çağırıy ki, öküz xəstədi. Mən gələnə kimi axurda yatarsan.

Oğlan əlinə keçəndən yiyiy, gecələr axurda yatıy. Bir gün qaranlıq olan gecədə görür ki, at yatıb. Oğlan elə hesab edir ki, öküz ölür. Atı kəsir. Hava işıqlanır. Oğlan görür ki, atı kəsib, öküz də mundar olub ölüb. Tez xanımın yanına qaçıy. Xanıma diyir ki, ağa getməmiş mənə iki dənə yuxa ver, qaçım. Xanım diyir ki, gəl bu nehrəni çalxa, bu cücəli toyuqdan da muğayat ol. Gedim qonşudan çörək alım.

Oğlan görür ki, qırğı cücələri aparmaq istəyir, cücələri bir-birinə bağlayır, toyuğun da ayağına cücələri bağlayır. Bu vaxt qırğı istəyir ki, cücələri aparsın, oğlan yerdən yekə bir daş götürüf atır qırğıya. Daş dəyir nehrəyə. Nehrə iki yerə parça­lanır. Qırğı da toyuq ilə birlikdə cücələri aparır. Bu vaxt xanım gəlir. Oğlan hindən beş-altı yumurta götürüb yığır papağına və papağı da qoyur başına. Oğlan hadisəni xanıma danışıy. Xanım əsəbi halda iki əli ilə oğlanın başına vuruy. Yumurtalar başına da­ğılıy. Xanım qışqırıy ki, oğlanın beyni partlayıf. Xanımın ürə­yi qorxudan partlayıf ölüy. Oğlan asta qaçan namərddi, – diyif yola düşür.

63. Yeddi yarım

Nağıl-mağıl dimərəm,

Diməsəm də ölərəm,

Kim acgözlux edərsə,

Ölənəcən döyərəm.

Biri varmış, biri yoxmuş, bir yetim qız varmış. Atası öyə tezə arvad gətirmişdi. Ögey ana qıza elə zülm ediydi ki, bütün günü ayax üstə qalardı. Qız ağıllı-kamallı olmaxla yanaşı, həm də çox yaraşıxlı, gözəl bir qız idi. Hüsnü-camalından ay utanar, günəş üzünə pərdə çəkərdi... Amma buna baxmayarax, çox qarınqulu imiş, hər oturanda yeddi çörəx parası yiyərmiş. Ögey ana qıza bu xüsusiyyətinə görə “Yeddi yarım” diyərmiş... Belə-belə qızın adı Yeddi yarım qalır...

Günnərin bir günü zalım ögey ana qıza çörəyi az veriy. Vəziyyəti belə görən qız aclıxdan göz yaşı axıdıy. Nə qədər ağlasa da zalım ananın qıza yazığı gəlmiyi ki, gəlmiyi.

Nağıl dili yüyrəh olar diyirlər. Günnərin bir günü çörəh­dən ötrü göz yaşı axıdan qızın harayına bir nəfər yoldan keçən yolçu eşidif gəliy. Yolçunun geyimindən-kecimindən bəzirgana oxşuyurdu. Öz gözəllığı, boynu-buxunu, nazəndə qəmzələri ilə insanları heyran qoyan bu ağlağan qız bəzirganın gözündən qaçmıyi. Bəzirganı qızın dayanmadan ağlamağı təcüfləndirif. Bəzirgan qızın ağla­mağının səvəvini ögey anadan xəvər alıy. Yetim qızdan yaxa qutarmax üçün qızı tərif edir. Oğlana diyir:

– Yeddi yarımdı.

Ögey ananın cavabı bəzirganı qane etmiyi.

Buna görə də bəzirgan xahiş edir ki, bu “Yeddi yarım”ın nə olduğunu izah etsin.

Hiyləgər ögey ana “Yeddi yarım” sözünü belə aydın­laşdırıy.

Qızı ərə verməh üçün honu tərifləyir. Diyir ki, bu gör­dügün göyçeh qız mənim doğma qızımdır. Ho çox işləh və diribaşdı, gündə 7 girvəngə yarım yun darıyır. Bu günsə yunu­muz az olufdu. Hona görə də ağlayır ki, mən işsiz dayana bilmirəm.

Yad ölkədən gəlmiş bəzirga sən dimə subay idi. Ağlağan qızın gözəlliyinə bənd olmuş bəzirgan hona elçilıx ediy. Qızın gözəlliyi, işdi-gücdü olması bəzirganın qızla evlənməsinə səbəb oldu. Bəzirgan qızı “Yeddi yarım” adı ilə arvadlığa qəbul ediy. Qız bəzirganla honun evinə gediy. Ailədə ən istəkli gəlin oluy. Gün keçiy, ay keçiy, bəzirgan səfərə çıxmalı olur. Bəzir­gan həyat yoldaşının zəhmətsevər olduğunu nəzərə alarax hona bir neçə xalçalıx yun alıf verif tapşırıy ki:

– Gözəl yarım, başımın tacı, öyümün dirəyi, mən səfər­dən qayıdana kimi aldığım yunu yuyuf, əyirif, boyayıf, nəha­yət, beş gözəl xalça toxuyarsan. Bəzirgan istəhli arvadına öz tapşırıxlarını verif yola düşür.

Az gediy, çox gediy, didığı diyara hasil oluy. Bəzirgan gedən gündən gəlin əlini başının altına qoyuf uzanıy. Yiyif-içif kef eliyi...

Günlərin bir günü bu ölkənin padşahının aman-zaman olan bir oğlu xəstələniy. Ölkəsində olan bütün həkimləri çağı­rır, lakin oğlana heş bir həkim əlac eliyə bilmiy. Xəstəliyi sağalda bilmiyən həkimlərdən sora padşah ara həkimlərini və hətta bütün sadə evdar qadınları da yegabə oğlunun yanına gətiriy. Heş kim padşahın oğluna əlac eliyə bilmiyi. Vəziyyət ağırlaşıy. Padşah neçə ölkəyə sorax salır. Axırda padşaha xəvər veriylər ki, sənin ölkəndə yaşayan filan bəzirgan yad ölkədən gözəl bir qızı gətirif honunla yaşayı. Padşah “Yeddi yarım” adı ilə məşhur olan bəzirgan arvadını xəstə oğlunun yanına gətiriy. “Yedi yarım” özünə etibar edilmiş xəstəni yoxlayır. Soram da üzünü padşaha tutuf diyir:

– Padşah sağ olsun! Mən oğlunu sağaldaram, lakin mənə lazım olan şeyləri verməlisən.

Padşah təkcə bir oğlunun xətrinə hər şeyə razı oldu­ğunu söyləyir. “Yeddi yarım” bir mis qazan, üç kirvəngə un, su, bir az bəhməz (üzüm bəhməzi, xurma bəhməzi) və yağ tələb edir. Bəzirgan arvadı qazanı ağaca asıy. Duru bir umac bişiriy. Umac hazır olduxdan soram umacı böyüh bir siniyə (mis qaba) çəkiy. Umac soyumaxda olsun, sizə padşahın oğlunun xəstəli­yindən xəvər verim. “Yeddi yarım” müayinə zamanı görmüşdü ki, oğlanın boğazına “çovan” çıxıf, özü də yetişif. Əgər bir balaca boğazda gərginlıx əmələ gələrsə, yetişmiş yara partla­yar, xəstəlih keçif gedər.

“Yeddi yarım” fikirləşiy ki, padşahın oğlunu qəflətən gül­dürməh lazımdır. Buna görə də “Yeddi yarım” yuxarıda so­yu­mağa qoyduğunuz umacı götürüy və öz başına töküy. Bədəni başdan-başa yağlı və şirin umaca bulaşmış “Yeddi yarım” xəstə oğlanın qavağında əcayif hərəkətlər göstəriy, hərdənbir də üst-başından süzülən umacı yalamağa başlayır. Həmin hərəkətlərə tamaşa edən padşahın oğlu qəflətən qəhqəhə çəkif gülüy. Gülüşün təsiri ilə yetişmiş çovan parçalanıy, oğlan özünü olduxca yüngül hiss ediy. Ho danışmağa başlayı. Axır heş kəsin sağalda bilmədığı xəstəni ağıllı “Yeddi yarım” sağaldıy. Padşahın hörmətini qazanan “Yeddi yarım” nə istəsə honu da veracağını diyirlər.

“Yeddi yarım” padşahdan yun əyirif toxumağı bacaran və mahir xalça ustası olan on arvad istəyir. Bu arvadların kömah­liyi ilə vaxtilə bəzirganın hona alıf verdiyi yundan beş xalça toxutmax idi.

Padşah bəzirgan arvadının xahişini yerinə yetirir. Hona ölkənin ən bacarıxlı arvadlarını köməğa veriy. Həm də yimax-içmax, hər cür şərait yaradıy. Az bir vaxt ərzində çalışqan toxu­cu arvatdar bəzirganın qoyuf getdığı yunu yu­yur, darayır, əyi­rir, boyayır, xalçanın beşi də birdən uzanıy. Hər xanada iki arvad oturuf xalça toxumağa başlayı. Al-yaşıl xalçalar toxu­duxca “Yeddi yarım” öz fərasətindən vəcdə gələrax dodaxaltı belə zümzümə edirdi:

Təpə göyərir, ay ellər,

Xoca gələcax, ay ellər.

Bəli, bu sadə mahnının sirrini ancax “Yeddi yarım” özü biliydi. Yəni ho, əslində heş bir toxuculux işi bacarmayan adi bir yetim qız idi. Bəzirganın öyündə ancax yimax-içmax və yatmaxla məşğul olan “Yeddi yarım” xoşbəxt bir təsadüf nəti­cəsində padşahın yeganə oğlunu sağaltmış və bu işin əvə­zində mahir sənətkar qadınlar yundan beş gözəl xalça toxuyuf hazır elədilər. Bu xalçların arasında “Yeddi yarım”ın da zəh­məti ilə toxunmuş bir cüt çarıx bağı vardı. Vədə tamam olur, bəzirgan uzax səfərdən qayıdır. Toxun­muş xalçaların əlvan na­xış­larına tamaşa edən bəzirgan qızın toxuduğu çarıx bağlardan ibarət xalçaya heş baxmıy da. Öz zəhmətilə toxumuş çarıx bağlarını ərinə göstərmax üçün “yeddi yarım” ərinə belə didi:

Ho yanda da bir gözün olsun, a kişi, bu yanda da gözün olsun, a kişi, orta dirəkdə də gözün olsun, a kişi.

Bunu diyif çarıx bağlarını böyüh sevinclə bəzirgana təq­dim ediy...

Bu əhvalatdan bir qədər vax keçdıxdən soram bəzirgan yenə səfərə çıxmağa hazırlıx görür. “Yeddi yarım” xalça üçün yun alınmasından qorxuya düşüy. Bir bəhanə ilə ərini yun al­max­dan çəkindirməh istiyir. Ho, ərindən xəlvət qara bir cücünü tutuf şüşə qavda saxlayır. Əri öyə gələn kimi şüvən qoparıf ağlamağa başdıyır. Göz yaşı axıda-axıda “xalam var” – deyə qara cücünün başına fırlanır.

İstəhli arvadının acı göz yaşlarına dözməyən bəzirgan hondan soruşur:

– Niyə ağlayırsan? Niyə göz yaşı axıdırsan?

Ərinin varlı olsa da, ağıldan yüngül olmasını başa dü­şən “Yeddi yarım” ağır yun zəhmətindən birdəfəlik xilas olmax üçün yalan danışıy. Ho diyir:

– Bu qara cücü mənim xalamdır. O da mənim kimi yun əyirən, xalça toxuyan idi. O qədər işləyif ki, axırda əzablı işə dözməyif qara cücüyə dönüfdü. Mən hindi iki səvəvə görə ağlıyıram: biri xalamın dərdi, biri də öz dərdim. Əgərmən bir də xalça toxuyaramsa, xalamın gününə düşəcəyəm.

Ağıldan kəm olan bəzirgan bir daha yun almaxdan vaz keçiy. Beləlihlə, yetim və yoxsul bir qız öz dərin ağlı ilə pad­şaha və bəzirgan ərinə üstün gəliy.

Göydən üç alma düşdü. Biri mənim, biri nağıl söylə­yənin, biri də dinləyənin.

Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə