TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


“Allah sizdən iman gətirib



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə474/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   470   471   472   473   474   475   476   477   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

“Allah sizdən iman gətirib 
yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi 
751
Əbu Davud 4297, Əhməd 5/ 278.


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
349 
onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün 
bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla 
əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. 
Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir”. 
Vallahi, Allah bizə vəd 
buyurub. Allah vədinə xilaf çıxmaz, vədə xilaf çıxan bizik. Allah bizə vəd 
buyurub ki, əgər biz iman gətirsək və yaxşı işlər görsək bizi əvvəlkilər kimi yer 
üzünün varisləri edəcək. Allah bizim özümüzün, Allahın razı qaldığı İslam 
dinini 
möhkəmləndirəcək. 
Allah 
bizim 
qorxumuzu 
əminamanlıqla, 
arxayınçılıqla əvəz edəcək. Amma bu gün biz baxırıq ki, bu yoxdur. Deməli biz 
Allahın Peyğəmbərinin 

buyurduğu şəkildə iman gətirməmişik. Saleh işlər 
görmürük, insanlara - 
Əmr Bil Mərufu - 
yaxşılığa əmr edib, - 
Nəhyi Ənil 
Munkəri
- qadağalardan çəkinməyi tövsiyyə etmirik. Allahın bu şərtini yerinə 
yetirmədiyimizə görə Allahın vədi hələ yerinə yetməyib. Məgər Allah 
buyurmayıb ki: 
"Möminlərin əleyhinə heç vaxt kafirlər üçün yol açmaz?"
Amma indi əksinə görürük. Görürük ki, kafirlər müsəlmanları əzir. Görəsən 
bu nəyə görədir? Vallahi, Allah 

 
zalım deyildir, Vallahi Allah 

 
zülm edən 
deyildir. Zalım bizik, zülm edən bizik. Ona görə də Allah bizi zalımlarla 
imtahana çəkir. Vallahi, biz Allaha asi olduq, biz Allaha üsyan etdik, biz 
insanlara yaxşılıq əmr edib, pislikdən çəkindirmədiyimizə görə, Allah bizi 
məğlub etdi. Biz məğlubuq, çünki biz dinimizi öyrənmədik, yalnız və yalnız 
“gücümüzə arxalanaraq, ağlımızı işlətmədən onlara qarşı vuruşmalıyıq”- 
dedik. Subhənallah! Sən onlara qarşı nə ilə vuruşacaqsan? Məgər o ağsaqqallar 
bu ümmətin, İslamın xeyrini istəmirlər? Məgər Şeyx Albani, Şeyx Useymin
Şeyx İbn Bəzz 

 
bu ümmətin xeyrini istəmirdilər? Onlar bu ümmətin xeyrini 
bizdən də çox istəyirlər. Onların saç-saqqalı bu yolda ağarıb, onlar bilirlər ki, 
bizim yalnız və yalnız güclənməyimizə, qüdrətlənməyimizə, izzət, şan-şöhrət 
tapmağımıza səbəb bizim Allahın və Peyğəmbərin 

yoluna qayıtmaqdır. 
İnsanları şirkdən, nifaqdan, bidətdən, küfrdən çəkindirməyimizdir. İnsanlara 
xeyir işləri əmr edib, pislikdən uzaqlaşdırmağımızdır. Həsənul-Bəsri 

əmirə 
qarşı bəd dua edən birini gördükdə deyir: "Onu da bil ki 
– Allah Sənə Rəhm 
Etsin –
hökmdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca 
Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, 
Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın 
intiqamı qılıncdan daha kəskindir".
752
Başqa bir rəvayətdə: Həsənul-Bəsri 

Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: "Bunu 
etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərnizlə 
etdiklərnizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsir edilir və ya ölürsə, 
752
İbnul-Cövzi "Ədəbul-Həsənul-Bəsri" s. 119. 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   470   471   472   473   474   475   476   477   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə