TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə476/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   472   473   474   475   476   477   478   479   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Bismilləhi Rabbil-Ğuləm
 
- Uşağın Rəbbi olan 
Allahın adı ilə!"- de və sonra oxu at. Belə etdikdə məni öldürə bilərsən!"- dedi. 
Hökmdar camaatı bir meydançaya topladı və uşağı da xurma ağacına bağladı. 
Uşağın dediyi kimi oxlardan birini götürüb yayın ortasına qoyaraq “
Bismilləhi 
Rabbil-Ğuləm 
-
Uşağın Rəbbi olan Allahın adı ilə!”- deyərək oxu atdı. Ox 
uşağın alnına batdı. Uşaq əlini alnına qoyub öldü. Bu zaman camaat: "Biz 
uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə 
753
İbnul-Cövzi "Ədəbul-Həsənul-Bəsri" s. 119. 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
351 
iman etdik!"- dedilər. Daha sonra hökmdarın adamları: "Gördünmü? 
Qorxduğun şey başına gəldi. Artıq camaat iman etdi!"- dedilər. Hökmdar 
dərhal yol ağızlarında xəndəklər qazılmasını əmr etdi.
754
Xəndəklər qazıldı, 
içərsində od qalandı. Hökmdar: "Özünüzü xəndəklərə atın! Hər kim dinindən 
dönməzsə onu xəndəyə atın!"- deyə əmr etdi. Hökmdarın adamları əmri yerinə 
yetirərək insanları odla dolu xəndəklərə atmağa başladılar. Nəhayət növbə 
yanında körpə uşaq olan bir qadına gəldi. Qadın odla dolu xəndəyə 
düşməkdən qorxaraq geri çəkildi. Bu an körpə uşaq dilə gələrək: "Anacan! 
Səbr et, şübhəsiz ki, sən haqq üzərindəsən!"- dedi”.
755
Bu padşah nə Allah qəbul edirdi, nə də hər hansı bir din. Oxu çəkib, atır və 
ox gedib uşağa dəyir və uşaq ölür. Lakin uşaq ondan sonra baş verən nəticəni 
görmür, amma uşaq dəvətini etdi. Nəticəsi nə oldu? Bütün qövm əllərini göyə 
qaldıraraq: "Biz bu uşağın Rəbbinə iman gətirdik". Padşah təəccübləndi və 
dedi ki: “Gör üşaq nə etdi. Mən bir uşağa qalib gələ bilmirdim, amma indi 
bütün qövm mənə qarşıdır”.
Biz də yalnız və yalnız dəvət etməliyik. Heç bir sözlərdən, təhqirlərdən 
qorxmamalıyıq. Əgər biz düz deyiriksə, əgər haqqı deyiriksə nədən 
çəkinməliyik! Məgər bizdən yaxşıları, bizdən xeyirliləri dəvət edərək əzab-
əziyyətlərlə qarşılaşmayıblar? Məgər Peyğəmbər Muhəmmədə 

sehirbaz, 
şair, məcnun deməyiblər? Məgər Peyğəmbərimiz Muhəmməd 

Meraca 
gedərkən, orada yanında heç kəs olmayan Peyğəmbərlər görmədimi? Nuh 

doqquz yüz əlli il dəvət etdi, əlli-altmışa yaxın insanı dəvətini qəbul etdi. 
Allaha çox şükür olsun ki, Allah bizə bu neməti verib, biz insanları dəvət edə 
bilirik. Kimisə İslama gətirə bilirik. Biz buna görə Allaha şükr etməliyik. 
İnsanlara Əmr bil mərufu, Nəhyi ənil munkəri bildirməliyik. İnsanlara 
yaxşılığı əmr edib, pisliklərdən çəkindirməliyik. Yalnız və yalnız bundan sonra 
Allah qələbəni, zəfəri, qüdrəti, şan-şöhrəti bizə nəsib edəcək. Yalnız və yalnız 
Tövhid çayını təmizlədikdən sonra küfrdən, şirkdən, bidətdən, nifaqdan 
təmizlədikdən sonra Allah bizə güc verəcək. Allah bizə elə bir güc verəcək ki, 
düşmənlərimiz qorxularından geri çəkiləcəklər. Vallahi, bu belədir! 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   472   473   474   475   476   477   478   479   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə