TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


"Allah  sizdən iman gətirənlərə və yaxşı işlər görənlərə onları özündən əvvəlkilər kimi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə477/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   473   474   475   476   477   478   479   480   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

"Allah 
sizdən iman gətirənlərə və yaxşı işlər görənlərə onları özündən əvvəlkilər kimi 
yer üzünün varisləri edəcəklərini, möminlər üçün onların Allahın özü 
bəyəndiyi dini, İslamı möhkəmləndirəcəyini və onların qorxusunu əmin-
amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr 
edənlər şübhəsiz ki, əsl fasiqlərdir". 
(ən-Nur 55).
Allaha dua edirəm ki, Allah bu qısa moizəni İslam ümməti, Muhəmməd 
ümməti üçün xeyirli və faydalı etsin! Allah bizə haqqı haqq olaraq göstərsin və 
754
əl-Buruc surəsinin 4-10-cu ayələrinə baxa bilərsiniz.
755
Muslim 3005.


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
352 
haqqa tərəf yönəlməkdə, haqq əhli ilə birlikdə olmağa yardımçı olsun! Allah 
bizə batili batil olaraq göstərsin və batildən batil əhli ilə birlikdə uzaqlaşmaqda 
kömək etsin! Allah bütün əməllərimizi ixlasla Onun üçün Sünnəyə uyğun 
olaraq edənlərdən etsin! Allah bizi fitnədən və fitnə əhlindən qorusun! Allah 
bizim yaşadığımız bu dövlətimizi, məmləkətimizi cürbəcür fitnələrdən, 
bəlalardan qorusun! Bizim dövlətimizə hidayət versin! Allah bizə 
torpaqlarımızı düşmənlərdən tezliklə almaqda yardımçı olsun. Allah bizi 
dünyada və axirətdə möhkəm bir kəlimə olan 
Lə İləhə İlləllah
ilə sabit qədəm 
etsin! Bizi yalnız və yalnız müsəlman olduğumuz halda öldürsün! Amin! 
ƏHLİ SÜNNƏ VƏL CƏMAAT SƏLƏFİ SALİHİN 
ETİQADI 
AbdurRahman əs-Səədi 

deyir ki: “1. Əhli Sünnə - etiqadında olanlar 
Allaha, Onun Peyğəmbərinə, kitablarına, mələklərinə, Axirət gününə, Qədərə, 
xeyir və şərin Allahdan olduğuna iman edirlər.
2. Əhli Sünnə - ibadət edilməyə layiq sadəcə Allah olduğuna, hər bir 
kamilliyin Ona aid olduğuna inanaraq yalnız Ona ibadət edirlər.
3. Əhli Sünnə - Yaradan, var edən, surət verən, ruzi və digər nemətləri 
verən, mane olan və bütün işləri ən gözəl şəkildə idarə edən sadəcə Odur.
4. Əhli Sünnə - Allah tək maqsud olan və ibadət ediləndir. O, Əvvəldir – 
Ondan öncə heç bir şey yoxdur. O, Axırdır – Ondan sonra heç bir şey yoxdur. 
O, Zahirdir – Onun üzərində heç bir şey yoxdur. O, Batindir – Ondan o tərəfə 
heç bir şey yoxdur. O, həm zatı, həm də sifətləri ilə Ucadır. O, ərşə istiva etmiş. 
Bu istiva Onun əzəmət və cəlalına yaraşan bir halda mütləq ucalığı və 
üstünlüyü ilə bərabərdir. Onun elmi gizli və aşkar olan, uca və aşağı olan hər 
bir şeyi əhatə etmişdir. O, elmi ilə qulları ilə bərabərdir, onların bütün 
hallarından xəbərdardır. O, qullarına yaxındır və onların bütün istəklərinə 
cavab verəndir. O, zatı ilə bütün yaratdıqlarından Mustəğni (heç birinə 
ehtiyacı olmayandır). Bütün yaradılmışlar hər bir etdikləri işdə (həyatları ilə) 
Ona möhtacdırlar. Yaradılmışlar bir göz qırpımı belə Ona möhtac olmadan var 
ola bilməzlər. O, kəramətli və rəhmət sahibidir. O dərəcədə ki, qullarına gələn 
hər bir dini və dünyəvi nemət və pislikləri qoruma ancaq Ondandır. Neməti 
verən və pislikləri uzaqlaşdıran Odur. Rahmətindəndir ki, hər gecə dünya 
səmasına enərək qullarının ehtiyaclarını ödəyir. Allah dilədiyi kimi enər. 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   473   474   475   476   477   478   479   480   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə