TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə480/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   476   477   478   479   480   481   482   483   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
355 
arasında 4 Rəşidi xəlifəsi, Cənnətlə müjdələnən 10 səhabə, Bədr əhli, Ridvan 
beyətində olanlar, mühacir və ənsarlardır. Peyğəmbərin 

Əhli Beytini Allah 
üçün sevər və hörmət edərlər. Onları yalnız və yalnız xeyirlə anarlar.
26. Əhli Sünnə - etiqadına görə hidayəti göstərən alimlərə, Peyğəmbərin 

varislərinə hörmət edər, ədalət üzərə olan əmirlərə, yüksək məqamda olanlara 
hörmət edərlər.
TÖVHİDƏ ZİDD OLAN SÖZ VƏ ƏMƏLLƏR 
AbdurRahman əl-Cibrin 

deyir ki: “1. Növü nə olursa olsun, isətr dəmir, 
istər tunc və ya dəridən olan ip və ya halqa şəkilində olan bir şeyi başına 
gələcək bir bəlanı uzaqlaşdırır niyyəti ilə taxmaq.
2. Tilsim, amulet, gözmuncuğu və s. başa düşülməz sözlərdən ibarət olan 
şeyləri taxmaq. Nal, heyva budağı və s. şeylərin həm insanların üzərinə, həm 
də heyvanların üzərinə nəzər dəyməsin və s. səbəblərlər taxılması şirkdir.
3. Müəyyən şəxsləri mübarək sayaraq onlara əl sürtmək, onlardan bərəkət 
keçəcəyinə inanmaq, Ağac və daşlara qarşı da belə bir inancda olmaq bu 
qəbildəndir.
4. Allahdan qeyrisinə qurban kəsmək, xeyir əldə etmək, zərərdən qaçmaq 
məqsədilə cin və övliyalara qurban kəsmək, Allahdan qeyisinə qurban kəsilən 
yerdə qurban kəsmək qadağandır.
5. Allahdan qeyrisinə nəzir demək. İbadət olduğu üçün Allahdan qeyrisinə 
edilməz.
6. Allahdan qeyrisinə sığınmaq və ya Allahdan qeyrisindən yalnız Allahın 
qadir olduğu bir şeydə kömək diləmək.
7. Saleh kimsələri və Allahın vəli qullarını onların olduğu məqamlardan 
həddi aşaraq daha yüksək məqamlara qaldıraraq tərifdə həddi aşmaq. Onların 
günahsız olduqlarına, bəzi Peyğəmbərlərdən üstün olduqlarına və s. etiqad 
etmək.
8. Qəbir ətrafında təvaf, orada namaz qılmaq və s.
9. Qəbirlər üzərinə tikili, məqbərə, türbə və s. ucaldılması, qəbirlərin 
rənglənməsi və s.
10. Falçılıq, fal oxları, kahinlik, münəccimlik, qeybdən xəbər və s. küfr və 
şirk əməllərlə məşğul olan və bu kimi şeylərə getmək. Hətta saleh və övliya 
adlansalar da belə bu kimi şeylərdə onlara müraciət edilməz.
11. Uğursuzluğa, işin nəsh gətirməsinə inanmaq. Günlərin, ayların, hansısa 
heyvanın uçuşu ilə işin uğurlu olub-olmaması və s. kimi mövhumatlara 
inanmaq.
12. Qəlbi Allahdan qeyrisinə bağlamaq, Allaha təvəkkül etməmək.



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   476   477   478   479   480   481   482   483   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə