TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə479/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   475   476   477   478   479   480   481   482   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
354 
O, Peyğəmbərlərin sonuncusudur. Allah onu insan və cinlərə müjdələyən və 
qorxudan olaraq göndərmişdir. Allah onu din və dünyanın islahı üçün və 
yaradılmışların Allaha ibadət vəzifəsini yerinə yetirməsi üçün göndərmişdir.
16. Əhli Sünnə - bilirlər ki, Muhəmməd 

insanların ən biliklisi, ən doğrusu, 
ən səmimi olandır. Müsəlmanlar onu böyük sayar və sevərlər. Onun sevgisini 
bütün yaradılmışların sevgisindən önə salar. Dinin bütün sahələrində ona 
uyarlar. Onun söz və davranışını hər kəsin davranış və sözlərindən önə 
keçirərlər.
17. Əhli Sünnə - etiqad edir ki, Allah Muhəmmədin 

simasında bütün 
fəzilətləri, özəllikləri və mükəmməlikləri onda toplamışdır. O, məqam 
baxımından yaradılmışların ən uca məqama sahib olanıdır. Nə qədər xeyir 
qapıları varsa onu ümmətinə bəyan etmiş, nə qədər pislik varsa onu da 
ümmətinə göstərmişdir.
18. Əhli Sünnə - Allahın nazil etdiyi bütün kitablara, göndərilmiş bütün 
Peyğəmbərlərə inanırlar. Allahın göndərdiyi Peyğəmbərlər arasında ayırım 
etməzlər.
19. Əhli Sünnə - qədərə iman edərlər. Qədər ilə baş verən bütün xeyir və şər 
Allahın təqdir etdiyi ilə baş verməsinə iman edir. Allah qullarından hə biri 
üçün güc və iradə yaratmışdır. Onlar bu güc və iradə ilə istədikləri söz və 
əməllərini edirlər. Allah qullarını əməl etmək və söz söyləmək baxımından 
məcbur etməmişdir. İnsanlar etdiklərini öz seçimləri ilə edirlər. O, mömin 
qullarına imanı sevdirmiş və qəlblərinə salmışdır. Usyan, küfr və fahiş işləri 
onlara pis göstərmişdir.
20. Əhli Sünnə - Yaxşılığı əmr edib, pislikdən çəkindirər, valideyinlərə, 
qohum əqrabaya, qonşuya, əmri altında olanlara, əmir sahiblərinə, haqq 
sahiblərinə yaxşılıq etməyi əmr edərlər.
21. Əhli Sünnə - gözəl əxlaqa dəvət edər, pis və çirkin əxlaqdan 
çəkindirərlər.
22. Əhli Sünnə - etiqad edir ki, müsəlmanların iman baxımından ən kamil 
olanı əxlaqı ən gözəl olan, sözü ən doğru olan, xeyir və fəzilətə ən çox yönələn 
və hər bir rəzillikdən uzaq olan kimsədir.
23. Əhli Sünnə - Allah yolunda cihad etməyi əmr edər. Çünki cihad dinin ən 
yüksək zirvəsidir və iki qismdir: Elm və dəlil cihadı və silahlı (kafirlərə) qarşı 
olan cihad.
24. Əhli Sünnə - müsəlmanları birlik və bərabərlikdə olmağa çağırarlar. 
Parçalanmaqdan və düşmənçilikdən uzaqdırlar. Bunun üçün hər bir yola əl 
atarlar.
25. Əhli Sünnə - etiqadına görə ümmətlərin ən fəzilətlisi Muhəmməd 

ümməti, bu ümmətin ən fəzilətlisi Rəsulullahın səhabələridir. Səhabələr 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   475   476   477   478   479   480   481   482   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə