TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


“Onun bənzəri heç bir şey yoxdur. O, eşidən və görəndir”



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə478/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   474   475   476   477   478   479   480   481   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

“Onun bənzəri heç bir şey yoxdur. O, eşidən və görəndir”. 
(əş-Şura 11).
 
5. Əhli Sünnə - etiqad edir ki, Allah hikmət sahibidir. Onun təqdir 
etməsində və hökm verməsində hikmət vardır. Boş yerə heç bir şey 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
353 
yaratmamış və heç bir hökm də verməmişdir. Onun hökmləri mütləq şəkildə 
bir hikmət və fayda olaraq buyurulmuşdur.
6. Əhli Sünnə - Allahın tövbələri qəbul edən, əfv edən və bağışlayandır. 
Qullarının tövbəslərini qəbul edər, pisliklərini əfv edər. Ona dönərək tövbə 
edən böyük günah sahiblərinin günahlarını bağışlayar.
7. Əhli Sünnə - Allahın edilən az şeylərə belə bol-bol əvəz verəndir. Verdiyi 
nemətlərə görə şükr edənlərin nemətlərini isə artırandır.
8. Əhli Sünnə - Uca Allahı Özünün və Peyğəmbərini xəbər verdiyi sifətləri 
ilə tanıyırlar. Onun həyat sahibi, eşitməsi, görməsi, əzəməti, qüdrəti, cəlal və 
camal, mütləq həmd sahibi olması zatı sifətlərindəndir.
9. Əhli Sünnə - Allahın Mərhəmət etməsi, rıza göstərməsi, danışması feli 
sifətlərdəndir. Allah necə diləyərsə danışar. Onun sözləri bitib-tükənməz və 
yox olmaz.
10. Əhli Sünnə - Quranın yaradılmış olmaması və Allahın kəlamı olmasına 
etiqad edir. Quran Ondan başlamış Ona da dönəcəkdir. Allah dilədiyini etmə 
sifətinə əvvəl də sahib idi, indi də və gələcəkdə də sahibdir. Dilədiyi şəkildə 
danışır. O, malik olan və hökm edəndir. Ondan başqa nə varsa Onun mülkü və 
Onun haqqında hökm verdikləridir. Qullarından heç biri Onun mülkündən və 
hökmündən kənar deyildir.
11. Əhli Sünnə - Quranda bildirildiyi və sünnətdə təvatur dərəcədə xəbər 
verildiyi kimi möminləri Axirətdə Allahı görəcəklərinə, Onu görmə və Onun 
rızasına qovuşmaq nemətinin nemətlərin ən böyüyü olduğuna inanırlar.
12. Əhli Sünnə - İmansız, Tövhid olmadan ölən (böyük şirk üzərə) əbədi 
Cəhənnəmlikdir. Lakin böyük günah edən kimsə tövbə etmədən, etdiyi 
günahlara kəffarə olan bir şey etmədən və onun üçün şəfaət ediməzsə 
cəhənnəmə girsə belə əbədi qalmaz. Qəlbində zərrə qədəər iman olan kimsə 
Cəhənnəmdən qurtulacaqdır.
13. Əhli Sünnə - İmanın qəlbin etiqadı, dilin söyləməsi və əməllərin etdiyi 
işlər olduğuna inanırlar. İmanın çərçivəsinə daxil olan şeyləri ən mükəmməl 
şəkildə yerinə yetirən mömindir. Belə bir mömin savab əldə etməyə haqq 
qazanır, cəzaya uğramaqdan qurtulur. İman çərçivəsinə girən şeyləri naqis 
edən kimsənin imanı zəifləyər. Buna görə də iman edilən xeyir və itaətlərlə 
artar, pislik və günahlarla azalar.
14. Əhli Sünnə - etiqadında olanlar Allahdan kömək diləməklə din və 
dünyəvi işlərində çalışaraq səy göstərərlər. Beləcə bütün hərəkətlərində Allah 
üçün ixlaslı hərəkət edərlər. Allahın Rəsuluna itaət edərlər.
15. Əhli Sünnə - Muhəmmədin 

Allahın qulu və peyğəmbəri olduğuna 
şahidlik edərlər. Allah onu aləmlərə rəhmət, bütün dinlərə üstün olaraq haqq 
din ilə göndərmişdir. Peyğəmbər möminlərə canlarından da üstün və əzizdir. 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   474   475   476   477   478   479   480   481   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə