TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


) Bu ən son anda da olandır.  “Rəbbi ona: "Təslim ol!"– dedikdə, o



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə9/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   5   6   7   8   9   10   11   12   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

6)
Bu ən son anda da olandır. 
“Rəbbi ona: "Təslim ol!"– dedikdə, o: 
"Aləmlərin Rəbbinə təslim oldum!"– demişdi. İbrahim də, Yaqub da bunu 
6
əl-Buxari 1395, Muslim 19.
7
əl-Buxari "Fəth" 2942, Muslim 2406, ən-Nəsai “Sunənul-Kubra” 8403, 8587, İbn Hibban 6932, Əhməd 
"Müsnəd" 333.


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı

oğullarına vəsiyyət etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün 
seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz! Yoxsa siz Yaquba ölüm 
gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra 
nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin İlahına, atalarının – 
İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız 
Ona təslim olanlarıq!" 
(əl-Bəqərə 131-133).
 
Peyğəmbər 

buyurdu: “Kimin son 
sözü 
Lə İləhə İlləllah
olarsa Cənnətə daxil olar”.
7)
İnsana dinə girmək üçün ən birinci və ölüm anında ən son əmrdir. Ona 
görə də Peyğəmbər 

ölüm anında olan kimsələrə 
Lə İləhə İlləllah 
kəliməsini
 
təlqin etməyi əmr edərdi. Əbu Səid əl-Xudri 

 
rəvayət edir
 
ki, Peyğəmbər 

buyurdu: "Ölüm anında olan yaxınlarınıza Lə İləhə İlləllahı təlqin edin".
8
8)
Tövhid səni Cəhənnəmdən qurtaracaq ən böyük səbəbdir və bütün 
xeyirlərin əsasıdır. 
Həmçinin -
ən böyük və bağışlanılmaz günah olan Allaha 
şərik qoşmaq dünya və axirətdə olan bütün bəlaların başıdır. Həyatdakı bütün 
digər pozuntular zəncirvari şəkildə həyatın əsası olan Tövhidin 
pozulmasından törəyir. Bu mövzu insan həyatında ən mühüm məsələdir. 
Ömər 

 
deyir ki: “Biz Allahın İslam dini sayəsində gücləndirdiyi bir cəmaatıq. 
İslamdan başqasını seçəcək olsaq, onda Allah bizi zəlil edər”
9
. İslam ordusu 
Roma imperiyasının idarəsi altında olan Kipri fəth edərkən bütün 
müsəlmanlar qələbə sevincini yaşadığı halda məşhur səhabə Əbu Dərdə 

 
kədərlənərək ağlayırdı. Bunun səbəbini soruşduqda, o dedi: “Baxın onlar necə 
də əzəmətli bir xalq idi. Hətta onların qüdrətli rəhbərləri də var idi. Onlar 
Allahın buyuruqlarını tərk etdikləri üçün Allahın da onları necə alçaltdığına 
baxın. Qorxuram ki, bir vaxt bu ümmət də Allahı və Onun Rəsulunu tərk edər, 
Allah da onları bu cür alçaldar”
10
.
Lakin nədənsə bu məsələ əhəmiyyət baxımından ondan qat-qat aşağı 
dərəcədə olan digər məsələlərin kölgəsində qalmışdır. Müsəlmanlar Tövhid 
elminə çox diqqət yetirməlidirlər. Müsəlman: “Yenə də Tövhid!”- 
deməməlidir. Əsla! Həmişə Tövhid olmalıdır. Bu bizim dünya və axirətdə 
səadətimizin açarıdır. Hər bir müsəlman ailəsində Tövhid kitabı masaüstü bir 
kitab olmalıdır. Hər il oxunan, təkrarlanan bir kitab olmalıdır. Bu kitabı tərk 
etmək şərdir. Bilsən bu kitabda sənin üçün nə qədər xeyir vardır!? “Mən 
Tövhidi öyrənmişəm” deyən kimsə artıq xəta etmişdir. Tövhid Nəhv və Sarf 
elmi deyil ki, bir dəfə öyrəndin kifayət etsin. Tövhid – Allahın sənə verdiyi 
ömürlə bərabər davam edən bir kitabdır. Oxudun bitirdin, yenə də təkrarla
çünki şeytanın səndən ən çox istədiyi şey şirk etməyindir.
8
Muslim 916. 
9
Tərğib Vət-Tərhib 3/ 351, 4393.
10
“Hilyətul-Övliya” 1/ 216.



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə