TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə10/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   6   7   8   9   10   11   12   13   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı

Ümmətdə Şirkin Zühur Etməsinə Başlıca Səbəblər

1)
Cahillik – düzgün 
əqidəni bilməmək və ya öyrənmək istəməmək, çox az diqqət etmək və ya heç 
diqqət yetirməməkdir. Nəsillər yetişmişlər ki, bu əqidəni bilmirlər, əqidəyə 
zidd olan məsələləri bilmirlər. Haqqı yalan, yalanı isə haqq kimi bilirlər. İbn 
Qeyyim 

 
deyir: “Cahillik öldürücü xəstəlikdir. Onun müalicəsi (şəfası) iki 
şeydədir; Quran və Sünnə. Müalicə edən isə Rəbbani alimdir”. Cahillik elmə 
zidd olandır. Öldürücü xəstəlikdir. İnsanı elə tələf edir ki, özü də hiss etmir. 
Cahillik xəstəlikdir, insanı elə bir tərzdə kor edir ki, xilasının harada olduğunu 
bilmir. Alimlər diri, cahillər isə ölüdürlər. Bu əqidə 
Tövqifidir
. Yəni sənin, 
mənim ağlım üzərində qurulmur. Bu əqidəni quran Allahdır - əqidədə ictihada 
yer yoxdur. Əqidənin mənbəyi iki əsasdır: Quran və Sünnə. Nə üçün? Çünki, 
Allahı Onun Özündən başqa heç kəs yaxşı tanıya bilməz. Allahdan sonra onu 
gözəl tanıyan Peyğəmbəri Muhəmməddir 

. İlk əvvəl əqidədə problem yox 
idi. İnsanlar bir əqidə, bir cəmaat idilər. Lakin xeyirli dövr, xeyirli əsr 
getdikdən sonra zəlalət əhli gəldi, əqidələr çoxaldı, cəmaatların sayı isə artı. 
Bütün bu cəmaatlar Quran və Sünnə ilə getdiklərini iddia edirlər. Lakin Quran 
və Sünnə onları tanımır, tanımaq da istəmir. Əqidələri fəlsəfə, ağıl, kiminsə 
ideyası, qəzəbi və hissləri üzərində qurulmuş camaatlar. Lakin biz Quran və 
Sünnəyə fəhm (başa düşmək) qaydasını da əlavə edirik. Sizin (zəlalət əhlinin 
Quran və Sünnəni) başa düşmək fəhmini yox, Quran və Sünnəni ən gözəl 
anlayan, bununla yaşayan səhabələrin fəhmini. Auf ibn Məlik 

rəvayət edir 
ki, Rəsulullah 

buyurdu: "Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər
onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar 
yetmiş iki firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə 
Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim 
ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, 
qalanları isə Cəhənnəmə düşəcəkdir".
11
İbn Ömərin 

rəvayətində isə 
səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah 

buyurdu: 
"Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir".
12
Başqa rəvayətdə: 
Rəsulullah 

buyurdu: "O da camaatdır".
13
Bu iki şəfanı öz yerinə qoyan, başa 
salan lazımdır. Hər bilən yox, Rəbbani bilən lazımdır. Çox insanlar müalicə 
etmək üçün özləri bu iki əsasa baş vururlar. Lakin onlar alim olmadıqları üçün 
ölüm tapırlar. Rəbbani alim bu iki əsası sənə doğru başa düşməyə yardımçı 
olacaqdır. Elm dərmandır. Lakin insan bədəninə uyğun olmayan dərman 
qəbul etsə bu onu ya şikəst edər ya da ki həlak. Çünki, həkim olmadan qəbul 
etmiş və bunu ona lazım olan miqdarda etməmişdir. Məhz buna görə də 
11
İbn Məcə. 
12
Tirmizi, əl-Albani "Səhih Hədislər Silsiləsi" 1348. 
13
Əhməd 4/ 102, əl-Albani "Ziləlul-Cənnə". 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə