TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


gələn doğru yoldadırlar Məhz onlar nicat tapanlardır”



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə6/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   2   3   4   5   6   7   8   9   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

gələn doğru yoldadırlar Məhz onlar nicat tapanlardır”.
(əl-Bəqərə 1-5).
«Ey 
(libasına) 
örtünüb bürünmüş Peyğəmbər! Qalx
(qövmünü Allahın əzabı ilə) 
qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən 
uzaqlaş.
 (Etdiyin yaxşılığı) 
çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq 
üçün səbr et».
(əl-Muddəssir 1-7).
Allahın 
«Qalx və qorxut»
buyurduğunun 
mənası, şirkdən qorxudub çəkindirmək və tövhidə dəvət etmək deməkdir. 
«Öz Rəbbini üca tut»
tövhid ilə onu təzim et. 
«Libasını təmizlə»
yəni 
əməllərini şirkdən təmizlə. 
«Pis şeylərdən uzaqlaş»
yəni bütlərdən uzaq dur. 
Onlardan uzaq durmaq isə bütləri və bütpərəstləri tərk edib, onlardan uzaq 
durmaq deməkdir. Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O, 
da qalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi.
3)
İnsanlar doğru yolu tapsınlar, Allahdan qeyrisinə ibadət etməsinlər. 
“Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan 
kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur
lakin onların əksəriyyəti bunu bilmir”. 
(əz-Zumər 29).
 
İbn Qeyyim 

 
deyir ki: 
“Allah bu ayədə müşrik ilə Muvahhid bir kimsəni ayıraraq misal çəkmişdir. 
Müşrik -
əxlaqı pozulmuş, bir-birinə düşmən olan, ayrılığa düşmüş bir 
cəmaata sahib qul halında olub bir neçə ilaha ibadət edir. Bu ilahların istəkləri 
fərqli olduğu üçün heç birini də razı salmır. 
Müvahhid –
olan Allaha ibadət 
etdiyi üçün halı – şirkdən uzaq olan, hədəf və məqsədini aparan yolu bilən və 
bütün ixtilaflardan uzaq olaraq hüzur içində olan bir kimsədir. Onun üzərində 
Rəbbinin rəhməti, ehsanı vardır. Bu iki qul heç bir olarmu?”.
5

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə