TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 111
Əbu Bəsirin qəbri üzərində bir məscid bina etmişdir". Bu hadisə
Hudeybiyyə sülhü ərəfəsində baş vermişdir. Peyğəmbər Mədinəyə
gəldikdən sonra müsəlman olmuş qureyşli Əbu Bəsir (Utbə ibn Useyd əs-
Səqafi) onun yanına gəldi. Qureyş də onu qaytarmaq üçün iki nəfər
göndərdi və onlar Peyğəmbərin yanına gəlib: "Bizimlə bağladığın sülh
müqaviləsinə görə Əbu Bəsiri geri qaytarmalısan!"- deyə ona müraciət
etdilər. O, Əbu Bəsiri həmin iki kişiyə təhvil verdi. Onlar Əbu Bəsir ilə
Məkkəyə yola düşdülər və nəhayət gəlib Zul-Huleyfə adlanan yerə çatdılar.
Burada onlar (xurcunlarındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsir
onlardan birinə (Xuneyn ibn Cabirə): "Ey filankəs, Allaha and olsun ki, sənin
bu qılıncın çox gözəldir!"- dedi. Qılıncın sahibi onu qınından çıxardıb dedi:
"Doğrudan da bu çox gözəl qılıncdır. Mən onu bir neçə dəfə təcrübədən
keçirmişəm". Əbu Bəsir dedi: "Göstər görüm necə qılıncdır?" (Qılıncı ona
göstərdikdə Əbu Bəsir ) fürsət tapıb qılıncı onun əlindən aldı və nəfəsi
kəsilənə qədər qılıncla onu vurdu. O, birisi isə (Xuneysin mövlası) qaçıb
Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Peyğəmbər onun vahimə
içində yürüyə-yürüyə gəldiyini görüb: "Bu adam nədənsə qorxub!" deyə
buyurdu. O, Peyğəmbərin yanına gəlib dedi: "Allaha and olsun ki, yoldaşım
öldürüldü! (Qorumasanız) Mən də öldürüləcəyəm!" Bu vaxt Əbu Bəsir gəlib
dedi: "Ey Allahın Rəsulu! Allaha and olsun ki, artıq O, sənə vədini yerinə
yetirməyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah
məni onların əlindən xilas etdi". Peyğəmbər buyurdu: "Vay bunun anasının
halına! Bu müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nəfər də
onunla həmrəy olsa (o, zaman müharibə alovu qızışacaq və sülh müqaviləsi
pozulacaq)". Əbu Bəsir bunu eşitdikdə onun yenidən müşriklərə
qaytarılacağını başa düşdü və Mədinədən çıxıb dənizin sahilinə tərəf getdi.
Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl ibn Suheyl də gəlib ona
qoşuldu. Daha sonra Məkkə müşriklərindən yaxa qurtaran hər bir müsülman
ona qoşuldu və beləliklə də onlar qüvvətli bir dəstəyə çevrildilər. Vallahi onlar
hər dəfə Qureyşin ticarət karvanının Şama yola düşdüyündən xəbər tutduqda,
karvanın qabağını kəsər və onları öldürüb mallarını götürürdülər. Bu
təhlükəni görən Qureyş öz tərəfindən bir nümayəndəni (Əbu Sufyan)
Peyğəmbərin yanına göndərdilər. Bu dəfə Qureyş Peyğəmbəri Allaha and
verib aralarında olan qohumluq əlaqələrinin hörmətinə görə (onların ticarət
karvanlarını Əbu Bəsir və onun cəmaatından qorumaq üçün) ona
yalvardılar. Onlar Peyğəmbərə : "Bundan sonra müsəlman olaraq Məkkədən
hicrət etmiş hər bir şəxs əmin ola bilər ki, (geri gətirilməyəcəkdir)"- deyə xəbər
göndərmişdilər. Peyğəmbər səhabələrdən birini (bu xoş xəbəri çatdırmaq
üçün) Əbu Bəsir və onun cəmaatının yanına göndərdi və Uca Allah bu ayəni
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 112
nazil etdi: “Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra,
Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur”-
ayəsindən: “Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına
qapıldıqları zaman...”. (əl-Fəth 24-26). Onların təkəbbür və təəssübü
Hudeybiyyə
müqaviləsinə
"Bismilləhir-Rahmənir-Rahim",
"Muhəmmədən
Rəsulullah" sözlərini yazmaqdan imtina etmələri və həmin ili (hicrətin altıncı
ilində) müsəlmanların Məkkəyə daxil olub Allahın evini ziyarət etməyə razılıq
verməmələri idi.
262
Hədis əl-Buxari, Muslim və s. səhih və sünənlərdə: "Onun
qəbri üzərində bir məscid bina etmişdir" cümləsi əlavə olunmadan rəvayət
edilmişdir. Bu cümlə mudaldır, hətta münkər bir rəvayətdir.
263
Altıncı Şübhə Və Cavabı - Qəlblərə şübhə salan bəziləri qeyd edirlər ki,
qəbirlərin məscid halına gətirilməsində olan qadağa, ancaq qəbirdə olan
kimsəyə görə fitnəyə (şirkə) düşmə qorxusuna bağlı bir şeydir. Artıq Tövhid
möminlərin qəlblərində yerləşdiyinə görə bu fitnə ortadan qalxmışdır. Bu kimi
şübhələr batil və əsli olmayan şübhələrdir. İbrahimdən sonra artıq kim
əmin ola bilər. Nə qədər Tövhid əhli olsa da belə, heç kəs şirkə
düşməyəcəyindən əmin ola bilməz. İbrahim dua edərək: "…Məni və
övladlarımı bütlərə tapınmaqdan uzaq elə!" (İbrahim 35). Abdullah ibn
Şurahbil ibn Həsən rəvayət edir: "Osmanın qəbirləri dümdüz edilmə əmrini
verdiyini gördüm. Ona: “Bu sənin qızın Ummu Əmrin qəbridir”- deyildi. O,
yenə də onun düzəldilməsini əmr etdi".
264
Aliyyul-Kari "Mirqat"da (2/ 372)
deyir: “Elm adamları “qəbrin bir qarış yüksəldilməsi müstəhəbdir”. Əbu
Burda rəvayət edir ki, Əbu Musa ölüm döşəyində ikən tövsiyə etdi:
“Cənazəmi götürdükdə tez-tez yeriyin. Qəbrimə mənimlə torpağın arasına
girəcək heç bir şey qoymayın. Qəbrimin üzərinə bina tikməyin. Ölümümə görə
saçını qırxan, səsini yüksəldən və üst-başını cıran qadınlardan uzaq olduğuma
sizi şahid tuturam”. Yanında olanlar dedilər: "Bu haqda bir şeymi eşitdin?" O:
"Bəli, Peyğəmbərdən "- deyə cavab verdi”.
265
Ənəs qəbirlər arasında
məscid tikilməsini məkruh (haram) görürdü.
266
Nəfi rəvayət edir ki: “Ömər
bəzi kimsələrin altında beyət edilən ağaca gedib-gəldiklərini eşitdikdə o,
ağacın kəsilməsini əmr etdi və ağac kəsildi”.
267
Səhih odur ki, Nəfi rəvayət
edir: İbn Ömər dedi: “(Hudeybiyyə sülhündən) sonrakı il təkrar oradan
keçdikdə, altında beyət etdiyimiz ağacın hansı olduğu haqqında aramızdan iki
nəfər də belə bir fikirə gələ bilmədi. Bu Allahın bir rəhməti idi". əl-Albani
262
əl-Buxari 2731, Muslim 1783.
263
Bu haqda geniş məlumat üçün bax: əl-Albani "İslamda Qəbirçiliyin Sakıncaları" hədis yayınları.
264
İbn Əbi Şeybə "Musənnəf" 4/ 138, Əbu Zura "Tarix" 66/ 2, 121/ 2.
265
Əhməd 4/ 397.
266
İbn Əbi Şeybə 2/185, Fəthul-Bəri 65/ 81/ 1 "əl-Kəvakib".
267
İbn Əbi Şeybə (2/ 84/ 1) rəvayət etdi və ravilərin hər biri siqadır. Lakin Nəfi ilə Ömər arasında kəsiklik
vardır. Bu da hədisin zəif olduğunu göstərir.
Dostları ilə paylaş: |