TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 107
MÜXALİFLƏRİN GƏTİRDİYİ BƏZİ ŞÜBHƏLƏR VƏ
ONLARA VERİLƏN CAVABLAR
Batil olan bir şeyi bir kimsə dəlil deyə irəli sürərsə mütləq Qurani-Kərimdə
onu yox edən və dəyərsiz olduğunu sübut edən bir buyuruq vardır; "(Ya
Muhəmməd!) Müşriklər sənin yanına gəlib elə bir misal çəkməzlər ki, Biz sənə
onun doğru cavabını (verməyək) və (onların gətirdikləri misallardan) izahatca
daha yaxşısını gətirməyək". (əl-Furqan 33). Yəni onlar səninlə mübahisə etmək
və haqqı batilə qarışdırmaq üçün sənə bir dəlil gətirsələr, mütləq Biz sənə
haqqı gətirər və daha gözəl açıqlama veririk. Buna görə də Qurani-Kərimdə
Uca Allahın bu müşriklərin və başqalarının suallarına çox ətraflı cavab
verdiyini görürük. Hətta batil olan bir şeyin lehinə Kitab və Sünnədən səhih
bir dəlil gətirərsə, heç şübhəsiz ki, bu dəlil onun əleyhinədir. İbn Teymiyyə
"Dəru Təarudin-Naqli vəl-Aqli" adlı əsərinin müqəddiməsində deyir: "Bir
bidətçi və ya batil bir əqidənin sahibi öz batilini sübut etmək üçün Kitab və
Sünnədən bir dəlil irəli sürərsə, heç şübhəsiz ki, bu dəlil onun lehinə yox,
əleyhinə olur".
Lakin burada diqqət ediləsi bir xüsus da vardır ki, o da: Bir kimsə qarşı
tərəfin dəlilini bilmədən və o, dəlili çürütməyə, ona qarşılıq verməyə hazır
olmadan heç bir kimsəylə mübahisəyə girişməməlidir. Çünki, kamil bir bilik
sahibi olmadan belə bir mübahisəyə girişən kimsə Allahın istədiyi müstəsna
olmaqla məğlub olar. Necə ki, düşmən ilə savaş meydanına silah və sürsatsız
girdiyin kimi.
Birinci Şübhə Və Cavabı - "(Nəhayət əshəbi-kəhf öldükdən sonra kafirlər)
dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən
yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir. Əshəbi-Kəhf
haqqındakı mübahisədə qalib gələnlər isə: Onların (məzarı) üstündə bir məscid
tikəcəyik – dedilər". (əl-Kəhf 21). Bu şübhəyə cavabımız odur ki: Bizdən
öncəkilərin şəriəti bir çox dəlillərlə sübut olunur ki, bizim şəriətimiz deyildir.
Peyğəmbər buyurdu: "Mənə daha öncə heç bir Peyğəmbərə verilməyən beş
xüsusiyyət verilmişdir. Hər bir Peyğəmbər müəyyən bir qövmə göndərilib,
mən isə hamıya göndərilmiş Peyğəmbərəm".
254
Əgər ayə qəbir üzərində
məscid tikməyin caiz olduğunu, bizdən öncəkilərin şəriəti olduğunu bildirsə
də belə, ayədəki hökmü götürməməliyik; "Onların (məzarı) üstündə bir məscid
tikəcəyik" deyənlərin mömin olduqlarına dair bir dəlil yoxdur. İbn Cəririn
bunu söyləyənlər haqqında iki rəyi vardır: 1. Bunlar onların arasında olan
müsəlman kimsələrdir. 2. Onların arasında olan müşriklərdir. Doğrusunu isə
254
əl-Buxari, Muslim.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 108
ən yaxşı bilən Allahdır.
255
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər
buyurdu: "Evlərinizi qəbir yerinə, qəbrimi də bayram yerinə çevirməyin.
Mənim üçün Allahdan xeyir-dua istəyin (salavat). Harda olsanız sizin xeyir-
duanız (salavatınız) mənə çatar".
256
və s. bu qəbildən olan hədislər onu göstərir
ki, bizim şəriətimizdə bu qadağan edilmişdir. Peyğəmbər bu sözlərilə
onların etdiklərindən bizi çəkindirir. Ömərin dövründə İraqda Daniel
Peyğəmbərin qəbri tapıldıqda, bunun xalqdan gizlədilməsini və qəbrin
yanında tapılan bəzi döyüşlərin yazısı olan parçanın da basdırılmasını əmr
etdiyi rəvayət edilir. Peyğəmbərin məscidləri qəbirlərə çevirənlərə lənət
etdiyini gördün. Əslində bu hədisdən bizdən öncəkilərin şəriətində də bunun
qadağan edildiyi aydındır. Yoxsa Peyğəmbər onların şəriətində bu icazəli
olsaydı Sidən Əvvəlkiləri lənətləməzdi. Bu cür dəlil gətirmək din olaraq sadəcə
Quranla kifayətlənən, sünnəyə zərrə qədər də dəyər verməyən kimsələrə
məxsusdur. Peyğəmbər buyurdu: "Bunu da bilin ki, mənə Quran və onunla
birlikdə onun misli verilmişdir. Bunu da bilin ki, Allahın Rəsulunun haram
etdiyi, Allahın haram etdiyi kimidir".
257
Necə ola bilər ki, Allah onları
Peyğəmbərinin diliylə lənətlədiyi halda, onların etdiklərini rədd etməsin. Bu
ayəni dəlil gətirənlər, eynilə Süleymanın əmrinə verilən cinlərlə əlaqəli olan
Allahın buyurduğu: "Onlar Süleyman üçün nə istəsə – məbəd, uca qəsrlər,
heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri
qazanlar düzəldirdilər". (Səba 13) - ayəsini heykəl və büt düzəltməyin caiz
olduğuna dəlil gətirirlər. Heykəl və rəsm (surət) çəkməyi haram edən səhih
hədislərin əksinə bu ayəni dəlil gətirirlər. Halbuki, Peyğəmbərin hədislərinə
inanan müsəlman bunu etməz.
İkinci Şübhə Və Cavabı - Peyğəmbərin qəbri günümüzdə görüldüyü kimi
məscidində olmasıdır. Bu haram bir iş olsaydı orada dəfn edilməzdi. Buna
cavab olaraq deyirik ki: Günümüzdə bu nə qədər belə görünsə də, səhabələrin
dövründə bu belə deyildi. Çünki, Peyğəmbər vəfat etdikdə səhabələr onu
məscidinin yan tərəfində olan evində dəfn etdilər. Məscid ilə onun evini, arada
qapısı olan divar ayırırdı. Peyğəmbər sağlığında ikən bu qapıdan çıxıb
məscidə gedərdi. Səhabələrin onu evində dəfn etmələrinə səbəb nə idi? Biz
bunu yuxarıda Aişənin hədisində də qeyd etdik ki, onlardan sonra
kiminsə onun qəbrini məscid etməsinlər deyə belə etdilər. Bu mövzuda elm
əhli arasında heç bir fikir ayrılığı yoxdur. Peyğəmbərin dəfn edildiyi yer ilə
Aişənin qaldığı yerin arasını hörürlər. Əbu Bəkr öldüyü zaman, o da
Peyğəmbər dəfn edildiyi otaqda dəfn edilir. Ömər də öldüyü zaman Aişə
255
İbnul Covzi "Zədul Məsir" 5/123.
256
Əbu Davud 2042, Əhməd 2/ 367, İsmayıl əl-Qazi "Fadl əs-Salət alən Nəbi" səh. 20, əl-Albani səhih
demişdir.
257
əl-Albani "Mişkət" 163.
Dostları ilə paylaş: |