TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 109
artıq öz evini tərk edir. Vəlid ibn Abdul-Məlikin dövründə məscid
genişləndiyi zaman Peyğəmbərin xanımlarına məxsus olan otaqlar
sökülərək məscidə qatılır yalnız Aişənin evindən başqa.
258
Sonra evi üç
bucaq şəkilində daşla hörürlər. Artıq bu tikilidən öncə məsciddən iki divar ilə
ayrılırdı. Sonuncu üçbucaq şəklində üçüncü divarı da hörürlər. Artıq heç kəs
bundan sonra ora girə bilməzdi. İbn Qeyyim “Nuniyyədə” deyir: “Allah
Peyğəmbərin duasına cavab verdi və onun qəbri ibadət olunan yerə
çevrilmədi. Qəbri üç qat divarla qorundu və heç birində də içəri daxil olmaq
üçün qapı yoxdu. Daxil olmaq, qəbrə sürtünmək mümkün deyil. İndi isə dəmir
hasar ilə də örtüblər”. Ona görə də Peyğəmbərin qəbri məsciddən deyildir.
Müşriklərin etdiyində ya qəbrin üzərində məscid inşa edirlər, ya da məscid
olur, sonra qəbri içinə salırlar. Lakin sual verək? Peyğəmbər məsciddə dəfn
olunub? Xeyr! Məscidi Peyğəmbərin evi üzərində tikiblər? Xeyr!
Hafiz ibn Muhəmməd ibn Abdul-Hadi "Sərimul-Munki"də (səh. 136) deyir:
"Artıq o vaxt səhabələrdən heç kəs yox idi. Ən son vəfat edən səhabə Cabir ibn
Abdullah olub ki, o da Abdul-Məlikin xilafəti dövründə vəfat etmişdir.
Vəfat tarixi h. 78-ci, Vəlid isə h. 86-cı ilində xəlifə oldu, 96-çı ilində isə vəfat
edib".
259
İbn Kəsir "Tarix"də (9/ 75) qeyd edir ki: "Söylənildiyinə görə Sad ibn
Museyyib Aişənin evinin, sanki o, qəbrin bir məscid edilməsindən
qorxurmuş kimi məscidə qatılmasına qarşı çıxmışdı".
Üçüncü Şübhə Və Cavabı - Peyğəmbərin Hayf məscidində namaz
qılmasıdır. Hədisdə bildirildiyinə görə orada yetmiş Peyğəmbərin qəbri vardır.
ət-Tabərani "Mucəmul-Kəbir"də (3/ 204/ 2) deyir: "Bizə Abdan ibn Əhməd, İsa
ibn Şazan, Əbu Həmməd ibn Dəlal, İbrahim ibn Tahman, o da Mənsurdan, o
da Mucahiddən, o da İbn Ömərdən mərfu olaraq rəvayət edir: "Hayf
məscidində yetmiş Peyğəmbərin qəbri vardır". əl-Heysəmi "Məcma"da (3/ 298)
rəvayət edir: "…Yetmiş Peyğəmbər basdırıldı". Cavab olaraq deyirik ki: Biz
Peyğəmbərin bu məsciddə namaz qılmasına şübhə etmirik. Şübhə edilən bu
məqsciddə yetmiş Peyğəmbərin basdırılması məsələsidir ki, iki tərəfdən dəlil
olmaz. 1) Heç bir hədis alimi bu hədisə səhih hökmünü verməmişdir. Çünki,
hədisin sənədində qərib hədisləri rəvayət edən ravilər vardır. Hədisin
sənədində gələn İsa ibn Şazan qərib hədisləri rəvayət edəndir. İbn Hibban
"Siqat"da (2/ 10) “qərib rəvayətlər edir”- demişdir. İbrahim ibn Tahman
258
İbn Cərir "Tarix" 5/ 222, İbn Kəsir "Tarix" 9/ 74-75.
259
Bu məsələ ilə bağlı cahilcəsinə bir söz söyləyənlərdən biri: "Peyğəmbərin məscidini Osman
genişlətdikdə bu məscidin içərisinə ondan olmayan şeyləri də saldı və üç qəbir də məscidin içərisində qaldı.
Sələfdən heç bir kimsə isə bunu pis qarşılamadı". Cavab olaraq deyirik ki: "Osman ona atılan bu böhtanın
əksini etmişdir. O, Peyğəmbərin məscidini genişlətdikdə ona işarə olunan hədislərə müxalif olmamışdır.
Buna görə də məscidi Peyğəmbərin xanımlarının evlərinin olduğu yerdən genişlətməmiş və bu evləri
məscidə salmamışdır. Bu da ondan öncə Ömər etdiyinin eynisidir". Belə bir kimsələr Sələfi Salihin
əqidəsini bilmədiklərinə görə belə danışırlar.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 110
haqqında da İbn Ammar Məvsili demişdir: Hədisi zəif və muzdaribdir. əl-
Albani deyir: "Mən bu hədisin ravilərindən birinin qiraətində təhrifə
düşərək "Sallu" (namaz qıldı) yerinə "Qubra" (basdırıldı) demiş olmasında
şübhə edirəm. Çünki ət-Tabərani "Mucəmul-Kəbir"də (3/ 155/ 1) siqa (mötəbər,
etibarlı) bir sənədlə rəvayət etmişdir: "Hayf məscidində yetmiş Peyğəmbər
namaz qılmışdır…".
260
2) Hədisdə qəbirlərin Hayf məscidində görünməsinə
açıq şəkildə işarə edən bir ifadə yoxdur. Əzraki "Tarihu Məkkə"də (səh. 406-
410) Hayf məscidi haqqında bir neçə bölüm açmışdır. Heç birində orada olan
qəbrlərin görünməsi haqqında xəbər verməmişdir. Bilinməlidir ki, şəriət də
hökmləri zahirə görə verir. Sözü gedən məsciddə açıq, görünən qəbirlər
olmadığına görə orada namaz qılmaqda heç bir xəta yoxdur. Çünki, orada olan
qəbirlər yoxdur, görsənmirlər. Kimsə onların yerini tanımır. Hətta bu zəif
hədis olmasaydı orada yetmiş qəbir olduğu heç kimsənin ağlına da belə
gəlməzdi.
Dördüncü Şübhə Və Cavabı - İsmailin və başqalarının qəbrinin
Məscidul-Həramdakı Hicr adlanan yerdə olduğuna və oranın da namaz
qılmaq üçün ən üstün yer sayılması. Cavab olaraq deyirik ki: Məscidul-
Haramın məscidlərin ən üstünü və orada qılınan namazları yüz min namaz
dəyərində olduğuna heç bir şübhə yoxdur. İsmailin və başqa
Peyğəmbərlərin Məscidul-Haramda dəfn edildiklərinə dair bir səhih hədis belə
yoxdur. Əksinə bu haqda rəvayət olunan hədislərin əksəriyyəti uydurma, zəif
hədislərdir. Əzkəri "Əxbəru Məkkə"də (səh. 39, 219, 220) rəvayət etmişdir. Bu
zəif rəvayətlərin də əksəriyətini bidətçilər götürərək qəbirlərə gedib orada
ibadət etməyə dəlil gətirirlər. Şeys Aliyul-Kari "Mirqatul-Məfatih"də (1/ 456)
deyir: "İsmailin qəbrinin şəkli Hisrdə, Hatim, Həcərul-Əsvədlə zəmzəm
arasında yetmiş Peyğəmbərin qəbri vardır. Artıq bu qəbirlərin izləri
qalmamışdır. Bunlar da dəlil gətirilməyə uyğun deyildir". Yuxarıda qeyd
etdiyimiz kimi açıq görünən qəbirlər olmadığına görə heç bir problem yoxdur.
Çünki, məlum olduğuna görə yerin özü həyatdakıların qəbridir; "Biz yeri
dirilər və ölülər üçün toplanma yeri etmədikmi?" Şabi deyir: "Yerin içi
ölüləriniz, üstü isə diriləriniz üçündür".
261
Şair deyir: "Ey dostum! Bunlar hər
tərəfi dolduran qəbirlərimizdir. Haradadır Ad qövmünün yaşadığı dönəmdəki
qəbirlər. Yüngülcə ayağını bas yerə, mən yerin torpağının yalnız bu
cəsədlərdən ibarət olduğunu zənn edirəm. Bacara bilirsənsə yavaş-yavaş
havada yeri, qulların çürümüş sümüklərinin üzərindən basa-basa yerimə".
Beşinci Şübhə Və Cavabı - İbn Abul-Bərr "əl-İtisab" adlı əsərində (4/ 21-23)
rəvayət edir: "Əbu Cəndəl ibn Suheyl ibn Amr Peyğəmbərin dönəmində
260
Bu haqda geniş məlumat üçün bax: əl-Albani "İslamda qəbirçiliyin sakıncaları" hədis yayınları.
261
əd-Dulabi 1/ 129.
Dostları ilə paylaş: |