TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 103
danacaqlar. Heç kəs sizə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə
bilməz". (Fatir 13-14). Bəra ibn Azib rəvayət edir ki, bir gün Peyğəmbər ilə
birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə
yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər üzünü Məkkəyə tərəf
çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan
çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya
üç dəfə: "Qəbr əzabından qorunmaq üçün Allaha sığının!"- dedi və sözünə
davam edərək: “...Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının
dönüb geri getdikləri zaman ayaq səslərini eşidir...”.
238
Peyğəmbər Bədr
döyüşündə öldürülən kafirlərin cəsədləri üzərində duraraq buyurdu: “Biz
həqiqətən də Rəbbimizin bizə vəd etdiyinin haqq olduğunu gördük. Bəs siz
necə Rəbbinizin sizə vəd etdiyinin haqq olduğunu gördünüzmü?”
Peyğəmbərin arxasında dayanmış Ömər dedi: “Ey Allahın Rəsulu! Sən
cansız cəsədlərəmi xitab edirsən?” Peyğəmbər : “Muhəmmədin canı Əlində
Olana and olsun ki, siz mənim dediklərimi onlardan daha yaxşı eşidə
bilməzsiniz! Lakin onlar cavab verməyə qadir deyillər”. Onlar sizdən pis
eşitmirlər (indi, bu an). Alimlər deyir ki: “Eşitsələr də belə sənə cavab verə
bilməzlər. Həmçinin eşitsələr də Allah onlara müəyyən şeyləri eşitdirir. Sanki
sən iflic olmuş bir kimsədən su istəyirsən. Səni eşitsədə sənə vermək
iqtidarında deyildir. Həmçinin, adi insanlar bunu anlaya bilməzlər ki, o eşidir
yoxsa eşitmir. Çünki, səhabələrə Peyğəmbər xəbər vermişdi. Həmçinin
eşitsələr də belə müxaliflərin dediyi kimi: “Evində oturub yüz-min kilometr
məsafədən çağırsan eşidəcəklər”. Bu artıq ölülərə Allahın sifətlərini verməkdir.
Adi insan müəyyən məsafədən sonra eşitmir, qaldı ki, iki metr yerin
dərinliyində olan çürümüş cəsəd. Həmçinin – müxtəlif dillərdə olan
müraciətləri anlamazlar, bunları təsdiq etmək ki, onlar anlayırlar, bu artıq
onlara ilahi keyfiyyətləri verməkdir”. Peyğəmbərin qəbri başında duraraq
hər bir millət öz dilində ona müraciət edir, elə zənn edirlər ki, onları eşidir və
başa düşür; "Qiyamət gününə qədər ona cavab verə bilməyən Allahdan
qeyrisinə müraciət edəndən də artıq yolunu azmış kim ola bilər! Bunlar isə
onların müraciətini eşidə bilməzlər. İnsanlar bir yerə toplandıqda bunlar
onlara düşmən kəsiləcəklər, onların ibadətlərini inkar edəcəklər". (əl-Əhqaf 5-
6). İnsan ölünü nə üçün çağırır? 1) Etiqad edir ki, eşidir. 2) Etiqad edir ki, onun
istəyini (ruzi, övlad) verə bilər.
Həmçinin – Qadınların qəbristanlıqları tez-tez ziyarət etmələri, orada şam
yandırmaları qadağan edilmişdir. Əbu Səid rəvayət edir ki, Peyğəmbər
buyurdu: "Sizə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə kim ziyarət
238
əl-Albani "Əhkəmul Cənaiz" s. 202, Əhməd 4/ 287, 295-296, Əbu Davud 4753.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 104
etmək istəyirsə ziyarət etsin. Lakin çirkin söz söyləməsin".
239
əl-Albani
deyir: “Bunun içərisinə qadınlar da daxil olan ümumi icazədir. Müstəhəblik
baxımından kişi və qadınlar da eynidir. Çünki, Peyğəmbərin qadağan etməsi
həm kişilərə, həm də qadınlara aid idi”. Abdullah ibn Muleykə rəvayət edir ki:
Aişə bir gün qəbristanlıqdan gəlirdi”. Mən: “Ey möminlərin anası,
haradan gəlirsən?”- deyə soruşdum. O: “Qardaşım Abdur-Rahmən ibn Əbu
Bəkrin qəbrini (ziyarətdən)”- dedi. Mən dedim: “Məgər Peyğəmbər qəbirləri
ziyarət etməyi qadağan etməmişdirmi?” O: “Bəli, sonra onları ziyarət etməyi
əmr etdi”- dedi”.
240
Aişə rəvayət edir ki: “Sizə Peyğəmbərdən və
özümdən danışımmı?” Biz: “Bəli!”- dedik. Aişə: "Peyğəmbər mənim
növbəm olan gecə yanıma gəldi. Gələn kimi də ridasını yerə qoydu,
ayaqqabılarını çıxarıb ayaqlarının yanında qoydu. İzarının bir tərəfini açıb
döşəyin üstünə sərərək uzandı. Sonra mənim yuxuya gedəcəyimi zənn etdiyi
ana qədər gözləyərək sakitcə libasını götürdü. Qapını yavaşca açaraq evdən
çıxdı və onu sakitcə örtdü. Paltarımı başımdan keçirərək büründüm, izarımı
da geyinib onun ardınca getdim. Nəhayət Peyğəmbər Bəqi qəbristanlığına
çataraq, ayaq üstə bir xeyli duraraq əllərini üç dəfə yuxarı qaldırdı. Sonra
geriyə döndü və mən də döndüm. O, sürətlə gedirdi, mən də surəti artırdım.
O, qaçmağa başladı, mən də qaçdım. Axırda mən ondan irəli keçib evə girdim.
Mən yatana yaxın o da evə daxil oldu və: "Ey Aişə, nə olub tənginəfəssən?”-
deyə soruşdu. Mən: "Bir şey olmayıb"- dedim. O: "Ya nə olduğunu mənə
deyəcəksən, ya da Lütfkar, Xəbər verən Allah mənə onsuz da xəbər
verəcəkdir"- deyə buyurdu. Mən: "Ey Allahın Rəsulu! Atam-anam sənə fəda
olsun”- dedim və əhvalatı ona danışdım. O: "Önümdə gördüyüm insan
qaraltısı sənmi idin?"- deyə soruşdu. “Bəli”- dedim. Buna görə də məni
köksümdən bir dəfə itələdi və bu hərəkəti ilə məni sarsıtdı. Sonra: “Allah və
Onun Peyğəmbərinin sənə zülm edəcəyinimi zənn etdin?”- deyə soruşdu.
“Bəli”- dedim. Aişə : "İnsanların gizlətdiyi hər şeyi Allah bilirmi?"- deyə
soruşdum. O: "Bəli"- dedi”.
241
Ənəs ibn Malik rəvayət edir ki, (bir dəfə)
Peyğəmbər bir qəbrin başında durub ağlayan qadının yanından keçərkən
(ona) buyurdu ki: “Allahdan qorx və səbir et!” Qadın onun kim olduğunu
bilməyib dedi: “Əl çək məndən! Mənim başıma gələn müsibət sənin başına
gəlməyib.” Qadına: “Bu, Peyğəmbər idi”– dedilər. Bundan sonra o,
Peyğəmbərin qapısının yanına gəldi, lakin orada gözətçilərə rast gəlmədi.
Qadın (üzrxahlıq edib): “Mən səni tanımamışam”– dedi. Peyğəmbər
buyurdu: “İlk sarsıntı anında səbir etmək lazım idi!”
242
239
Əhməd 3/ 38, əl-Heysəmi 3/ 57, ən-Nəsai 4/89.
240
əl-Həkim 1/ 376, əl-Beyhəqi 4/ 78, əl-Albani “Cənazə”.
241
Muslim 974/ 103, ən-Nəsai 3973, Əhməd 6/ 221, əl-Albani "Cənaiz" 231.
242
əl-Buxari 1283, Muslim 926.
Dostları ilə paylaş: |