TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 99
təmir edib abadlaşdırırlar. Bu isə şirkə aparan yoldur. Məscidi Allaha ibadət
etmək üçün qəbir edən lənətlənmişdir. İbn Teymiyyə deyir: "Müsəlman
alimləri məzarlar üzərində məscidlər tikməyi qadağan ediblər. Məzarlara and
verməyi, məzarlara hədiyyə aparmağı, pul verməyi, heyvan kəsməyi qadağan
ediblər. Bütün bu əhdlər günahdır. Həmçinin də heç bir sələf alimi demir ki,
məzarlarda namaz qılmaq, dua oxumaq, qurban kəsmək başqa yerlərdən daha
yaxşıdır". İbn Teymiyyə deyir: "Heç bir məsciddə ölünün dəfn edilməsi
doğru deyildir. Əgər məscid dəfndən öncə salınıbsa ya qəbir yerlə bir edilir, ya
da ölü oradan çıxardılaraq başqa yerə basdırılır. Məscid qəbirdən sonra inşa
edilmişsə ya məscid ya da qəbir sökülür. Çünki, qəbir üzərindəki məsciddə nə
fərz, nə də nafilə namazlar qılınır. Bu qadağan edilmişdir".
216
Şeyx İbn Bəzz
deyir: "Məsciddə məzar varsa, məzar namaz qılanların arxasında, qarşısında,
sağında və ya solunda olmasından aslı olmayaraq orada namaz qılmaq
düzgün deyildir". İbn Bəzz deyir: “İnsan bilsədə-bilməsədə belə namazı
batildir”. əl-Albani deyir: “Başqa məscid ola-ola gedib qəbir olan məsciddə
namaz qılarsa namazı batildir”. Şeyx Useymin deyir: “Əgər məscid qəbir
üzərində tikilibsə bu məsciddə namaz qadağandır. Yox əgər əksinə olubsa
namaz bu məsciddə səhihdir”. Bu məscidi dağıtmaq lazımdır, əksi olarsa qəbir
çxarılıb qəbristanlıqda dəfn edilməlidir. Əgər başqa yerdə qılmağa imkan
yoxdursa onda zərurətdən orada qıla bilərsən və qəbir də səninlə qiblə
arasında olmamalıdır”.
Allahdan qeyrisinə ibadət edənlərə isə bu qədər yer üzü bəs etmir.
Qəbirlərə, pirlərə gedərək önündə necə alçaldıqlarını, təmiz ürəkdən ibadət
etdiklərini, boyun əydiklərini görə bilərsiniz. Heç Allahın evlərində bu cür
ibadət etmirlər. Onların əksəriyyəti isə məzarların yanında etdikləri duaların
və yalvarmalarının xeyrini gözləyirlər. Buna görə də Peyğəmbər
qəbristanlıqda namaz qılmağı qadağan etmişdir. Əbu Səid əl-Xudri rəvayət
edir ki, Peyğəmbər buyurdu: "Hamam (ayaq yolundan) və qəbristanlıqdan
başqa yer üzü mənim üçün məscid edildi".
217
Cabir ibn Abdullah əl-Ənsari
rəvayət edir ki, Peyğəmbər buyurdu: "Məndən əvvəl heç bir kəsə
(peyğəmbərə) verilməyən beş şey mənə verilmişdir; Yer üzü mənim üçün
təmiz və məscid edildi. Buna görə də namaz vaxtı çatmış hər kim olursa-olsun
olduğu yerdə namazını qıla bilər…".
218
Huzeyfə rəvayət edir ki, Peyğəmbər
buyurdu: "İnsanlar üzərinə üç şeylə əmr olunduq; namazda səflərimiz
mələklərin səfləri kimi edildi, bütün yer üzü bizə məscid qılındı və yerin
torpağı su tapılmadıqda bizə təmizlik vasitəsi edildi".
219
Peyğəmbər
216
Fətava 1/ 107, 192.
217
Əhməd 3/ 83-96, Əbu Davud 492, ət-Tirmizi 317, İbn Məcə H. 745, əl-Albani "Səhihul-Cəmi" 2767.
218
Muslim 521.
219
Muslim 522.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 100
qəbristanlıqda namaz qılmağı onun murdarlığına görə deyil, şirkin
murdarlığına görə qadağan etmişdir. Çünki, şirkə aparan yol əsasən
məzarların yanında ibadət etməkdən başlayır. İmam Şafii "əl-Umm" adlı
əsərində (1/246) deyir: "Mən qəbir üzərində məscid tikilməsini və ya
dülzəldilməmiş halda üzərində namaz qılınmasını, yaxud da qəbirə doğru
namaz qılınmasını məkruh (haram) görürəm. Əgər bir kimsə qəbirə doğru
namaz qılarsa namazını qılmış olur, lakin çox pis bir iş etmiş olur”.
220
Şeyx
Aliyul-Kari "Mirqatul-Məfatin Şərhu Mişkətul-Məsabih" (1/456) deyir: "Onlara
lənət edilməsinin səbəbi, ya onların ucaltmaq üçün peyğəmbərlərin qəbirlərinə
doğru səcdə etmələridir ki, bu isə açıq-aydın bir şirkdir, ya da onların uca
Allah üçün namaz qılmağı peyğəmbərlərin dəfn edildikləri yerdə tikmələri və
onların qəbirləri üzərində səcdə edib namaz qılarkən qəbirlərinə
yönəlmələridir. Beləliklə onlar uca Allaha ibadət edərkən peyğəmbərləri
ucaltmaqda həddi aşmış olurlar. Gizli şirk deyilən budur. Çünki, bunda
Allahın izin vermədiyi şəkildə hər hansısa bir yaradılışa təzim vardır.
Peyğəmbər bunu ümmətinə ya Yəhudi adətlərinə bənzədiyinə görə, ya da
gizli şirk olduğuna görə qadağan etmişdir".
Həmçinin - Qəbristanlqda Cənazə Namazı Qılmaq Olarmı? İmam Əhməd
deyir: “Cənazə namazları xaric qəbirlər arasında namaz qılınmaz". Nəfi
deyir: “Aişə ilə Ummu Sələmənin cənazə namazlarını Bəqinin ortasında
qıldıq. O, gün İmam Əbu Hureyra idi. İbn Ömər da orada idi".
221
Ənəs
rəvayət edir ki, Peyğəmbər buyurdu: "Bir qəbir üzərinə (cənazə) namazı
qıldı". Əbu Hureyra rəvayət edir ki, bir zənci qadın məscidi süpürürdü. Bir
gün Peyğəmbər onu görmədi. “Nə oldu?”- deyə soruşdu. Səhabələr: "O,
öldü"- deyə cavab verdilər. Peyğəmbər buyurdu: "Mənə xəbər vermək lazım
deyildi? Qəbrini mənə göstərin". Qəbir ona göstərildikdə o, da bu qadının
qəbri üzərində (cənazə) namaz qıldı və dedi: "Bu qəbirlərin içi zülmətlə
doludur. Allah qıldığım namazla oranı işıqlandırır".
222
Lakin bir qrup alimlər
qəbristanlıqda cənazə namazını belə şirkə aparan yol olduğu üçün qılmağı
qadağan etmişlər. əl-Albani deyir: “Cənazə namazını qəbirlər arasında
qılmaq caiz deyildir. Peyğəmbər qəbirlər arasında cənazəyə namaz qılmağı
qadağan etmişdir”.
223
Doğrusunu Allah Bilir!
220
Burada məkruhdan qəsd edilən haramdır. Çünki: "Əgər bir kimsə qəbirə doğru namaz qılarsa namzını
qılmış olur, lakin çox pis bir iş etmiş olur" sözü haram etdi mənasındadır. Quran üslubunda da pislik Seyyiə
deməkdir. Allah uşaqlarınızı öldürməyi, zinaya yaxınlaşmağı, can almağı və s. şeyləri qadağan etdikdən
sonra buyurur: "Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir". (əl-İsra 23, 33, 36-
38).
221
İbn Rəcəb "Fəthul-Bəri", "Qavakibud-Dərari" 65/ 81/ 1-2, Abdur-Razzaq "Musənnəf" 1/ 407/ 1594.
222
Muslim 956.
223
əl-Albani “Cənazə Əhkamı”.
Dostları ilə paylaş: |