TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 91
Peyğəmbər ölümü yaxınlaşdığı vaxt üzünü Hamisanın ucuyla örtür və sonra
örtüyü üzündən qaldıraraq buyurardı: "Allah yəhudilərə və xristianlara lənət
etsin! Çünki, onlar Peyğəmbərlərinin qəbirlərini ibadətgaha (məscidlərə)
çeviriblər". Aişə deyir ki: "(O, bu sözləriylə) onların etdiklərinin bənzərini
etməkdən bizi çəkindirirdi".
182
Əbu Ubeydə ibn Cərrah rəvayət edir ki,
Peyğəmbərin son söylədiyi sözlər bunlardı: "...Bunu da bilin ki, insanların ən
şərliləri Peyğəmbərlərinin qəbirlərini məscid halına gətirənlərdir".
183
Hafiz
İrakli deyir: "Əgər bir kimsə içində dəfn edilmə qəsdi ilə bir məscid tikərsə
bu lənətin içərisinə girər. Məsciddə dəfn edilmək haramdır".
184
İbn Qeyyim
“Nuniyyədə” deyir: “Peyğəmbərin duasına Allah cavab verdi və onun qəbri
ibadət olunan yerə çevrilmədi. Onun qəbri üç qat divarla qorundu və heç
birində də içəri daxil olmaq üçün qapı yoxdu. Mümkün deyil daxil olmaq,
qəbirə sürtünmək. İndi isə dəmir hasar ilə də örtüblər”.
Müxaliflər deyirlər: “O məscid ki, orada qəbir vardır, orada edilən ibadət
qəbir olmayan məsciddə edilən ibadətdən əfzəldir. Vallahi! Kim qəbir olan
məscidə gedərək Allaha dua etməsə, Allahdan istəməsə iman etmiş olmaz,
müsəlman olmaz”. Subhənəllah! Nə Peyğəmbər bu barədə danışmış, nə
səhabələrinə bunu öyrətmiş, nə də səhabələr belə bir şeyi etmişlər. Görəsən, bu
müxaliflər bütün bunları haradan götürüblər? Əgər bu əməl məşhur bir iş
olsaydı heç olmasa alimlər bu barədə danışardılar. Vallahi, heç fiqh
kitablarında bu barədə danışılmayıb. Səhih və Sünən kitablarında Cənazə
bölümü açılıb. Cənazəni yumaq, kəfənləmək, namazını qılmaq, dəfn mərasimi
necə olmalıdır bu barədə danışılmış, lakin bu sufilərin qəbirləri ucaltmaq,
orada ibadətgah tikmək, belə yerlərə səfərlər etmək barəsində heç bir hədis və
etdilər". Biri: "Onu namaz qıldığı yerdə dəfn edək"- dedi. Əbu Bəkr : "Onu ibadət edilən bir büt halına
gətirməkdən Allaha sığınırıq"- dedi. Digərləri: "Onu mühacir qardaşlarımızın yanında Bəqidə dəfn edək"-
dedi. Əbu Bəkr : "Biz Peyğəmbərin qəbrinin Bəqidə olmasından narahat olarıq. İnsanlar bu vaxt onun
Allah qatında məqamına sığınaraq dua edərlər”- dedi. Halbuki, Allahın haqqı Peyğəmbərin haqqının
üstündədir. Əgər onu çolə çıxarsaq Allahın haqqını zay etmiş olarıq. Əgər ona verdiyimiz sözü yerinə
yetirməsək Peyğəmbərin qəbrinə də xəyanət etmiş olarıq”- dedi. Səhabələr: "Bəs onda nə edək, ya Əbu
Bəkr?”- dedilər. O: "Peyğəmbərlər öldükləri yerdə dəfn edilirlər”- dedi. Bundan sonra: "Sən sözü qəbul
edilən və hörmət edilən birisisən"- dedilər. Sonra yatağının yanında bir çizgi çəkdilər. Əli, Abbas, Fadl və
ailə xalqı onu götürdülər. Digərləri isə yatağının olduğu yerdə məzar qazmağa başladılar". Fayda -
burada bir məsələ də vardır ki, Peyğəmbərin evində dəfn edilməsi başqalarının da evində dəfn edilməsi
üçün dəlil deyildir. Çünki, dəfn qəbristanlıqda edilməlidir. İbn Urva "Qavakibud-Dərar" adlı əsərində 88/ 1
təfsir 548-də deyir: "Müsəlmanların qəbristanlıqda dəfn edilməsi Əbu Abdullah (İmam Əhməd) tərəfindən
evlərində dəfn edilməsindən daha bəyənilən bir xüsusdur. Çünki ölən kimsənin həyatda qalan mirasçıları
olan kimsələrə daha az zərər verər və qəbristan axirət məskənlərinə daha çox bənzəyər. Burada dəfn
edilənlər üçün daha çox dua edilir. Səhabələr, tabiinlər və onlardan sonra gələnlər də qəbristanlıqda dəfn
edilmişlər".
182
əl-Buxari 1/ 422, 6/ 386, 8/ 116, Muslim 2/ 67, ən-Nəsai 1/ 115, Əhməd 1/ 218, 6/ 34, 229, 275, əd-Dərimi 1/
326.
183
Əhməd 1691, 1694, ət-Tahavi "Müşkilul Əsar" 4/ 13, əl-Heysəmi "Məcmuuz-Zəvaid" 5/ 325.
184
əl-Munəvi "Fəyzul-Qadir" 5/ 274.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 92
fiqh kitablarında danışılmamışdır. Belə bir şeylər mühüm məsələ olsaydı
alimlər bu barədə danışardılar. Lakin əksinə bunun qadağan olunması
barəsində danışıblar. Müxaliflər bu yerlərdə dəfn olunan salehlər barəsində,
onların kəraməti, möcüzələri barəsində bir çox hekayələr danışırlar.
Məqsədləri isə Allahdan qeyri ibadət olunan yerlərə insanları cəlb etməkdir.
Subhənəllah! Deyirlər ki: “Bütün Avropa ölkələrini gəzdim, lakin heç bir yerdə
dərdimə şəfa tapmadım. Bir gün bura gəlməklə sağaldım”. Allahu Əkbər!
Onda, görəsən bu qədər xəstəxanalar nəyə lazımdır? Onlar öz əməllərini
tövhid sayırlar. Kimsə onlara bu əməllərini qadağan etdiyi zaman onu başa
düşməməzlikdə, hörmətsizlikdə ittiham edirlər. İnsanları Tövhidə dəvət
edirsən, deyirlər ki: “Vəhhabisən”, insanları Cihadı Sünnə ilə etməyə dəvət
edirsən, deyirlər ki: “Cihadı inkar edirsən”, Zikri Sünnə ilə etməyə dəvət
edirsən deyirlər ki: “Zikri inkar edirsən”. Onları Uca və Böyük olan Allaha
dəvət etdiyi zaman, onlar insanları Cəhənnəmə çağırırlar. Vallahi, insanları
Tövhidə dəvət edən, şirkdən çəkindirən kimsə yer üzündə ən gözəl kimsədir.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: "Evlərinizi qəbir
yerinə, qəbrimi də bayram yerinə çevirməyin. Mənim üçün Allahdan xeyir-
dua istəyin (salavat). Harda olsanız sizin xeyir-duanız (salavatınız) mənə
çatar".
185
Əli ibn Huseyn rəvayət edir ki, bir nəfər Peyğəmbərin qəbrinin
yanına gələrək dua etməyə başladı. Əli ibn Huseyn onu çağırıb dedi: "Mən
sənə atamdan eşitdiyim, onun da Peyğəmbərdən eşitdiyi bir hədisi
danışacağam: "Qəbrimi bayram yerinə, evlərinizi də qəbir yerinə çevirməyin.
Mənə salavat göndərin. Harada olsanız sizin salavatınız mənə çatacaqdır".
186
Qəbri bütün qəbirlərin ən üstünü və ən fəzilətlisi olduğu halda bayram yerinə
çevrilməsi Peyğəmbər tərəfindən qadağan edilirsə, digərləri üçün bu daha
da mühümdür. Qəbristanlıqları bayram yerləri etmək İslamdan əvvəl edilən
bayramlardandır. Hər il müəyyən vaxtlarda qəbirləri ziyarət edib oralarda
ibadət edərdilər. İslamın gəlməsilə bunlar qadağan edildi. İbn Teymiyyə
deyir ki: "Mən bu əməli icazə verən heç kəsi tanımıram. Çünki, bu təntənələr
keçirməyin bir növüdür. Əksinə hədis onu göstərir ki, Peyğəmbərin
məscidində namaz qılmağa gedərkən onun məzarını salamlamaq üçün ziyarət
etmək şəriətə görə qadağan edilmişdir. Səhabələr və onların davamçıları
Peyğəmbərin məscidini ziyarət edir, namaz qılıb qurtardıqda ya oturar, ya
da çıxardılar. Onlar onun məzarını salamlamaq üçün ziyarət etməzdilər. Çünki
bilirdilər ki, onun üçün salavat gətirmək daha yaxşıdır". "Allahın elçisini öz
aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın". (ən-Nur 63). Peyğəmbər
185
Əbu Davud 2042, Əhməd 2/ 367, İsmayıl əl-Qazi "Fadl əs-Salət alən Nəbi" səh. 20, əl-Albani səhih
demişdir.
186
Əbu Yala 465, əl-Buxari "Tarixul-Kəbir" 1, 2/ 186, İsmayıl əl-Qazi "Fadlus-Salət alən-Nəbi" səh. 30.
Dostları ilə paylaş: |