TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 83
edilməz və onlar rəsuldurlar. Onlar, Allahın istədiyindən artıq nə özünə, nə də
hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək gücünə malik deyillər; “De
ki: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi
də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe
oluram". De ki: "Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!” (əl-Ənam
50). "Peyğəmbərləri onlara cavab olaraq demişdilər: "Biz də sizin kimi adi bir
insanıq. Lakin Allah öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni
olmadan biz sizə heç bir dəlil gətirə bilmərik". (İbrahim 11). "De ki: "Mən də
sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız tək
olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümüd bəsləyirsə yaxşı iş görsün
və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın". (əl-Kəhf 110). Ona əmr
edilən şeylərə tabe olan bir əmirdirlər; “De ki: “Mən sizə nə bir zərər, nə də bir
xeyir vermək qüdrətinə malik deyiləm!" De ki: "Məni Allahdan heç kəs qurtara
bilməz və mən Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!" (əl-Cinn 21-22).
“De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər
yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir
artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm
üçün qorxudan və müjdələyənəm". (əl-Əraf 188). Ömər rəvayət edir ki,
Peyğəmbər buyurdu: "Məni Xristianların Məryəm oğlu İsanı tərif
etdikləri kimi tərif etməyin. Mən sadəcə bir qulam, deyin “Allahın qulu və
rəsulu”. Məni tərif etməkdə həddi aşmayın. Məni Allahın layiq bildiyi
dərəcədən artıq yüksəltməyin. Rəbbim məni necə vəsf edibsə elə də vəsf
edin".
163
Beləliklə, bizə aydın oldu ki, nə Pyğəmbərlər, nə Allahın Rəsulu, nə də
ondan daha aşağı mərtəbədə olan yaradılmışlardan heç biri ibadətə layiq
deyildir. İbadət ancaq bir və tək olan Allaha edilir. Qiyamət günü isə Allaha
şərik qoşduqlarınız sizin şirkinizi danacaqlar; "Sizin Ondan qeyri dua
etdikləriniz bir çəyirdək qabığına da sahib deyillər. Əgər siz onlara dua
etsəniz onlar sizin dualarınızı eşitməzlər. Eşitsələr də belə cavab verməzlər.
Özləri də Qiyamət günü sizin şərik qoşduqlarınızı danacaqlar. Heç kəs sizə
hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz". (Fatir 13-14). “O gün
Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər
ayağında cəm edərək deyəcək: "Mənim bu qullarımı haqq yoldan sizmi
azdırdınız, yoxsa onlar özləri azdılar?" Onlar deyəcəklər: "Sən pak və
müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə
yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki,
axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə
çevrildilər". (əl-Furqan 17-18). "Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir"–
deyənlər artıq kafir oldular. Məsih isə demişdir: "Ey İsrail oğulları! Rəbbim və
163
əl-Buxari 3445, Əhməd 23,24, əd-Dərimi 2784, İbn Hibban 6239, Əbu Yəla 153.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 84
Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə,
Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək
edən olmayacaqdır". (əl-Maidə 72). “Allah deyəcəkdir: "Ey Məryəm oğlu İsa!
Sənmi insanlara: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"–
demişdin?" İsa deyəcək: "Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi
demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin.
Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları
bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! Mən onlara ancaq Sənin mənə
əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!"–
demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni
onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən
hər şeyə Şahidsən”. (əl-Maidə 116-117). Əbu Səid əl-Xudri rəvayət etmişdir
ki, Peyğəmbərin dövründə bir dəstə adam Peyğəmbərə dedi: “Ya
Rəsulullah, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Peyğəmbər dedi:
“Bəli, məgər sizə günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir
vaxtda günəşi görməyinizə nəsə mane olurmu?” Onlar: “Xeyr!”– dedilər.
(Peyğəmbər ) soruşdu: “Məgər sizə on dördüncü gecədə, ay işığının qabağını
bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nəsə mane olurmu?” Onlar:
“Xeyr!”– dedilər. Peyğəmbər buyurdu: “Bu ikisini görməyə sizə heç bir şey
mane olmadığı kimi, qüdrətli və əzəmətli Allahı da Qiyamət günü beləcə,
görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: “Hər bir
ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Bundan sonra
Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir
kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə ancaq Allaha
ibadət edənlər, – xeyirxah, yaxud günahkar adamlar, – habelə Kitab əhlindən
(peyğəmbərlərinə sadiq qalmış kimsələr) qalacaqdır. (O vaxt) yəhudiləri
çağırıb onlardan soruşacaqlar ki: “Siz nəyə ibadət edirdiniz?” Onlar
deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik.” Onlara deyiləcək:
“Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir
deyin görək) siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ey Rəbbimiz,
bizə su ver.” (Onda onlara Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan)
içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına)
toplanacaq və Cəhənnəmə düşəcəklər. Sonra xristianları çağırıb onlardan
soruşacaqlar ki: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın
oğlu Məsihə
164
ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız, Allah
Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan: “Siz nə
istəyirsiniz?”– deyə soruşulacaq və beləliklə də, əvvəlkilərin başına gələnlər
onların da başına gələcəkdir. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr –
164
Burada Məryəm oğlu İsa nəzərdə tutulur.
Dostları ilə paylaş: |