TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 87
boşa çıxarma" deyərək zəlil kimi yalvarır; "Allahı qoyub Qiyamətədək özünə
cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox haqq yoldan azmış
kim ola bilər? Halbuki bu bütlər onların ibadətindən xəbərsizdilər". (əl-Əhqaf
5). Bəziləri saleh olduğunu zənn etdiyi insanlar üçün oruc tutmaq,
167
onların və
ya qəbirlərinin qarşısında namaz qılarkən Allahın qarşısında durduğundan da
daha şiddətli xuşu ilə durması və göz yaşı axıtması, çox uzaq məsafələrdən
onların evlərinə doğru yönəlmək, həccə gedir kimi o kimsələri görmək üçün
səfərə çıxmaq, o kimsənin adını Təlbiyyə (Ləbbeyk) söylənilən kimi çəkmək, o
kimsələrə qurban kəsib, nəzir vermək, onların evlərinə Kəbənin üzərinə örtük
salındığı kimi örtük salmaq
168
və qapısı ağzında qiyamda durmaq, dua və
istiğasə ilə dünya və axirət istəklərinin yerinə yetirilməsi üçün onlara
yönəlmək, o kimsənin yaşadığı evin daşlarından öpmək, divarına özünü
sürtərək pərdələrindən asılmaq, orada təzim və ibadət məqsədi ilə qəndillər
yandırmaq, Kəbə xidmətçilərinin etdikləri kimi saleh saydığı kimsələrin
evlərini süpürmək, təmizləmək, döşəmək, oraya gələnlərə su vermək, orada
qüsl və dəstəmaz almaq üçün yerlər hazırlamaq, onun quyusunun suyundan
bərəkət tapmaq niyyətilə içmək və o suyu yaymaq, suyu ora gəlməyənlərə
aparmaq, o zatın yanından çıxarkən arxasını arxa-arxaya yeriyərək oradan
çıxmaq, orada özünü ağır aparmaq, əxlaqlı olmaq, o ərazidə ov ovlamamaq,
ağac qırmamaq, otunu qoparmamaq, oranı ucaltmaq, əzəmətləşdirmək üçün
aləmə car çəkib insanları ora dəvət etmək. Bəziləri qəbirlərin yanında saçlarını
qırxır, özləri ilə bu kimi ziyarətgahlara (pirlərə, türbələrə, məzarlara) "Həcc
edərkən yerinə yetiriləcək ibadətlər" adlı kitablar da gətirirlər. Bütün bu
əməlləri edən kimsələr şirkə düşmüşlər ki, bu da ibadətdə şirk sayılır.
Bu böyük xəstəliyi ilk olaraq Nuhun qövmündə görürük. Allah, Nuhun
qövmü haqqında belə buyurur: “Və özlərinə tabe olanlara dedilər: "Öz
məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk
etməyin!". (Nuh 23). İbn Abbas rəvayət edir ki, bunlar Nuhun qövmünün
əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı
qövmün insanlarına onların toplandıqları yerlərdə heykəllərini ucaltmağı və
onların adlarını həmin heykəllərə verməyi vəsvəsə etdi. Onlar da deyilən kimi
etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı.
167
Salehlərin adına oruc tutmaq Hindistanda ortaya çıxmış bir bidətdir. Bu orucun da bəlli bir ədəbi, əhkamı,
niyyəti və iftar vaxtı vardır. Müəyyən günlərdə tutulur. Bu oruc ilə salehlərə təvəssül və istiğasə edilərək
onlardan ehtiyaclarının getməsini diləyərlər. "Hənəfi alimlərinə görə şirk və səbəbləri" Muhəmməd. ibn
Abdur-Rahman əl-Humeyyis səh. 37.
168
Həmçinin də qəbirlərin üzərinə örtüklər, çadırlar salaraq insanları inandırmağa çalışırlar ki, hər il bunu
dəyişirik və bizə arası kəsilməyən ruzi gəlir, xəstəliklərdən şəfa tapırıq, ruzinin və salamatçılığın gəlməsinə
səbəbdir, hər cür pislikləri dəf edir, bütün qorxulardan əmin oluruq söyləyərək insanları zəlalətə
sürükləyirlər. İnsanlar da bu qədər asanlıqla əldə ediləcək savaba görə malını bu yolda bolluca sərf edirlər.
"Hənəfi alimlərinə görə şirk və səbəbləri" Muhəmməd ibn Abdur-Rahmən əl-Humeyyis səh. 39.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 88
(Uzun müddət keçdikdən sonara) elm unudulduqda o, heykəllərə ibadət
etməyə başladılar.
169
İbn Qeyyim deyir: “Nuhun qövmündə olan bu
kimsələr öldükdən sonar qövmü qəbirlərinə gələrək ora bağlandılar. Daha
sonra onların surətlərini çəkdilər. Uzun bir zaman keçdikdən sonra bu
kimsələrə ibadət etməyə başladılar”. Buna səbəb, onların Rəblərinin Kitabı və
nəbilərinin sünnəsindən uzaqlaşdıqları üçün öz ağıllarına və nəfsi istəklərinə
uyması idi. Sıratal-Mustəqimdən ayrıldıqca təkzibə başladılar. Allah və Onun
Rəsulunun hökmünün önünə keçdilər. Beləcə də nəsildən-nəsilə zəlalətə
düşdülər. İxtilaf edib firqələrə bölündülər. İbn Teymiyyə deyir: "Kim
nübuvvət cizgisindən ayrılarsa şirkə və digər günahlar içərisinə düşər.
İnsanların inanclarında şirk yox idi. Adəm və uşaqları Allahı tövhid etmək
inancı üzərində idilər. İnsanlar tək bir ümmət idilər sonra ixtilafa düşdülər;
“İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər”. (Yunus 19)".
"İnsanlar tək bir ümmət idilər". (əl-Bəqərə 213). İbn Abbas deyir: "Adəm ilə
Nuh arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövürdə yaşayan
insanların hamısı da Allahın şəriəti üzərində idilər. Onların hamısı İslam
dinində idilər. Daha sonra ixtilafa düşdülər. Rəsulların şəriətlərinə tabe olmağı
tərk etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qoxudan Rəsullar
göndərdi. Göndərilən ilk Rəsul isə Nuh idi".
170
Bütlərə tapınmaq belə başladı. O, zaman onlar qəbirlərə dəvət etmək və
qəbir əhlinin surətlərini çəkməklə iki fitnəyə düşdülər. Aişə rəvayət edir
ki, Ummu Sələmə (və Ummu Həbibə) , Peyğəmbərə Həbəşistanda
gördüyü Mariya adlı bir kilsə haqqında xəbər verdi. Onlar bu kilsənin
gözəlliyindən və kilsədəki rəsmlərdən danışdılar. (Başqa rəvayətdə: orda
İsanın peyğəmbərin surətini görürlər). Orada gördüklərini söylədikdən
sonra, Peyğəmbər buyurdu: "Onlar özlərindən olan saleh bir qul və ya saleh
bir kimsə öldükdə qəbri üzərində məscid tikir və üzərində (sənin söylədiyin)
kimi surətlərini çəkərdilər.
Onlar
Allah
qatında
məxluqların ən
şərliləridirlər".
171
Məscid – Allaha ibadət edilən yerlər sayılır. Bu başlıq Allaha saleh bir
kimsənin qəbrində ibadət etmək və ya qəbr sahibinə ibadət etmək
barəsindədir. Peyğəmbərin bu ümmətə rəhmətindən, ona şirkə aparan bütün
yolları bəyan etməsidir. Həm dəvətinin əvvəlində, həm də ölüm anında belə
şirkdən çəkindirməsidir. Şirkin öz yolları vardır ki, tövhidi qorumaq üçün bu
qapıları bağlamaq lazımdır. Bu hədisə əsasən Məbədlər saleh kimsələrin
qəbirləri üzərində tikilirdi. Saleh saydıqları kimsənin şəkilini çəkərək
169
əl-Buxari 4920.
170
İbn Kəsir 1/ 250, Məcmuul Fətava 20/ 106.
171
əl-Buxari 1/ 416, H. 1341, Muslim 528, ən-Nəsai 1/ 115, Əhməd 6/ 51.
Dostları ilə paylaş: |