TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 85
xeyirxah, yaxud günahkar adamlar qaldıqda, aləmlərin Rəbbi onların yanına
bildikləri ən yaxın surətdə
165
gələcək. Sonra onlara deyiləcək: “Nə gözləyirsiniz?!
Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!” Onlar deyəcəklər:
“Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla
birlikdə olmadıq. İndi isə biz ibadət etdiyimiz Rəbbimizi gözləyirik”. Onda
Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar iki və ya üç dəfə: “Biz heç
nəyi Allaha şərik qoşmuruq!”- deyəcəklər”.
166
“Yəhudilər: "Üzeyr Allahın
oğludur"– dedilər. Xaçpərəstlər də: "Məsih Allahın oğludur"– dedilər. Bu
onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə
oxşayır. Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər"!” (ət-Tövbə
30).
Görün Məsih İsa Xristianların ibadətindən necə də imtina edir. Sənin
buyurduqlarını onlara çatdırıb dedim ki, mənim də sizin də Rəbbiniz olan
Allaha ibadət edin. Allah bilir ki, Məsih özünə ibadət etməyi onlara əmr
etməmişdir. Buna heç bir zaman razılıq verməmişdir. Lakin Allah bu ayələrlə
bəşəriyətə bəyan edir ki, Peyğəmbərlərdən heç kəsə ibadət etmək olmaz. Əgər
Peyğəmbərlərə ibadət etmək olmazsa, bəs onda onlardan fəzilətcə aşağı olan
imam, seyyid, övliya, daş, ağacdan, qəbr sahiblərinə necə ibadət etmək olar?
Yollarını azmışlar Allahın öz Peyğəmbərinə bu sözləri buyurduğunu
oxumurlarmı: "Allah sənə bir zərər yetirmiş olsa səni ondan Allahdan başqa
heç kəs qurtara bilməz". (Yunus 107). Əgər Allah Peyğəmbərin özünə bir zərər
yetiribsə o, özünü bundan qoruya bilməz. Bəs onda Peyğəmbərdən sonra
gələn imam, övliya başqasına baş verən zərəri necə dəf edə bilər?
İbadət – İnsanların əksəriyyəti ibadət deyildikdə yalnız namaz başa
düşürlər. Ona görə də görürsən ki, etiraz edərək deyirlər ki, biz onlara namaz
(ibadət) etmirik? Lakin bu səhf bir fikirdir. Çünki, ibadətin mənası genişdir.
Zəlillik, qulluq, itaətkarlıq deməkdir. Alimlər ibadət kəliməsinə bir çox təriflər
vermişdilər. Lakin ən gözəl tərifi İbn Teymiyyə deyir: “Bura Allahın sevdiyi
və razı qaldığı zahiri və batini hər bir söz və əməl (namaz, oruc, dua, qurban,
nəzir, məhəbbət, qorxu, niyyət və s.) daxildir”. İbadət üç şeylə olur: Dil - Qəlb -
Əməl və bu ibadətlər üç şeyin üzərində qurulur: Məhəbbət - Ümüd - Qorxu.
İbadət – Toqifidir. Yəni, insanların istək və ağılları ilə deyil, Allah və Onun
Rəsulu tərəfindən təyin edilir; "O, sizə mələkləri və peyğəmbərləri özünüzə
Rəbb qəbul etməyi əmr etməz. O, sizə müsəlman olduqdan sonra, özünüzü
Allaha təslim etdikdən sonra kafir olmağı heç əmr edərmi". (Ali İmran 80).
Subhənəllah! Heç Allah bizə müsəlman olduqdan sonra imamlara, övliyara,
165
Yəni Allahın isim və sifətlərinə dair Quran və sünnədə varid olan dəlillərdən bildikləri vəsflərə uyğun
surətdə gələcək.
166
əl-Buxari 4581.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 86
pirlərə, qəbir sahiblərinə ibadət etməyi əmr edərmi? Həqəqətən də bu ayələrdə
ağıl sahibləri, düşünən insanlar üçün ibrətlər vardır.
"Ey insanlar! Çəkilən məsələ qulaq asın. Dua edilən Allahdan başqa
qeyriləri hamılıqla toplansalar belə bir milçək də yarada bilməzlər. Əgər
milçək onlardan bir şeyi aparsa onlar onu geri qaytara bilməzlər. İstəyən də
aciz, istənilən də". (əl-Həcc 73). "Sizin Ondan qeyri dua etdikləriniz bir
çəyirdək qabığına da sahib deyillər. Əgər siz onlara dua etsəniz onlar sizin
dualarınızı eşitməzlər. Eşitsələr də belə cavab verməzlər". (Fatir 13-14). "Dua
edilən Allahdan qeyriləri heç bir şey yarada bilməzlər. Onlar özləri
yaradılıblar. Onlar ölüdürlər, diri deyillər və nə vaxt diriləcəklərini də
bilmirlər". (ən-Nəhl 21). “Onlar Allahı qoyub, yalnız qadın adlarını daşıyan
bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər. Allah şeytana
lənət etdi. O isə dedi: "Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ
alacağam”. (ən-Nisa 117-118). Bəli, bu da şeytanın vədidir və şeytan da Allahın
qullarından bir qismini Allahdan qeyrisinə dua etməyə yönəldərək alır. Lakin
biz Allahın Kitabını oxusaq və Peyğəmbərin sünnəsinə tabe olsaq bu azğın
şeytanın yoluna heç vaxt düşmərik.
QƏBİR ZİYARƏTLƏRİ
Böyük səadətin, dünya və axirətdə kəramətin ancaq Peyğəmbərin yolu ilə
getməklə mümkün olduğu məlumdur. Lakin şeytan insan üçün açıq-aydın bir
düşməndir. Min cür hiylələri ilə Adəm övladlarını doğru yoldan azdırmağa,
onları böyük günahlara düşməyə çağırır ki, Cəhənnəm əhlindən olsunlar.
Şeytanın insanı sürüklədiyi fitnələrin başında qəbir fitnəsi gəlir. Şeytanın bu
hiyləsi nəticəsində insanlar Allahdan başqa rəblər qəbul etdilər. Onların
qəbirlərinə tapınaraq onları bütləşdirdilər. Qəbirlərin üzərində heykəllər
düzəldərək orada yatanların surətlərini üzərlərinə çəkdilər. Ölmüş vəlilərin
ehtiyaclara cavab verdiyinə, sıxıntıları apardığına inanmaq, onlardan yardım
və kömək diləməyə başladılar. Bəziləri hətta ayağa qalxanda, oturanda,
büdrəyəndə, çətinlikdə, sıxıntıda və s. müqəddəs saydığı insanların adlarını
dilinə gətirərək onlardan kömək istəyir. "Ya Filankəsin Cəddi", "Ya Filankəs"
və s. "Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir". (əl-
Əraf 194). Bəziləri qəbirlərin ətrafında Kəbəyə təvaf edildiyi kimi təvaf edir,
bəziləri də sürünərək təvaf edirlər. Əllərini qəbirlərə sürtür, onların ocaqlarını
öpür, təmizləyir, oranın toz-torpağını üzünə, bədəninə sürtür. Qəbir gördükdə
boynunu bükür, səcdə edir, özünü qəbirin yanında aşağı sayaraq zəlil olur,
xəstəsinin şəfa tapması, uşağının olması ya da bir işinin asanlıqla baş verməsi
üçün istək və arzularını bildirərək: "Ey ağam! Uzaqdan gəlmişəm, ümüdlərimi
Dostları ilə paylaş: |