TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 101
Həmçinin - qəbirlərin əhənglənməsi, onların üzərlərinin yazılması, başqa
yerdən torpaq gətirərək ora qatılmasını Peyğəmbər qadağan etmişdir.
Abdullah ibn Cabir rəvayət edir ki, Peyğəmbər qəbirləri əhəngləməyi,
üzərinə yazılar yazmağı və torpaq əlavə etməyi qadağan etmişdir".
224
Həmçinin - qəbirlərin yerlə bir olması və ya zaman keçdikcə o, qəbirlərin
itməsi. Buna görə də Peyğəmbər Əlini hündür, ucaldılmış qəbirləri
dağıdaraq yerlə bir etməsini əmr etmişidr. Əbu Həyyac əl-Əsədi deyir ki, Əli
dedi: “Peyğəmbərin məni göndərdiyilə səni göndərimmi? Silmədiyin bir
surət, yerlə bir etmədiyin yüksəldilmiş bir qəbir qalmasın”.
225
Sumamə ibn
Şufeyy rəvayət edir ki, biz Fudalə ibn Ubeydin rəhbərliyi altında Rum
ərazisində Rodos adasında idik. Bir qardaşımız vəfat etdi. Bunun üzərinə
Fudalə ibn Ubeyd onun dəfn edilməsini və qəbrinin dümdüz edilməsini əmr
etdi. Qəbir yerlə bir edildi. Bunun ardından Fudalə dedi: "Peyğəmbəri
qəbrin yerlə bir edilməsini əmr edərkən eşitdim".
226
Həmçinin - qəbirlər üzərində oturmaq, onlara ayaq basmaq, orada ehtiyacı
ödəmək qadağan edilmişdir. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər
buyurdu: "Sizdən birinizin bir od parçası üzərində oturaraq paltarını
yandırması və odun dərisinə qədər çatması onun üçün bir qəbrin üzərinə
oturmaqdan daha xeyirlidir".
227
Peyğəmbər buyurdu: "Od parçasının və ya
qılıncın üstündə yeriməyim və yaxud da ayaqqabılarımın ayağıma tikilməsi
mənə bir müsəlmanın qəbri üstündə yeriməkdən daha sevimlidir".
228
Peyğəmbər buyurdu: "Qəbrlərin arasında təbii ehtiyacını ödəyənlə bunu
bazarın ortasında edənin ikisi də mənim üçün eynidir".
229
Bəşir ibn Xasasiyə
rəvayət edir ki, Peyğəmbər qəbrlərin arasındə ayaqqabı ilə gəzən bir şəxsi
görərək buyurdu: "Ey dəri ayaqqabıların sahibi! Çıxart onları".
230
Aişə
rəvayət edir ki, Peyğəmbər buyurdu: "Ölmüş insanın sümüklərini
sındırmaq, eynilə diri insanın sümüklərini sındırmaq kimidir".
231
Həmçinin - Peyğəmbər buyurdu: "(Ziyarət məqsədi ilə) Yalnız üç məscid
üçün səfərə çıxmaq olar. Məscidul-Həram (Məkkə), mənim məscidim (Mədinə)
və əl-Əqsa məscidi (Qüds)".
232
Üç məsciddən başqa yerlər üçün səyahətə
çıxmaq şirkə düşmək səbəblərindəndir. Əbu Hureyra Tur dağına getdiyi
zaman Bəsrə ibn Əbu Bəsrə əl-Ğifari ilə qarşılaşdı. Bəsrə: "Haradan gəlirsən?"-
224
Əbu Davud 3226, ət-Tirmizi 1052, İbn Məcə 1563, əl-Albani "Səhihul-Cəmi" 6841-6843.
225
Muslim 969, Əbu Davud 32184, ət-Tirmizi 1049.
226
Muslim 968.
227
Muslim 2/ 667.
228
İbn Məcə 1/ 499, əl-Albani səhih demişdir.
229
İbn Məcə 1/ 499, əl-Albani səhih demişdir.
230
Səhuh Əbu Davud 3230, əl-Albani "Cənazə Əhkamları" səh. 173.
231
Buluq əl-Məram 563.
232
əl-Buxari 3/ 57, 1189, Muslim 1379, ən-Nəsai 3/ 114, Əhməd 6/ 7 və 397, Məlik 827.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 102
deyə soruşdu. Əbu Hureyra: "Tur dağından"- deyə cavab verdi. Bəsrə: "Əgər
ora çıxmamışdan qabaq səni görsəydim bunu etməyə imkan verməzdim.
Çünki, Peyğəmbərin belə buyurduğunu eşitdim: "Miniyə ancaq üç məscidə
getmək üçün minilir…".
233
Bu üç yerdən başqa digər yerlərə getmək üçün nəzir
etmək olmaz. Hətta Peyğəmbərin qəbrini ziyarət etmək məqsədilə də çıxmaq
olmaz. Lakin bu üç məscidə getməyi nəzir etmisənsə getməlisən. Əgər buna
görə Mədinəyə gedilmirsə, Peyğəmbərin qəbrini ziyarət etmək
müstəhəbdir.
234
Təqiyuddin əs-Sabuni on dördə yaxın dəlil gətirir ki,
Peyğəmbərin qəbrini ziyarət etmək olar. Bu hədislərdən; Peyğəmbər
buyurdu: “Kim məni öləndən sonra ziyarət edərsə, sanki sağlığımda ziyarət
etmiş kimidir (mən o, kimsəyə şəfaətçi olaram)”. Lakin bütün hədislər ya zəif
ya da uydurmadır. İbn Teymiyyə deyir: “Alimlər bu hədislərin zəif
olmasında itifaq ediblər. Nə sünən sahibləri, nə də alimlər bu hədislərin heç
birini zikr etməyiblər”. İmam Məlik yanında kim desəydi ki: “Mən
Peyğəmbərin qəbrini ziyarət etdim”. Bu söz onun xoşuna gəlməzdi”.
Səhabələrdən heç kəs digər ölkələrdən Peyğəmbərin qəbrini ziyarət
məqsədilə gəlməzdilər. Əksinə Peyğəmbər buyurdu: "Evlərinizi qəbir
yerinə, qəbrimi də bayram yerinə çevirməyin. Mənim üçün Allahdan xeyir-
dua istəyin (salavat). Harda olsanız sizin xeyir-duanız (salavatınız) mənə
çatar".
235
Həmçinin - Peyğəmbərin qəbrinə doğru duraraq dua etmək. Bu da
şəriətimiz tərəfdən qadağan edilmişdir. Lakin qəbrinə doğru duraraq salam
vermək icazəlidir. Lakin Əbu Hənifə bunu da qadağan edərdi.
236
Həmçinin -
Ölülər Salamı Eşidirmi Və Ya Cavab Verirlərmi – İbn Teymiyyə
deyir: “Bu məsələdə iki rəy vardır: 1) Eşitmirlər, hətta salamı da; “Şübhəsiz
ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə
bilməzsən”. (Fatir 22). Peyğəmbərin qəbristanlığa girərkən öyrətdiyi dua:
“əs-Sələmu aleykum əhləd-diyəri minəl-muminiynə vəl-muslimiyn və innə
inşəallahu bikum ləhiqunə və yərhəmullahul-mustəqdimiynə minnə vəl-
mustə'xiriynə. Əsəlullahə lənə və ləkumul-afiyətə - Ey (bu) diyarın mömin və
müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq.
Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin! Allahdan özümüzə və
sizə salamatlıq diləyirəm!"
237
2) Eşidirlər. Lakin bu o, demək deyil ki, onlar hər
bir şeyi eşidirlər. Eşitsələr də belə cavab vermək iqtidarında deyillər; "...Əgər
siz onlara dua etsəniz onlar sizin dualarınızı eşitməzlər. Eşitsələr də belə
cavab verməzlər. Özləri də Qiyamət günü sizin şərik qoşduqlarınızı
233
Məlik 1/ 109, Əhməd 6/ 7/ 397, əl-Albani "Səhih Sünən ən-Nəsai" 1/ 309.
234
İbn Teymiyyə “Məcmuul-Fətava” 27/ 26.
235
Əbu Davud 2042, Əhməd 2/ 367, əl-Albani səhih deyib.
236
“Məcmuul-Fətava 27/ 79”.
237
Muslim 2/ 671.
Dostları ilə paylaş: |