TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 97
Məad" kitabında deyir: "Qəbirin ətrafında əyləşmək, qəbir sahibi ilə danışmaq,
onun üçün Quran oxumaq, qəbirdə ona verilən suallara cavab olaraq ona
verilən sualların cavablarını ona diqtə etmək və s. əməllər dinlə heç bir əlaqəsi
olmayan bidətlərdir". Peyğəmbər buyurdu: "Öz evlərinizi qəbiristanlığa
çevirməyin! Şeytan Bəqərə surəsi oxunan evdən uzaqdır".
203
Bu hədis onu
göstərir ki, qəbiristanlıqlar Quran oxumaq yeri deyildir. Buna görə də
Peyğəmbər insanları evlərində Quran oxumağa sövq etmiş və Quran
oxunmayan evləri qəbristanlığa bənzətmişdir".
Məqil ibn Yəsər rəvayət edir ki, Peyğəmbər buyurdu: "Ölüm ayağında
olan kimsələrin üzərində Yəsin surəsini oxuyun".
204
Bu hədis İslam alimləri
tərəfindən zəif qəbul edilmişdir. Hətta səhih olsaydı da belə hədisdə
Peyğəmbər ölüm ayağında olan kimsələrin yanında Yəsin surəsinin
oxunmasını əmr edir. Çünki, ölüm ayağında olan kimsələrin yanında xeyirli
söhbətlər etmək, onlara Lə İləhə İlləllah kəliməsini təlqin etmək Peyğəmbərin
dilindən bizə səhih hədislər vasitəsilə çatmışdır. Həmçinin – “Qəbiristanlıq
yanından keçən və Qul Huvəllahu Əhəd surəsini on bir dəfə oxuyub sonra da
əcrini ölülərə bağışlayan kimsəyə ölülərin sayı qədər mükafat verilər”-
şəkilində rəvayət edilən hədisə gəldikdə: Bu batil və uydurma bir hədisdir”.
205
Çünki, Qurani-Kərim yalnız dirilərin onu oxuyub ibrət almarından ötrü nazil
olmuşdur. Qəbrdə olanlara isə artıq biz haqqı eşitdirə bilmərik; “Kor ilə görən
eyni olmaz, zülmətlə nur da eyni olmaz, kölgə ilə isti də eyni olmaz, dirilərlə
ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə
(Ya Peyğəmbər!) qəbrlərdə olanlara (haqqı) eşitdirən deyilsən". (Fatir 19-22).
Artıq dünyasını dəyişən kimsənin əməl dəftəri bağlanmışdır. Əgər o, bu
dünyada onu yaradan Rəbbinə bir dəfə də olsun belə səcdə etməmişdirsə,
onun üçün Qurani-Kərimdən istənilən surəni də oxusan ona heç bir köməyi
olmayacaqdır. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: "Ölənin
arxasıyca üç şey gedər. Ailəsi, malı və əməli. İkisi geri dönər. Biri isə onunla
qalar. Ailəsi və malı geri dönər, əməli isə yanında qalar".
206
QƏBİRLƏRLƏ BAĞLI BƏZİ QADAĞALAR
Həmçinin - Qəbirlər üzərində ibadətgah tikməyi, qəbristanlıqda və qəbirə
doğru namaz qılmağı Peyğəmbər qadağan edib. Əbu Səid əl-Xudri
rəvayət edir ki, Peyğəmbər qəbirlərin üzərinə bina tikməyi, onların üzərinə
203
Muslim 780.
204
Əbu Davud 3121, ən-Nəsai, əl-Albani "Zəif hədislər" 5861, 5961, "Mişkət" 1622.
205
Əbu Muhəmməd əl-Həllal “Qiraəti aləl Qubur” 201/2, Suyuti “Zeylul Əhədisil Movdua”, əl-Albani
“Uydurma”.
206
əl-Buxari 6514.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 98
oturmağı və ya onların üzərində namaz qılınmasını qadağan etmişdir".
207
Peyğəmbər buyurdu: "Heç bir qəbirə doğru namaz qılmayın və heç bir
qəbirin üzərində namaz qılmayın".
208
Ənəs rəvayət edir ki, Peyğəmbər
qəbirlərə doğru namaz qılmağı qadağan etmişdir".
209
İbn Həcər Heytəmi
deyir: "Qəbrin məscid halına gətirilməsi - onun üzərində və ya ona doğru
namaz qılmaq deməkdir".
210
Sənani deyir: "Qəbirləri məscid halına gətirmək
- onlara doğru namaz qılmaq, yaxud da onların üzərində namaz qılmaq
mənasından da daha geniş mənaları əhatə edir".
211
Amr ibn Dinar qəbirlər
arasında namaz qılmaq haqqında soruşulduqda rəvayət etdi ki, Peyğəmbər
buyurmuşdur: "...Peyğəmbərlərinin qəbirlərini məscid halına gətirmişdilər. Bu
səbəblə də Allah onlara lənət etdi".
212
Peyğəmbər buyurdu: "Qəbirlər
üzərində oturmayın və onlara doğru namaz qılmayın".
213
Ənəs rəvayət edir
ki, mən bir gün qəbirin yanında namaz qılırdım. Ömər məni gördü və dedi:
"Qəbirdən uzaq dur! Qəbirdən uzaq dur!"
214
Cabir rəvayət edir ki,
Peyğəmbər qəbirləri əhəngləməyi, üzərinə oturmağı və üzərinə bina tikməyi
qadağan etmişdir.
215
Qəbirlər üzərində məscid tikilməsinin qadağan edilməsi -
orada namaz qılmanın da qadağan edilməsini bu çərçivəyə daxil edir. Çünki,
vasitənin qadağan edilməsi, onunla qəsd edilənə çatmaq istənilənin də
qadağan edilməsini əhatə edir. Məs: Din içki satmağı qadağan etmişdirsə, onu
içmək qadağanı da bu çərçivəyə daxildir.
Qəbir Olan Məsciddə Namaz – İki yolla olur: 1) Qəbir olur, sonradan
üzərinə Məscid tikilir. 2) Məscid olur, sonradan ölünü gətirib orada dəfn
edirlər. Peyğəmbər qəbirlər üzərində ibadətgah tikməyi qadağan edib.
Həmçinin, qəbristanlıqda namaz qılmağı və qəbirə doğru namaz qılmağı da
haram etmişdir. Kim bilə-bilə belə etsə namazı batildir və namzını yenidən
qılmalıdır. Ona günah yazılır. Bu rəydə olanlar bunlardır: İbn Həzm, İbn
Teymiyyə, İmam Əhməd, Şovkani, İbn Bəzz, Useymin, əl-Albani . İmam
Əbu Hənifə, İmam Şafii, İmam Məlik deyirlər ki: “Namazı səhih olsa da
belə günah qazanır”. Kim ki, qəbir olan məsciddə namaz qılarsa qadağandır və
qəbul deyildir. Məscidin istənilən tərəfində qəbir olarsa orada namaz qılmaq
olmaz. İnsanlar isə belə şeylərə çox səhlənkar yanaşırlar. Belə yerləri bəzəyir,
207
Əbu Yala "Musnəd" 66/ b, əl-Heysəmi "Məcmauz-Zəvaid" 3/ 61.
208
ət-Tabərani "Mucəmul-Kəbir" 3/ 145, 150, əl-Buxari "Tarixus-Sağir" 163.
209
İbn Hibban 343.
210
"Zəvacir" 1/ 121.
211
"Sublus-Səlam" 1/ 214.
212
Abdur-Razzaq 1591.
213
Muslim 3/ 62, Əbu Davud 1/ 71, ən-Nəsai 1/124, ət-Tirmizi 2/ 154, əl-Beyhəqi 3/ 435, Əhməd 4/ 135.
214
Əbu Həsən Dinəvəri, Emali Əbil-Həsən Qəzvinin məclislərindən bəzilərinin yer aldığı bir cuzdə səhih bir
isnad ilə rəvayət etmişdir. əl-Buxari Muallaq olaraq “Fəthul-Bəri” 1/ 437, Abdur-Razzaq "Musənnəf" 1/ 404,
1581.
215
Muslim 3/ 62, ət-Tirmizi 2/ 155, Əhməd 3/ 339 ,399.
Dostları ilə paylaş: |