TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 81
cavab veriləcəkdir. Allah buyurur: “Haqq çağırış yalnız Onadır. Müşriklərin
Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər”. Allah
Ondan qeyrisinə dua edənlərin halını bizə misal olaraq başa salır ki, biz qullar
bunu daha yaxşı başa düşək. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu
suya açan kimsəyə bənzəyirlər”. Elə bil ki, sən evlənməmisən, lakin övlad
olmasını istəyirsən (gözləyirsən). Məgər bu mümkündür? Əlbəttə ki, yox.
Eynilə qəbir ətrafında duraraq qəbir sahibindən istəyənin halı da belədir. Hətta
bəzən görürsən ki, Allahdan qeyrisinə dua edənlər qəbrin ətrafında
yalvararaq, göz yaşı tökərək ağlayırlar. Halbuki, Allah üçün bəlkə də heç bir
dəfə də olsun göz yaşı tökməyiblər.
Dua İbadətdir – Çünki, dua özündə Tövhidin üç qismini də əhatə edir. O,
kəs ki, Allahı çağırır və Allahdan qeyrisini çağırmır artıq o, kimsə ibadətin
bütün növlərini yerinə yetirmişdir. O, insan bilir ki, Allah onun Rəbbidir və
onun istədiyini yalnız Rəbbi verəcəkdir. Əgər ruzi istəyirsə etiraf edir ki, Allah
ruzi verəndir. Əgər şəfa istəyirsə bilir ki, Allahın əş-Şəfi ismi vardır və şəfanı
da yalnız O, verəcəkdir. Bu da Rububiyyət tövhididir. Bununla o insan Allahın
ad və sifətlərini də etiraf edir. Etiraf edir ki, Allah eşidir. Dua edən insan bilir
ki, Allah əs-Səmi eşidəndir. İstənilən yerdə, vəziyyətdə və şəraitdə onu görür
və eşidir. Allah onun etdiyi duanı ona verməyə qadirdir. Allah onun duasına
cavab verir. Bununla bərabər qətiyyətlə, təzim edərək Allahdan istəyir. Əgər o
insan bisəydi ki, Allah onu eşitmir və ona cavab verməyəcəkdir, onda o,
Allaha dua etməzdi. Buradan da Allahdan qeyrisini çağırmaq, Allahdan
qeyrisindən Peyğəmbərdən , övliyadan, seyyiddən, pirdən, ocaqdan, daşdan,
ağacdan qəbr sahibindən istəmək şirk olur. Nəyə görə? Çünki, o insan dua
etdikdə o qəbr sahibinin eşitdiyinə etiqad edir. Əgər etiqad edirsə deməli
Allaha xas olan sifətlərdən birini o kimsəyə vermiş olur. Allaha xas olan
sifətlərdən birini məxluqa vermək də şirkdir. Buna görə də Allahdan qeyrisinə
dua böyük şirkdir və insanı İslamdan çıxardaraq bütün yaxşı əməllərini puç
edir. Çünki, sən dua etdikdə artıq o, ölən şəxsin sənə ruzi verə bilməsinə, sənin
dualarını eşitməsinə və sənə cavab verməsinə inanaraq bunu edirsən. Artıq
insan tək olan Allaha dua edərsə, o kimsə Allahın Rəbb olmasını,
Rububiyyətini, İsim və Sifətlərini də etiqad etmiş olur. Uluhiyyətə gəldikdə isə
Allahın qarşısında zəlil olmaqla, özünün möhtac olduğunu bildirməklə,
yalvarmaqla, Allahı çağırmaqla artıq Uluhiyyət tövhidini etiqad etmiş olur.
Buna görə də dua ən böyük ibadətdir və bu duanı Allahdan başqasına
yönəltmək olmaz. “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə
bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki
o
bütlər
onların
yalvarışından
xəbərsizdirlər.
İnsanlar
bir
yerə
toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 82
inkar edəcəklər”. (əl-Əhqaf 5-6). “Darda qalan kimsə yalvardığı zaman ona
cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç
Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz”. (ən-
Nəml 62).
Belə bir sual verə bilərsiniz ki, “məgər o ölən insanlar saleh qullar deyillər?
Allaha ibadətlərilə yaxınlaşan övliyalar deyillər?” Bəli, bu kimi şeyləri biz də
inkar etmirik. Biz də deyirik ki, onlar əməli saleh qullar olublar. Sağ ikən
onların yanlarına xəstə gələn insanlar üçün əllərini qaldıraraq Allaha dua
edərdilər və Allah da onların dualarını qəbul edərək xəstəyə şəfa verirdi. Lakin
bütün bunlar onların sağlığında mümkün idi. Artıq öldükdən sonra onların
əməl dəftərləri bağlanmışdır. Artıq onların sizin dualarınıza ehtiyacı vardır.
Baxın – Allah öz şərəfli, yer üzərində insanlar içərisində ən hörmətli və Allaha
ən sevimli olan qulları haqqında nə buyurur. Allah onları insanların ən
şərfliləri, hörmətliləri olduqlarını qeyd etməklə yanaşı onların bütün
yaradılmışlar kimi Allahın qulu olduqlarını da qeyd edir; “Aləmləri xəbərdar
etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də
xeyirxahdır!” (əl-Furqan 1). "O, (Məryəm oğlu İsa) ancaq nemət verdiyimiz və
İsrail oğullarına ibrət dərsi etdiyimiz bir quldur". (əz-Zuxruf 59). “Nə İsa
Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər.
Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin
hamısını Öz hüzuruna toplayacaqdır”. (ən-Nisa 172). Bəli, xəstəlik, ölüm,
yemək və içmək kimi şeylərə ehtiyac duyduğunuz kimi onlar da bu kimi
şeylərə ehtiyac duyurlar; "Məni yaradan və məni doru yola yönəldən Odur!
Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa
verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü xətamı
bağışlayacağına ümüd etdiyim də Odur!" (əş-Şuəra 78-82). Aişə rəvayət
edir ki, Peyğəmbər buyurdu: "Əgər sənə desələr Muhəmməd sabah nə
olduğunu bilir, inanma".
161
İbn Məsud rəvayət edir ki, Peyğəmbər
buyurdu: "Mən ancaq sizin kimi bir insanam. Unutduğunuz kimi unuduram.
Unutduğum zaman yadıma salın".
162
Həmçinin də şəhadət kəlməsinn mənası
da buna dəlalət edir: "Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq
heç bir haqq ilah yoxdur və Muhəmməd Onun qulu və Rəsuludur".
Gördüyünüz kimi əvvəlcə biz onu qul, sonra rəsul adlandırdıq. Buna görə də
onları Allahın onlar haqqında buyurduğundan artıq vəsf etmək, şişirtmək
olmaz. Onlar Allahın quludurlar, onlara ibadət olunmaz. Peyğəmbərlərin
Rububiyyətdə, kainatın idarə edilməsində və ya ibadətdə haqq sahibi
olduğuna heç bir şəkildə inanmamalıyıq. Əksinə onlar quldular, onlara ibadət
161
əl-Buxari.
162
əl-Buxari, Muslim.
Dostları ilə paylaş: |