540
YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ
6. Üç barmaq və ya üçdən çox barmaq ilə yeyilsin. İki
barmaqla yeyilməsin.
7. Bir neçə nəfər süfrədə oturduqları zaman, hər şəxs, öz
qabağındakı yeməklərdən yesinlər.
8. Yemək kiçik loqma ilə götürülsün.
9. Süfrə üstündə çox otusun və yemək yeməyi uzadsın.
10. Yeməyi yaxşı çeynəsin.
11. Yeməkdən sonra aləmlərin Rəbbinə həmd etsin.
12. Barmaqları yalamaq.
13. Yeməkdən sonra xəlal etsin. Amma nar ağacının çubuğu
ilə, reyhan, ney çubuğu və xurma ağacının yarpağı ilə, xəlal
edilməsin.
14. Süfrənin kənarına tökülənləri yığıb yesin. Amma çöldə
yemək yeyərsə, tökülənləri quşlar və heyvanlar üçün saxlamağı
müstəhəbdir.
15. Günün əvvəlində və gecənin əvvəlində yemək yesin,
gecənin ortasında və günün ortasında yemək yeməsin.
16. Yeməkdən sonra arxa üstə uzanıb və sağ ayağını, sol
ayağının üstünə qoysun.
17. Yeməyə duzla başlasın və duzla qurtarsın.
18. Meyvəni yeməzdən əvvəl təmiz su ilə yusun.
YEMƏK YEYƏRKƏN MƏKRUH OLAN ŞEYLƏR
Məsələ 2646: Yemək vaxtı bir neçə şey məkruhdur.
1-Tox halında yemək.
2-Çox yemək. Rəvayətdə var ki, Allahın hər şeydən artıq,
qarnı dolu olan adamdan acığı gəlir.
3-Yemək yeyəndə başqalarının üzünə baxmaq.
4-Xörəyi çox isti yemək.
5-Yediyi, yaxud içdiyi şeyi üfürmək.
6-Süfrəyə çörək qoyulandan sonra başqa şeyləri gözləmək.
7-Çörəyi bıçaqla kəsmək.
İzahlı şəriət hökmləri
541
8-Çörəyi yemək qabının altına qoymaq.
9-Sümüyə yapışan ətləri, heç bir şey qalmayacaq şəkildə
təmizləmək.
10-Meyvəni soymaq.
11-Meyvəni tamam yemədən atmaq.
SU İÇƏNDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR
Məsələ 2647:Su içməkdə bir neçə şey müstəhəbdir:
1-Suyu sovurmaqla içmək.
2-Gündüzlər ayaq üstə su içmək.
3-Su içməkdən əvvəl bismillah, axırda əlhəmdu lillah
demək.
4-Suyu üç dəfəyə içmək.
5-Meyli olanda su içmək.
6-Su içəndən sonra, İmam Hüseyn
(ələyhis-s
alam)
və onun əhli-
beytini yad edib və o həzrətin qatillərinə lənət göndərmək.
SU İÇƏNDƏ MƏKRUH OLAN ŞEYLƏR
Məsələ 2648: Çox su içmək, piyli yeməklərdən sonra su
içmək gecə ayaq üstə su içmək məkruhdur. Həmçinin suyu sol
əllə içmək, qabın sınıq yerindən və onun dəstəsi olan yerindən
içmək məkruhdur.
542
NƏZR, VƏ ƏHDİN HÖKMLƏRİ
NƏZR, VƏ ƏHDİN HÖKMLƏRİ
Məsələ 2649: Nəzr budur ki, insan müəyyən xeyir işi Allah
üçün yerinə yetirməyi, yaxud görülməməsi yaxşı olan işi, Allah
üçün tərk etməyi özünə vacib etsin.
Məsələ 2650: Nəzrdə siyğə oxunmalıdır. Onun ərəbcə
oxunması lazım deyil. Deməli, əgər “xəstəm sağalsa, Allah üçün
10 tümən fəqirə vermək mənim boynumadır” desə, səhihdir.
Məsələ 2651: Nəzr edən şəxs mükəlləf, aqil olmalı, öz ixtiyarı
və qəsdi ilə nəzr etməlidir. Deməli, nəzr etməyə məcbur olan,
əsəbiləşib ixtiyarsız olaraq nəzr edən şəxslərin nəzri səhih deyil.
Məsələ 2652: Malını gərəksiz işlərdə sərf edən səfeh şəxs,
məsələn: əgər fəqirə vermək üçün bir şeyi nəzr etsə, səhih deyil.
Məsələ 2653: Əgər kişi, qadının nəzr etməsinin qarşısını alsa,
qadın nəzr edə bilməz. Əgər qadın ərinin icazəsi olmadan nəzr
etsə kişi nəzri poza bilər.
Məsələ 2654: Əgər qadın, ərinin icazəsi ilə nəzr etsə, ər onun
nəzrini poza bilməz; və ya buna əməl etməsinin qarşısını ala
bilməz.
Məsələ 2655: Əgər övlad, atasının icazəsi ilə nəzr etsə,
nəzrinə əməl etməlidir. Əgər övlad, atasının icazəsi olmadan
nəzr etsə, ata övladının nəzrini poza bilər.
Məsələ 2656: İnsan, o işi nəzr edə bilər ki, görülməsi
mümkün olsun. Deməli, piyada Kərbəlaya gedə bilməyən bir
şəxs, piyada getməyi nəzr etsə, nəzri səhih deyil.
Məsələ 2657: Əgər məkruh, haram bir iş görməyi, yaxud
vacib, müstəhəb işi tərk etməyi nəzr etsə, nəzri səhih deyil.
Məsələ 2658: Əgər mübah bir işi yerinə yetirməyi, yaxud tərk
etməyi nəzr etsə, bu halda onu yerinə yetirməklə tərk etmək,
bütün cəhətlərdən bərabər olsa, nəzri səhih deyil. Əgər yerinə
yetirilməsi müəyyən cəhətdən yaxşı olsa və insan da həmin
cəhəti nəzərdə tutaraq nəzr etsə, məsələn: müəyyən şey yeməyi,
İzahlı şəriət hökmləri
543
ibadətdə qüvvət tapması üçün nəzr etsə, onun nəzri səhihdir.
Həmçinin, əgər mübah bir işin tərk olunması, müəyyən cəhətdən
yaxşı olsa və insan da həmin cəhəti nəzərdə tutaraq nəzr etsə,
məsələn: tüstünün zərərli olduğuna görə, siqareti tərk etməsini
nəzr etsə, nəzri səhihdir.
Məsələ 2659: Əgər vacib namazı öz-özlüyündə, adi halda
savabı çox olmayan bir yerdə qılmağı məsələn: otaqda qılmağı,
nəzr etsə, bu halda orada namaz qılmaq müəyyən cəhətdən yaxşı
olsa, məsələn: ora sakitlik olduğuna görə, insan orada hüzuri-
qəlb tapacaqsa nəzr səhihdir.
Məsələ 2660: Əgər bir əməli yerinə yetirməyi nəzr etsə, nəzr
etdiyi qaydada yerinə yetirməlidir. Deməli, əgər ayın əvvəl günü
sədəqə verməsini, yaxud oruc tutmasını, yaxud da ayın əvvəlinin
namazını qılmağı nəzr etsə, bu halda həmin gündən əvvəl və ya
sonra yerinə yetirsə, kifayət deyil. Həmçinin, əgər xəstəliyi
sağalarsa, sədəqə verməyi nəzr etsə və sağalmamışdan qabaq
sədəqə versə, kifayət deyil.
Məsələ 2661: Əgər oruc tutmağı nəzr etsə, amma vaxtını və
miqdarını müəyyən etməsə, bir gün oruc tutması kifayətdir. Əgər
namaz qılmağı nəzr edib amma miqdarını, xüsusiyyətlərini
müəyyən etməsə, iki rəkətlik bir namaz qılması kifayətdir. Əgər
sədəqə verməsini nəzr edib, onun hansı maldan olmasını və
miqdarını müəyyən etməsə, “sədəqə vermişdir” deyilə bilən bir
şey versə, öz nəzrinə əməl etmişdir. Əgər bir işi Allah üçün
yerinə yetirməyi nəzr etsə, onda bir namaz qılsa, yaxud bir gün
oruc tutsa, yaxud bir şey sədəqə versə, öz nəzrini yerinə
yetirmişdir.
Məsələ 2662: Müəyyən bir gündə oruc tutmağı nəzir edərsə,
gərək o günü oruc tutsun. Qəsdən o günü oruc tutmasa, gərək
onun qəzasını tutmaqdan əlavə, kəffarəsini də versin. Zahirən
kəffarəsi, andına müxalifət etməyin kəffarəsidir. 2679-cu
məsələdə qeyd olunacaqdır. Amma o günü ixtiyarlı halda səfərə
Dostları ilə paylaş: |