548
AND İÇMƏYİN HÖKMLƏRİ
nəzr və əhdə də, əməl etmək məşəqqətli dərəcədə dözülməz
olarsa, ləğv olur.
Məsələ 2681: Əgər ata öz övladının and içməsinə qarşı
çıxarsa və ya ər, öz arvadının and içməsinə qarşı çıxarsa, onların
andları səhih deyildir.
Məsələ 2682: Əgər övlad atanın, arvad ərinin icazəsi olmadan
and içsə, ata və ya ər, onların andlarını poza bilərlər.
Məsələ 2683: Əgər insan unutqanlıq və ya çarəsizlik üzündən
öz andına əməl etməsə, həmçinin, andına əməl etməməsinə
məcbur etsələr, kəffarə vacib deyil. Vəsvas adam and içsə,
məsələn: “Vallahi bu saat namaz qılmağa başlayıram” desə,
amma vəsvaslıq səbəbi ilə qılmasa, bu halda onun vəsvaslığı,
ixtiyarsız olaraq andına əməl etməməsinə səbəb olarsa, kəffarəsi
yoxdur.
Məsələ 2684: Əgər bir şəxs, düz danışdığı halda sözünün
düzlüyünü bildirmək üçün and içsə, məkruhdur. Yalandırsa,
haram və böyük günahlardandır. Amma, özünü və ya bir
müsəlmanı zalımın şərrindən qurtarmaq üçün yalan and içsə,
eybi yoxdur, hətta bəzən vacibdir. Amma “toriyə” edə bilərsə,
(yəni, and içdiyi zaman bir şəkildə niyyət etsin ki, yalan
olmasın), ehtiyata görə, gərək “toriyə” etsin; məsələn: bir zalım
birinə əziyyət vermək üçün, “onu görməyibsən?” deyə, insandan
soruşsa, o da, bir saat qabaq onu görmüş olsa, ehtiyat budur ki,
beş dəqiqə bundan əvvəl onu görmədiyini niyyət edərək,
“görməmişəm” desin.
İzahlı şəriət hökmləri
549
VƏQFİN HÖKMLƏRİ
Məsələ 2685: Əgər bir şəxs, müəyyən bir şeyi vəqf etsə, onun
mülkündən çıxır. Onun özü və başqaları da, onu bağışlaya, sata
bilməzlər. Heç bir şəxs, o mülkdən irs aparmır. Amma 2102-ci
məsələdə deyildiyi kimi, bəzi hallarda satılmasının eybi yoxdur.
Məsələ 2686: Vəqfin siğəsini ərəbcə oxumaq lazım deyildir.
Hətta, “evimi vəqf etmişəm” deyərsə, vəqf etdiyi şəxs özü,
yaxud onun vəkil və ya vəlisi “qəbul etdim” deyərsə, vəqf
səhihdir. Deməli, vəqfin əməli şəkildə bildirilməsi də, onun
həqiqiliyi üçün yetərlidir; məsələn: xalçanı aparıb məscidə
qoysun və ya namaz qılanların ixtiyarlarında qoymaq üçün
məscid tiksin; Amma məscid və mədrəsə kimi ümumi cəmiyyət
üçün vəqf etsə, yaxud fəqirlər və seyyidlər üçün vəqf etsə, vəqfin
səhihliyi üçün bir şəxsin onu qəbul etməsi lazım deyil.
Məsələ 2687: Əgər bir mülkü vəqf üçün müəyyən etsə və
vəqf siğəsini oxumamışdan qabaq peşiman olsa ya ölsə, vəqf düz
deyildir.
Məsələ 2688: Bir malı vəqf edən şəxs, ehtiyat və daha yaxşı
budur ki, onu qürbət qəsdi ilə etsin. Siğə oxunan zamandan
başlayaraq malı, həmişəlik vəqf etsin. Əgər məsəslən; “bu mal,
mən öldükdən sonra vəqf olsun” desə, vəqf siğəsi oxunandan
başlayıb, o ölənədək vəqf olmadığı üçün, səhih deyil. Həmçinin,
əgər “on ilədək vəqf olsun, ondan sonra olmasın” yaxud “on il
vəqf olsun sonra beş il olmasın, yenidən vəqf olsun” desə, vəqf
səhih deyildir.
Məsələ 2689: Vəqf o vaxt səhihdir ki, vəqf olunan malı vəqf
etdiyi şəxsin, yaxud onun vəkilinin və ya vəlisinin təsərrüfatına
keçirsin. Amma şəxs bir şeyi öz azyaşlı övladlarına vəqf edib, o
mülkün onların malı olsun deyə, onların tərəfindən saxlasa, vəqf
səhihdir.
550
VƏQFİN HÖKMLƏRİ
Məsələ 2690: Məscid, mədrəsə və s. bu kimi ümumi
vəqflərdə qəbz şərt deyil və vəqf sadəcə vəqf etməklə
gerçəkləşər.
Məsələ 2691: Vəqf edən, gərək aqil, baliğ olsun, öz qəsdi və
ixtiyarı ilə vəqf etsin və həmçinin şərən öz malında istifadə edə
bilsin. Buna görə də səfehin (yəni malını bihudə yerdə
xərcləyən) öz malından istifadə etməyə haqqı olmadığına görə
əgər bir şeyi vəqf etsə, səhih deyildir.
Məsələ 2692: Əgər malı, hələ dünyaya gəlməyənlər üçün vəqf
etsə, düz deyildir. Amma hazırda dünyada olanlar üçün və
sonradan dünyaya gələnlər üçün vəqf etsə, məsələn: bir şeyi
övladına vəqf edə ki, onlardan sonra nəvələrinə çatsın, (beləliklə
də) ondan sonra gələn hər dəstə, ondan istifadə etsin, səhihdir.
Məsələ 2693: Əgər bir şeyi özünə vəqf etsə, məsələn: bir
mağazanı, gəlirinin öləndən sonra ona məqbərə tikilməsinə
xərclənsin deyə, vəqf etsə səhih deyil. Amma misal üçün;
müəyyən bir malı fəqirlərə vəqf edib, sonra özü də fəqirləşsə,
vəqfin mənfəətlərindən istifadə edə bilər.
Məsələ 2694: Əgər vəqf etdiyi şey üçün nəzarətçi müəyyən
etsə, gərək onun qərar qoyduğuna mütabiq əməl etsin. Əgər
müəyyən etməsə, belə ki, məxsusi şəxslərə, məsələn; öz övladına
vəqf etsə, onlar həddi-büluğa çatmış olsalar ondan istifadə etmək
ixtiyarı onların özü ilə olar. Əgər həddi-büluğa çatmamış olsalar,
ixtiyar onların vəlisinindir və vəqfdən istifadə etmək üçün şəriət
hakiminin icazəsi lazım deyil.
Məsələ 2695: Əgər müəyyən bir mülkü misal üçün; fəqirlərə,
seyyidlərə vəqf etsə, yaxud mənfəətinin xeyir işlərə sərf
olunmasını vəqf etsə, bu halda o mülkə müəyyən bir şəxsi vəliy
təyin etməyibsə, onun ixtiyarı şəri-hakimin əlindədir.
Məsələ 2696: Əgər bir mülkü xüsusi şəxslərə məsələn: öz
övladına nəsildən-nəsilə ondan istifadə etsinlər deyə vəqf etsə,
bu halda o mülkün mütəvəllisi, onu icarəyə verib və ölsə, sonrakı
Dostları ilə paylaş: |