«Biznes» sözü dünyanın bütün ölkələrində istifadə olunur. Gəlir gətirən fəaliyyət və bu fəaliyyətlə
məşğul olan insanlar müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır. Biznes anla-yışı genişdir:
biznesə
təkcə fəaliyyət prosesi kimi deyil, həm də mülkiyyət obyekti kimi baxılır, hansı ki, satmaq, girov
qoymaq, sığortalamaq, vəsiyyət etmək olar. Biznes ticarət-istehsal-ticarət sxemi
üzrə əmtəənin son
istehlakçıya çatdırılması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. Deməli, biznes təkcə kommersiya
fəaliyyəti deyil, həm də istehsal sferasında həyata keçirilən fəaliyyət növüdür. Biznes istehlakçıların
tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə edilməsi məqsədilə təşəbbüskar insanlar arasında
işgüzar münasibətlərin məcmusudur. Biznes və onun mühüm istiqaməti olan sahibkarlıq fəaliyyəti
bazar iqtisadiyyatının ayrılmaz
tərkib hissəsidir, iqtisadi artım tempini, ümumi daxili məhsulun
strukturunu və keyfiyyətini müəyyən edir. Biznesin inkişafı demokratik prinsiplərə və azad bazar
münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması və davamlı inkişafına kömək edir.
Belə ki, müasir biznesin sürətli inkişafı sayəsində Azərbaycan iqtisadiyyatında
qeyri-dövlət sektoru
aparıcı mövqeyə çıxmış, yəni ümumi daxili məhsulda onun payı 81 faizə çatmışdır.Biznesin
məqsədi – müəssisənin uzun müddət öz fəaliyyətində cəhd etdiyi son nəticədir.
Biznesin məqsədi
onun xarakterindən, inkişaf səviyyəsindən asılı olaraq müxtəlif ola bilər.
Onlardan ən mühümləri
aşağıdakılardır:
- mənfəətin alınması;
- biznesin inkişafı üçün zəruri vəsatilərin toplanması;
- cəmiyyətə lazımi əmtəə və xidmətlərin təqdim edilməsi;
- bazarda, sahədə qabaqcıl mövqeyə nail olunması;
- istehlakçıların tələbatının optimal ödənilməsi;
- öz əməkdaşlarına imkanlarını reallaşdırmaq imkanının verilməsi.
Biznesin məqsədində əsasən qarşıya konkret vəzifələr qoyulur və həyata keçirilir. Biznesin məqsədi
ilə qarşıya qoyulan vəzifələr qarşılıqlı əlaqədardır. Belə ki, əgər biznesin məqsədi fəaliyyətin konkret
istiqamətini müəyyənləşdirirsə,
vəzifə həmin məqsədə kəmiyyət, keyfiyyət və vaxt etibarı ilə nail
olmağı müəyyənləşdirir.
Dostları ilə paylaş: