Əgər sizin aktiviniz biznesə başlamağa imkan vermirsə, bu zaman siz maliyyə köməyi almaq üçün
kiməsə müraciət etməlisiniz.
Biznesdə yenicə işə başlamaq istəyən üçün bu o qədər də asan iş
deyildir. Sizə banklar, dostlarınız və başqaları müəyyən faizlərlə maliyyə köməyi göstərə bilərlər.
Bundan başqa təsərrüfat fəaliyyətinizdə lazım olacaq maşın, avadanlıq və s. də maliyyə mənbəyi
kimi nisyə olaraq müəyyən faiz ödənişi ilə ticarət təşkilatlarından, aqroservis müəssisələrindən
ala bilərsiniz.
Beləliklə alacağınız borc pul (faizi də hesablanmaqla) və nisyə maşın, avadanlıq
və s. (pul ifadəsində, faizi də hesablanmaqla) sizin passiviniz, yəni borcunuz olacaqdır.
Bu da
maliyyə planında göstərilməlidir. Lakin maliyyə planının bu hissəsini hazırlayanda siz yaxşı
götür-
qoy etməlisiniz. Yəni elə maliyyə mənbəyi axtarıb tapmalısınız ki, bu sizin üçün əlverişli olsun.
Sonra hesablamalısınız ki, sizin biznesinizin nə vaxtdan başlayaraq gəlir gətirəcəkdir?
Bundan sonra hər ay və bütünlüklə il üçün və sonrakı aylar və il üçün büdcənizi, gəlir və çıxarınızı
(əmək haqqı, vergilər, təsərrüfat və icarə xərcləri və s.) müəyyən edib bunlara əsasən maliyyə
planınızın gözlənilən balansını çıxarmalısınız. Beləliklə hər ayın sonuna alınan balans gələcək ayın
əvvəlinin balansı olacaqdır.
Unutmaq
olmaz ki, siz biznesinizin inkişafına nail olmaq istəyirsinizsə, gəliriniz çıxarınızı
üstələməlidir. Əks həlda bu, müflisləşməyə səbəb ola bilər. Belə bizneslə məşğul olmaq səmərəli
deyil. Deməli planın başqa, əlverişli variantı tərtib edilməlidir. Bir
neçə variantda biznes plan
işlənildikdən sonra, bu variantların ən səmərəlisi seçilir və gələcəkdə istifadə olunmaq üçün qəbul
edilir.
Biznesin məqsədi dedikdə müəssisənin kifayət qədər uzun
müddət ərzində nail olmağa cəhd etdiyi son nəticə başa
düşülür.
Biznesin xarakterindən, inkişaf səviyyəsindən və
s. amillərdən asılı olaraq məqsədi müxtəlif ola bilər.
Buna misal olaraq aşağıdakıları göstərmək olar:
- mənfəətin əldə edilməsi;
- biznes fəaliyyətini inkişaf etdirmək üçün zəruri vəsaitlərin
toplanması;
- cəmiyyətə zəruri əmtəə
və xidmətlərin təqdim edilməsi;
Dostları ilə paylaş: