8Œ1ā23Œ8ā(Œā
1
onu qaydaya salmaq üçün nə etmək lazımdır? Əlavə istehsal vasitələrinə ehtiyac varmı
və onlar necə
və haradan alınacaqdır və ya icarəyə götürüləcəkdir.
2) Məqsəd.
Bu bölmədə aşağıdakı suallara cavab verilməlidir:
Siz başlamaq istədiyiniz biznesi necə təsəvvür edirsiniz?
Siz onun inkişafını necə təmin edəcəksiniz: əqlinizlə,
fiziki
əməyinizlə, maliyyə vəsaitinizlə?
Nə vaxt bu biznesdən gəlir götürmək fikrindəsiniz?
Siz bu işlə nə qədər (neçə il) məşğul olmaq istəyirsiniz?
Bu biznesdən əldə edəcəyiniz gəliri təsərrüfatın (müəssisənin) inkişafına sərf etmək
fikriniz varmı və yaxud başqa bir işə yönəltmək istəyirsiniz?
3) Təsərrüfatın
(müəssisənin) yerləşəcəyi yer. Siz öz bisnesinizlə harada məşğul olacaqsınız?
Təsərrüfatın (müəssisənin) yerləşdiyi sahə biznesin inkişafına təminat verirmi? Təsərrüfatın
yerləşdiyi sahənin infrastrukturu (su, elektrik enerjisi və nəqliyyatla təminatı)
müştərinizlə əlaqə
yaratmağa imkan verirmi?
4) Məhsul və ya xidmət.
İstehsal etdiyiniz və ya edəcəyiniz məhsul (xidmət) barəsində ətraflı yazın.
Sizin məhsulunuzun alınmasına (və ya göstərəcəyiniz xidmətə) olan ehtiyacı əsaslandırın, ətraflı
şərh edin. Bu maddəni yazmağa başlayarkən özünüzə aşağıdakı sualları verin:
Mən insanları necə inandıra bilərəm ki, onlar mənim istehsal etdiyim məhsulu alsınlar və ya
mənim xidmətimdən istifadə etsinlər?
Bu məhsul və ya xidmət istənilən olacaqmı?
Hazırda bu məhsulu alacaq və ya bu xidmətdən istifadə edəcəklərmi?
Mənim müştərilərim
üçün bu məhsul zəruridirmi, yoxsa bundan bir zövq, ləzzət
və ya şöhrət
üçün istifadə edəcəklər?
İqtisadi inkişaf bu məhsula və ya xidmətə necə təsir edəcəkdir?
Bu məhsula və ya xidmətə olan ehtiyac davam edəcəkmi?
Yeni texnologiyanın inkişafı bu məhsulu və ya xidməti köhnəldə bilərmi?
5) Rəqabət.
Sizin seçdiyiniz fəaliyyət sahəsi nə dərəcədə rəqabətlidir? Bu fəaliyyətlə çoxmu
adam məşğul olur? Siz öz məhsulunuzu və ya xidmətinizi necə hamıdan yaxşı edəcəksiniz? Siz
məhsulunuzun
qiymətində, nadirliyində, keyfiyyətində rəqabət edəcəksinizmi?
6) Bazar.
Sizin alıcılarınız kimlərdir? Onların
gəlirləri, maraq və ehtiyacları nədən ibarətdir? Sizin
məhsula bənzər məhsulları onlar necə (tez-tezmi, gecmi) alırlar? Sizin
daimi müştəriləriniz barədə
ətraflı məlumatınızın olması, bazarınızın həcmini müəyyən etməkdə sizə kömək edər.
Dostları ilə paylaş: