Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

 
 
 
136 
 
mənim haqqım idi! İnsanlar məni unutsa da, çalıquşlarım yolumu 
dörd gözlə gözləyirmişlər! 
Dilədiyim  anlar  içində  qapını  döydüm!  Qapının  yanında 
yerləşdirilmiş bir bacadan fars dilində yanıt gəldi: 
-
 
Buyurunuz, kimdir? 
-
 
Siz kimsiniz? Mənəm Cəvanşir! 
-
 
Bağışlayın  kimsiniz?  Ağa  Məsudu  istəyirsiz  evdə  deyillər. 
Axşam evə gələcəklər. 
-
 
Burası Gülnaz xanımın evi deyilmi? 
-
 
Ahan, başa düşdüm! O, iki il öncə dünyasını dəyişdi. Biz buranı 
almışıq!  Alo...  Alo...Alo...!  Ağa  getdinizmi?  Tanrı  ruhunu 
bağışlasın! Sizin xəbəriniz yoxmu!? Alo...Alo...Alo...! 
 
Abbasabad  Bazarının  qarşında  olan  məscidin  həyətində  oturub, 
minarədən gələn əzan səsini dinləyirdim. Səs qulağıma xoş gəlir
ruhumu  qıdıqlayırdı!  Həyətin  sağ  tərəfində  əl-üzünü  yuyub, 
qolları çırmalı namaza gedənlərə baxırdım. Hər kəs yanında olan 
insana salam verərək, ayaqqabısını rəflərə düzüb məscidin içinə 
girirdi. Bu anda bir orta yaşlı kişi mənə yaxınlaşdı: 


 
 
 
137 
 
-
 
Salamülaleyküm qardaş! Görünür ki, çox yorqunsan! Elə bil ki, 
biraz  da  xəstəsən?  Ayıb  olmasın  soruşa  bilərəm  ki,  hardan 
gəlibsən? 
-
 
Aleykümsalam!  Hə,  doğrudu  qardaş,  biraz  yorqunam! 
Dincəlirəm!  Sarablıyam,  Azərbaycandan  gəlirəm!  Burada 
oturmaq olarmı? 
-
 
(Türkcə  danışmağa  başlayır.)  Xoş  gəlmisən  qardaş!  Allahın 
məkanında yasaq olmaz!  Çox düz yeri seçibsən. Burası Allahın 
evidir.  Hamının  ən  son  sığınacağı  yerdir!  Darıxanların, 
kimsəsizlərin,  yoxsulların,  evsizlərin  ən  son  ümid  evidir.  Mən 
buranın xadimiyəm! Mənim də, bu dünyada kimsəm yoxdur! Son 
olaraq  xanımımı  itirdim.  Bir  balaca  evim  var  idi.  Onu  da  iki 
oğlum  arasında  böldüm,  buraya  yerləşdim.  İndi  namaz  üçün 
qalxmalıyam! Sən namazını qılmısanmı? Yoxsa birlikdə qılaq! 
-
 
Allah  qəbul  etsin!  Mən  bir  başqa  yerə  getməliyəm.  Buralara 
yolum düşərsə, səni görməyə gələrəm. Mənim adım Cəvanşirdi. 
Bəs sənin adın? 
-
 
Mənə  Bayat  Fatihə  deyərlər!  Ölülərin  fatihəsini  oxuyaram.  Nə 
zaman gəlsən, başım-gözüm üstə! 
Yorğun idim, ayaqlarım yerdə sürünürdü. Bu qılıfda ağa Səlimin 
ailəsinin gözünə görünmək istəmirdim! Bir yandan pulsuzluq, bir 


 
 
 
138 
 
yandan  Gülnaz  xanımın  rəhmətə  getməsi,  bir  yandan  isə,  olan-
qalan  par-paltar  və  nəsnələrimin  yoxa  çıxması  yoxsulluğumu 
zirvəyə  yerləşdirmişdi.  Artıq,  kimsəyi,  hətta  çalıquşlarımı  belə, 
düşünməz olmuşdum! Uşaqların durumu ilgimi çəkirdi. Ancaq, 
qalxıb da arama gücüm qalmamışdı! Nə gedəcək, nə də qalacaq 
yerim yox idi! Bu yaşımda yarımcan insan olmuşdum. Çalışmaq 
istəsəm də, işə alınacağıma inanmırdım. Teatra dönəcək durumda 
da deyildim. Təbrizə dönməyi istəsəm də, əli-qolu sallaq orada nə 
edəbilərəm fikri qarşımı kəsirdi. Olqaya gəlincə, qarnı burnunda 
son  ağlar  baxışları  qara  deprəm  kimi  gözümün  önünə  tikilirdi. 
Onun bir anda toz kimi gözümdən itməsindən iyirmi il keçsə də, 
bağrımın başını yandıran közü sönmək istəmir! Hələ də Olqanı 
dəlicəsinə  sevdiyimi  bütün  canımla,  ruhumla  hiss  edirdim! 
Olqanı  ürəyimdən  silmək  üçün  illərcə  özümlə  vuruşsam  da 
uğursuz olduğumu qəbul etmişdim. Mən, olqanın eşqilə, ən ağır 
əzincləri  yenmişdim.  Bu  üzdən,  Olqanı  sevməyi,  yaşamağı 
sevmək  kimi  mənimsəmişdim  artıq!  Qızıl  Hisar  Dustağında 
yürəyimin  üstündə  qazdırdığım  “Olqanı  sevmək  yasaq,  yasaq, 
yasaq!” sözü, əbədi sevginin bir örnəyi kimi sevgilisindən uzaq 
düşən  hər  kəsin  əzbəri  olmuşdu!  Artıq  qəbul  etmişdim  ki,  bu 
sevdanın  bitib-bitməməsi  mənim  əlimdə  deyil.  Mən  bir  qutsal 
dəlilik  yolunun  yolçusu  olmuşdum.  Sevda  yolunda  ölməyin 


 
 
 
139 
 
sırrını dirənincə anlayırdım. Bu üzdən, Olqadan ötrü ölmək deyil, 
ölümcül yaşama alışmışdım!  
Əlimdə-ovucumda saxladığım Cabbar əminin anıları da, Gülnaz 
bacının evində qalmışdı! O qaralamaların millət malı olduğunu 
düşünürkən  yerinə  yetirilməmiş  böyük  bir  borcdan  vicdanım 
sızlayırdı! 
Tehranın bahar havası yay havası kimi isti idi. Bu üzdən mən də
yüzlərlə  evsiz  kimi  “Park  Şəhr”də  gecələyirdim!  Bu  park 
Tehranın tam mərkəzində yerləşdiyinə görə, həm gediş-gəliş yolu 
sayılırdı, həm də kütlənin əyləncə mərkəzi hesab olurdu. Mənim 
bir çox günlərim buralarda keçdiyinə görə, özümdən daha köhnə 
sakinlərlə tanış olma imkanım olurdu! Artıq özüm kimi bir çox 
yazıqlarla qara gecələri paylaşırdım! 
Yavaş-yavaş cibimdə olan pullar azalırdı. Üç-beş gündən sonra 
durumumun necə olacağını bilmirdim. Mən də “gündüz dilənci, 
geçə “Səngələk”çilərə qatılacağam! Bu düşüncə, demək olar ki, 
bütün dərdlərimi unutdurmuşdu. Başı uca yaşamaq yolunda bütün 
ömrünü verən, insanlığını itirməyən Cəvanşirə nə gəlirdi? Yox! 
Mən Cəvanşirəmsə, onun kimi olmağım gərək idi! Bu üzdən az 
maaşlı iş olsa belə, tapmam gərək idi.  


 
 
 
140 
 
Fəridən şəhərindən olan Ağa Həsənlu adlı əməkli türk öyrətmənlə 
daha çox zaman keçirirdim. O, mənim həyatım haqda öyrənmişdi. 
Gecələri parkda yatmağımdan çox rahatsız olurdu. Bir neçə kərə 
məni evinə dəvət edsə də, istəyini kibarcasına rəd etmişdim. O, 
hər  zaman  məni  umudvar  olmağa  çağırırdı.  Bir  gün  məni 
başqalarının yanından uzaqlaşdıraraq dedi:  
-
 
Ağa,  gəl  gedək  iki  şiş  ciyər-böyrək  yeyək.  Çox  darıxdım  bu 
laməzhəb ciyərin qoxusuna!  
-
 
Sağol bəy, sən get, mənim meylim yoxdur! 
-
 
(Üzündə gülümsəmə) Gəl gedək! Sənə yalan yaraşmır. İkimiz də 
dev  kimi  acıq!  İnanmırsan  yeyəndə  baxarıq!  Bir  də  sənə  çox 
önəmli bir sözüm var! Bu avaralar bilməsin! 
Ciyərin qoxusu doğrudan da  adama “gəl-gəl” deyirdi. Təbrizdə 
olarkən, mənim ən sevdiyim yeməklərimdən biri də “cız-bız” idi. 
Bunun  da  yeri  “Gəcil  Qapısı”  sayılırdı.  Hər  cümə  günü  Təbriz 
Danişsarayından  olan  oxuldaşlarımla  birlikdə  cız-bız,  ciyər, 
bağırsaq yemək üçün Gəcil Qapısına doğru gedərdik! Artıq indi 
o  dostlarımın  çoxu  yoxdur.  O  dostlarımın  bir  çoxu  Firqə 
hakimiyyətinin çöküşündən dərhal sonra edam olundular! 
Qarşımızda şiş ciyərlər, mən isə keçmişlərə dalmışdım ki: 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə