Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
 

 
edərsiniz. Otel də, pansion da var. Amma sizin üçün qat-qat ucuz 
və uyğun olan evdir. Həm də yaxındır. Üç küçə o yanlıqdır.  
Gənc Türkün bizə verdiyi məsləhəti düşünərək, evin tutulmasına 
qərar  verdik.  Fərəc  əmicanı  daşımaq  üçün  qarajdan  daşqaçı 
tutmaq  istədik.  Fərəc  əmican  ayaqda  yürümək  istədi!  İlyasın 
göstərdiyi ev, quzey-güney sayılırdı. Güney bölümündə ağbirçək 
bir qadın yaşayırdı. O, həm də evin yiyəsi sayılırdı.  
Bəlli olan, İlyasın dediyindən də rahat ev tutmuşduq. Evin yiyəsi 
də xoş baxışlı bir yaşlı insan idi. Uç yataq otağı, bir qonaq otağı, 
mətbəx, balkon, ayaq yolu və hovuzlu geniş həyət!  
İlyas  çox  sevimli,  ərdəmli  18-20  yaşlı  bir  gənc  idi.  Birinci 
günümüz  onun  yardımıyla  alış-verişdə  keçdi!  Olqanın  ekonomi 
hesbacı  aldığı  bütün  gərəkən  şeylər  ortada  idi.  Onun  alış-veriş 
siyasətini  indiyə  qədər  görməmişdim.  Seçim  davranışları  isə, 
Qurdananı  anımsadırdı!  Qurdananı  anımsayarkən,  qəlbimə 
narahatliq düşürdü. “O böyük el anası, indi nə iş görür? O yaşam 
anlamı  ana,  qurd  ürəkli  ana,  O  bir  yahusu  ilə  hamını  ayağa 
qaldıran, yaşama qoşduran qudsal Ana nələr edir indi!?” Bunları 
düşünürkən ağlım, gözlərim, qulaqlarım kilidlənmişdı!  


 
 
 

 
Alış-verişdən  dönərkən  Əmicanın  durumu  pisləşdi  və  təcili 
doktor çağırılması daha da ciddiləşdi! Bizimlə olan İlyas, uzman 
doktor  tapmaq  üçün  yola  düşdü!  O,  dörd-beş  saatdan  sonra 
yorğun evə döndü. Sabah Əmicanı uzman doktora götürəcəyini 
deyincə, biraz rahatladıq! 
İlyas, sanki bizim üçün qeybdən gəlmiş bir mələk idi. Onun bizə 
qarşı ürəkdən gələn sevgisinə hamıdan çox Maşallahxan qarşılıq 
verirdi.  Onu  öz  oğlu  kimi  bağrına  basır,  qoxlayırdı!  Belə  ki, 
mənimlə  Maşallahxanın  arasında  olan  örnək  bağlantının  yerini 
yavaş-yavaş İlyas tutmaqdaydı. Sözsüz ki, bu, mənim də xoşuma 
gəlirdi. Ancaq,  bu yeni ilişkidən ən çox  xoşlanan şəxs isə  Olqa 
idi! 
Əmicanın müalicəsini bütünlüklə Maşallahxan üstəsinə götürdü. 
O, deyirdi: 
-
 
Sizin işiniz onun ailəsini axtarmaq olsun! Qulamla mən əmimizin 
durumu  ilə  ilğilənəcəyik.  Məndə  sizə  verdiyim  puldan  daha  da 
çox  var.  Dediyim  kimi  bütün  var-yoxumuzu  birlikdə 
xərcləyəcəyik. Burada da,  Təbrizdə də birlikdə olacayık. Sizə söz 
vermişəm! Sözümün də üstündə duracayam. Məni Bərəkətağanın 
bataqlığından  qurtaran  sizsiniz!  Mən  dünyaya  yeni  gəlmiş  bir 


 
 
 

 
uşaq  kimiyəm.  Bunun  üçün  sizə  borcluyam!  Yox  əgər  olmasa, 
yetməsə, başqa yerlərimiz var, satar yaşarıq! 
Uzman  doktorun  istəyilə  Əmicanı  Rey  şəhərinin  “Firuzabadı 
Mərizxanası”na  götürdük.  İlyasın  dediyinə  görə,  doktor  üç 
xəstəxanada    çalışdığını  demişdi.  Ancaq,  o  duruma  görə,  ən 
uyğun olanı seçmişdi. Xəstəxana xeyriyyə olduğuna görə, İlyasa 
minnətdarlığımızı  bildirdik.  Əmicanın  durumunda  sıxıntılar 
artırdı.  Biz  isə,  onun  ailəsini  axtarmağa  davam  edirdik.  Fərəc 
əmicanın  verdiyi  adresləri  bir-bir  axtardıq.  İlyas,  Tehranı  çox 
yaxşı tanıyırdı. Türklərin toplu olaraq haralarda yaşadığını yaxşı 
bilirdi.  Çala  meydandan  tutmuş  Rey  şəhərinə  qədər  məhəllə-
məhəllə dörd uşaqlı bir Türk qadını arayırdıq. Ortada sonuc yox 
idi. İlyas onların haqqında daha çox bilgi istəyirdi. Mən isə, bilgi 
verməkdən  çəkinirdim.  Artıq,  Əmicanın  ailəsini  tapmaqdan 
umudumuz  kəsilmişdi.  Gənc  İlyasın  durumdan  xəbərsiz  olması 
da,  bu  çətin  axtarışı  imkansız  etmişdi.  Doktorun  dediyinə  görə, 
xəstəmizin  durumu  günü-gündən  pisləşirdi.  Doktora  görə, 
Əmicanı yaşama döndərmək bir möcüzə kimi görünürdü. Onda, 
artıq  ağ  ciyər  və  böyrəklər  də  çalışmırdı.  Biçaq  dəyərsə, 
əməliyyatdan  ayılmaz  kimi  riski  böyük  görünürdü!  Onun 
yaxınlarını son görüşlər üçün yanına gətirmək gərək idi!  


 
 
 

 
Artıq sonucsuz axtarışımızdan 10 gün keçmişdi. Mən bu axtarışda 
İlyasa  yardım  etmək  üçün  risk  etməyi  gözə  aldım.  Bu  sevimli 
gənc türkə görə, Əmicanın ailəsini tapmaq böyük borc sayılırdı. 
O,  özünü  bilimyurda  girməyə  hazırlarkən  bizimlə  tanış  oldu. 
Demək ki, ona pul gərək idi. Bu üzdən, yeni gələnlər üçün xidmət 
göstərərək,  bilimyurd  qarşılığının  pulunu  toplamağa  çalışırdı. 
Ancaq,  10  gün  idi  ki,  sadəcə  gecələri  bizdən  ayrı  qalırdı.  O, 
cibindən pul xərc edir, evə gəlincə əli dolu gəlirdi. Etirazlarımıza 
qarşı isə, sadə bir sözlə bizi utandırırdı: 
-
 
İzn  verin  soydaşlığımı  yerinə  gətirim!  Mən,  milli  matəm 
günlərimizdə  sizinlə  olmadım!  Millətimizi  Təbrizdə  dardan 
asarkən,  bizlərin  gözü  vətəndən  uzaqda  doldu-boşaldı!  Mən, 
Təbrizi  heç  görmədim!  Bu  nisgili  sizlərlə  paylaşmaq  istəyirəm. 
Universitəyə girmək üçün kifayətcə balım var. Pulum da var! Siz 
məni dərd etməyin. Ailənizi tapmaq üçün mənə umud verin! 
-
 
Olqanın  İlyasa  olan  içdən  baxışlarını  qısqanırdım!  Onu  bir  il 
yarım  boyunca  heç  belə  görməmişdim!  Olqanı  doğru-düzgün 
tanımasaydım, onun bu oğlana vurulduğunu sanardım! Sözsüz ki, 
Olqa öz iç gözəlliyi, sarı saçı, göy gözü və incə vücuduyla bir çox 
gəncin  marağını  qazanma  gücündə  olan  birisi  idi!  Son  axşam 
İlyas bizdən ayrılarkən Olqayla hovuz qırağında oturduq: 


 
 
 

 
Olqa:    Cəvanşir,  Əmicanın  ailəsi  belə  tapılmaz!  Səncə,  İlyasa 
inanmağın  zamanı  gəlməmişdir?  Oğlan  bizim  üzümüzdən, 
gələcəyini uduza  bilər. Bildiyim qədərilə, qonşularında  olan bir 
qızı  da  sevir.  Ancaq,  evlənmədən  öncə  bilimyurdunu  bitirmək 
istəyir!  Bildiyimə  görə,  qız  da  İlyası  sevir.  Gizlicə  nişanlanma 
sözünü də kəsiblər! 
-
 
Sən bunları kimdən eşitdin? Nə zaman onunla danışdın? 
-
 
Biz qadınları siz tanımamışsınız hələ! Siz, o qədər özünüzü dünya 
yiyəsi sanırsınız ki, güya hər olaydan xəbəriniz olmalıdır. Mən, 
bu oğlanın aşıq olmasını gözlərindən oxudum! Çox sevimli və arı 
bir  Türk  balasıdır  o!  Mənimlə  danışır!  Amma  siz  erkəklərdən 
çəkinir.  O,  bir  gün  mənə  Olqa  bacı  deyərkən,  hardan  gəldiyimi 
soruşdu! Çox gözəl, mehriban olduğumu dilə gətirdi. Sənin çox 
yaxşı  insan  olduğunu  və  qoşa  qarımaq  diləklərini  dedi.  Sonra, 
özünün  də  bir  gözəl  Türk  qızında  gözü  olduğunu,  qarşılıqlı 
sevilməsini dilə gətirdi. 
Olqanın  bu  sözlərindən  sonra  ona  olan  sevgim  və  İlyasa  olan 
güvənim artmağa başladı! Qısqanclığımı önlədiyim üçün Olqaya 
borclu  görünürdüm!  İlyasa  olan  inancımın  artmasının  Əmican 
üçün bir möcüzə fürsəti olmasını düşünməyə başladım! Ailəsini 
tapmaq,  onları  bir-birinə  qovuşdurmaq  gözlənilən  möcüzə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə