Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
 
23 
 
də  oradan  tulladılar!  Bir  kamyona  toplayaraq,  buranın 
yaxınlığında  tənikəliyə  buraxdılar.  Ac-susuz,  pulsuz-parasız, 
Allah  heç  müsəlmana  göstərməsin!  Günahımızın  adını  belə, 
demədilər! Yalnız “xainlər ölməlidir”, deyib döydülər. Sonra isə, 
buraxıb getdilər. Bizi qışın çilləsində çölün şaxtasına buraxdılar. 
İndi  də,  gördüyünüz  kimi  burdayıq.  Bu  nəcib  və  təmiz  kişi 
olmasaydı, halımızın nə olduğu belə bəlli deyildir. 
Bu  sözləri  eşidən  susqun  baqqal,  gözlərini  yerə  dikərək  bizdən 
ayrıldı.  Bu  qadının  qara  taleyini  daha  da  qaratmamaq  mənim 
üzərimə  düşmüşdü.  Nə  olursa-olsun,  4  uşağının  atası,  yalnızlık 
acısının  gözləntisi  tapılmışdı.  Evinin  dirəyi,  yaşamının  erkəyi 
uzun zamandan sonra onlara yiyələnəcəkdi! 30 yaşındakı qarımış 
qadın sevincini üzə vurmasa da, əl-ayğının titrəməsindən bu bəlli 
olurdu! 
-
 
Dedin  adın  Cəvanşirdi!  Doğrumu?  Fərəc  əmicanın  bəs 
haralardadır?  Yaşayırmı?!  Doğrusun  deyin!  /titrəməsi  artır.  /10 
yaşar Barış, anasının əllərini tutaraq onları öpür! Özündən kiçik 
bacı-qardaşlarını da yanına alır/ 
-
 
Yox!  Vallahı  sizi  onun  yanına  götürəcəyəm.  Yolda  onu  biraz 
soyuq vurdu! Buna görə, yatırdıq ki, dincəlsin! Bir də ki, sizi çox 


 
 
 
24 
 
axtardıq, hamı yoruldu. O, sizin tapıldığınızı bilmir. Yoxsa özü 
gəlib sizi alardı! 
İlyas:  Məncə uşaqları yormayın! Qoyun Sadıq dayının yanına! 
Barış:  Biz, buraya gələndən heç  yerə çıxmadıq! Qoyun biz də 
gələk! Biz, yemək-içmək istəmərik! Söz veririk! 
Bilincaltı bir davranışla hər dörd uşağı bağrıma basaraq üzümü, 
damcılayan  göyə  tutdum!  Ürəyimin  cavabını  yalnız  gözlərimin 
lam  axarına  qatışan  damcılarda  duydum!  Göz  yaşıyla  göy  yaşı 
ciftləşərkən,  uğur  olar  demişlər!  Bir  ölüm  ayağında  sürgün 
ölümündən qaçaq ata, bir ayaqüstə ölməyə salam deməyə qaçan 
ana və dörd ümidsiz uşaqla ayaqda olan bir əmioğlu! Bu uşaqların 
gələcəyini yalanla duyğu çəmbərinə salmaq yaşanacaq ən böyük 
günahdır! Bu dünyada yeganə ailəm olan bu kiçiklərin son kəz 
atalarını  görmək  haqqını  kimsə  əllərindən  almamalıdır. 
Arxalarında 
durmaq 
gərəkdirsə, 
gözlərini 
gerçəklərə 
bağlamamalıyam!  Biraz  ağlar-sızlar,  sürdüyü  acıları  su-çörək 
yerinə  yeyər  və  sonunda  acıya  alışan  bu  uşaqların  ata  sevgisi 
biter! 


 
 
 
25 
 
-
 
Yox İlyas, hamımız birlikdə gedəcəyik. Ancaq ilk öncə bir maşın 
tapmaq  gərəkdir.  Buralarda  getmək  üçün  maşın  tapmaq 
mümkünmü, Gülnaz xanım? 
Gülnaz  xanım:    Yox!  Biz  buraya  gələndən  bir  fayton  belə 
görməmişik! Istərsiniz Sadıq dayıdan soruşum! 
İlyas:    Siz  burda  qalın,  mən  soruşum.  Olmasa  əgər,  gedib 
Cavadiyədən taparam. 
Mən:  Bəlkə hamımız gedək! Harda olsa, tutub gedərik. 
Gülnaz xanım:  Hara gedəcəyik ki? Ayaqda getmək olmazmı? 
İlyas:  Uşaqlar yorular deyə düşünürəm. Amma Cəvanşır dediyi 
kimi yola düşək! 
Gülnaz xanım:  Çay içəndən sonra gedək! 
İlyas:  Mən Sadıq dayıya baxıb dönürəm! 
Biraz sonra İlyas əlində iki paketlə evə girdi. 
-
 
Gəlin uşaqlar, alın yeyin! Xanbacı, bu da sizin üçün! 
-
 
Sağol oğlum! Sənin adın nədir?  
-
 
Mən Cəvanşirin dostu İlyasam! 


 
 
 
26 
 
Barış,  özünə  bir  pay  götürmədən  İlyasın  baqqaldan  aldığı 
yeməliləri uşaqların arasında bölüşdürdü! İlyas bizə üz tutaraq: 
-
 
Mən  maşın  haqqında  Sadıq  dayıdan  soruşdum.  Sizdən  öncəki 
evlərdə  bir  faytonçu  var!  “Gedib  onunla  danışarıq”  dedi  Sadıq 
dayı. Mal almaq üçün o faytonçudan yararlanarmış. Sadiq dayının 
tanışıdır! Bu saatlarda evə dönər. Mən gedirəm onun yanına! 
-
 
İlyas, istərsən mənimlə gedək. O kişinin dükanı bağlı qalmasın! 
Gülnaz  xanım:    Yox,  bağlı  qalmaz.  Xanımı  dükanda  olar. 
Vaxtaşırı mən də onun yanına gedər, qadın-qadına qara yazımızı 
paylaşarıq!  Bu  dünyada  sığınacaq  kimsələri  yoxdur.  Bircə 
uşaqları belə, yoxdur! 
-
 
Olsun yenə də mən gəlim! 
Sadıq  dayı,  mən  və  İlyas  həmin  faytonçu  üçün  yola  düşdük. 
Hardasa  bir  neçə  kilometrdən  sonra  daha  böyük  məhəlləyə 
yetişdik. Buranın da devarlarının çoxu palçıqdan, tənirkədən və 
bəzən də kərpiçdən idi. Faytonçunun evi bu məhəllənin başında 
yerləşirdi. Onun evi, gördüyümüz evlərdən daha yaxşı idi! Fayton 
evin  qarşısında  dayanmışdı.  Bəlli  ki,  faytonçu  yenicə  evə 
gəlmişdi. Sadıq dayı evin qapısını döyərək səsləndi: 


 
 
 
27 
 
-
 
Ağaye Əbdülsəmi, ağaye Əbdülsəmi! 
-
 
İçəridən qadın səsi:  (Sınıq farsca ilə) Abdül namaz üstündədir. 
Gözləyin bitirsin! 
-
 
Tanrı  qəbul  etsin.  Qapıda  gözlərik.  (Bizə  dönərək)  Çox  dindar 
Əhvaz ərəblərindəndir. Ərəblərin namaz-orucu əskik olmaz! Üç 
arvadıyla burada yaşayır. Ən böyüyü 20 yaşında oğlan olmaqla 
11 uşağı var. Allah birinə belə bol verir! Birinə də mənim kimi 
heç vermir!   
Birazdan sonra orta yaşlı bir kişi qapını açaraq, arxasınca ərəbcə 
danışan beş-altı kiçik qız-oğlan bayıra çıxır. Kişi, ərəbcə uşaqları 
evin həyətinə döndərib, Sadıq dayıya dinləndi: 
-
 
Selamüləleyküm ağa Sadıq! Bir vacib iş var deyəsən? 
-
 
Salam  bizdəndir  Ağa  Əbdül!  Bu  saatda  sənin  evinə  gəldiyimiz 
üçün bağışla! 
-
 
Allah  mühafizə,  xoş  gəlmisiniz!  Buyurun  bir  çayımızı  için. 
Yanında qərib gənclər kim? 
-
 
Sağol  ağa  Əbdül!  İçəriyə  gəlmirik.  Qapıda  biraz  danışaq!  Bu 
gənclər...! 
Sadıq  dayı  bilgilərinin  gərəkən  bölümünü  faytonçuya  anlatdı. 
Faytonçu Rey şəhərinə getməyin artıq gec olduğunu söyləyərək, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə