Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
 
18 
 
Məhəllədən biri  olmuşduq. Kimsə  bizimlə  deyil, bizim işimizlə 
ilgilənirdi. Artıq böyük bir komanda oluşmuşdu!  
Başqa yandan, Əmicanın durumu gün keçdikcə daha da pisləşirdi. 
Son  iki  gündə,  yemək-içməkdən  düşən  xəstəmiz  bütün  günü 
yatmağa  başlamışdı!  Artıq,  başçavuşun  yaşam  mübarizəsi  sona 
yetişirdi!  Əgər  o,  gözünü  yumarsa nə  edəcəyimizi  düşünürdük. 
Onun məndən dilədiyini necə yerinə yetirə bilərdim? O, “imkanın 
olarsa, məni qardaşımın ayağı altında basdır!”, deyirdi. Nifrətlə 
nəcabətinə  vardığım  əmicanımın  son  bir  istəyini  necə 
gərçəkləşdirə bilərdim?! 
Xəstəxanadan Əmicanın evə götürülməsini dedilər. Artıq bundan 
sonra xəstəxanada qalmasının faydasız olduğu deyildi. Xəstənin 
Təbrizdən  olduğunu,  Tehranda  kimsəsizliyini  önə  çəkdik. 
Xəstəni  götürmək  üçün  3  gün  zaman  verdilər!  Hər  günümüz 
dünəndən ağır başlar, daha ağır bitirdi! 
Sonunda bir cümə günündə Gülnaz xanımın izinə düşdük. İlyasla 
birlikdə Cavadiyədən dəmir yoluna gedən bir tənikəlik evlərə sarı 
getdik!  Oraya  yaxınlaşdıq.  Kiçik  bir  bakkal,  bir  qəssab,  kiçicik 
göyərti  satan,  dəllək,  bir  torpaqlıq  meydandan  sonra  yan-yana 


 
 
 
19 
 
sıralanmış  palçıqdan  evləri  gördük.  Bakkaldan  Gülnaz  xanımı 
soruşduq: 
-
 
Salam, buralarda 4 uşaqlı bir Gülnaz adında xanım yaşayırmı? 
-
 
Siz, onların nəyi olursunuz? 
-
 
Mən,  ailəsiyəm.  O,  əmimim  xanımıdır.  Mən,  Təbrizdən 
gəlmişəm. 
-
 
Mən də Binablıyam. Onu tanıyıram. Nəcabətli bacımızdır. İlmək 
salmaqla balalarını yaşadır. Tanrı bu qadına elə bir qeyrət verib 
ki! Özü qorusun onu! 
-
 
Evi hardadır! Üç həftədən çoxdur onu axtarırıq. Xoş xəbər oldun! 
Xəstə ərinə ruh verdin! Tanrı ürəyinin istəyini versin! 
50-60 yaşları arasında bəstəboy ağ saçlı kişi bizi arxasına alaraq, 
sol  tərəfdə  olan  bir  küçəyə  girdi.  Çərçivəsiz  bir  taxta  qapını 
döyərək, “Gülnaz xanım sizi axtaran var”, - dedi. 
Gülnaz xanım:  Sadıq əmi, mən dedim ki, haralardan olmasından 
heç xəbərim yoxdur. Məni və balalarımı rahat buraxsınlar! Yenə 
nədən  qapıma  dayanıblar.  Hər  şeyimi  əlimdən  aldılar.  Bu 
xarabada  da  rahat  buraxmırlar.  Allah,  sən  özün  canımı  al! 
Balalarıma sahib dur! 


 
 
 
20 
 
Sadıq əmi:  Bacım, qorxma! Bu özünüzdəndir. Əmisinin arvad-
uşağını axtarır. Gəl qapını aç! 
Gülnaz xanım:  Sadıq əmi, bu qapı bağlanmaz ki, açılsın! Gəldim! 
Dilim-dodağım qurumuşdu. Salam verməyə belə, cəsarətim yox 
idi.  70  yaşlılara  bənzər  beli  bükük,  bir  dəri-bir  sümük  qadın 
qarşımda dayanmışdı! Bu qadının Əmicanımın xanimi olmasına 
inanmırdım. Əmicanda olan foto ilə bu qadın arasında 30 yaş fərq 
görünürdü! Yavaş-yavaş salam verib soruşdum: 
-
 
Bağışlayın mən Əmicanımın ailəsini axtarıram! 
-
 
Sən kimsən? Kimlərdənsən? (Bu arada dörd xırım-xırda, cansız 
uşaq onun çevrəsini tutdular).  
Adresi  düz  tapmışdıq.  Bu  yazıq  qadın  Fərəc  əmicanın  həyat 
yoldaşı, dörd uşağının anası idi. Mən, ayaqda qurumuş bu qadına 
nə deyə bilərdim! Ona baxınca, uşaqlara gözüm düşüncə içim qan 
ağlayırdı.  Ürəyimin  çırpıntısı  dodaqlarımda  vururdu!  Bir  söz 
deməyə  dilim  gəlmirdi.  Özüm  də  bilmədən  dizlərimin  bükülüb 
yerə  oturduğumu  hiss  etdim!  10  yaşlarında  olan  bir  oğlan 
uşağının əlində bardaq “buyur, su iç”, deməsilə özümə gəldim! 
Bir  daha  uşağın  üzünə  baxdım.  Suyu  əlindən  alıb  dodaqlarıma 
yaxınlaşdırdım. İçmədən öncə soruşdum: 


 
 
 
21 
 
-
 
Sənin adın nədir? 
-
 
Barış! Bəs sənin adın nədir? Kimsən? Nədən belə oldun? 
-
 
Barış sənsənmı? Mən sənin əmi oğlunam! Sevincimdən özümdən 
keçdim. Axı çoxdandır sizi axtarıram! Adım Cəvanşirdi, biz bir-
birimizi heç görmədik! 
-
 
Sən  mənim  atamı  gördünmü?  O,  hardadır?  Nə  zaman  gələcək? 
Niyə gəlmir? 
Gülnaz  xanım:    Mən  də  səni  heç  görmədim!  Səni,  atanı, 
qardaşını..! 
-
 
Hə! Doğrudu!  
-
 
Bəs anan, bacın!? 
-
 
Onlar da..! 
-
 
İndi də, Əminmi? 
-
 
Yox! O sizin yolunuzu gözləyir! 
-
 
Harda, niyə burda deyil? 
İlyas:  Xanım sakit olun! Biz, sizi onun yanına götürəcəyik! 
-
 
İndi götürün! Mən uşaqları hazırlayım! Yox, yox, bağışlayın, ilk 
öncə evə gəlin, bir çay için sonra! 


 
 
 
22 
 
Devarından asılan iki xalça darı, döşəməsi həsirdən olan suvaqlı 
kiçik bir otaq! Tavandan asılan ağ, qumru, qara, yaşıl, boz və b. 
boyalı yumru ipliklər, xalça dəzgahının heyrəsində yerləşən həvə, 
toxmaq, daraq, qayçı, qarmaqlı biçaqlar, iki lampa çirağı, ayaqları 
beton bölükdən olan taxta masanın üstündə bir piltə, çaynik, iki-
üç qbacıma, saxsı güzə, həsirli qabda yerləşən dörd beş yeralması 
ilə  soğan,  otağın  küncündə  isə,  köhnə  yorqan-döşəklə,  bir  neçə 
paltar boxçası! Bunlar bir beş nəfərlik ailənin gözə çarpan varlığı 
sayılırdı! 
Gülnaz  xanım  həyətdə  yerləşən  suyu  dəbbəsindən  çaydanı 
dolduraraq: 
-
 
Tanrı bu Sadıq əmini darda qoymasın, İnşalllah! Bu daxma, bu 
dəzgahlar, burada gördüyünüz bütün nəsnələri o gətiribdir. Bizə 
iplik  alır,  əlimizdən  tutur,  gecə-gündüz  göz-qulaq  olur!  Çörək, 
çay verir! Mən də, balalarımla ilmək atır, gördüyünüz kimi palaz 
toxur, satıb yaşamaya çalışırıq! 
İlyas:  Biz, sizi Kərəc yolunda olan ordu evlərində axtarırdıq. Bəs 
niyə orda qalmadınız? 
-
 
Oğlum! Bizi saxlamadılar. Bir gün üç-dörd əskər evə girib, bizi 
evdən qovdular. Tək biz deyildik, bizimlə birlikdə beş-on ailəni 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə