Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 
 
 
33 
 
 
Başçavuşdan sonra! 
Banu  xanımın  evinin  qonşuluğunda  yerləşən  kiçik  bir  evi  də, 
rəhmətlik Əmicanın ailəsinə tutmuşduq. Maşallahxanın uşaqlara 
olan  nisgilini  qarşılayan  əmim  uşaqları,  bu  gözəl  Lək  insanının 
ürəyində yer salmışdılar. O, bütünlüklə bizdən biri olma uğrunda 
gecə-gündüz çalışırdı. Bu üzdən uşaqlarla görüşür, əylənir, gəzir 
və türkcə öyrənməyə çalışırdı. O, bütün əngəllərə qarşı iki həftə 
boyunca Xürrəmabada gedərək, Bərəkətağanın zamanında aldığı 
bir neçə torpaq alanını sataraq əldə etdiyi pulla Tehrana döndü. 
Onun amacı, İlyasın zəkasından yararlanaraq, qazanc gətirən bir 
iş planı idi. Ancaq, hələlik tələsmədən çeşidli planlar düşünürdü. 
Gülnaz  xanımın  istəyilə  bir  xalça  dəzgahı  qurulmuşdu. 
Maşallahxanın yardımıyla bol iplik, iki cəhrə, gərək olan başqa 
şeylər  alınmışdı.  Əmicanın  ölümündən  sonra,  Maşallahxanın 
yardımı ilə Gülnaz xanımın ağır durumu böyük ölçüdə yaxşılığa 
gedirdi. O, yeni yaşamının planlarını təkbaşına düşünür və həyata 
keçirtməyə  çalışırdı.  Barış  iki  il  məktəbə  getdikdən  sonra,  bir 
daha təhsil almamışdı. O, bundan sonra türkcə deyil, farsca oxula 
getmək  məcburiyyətində  idi.  Onun  bir  il  Firqə  hakimiyyəti 
zamanında  istifadə  etdiyi  türk  kitabları,  tonqal  alovlar  içində 


 
 
 
34 
 
yandırılmışdı. O zaman öz doğma ana dilində oxuduğu kitbacıra 
görə,  on  minlərcə  soydaşı  dar  ağacından  asılmış,  qurşuna 
düzülmüş, yüz minlərcə vətəndaşının evi, namusu, şərəfi, varlığı 
tapdalanmışdı.  O,  bu  acıların    son  damlasını  atasının  çarəsiz 
ölümündə dadmışdı. Onunla birlikdə qara yazğının nə olduğunun, 
kiçik  qardaşlarına  nisbətən  daha  çox  anlayan  Gülyazın  eyni 
məktəbə  getməsi  gərəkirdi.  Gülyazın  ana  dilində    oxula  getmə 
şansı olmamışdı. Çünki böyük qardaşından kiçik idi. Bu üzdən, 
qardaşının  doğma  ana  dilində  oxumaq  istəməsi,  onun  üçün 
anlamsız  ola  bilərdi.  Onların  anaları  üçün,  iki  balasının  oxula 
başlaması olduqca böyük uğur sayılırdı. Bu üzdən o, uşaqlarının 
addım-addım irəliləməsinə çox sevinirdi. Onun üçün oxul qutsal 
ocaq idi. O, nə bahasına olursa-olsun, övladlarının özü kimi yazıq 
olmasına  mane  olmaq  istəməyirdi.  Onun  üçün  özgə  dildə  belə, 
eyitim  görmək  balaları  üçün  su  kimi  gərəkirdi.  O,  gecə-gündüz 
ilmək  salmaqla,  dörd  balasının  azad  yaşamasına  çalışırdı.  Buna 
baxmayaraq,  onun  təkbaşına  çalışması  uşaqlarının  yavan 
çörəyinə  də  yetmirdi.  Biz  isə  durumu  düşünərək,  boş 
zamanlarımızı  onun  dəzgahında  keçirdirdik.  Olqanın  Gülnaz 
xanım  ilə  uşaqlarına  olan  bağlılığı  günü-gündən  artırdı. 
Aralarında bir bacı sevgisi yaranmışdı. Zamanının çoxunu onunla 
keçirirdi.  Gülnaz  xanımdan  Təbriz  düyünlərini  öyrənmişdir. 


 
 
 
35 
 
Öyrənmək bəhanəsı ilə günün bir neçə saatını onun dəzgahında 
keçirirdi. Mənimlə Qulam birlikdə bir daşqa alaraq, siqara, tütün, 
corab, tərköynəgi, xırdavat əşya satmaqla uğraşırdıq. Hər kəs bir 
işdə  çalışır,  çörək  puluna  yardımçı  olmağa  can  atırdı.  Artıq, 
hardan  qaçdığımızı,  niyə  qaçdığımızı  yavaş-yavaş  unudur, 
yaşayanlara qovuşurduq. “Qismətdən artıq yemək olmaz” demiş 
atalar! Demək ki, bizim də payımıza düşən bu imiş!  
Günləri,  ayları  geridə  buraxaraq,  Tehran  yaşamına  alışırdıq. 
Özümüz də bilmədən, milli əriməyin zəhərli havasını çəkdiyimiz 
hər  nəfəsdə  içimizə  alırdıq.  Bir  misal  var:  “Balam,  səni  görüm 
bilmədən acı çəkərsən!” Biz, bilmədən acı çəkirdik. Geri dönmək 
üçün,  dağlar-dərələr  boyda  qorxu  əngəli  qarşımızı  almışdı. 
Burada yaşam üçün iradə deyil, təslim olmaq yetərli görünürdü!  
*Curab  darim,  zir  pirəhən  darim,  lebas  zir  darim!  Soğatiye 
Tehrun  darim!  Ərzan  darim.  Befərmayid!*(farsca)  /corab 
varımız,  tərköynəyi  varımız,  altpaltarı  varımız!/Tehran  sovqatı 
varımız!  Ucuzlu  mal  varımız!  Buyurun!/  Dəzgahın  bir  yanında 
mən,  o  biri  yanında  isə,  Qulam!  Ütülü-örtülü,  çox  bilən-az 
danışan,  içi  qapalı,  şahənşah  ordusunun  xain  çavuşu!  İntiqam 
vulkanı  gənc  türk,  Qulam!  İndisə,  uzun  saçlı,  kilkə  saqqallı 
bənzərsiz bir farsdilli əl satıcısı! Ən azından, görünən tablo bu! 


 
 
 
36 
 
Biz  yaşamaq  üçün  qılığımızı  dəyişməklə  deyil,  kökümüzü 
qazmaqla  uğraşırdıq!  Uşaqlığımda  tarla  biçiminə  gedərkən, 
dədəm işdən qaçanlara deyərdi: “İşdən qaçmayın! İşləyən dəmir, 
işıldar!” Nədənsə, biz burada işləmək üçün üzdə və içdə kömür 
olmaq gərəyi duyurduq! 
Uşaqlara qarşı toplum etgisi gündən-günə artırdı. Onlar, yeni dil 
və  kültür  biçiminə  girirdilər.  Toplumun  etgisi  altında  uşaqların 
dili  dönməyə  başlamışdı.  Uşaqlarla  toplum  arasında  olan  dil 
dəyişikliyi  get-gedə  aradan  qalxırdı.  Özəlliklə  uşaqlar  arasında 
işlənilən dilin farsca olması yavaş-yavaş görünməyə başlayırdı. 
Göz  görə-görə,  yaşamaq  uğruna  özgələşirdik!  Burada  kimlik, 
kökən,  varlıq,  insanlıq  anlamı  yox  idi!  Burada  insanlıq  deyil, 
farslıq  hökm  sayılırdı!  Dövlət  mediyasının  gündəlik  reklamına 
görə,  İran  sürətlə  modernləşməyə  doğru  irəliləyirdi!  Bu  ideaya 
görə,  modern  insan  yaratma  fabrikasının  motoru  bir  an  belə, 
durmamalıdır! Burada  ata mənisindən, ana  cəninindən başlayan 
evi,  küçəni,  bütün  yaşam  alanını  öz  altına  alan  bir  “İran” 
sindromu olmalıdır! Kürələri durmadan çalışan, bir farslaşdırma 
fabrikası  çalışmalıdır!  Buranın  məzar  daşlarında  insan  kimliyi 
deyil,  fars-iran  kimliyi  yazılmalıdır!  Burada  insan  olmaq 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə