Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
 
14 
 
Hər birimizin axtarışda olduğunu unutmuşduq! Başımıza nələrin 
gəlməsini belə heç düşünmürdük. İmkansız bir axtarışla, çətin bir 
xəstəliyin  arasında  qalmışdıq.  Sürgündən  sürgünə  atılmış  bir 
millətin  acılarının  sonu  görünmürdü.  Milyonlarca  türkün  vətəni 
olan Azərbaycanın qara günlərdən qurtuluş izləri qaranlıqlar içinə 
itmişdir. Sel kimi nifrət, tufan kimi intiqam və ayaqdan düşmüş 
bir  yaşam  qığılcımı  tən  və  tinimizi  sarmışdı!  Tanrım,  sən  ey 
tanrım! Bu millət nə istədi ki? Kimlərin payını istədi? İnsanlıqdan 
başqa  nə  istədi  ki  bu  millət!?  Qurdananın  deyimilə  desəm, 
“Gerçəyə Yahu”dan başqa nə istədi bu millət!? 
Maşallahxan əmi demişkən, “Səhər olsun, xoş olsun!” Hər gün 
olduğu kimi, İlyas əlində üç çörək (bu kəz taftun çörəyi) qapını 
döydü!  Banu  xala  həyətdə  olduğu  üçün  qapını  açdı.  İlyas  öncə 
onun  çörəyini  verərək,  bizə  sarı  gəldi.  Olqa,  sınıq  farsca  Banu 
xalanı çay-çörəyə çağırdı. Banu xala sevinərək bizə qatıldı. Banu 
xala  ağ  tellərini  alnına  tökmüş,  çox  sevimli  bir  Rəştli  ağbirçək 
qadın idi! Təbrizdə Firqənin mərkəzində bir neçə Rəştli zabitlə 
tanış  olmuşdum.  Onlar  çox  səmimi,  içdən  inqilabçı  idilər. 
Bildiyimə  görə,  qaça  bilməyənləri    edam  etdilər,  qaçanları  isə, 
başçılarımızla canlarını götürüb qaçdılar! Genəl olaraq, Giləklər 
çox istiqanlı xalqdır. Banu xala da onlardan biri idi! İki həftə idi 


 
 
 
15 
 
ki, onun evində kira qalırdıq. Bu iki həftə içində ondan sevgidən 
başqa bir şey görmədik!  
İlk  kəz  olaraq  beşimiz  də  Xanı  Abad  yolunu  tutduq.  Tez 
yetişməkdən ötrü, yolçu qoşaçına (faytona) mindik. Təbrizdən bu 
yana qoşaça mindiyim ilk kəz idi. Xani Abadda yerləşən atdaq-
putdaq orduçu evləri gəzdik. Gülnaz xanımla dörd balasından iz-
toz  görmədik.  Axşam  olmuşdu.  Ayaqlarımızda  yürüyəcək 
gücümüz  qalmamışdı.  Başqa  yandan  isə,  ac  qurd  kimiydik. 
Əlimizə  nə  gəlsəydi,  yox  demədən  yeyəcəkdik.  Beşimizin  də 
durumu eyni idi. Biz bir yana, bu gənc türk balasının suçu nə idi! 
Nədən bizdən əl çəkib getmirdi! Onun dediyinə görə, bura qədər 
gəlmişkən,  “Şuş”  məhəlləsinə  də  baş  vurmaqda  yarar  var  idi. 
Orada bir çox türk ailəsi yaşayır. 
Şuşdan da  əlimiz  üzülərək döndük. Yaxından  əzan  səsi  gəlirdi. 
Yalan danışmağı sevmirəm, o anda səcdə qılıb tanrıya yalvarmaq 
istəyirdim!  Sanki,  bütün  qapıların  bağlanmasını  tanrı  özü 
istəmişdi!  Sinirlərimiz  büs-bütün  pozulmuşdu.  Həmin  əsnada 
qarşımızda  “Tikan  Təpə”  adlı  bir  ciyərçi  dükanı  gördük. 
Maşallahxan  ürəyimizin  səsini  həmən  eşitdi!  Ciyərçinin  nəyi 
varsa, hamısını yedik! Son axşam müştərisi olaraq, özü də bizimlə 
masada  oturdu.  Ordan-burdan  danışaraq,  yeyib-içdik!  Hesaba 


 
 
 
16 
 
gəlincə,“illah-billah 
olmaz, 
almaram, 
siz 
mənim 
öz 
qonağımsınız!” deyə çox israr etdi ciyərçi qardaş! Maşallahxan 
bu ağalığın qarşısında lotuluq göstərərək, bir beş tümənliyi zorla 
onun cibinə soxdu! 
Məqsədimizi Tehranın güneyinə doğru yönəltdik. Son ümidimiz 
Cavadiyə idi! Türklərin toplum  yaşadığı  yer! Mən Cavadiyənin 
adını  Təbrizdə  olarkən  eşitmişdim.  Seyid  Cavad  baba  başda 
olmaqla, Azərbaycan Milli Hakimiyyətinin başçılarının Tehranda 
qaldığı  yer  burasıydı.  Sonralar  bu  məhəllənin  Milli 
Hakimiyyətimizin yıxılmasında nə böyük rol oynadığını Cabbar 
əminin gündəlik anılarından öyrəndim. O, böyük türk yazır: 
-
 
“Cavadiyə məhəlləsində” rus, ingilis, fars birlikləri “Azərbaycan 
Türk Milləti”nin qarayazısını imzaladılar. Həmin bu Cavadiyədə, 
başda  baba  Pişəvəri  olmaqla,  başçılarımızın  ağlını  çaldılar. 
Onları,  yaxından-uzaqdan  basqı  yapmaqla  qara  anlaşmaya 
çəkdilər.  Antitürk  rus,  ingilis  və  fars  bir  araya  gəlincə,  Türk 
babalarımız  dönüb  qondarma  azəri  oldular!  Bizə  “Türkə  Xər” 
deməyə  zəmin  yaradan  babalarımızın  azəri  anlayışı  siyasi 
aşamaya  yüksəldi!  Biz  türk  deyilik,  bizi  “türkə  xər” 
ilgiləndirməz!  Türk,  türkiyəlidir,  deyə  uyan  Firqə  başçıları,  rus 
ayısına öz ana-atalarından daha çox inandılar! Amma düşmənin 


 
 
 
17 
 
ən böyük niyyəti Türk varlığını Azərbaycan torpaqları üzərindən 
silmək  idi!  Onlar,  güclü,  qalib,  ideolojik  dövlətlər  olaraq  bunu 
bacardılar.  Biz  isə,  keşkə,  bağımsız  bir  məğlubiyyəti  gələn 
nəsillərə ötürə bilsəydik!” 
Cavadiyə  böyük,  çox  insanlı  köhnə  yaşam  yeri  idi.  Yeni  ilə 
köhnənin iç-içə olduğu bir geniş ərazidə hər dildə danışan var idi. 
Ancaq, oranın bir türk məhəlləsi olduğu daha çox gözə çarpırdı! 
Cavadiyədə dil problemi yaşamırdıq. Hətta, qalmaq gərək olduğu 
sürədə, orada yaşamağı tərcih edirdik. Yoxsul görünən çox uşaqlı 
ailə  bu  bölgənin  ən  gözə  çarpan  tablosu  idi.  Burası  bizim  və 
anbaan  ayaqdan  düşən  Əmican  üçün,  habelə  onun  gözü  yolda 
olan  itmiş  ailəsi  üçün  son  şans  sayılırdı.  Əmicanın  gözü  açıq 
getməsin  deyə,  bütün  dəlik-deşiklərə  baş  vururduq.  Bir  gün,  on 
gün,  yüz  gün,  önəmli  deyildi!  Təki  bir  yaşam  bulmacasının 
ansızın  sürəci  dolmasın!  Təki,  ulusuna  qarşı  olmayan  bir  türk 
başçavuşun dirənc diləyi tükənməsin! 
Cavadiyədə axtardığımız ordu evlərini tapa bilmədik. Kimsənin 
bu evlərdən xəbəri belə yox idi! Ancaq, son aylar çox türk ailənin 
buralara  köçdüyü  dildə-dişdə  gəzirdi.  Artıq  Cavadiyəni 
tanıyırdıq.  Həftə  boyunca  çevrəni  qarış-qarış  gəzirdik. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə