Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

 
 
 
37 
 
yasaqdır! “Bir dil, bir ölkə, bir Şah! damğası üçün fars termini 
yetərlidir. Başını aşağı sal, quzu kimi yaşa! 
Gülnaz  xanım  Maşallahxandan  hamilə  qalmışdı!  Onlar 
Başçavuşun ölümündən bir il sonra evləndilər. Maşallahxan, dörd 
uşaqlı dərdli türk qadınla evləndiyi üçün mutlu görünürdü. O, öz 
imkanlarını İlyasın ekonomi bacarığı ilə birləşdirərək, uğurlu iş 
planı  gərçəkləşdirmişdi.  Birlikdə  Tehranın  Paçinar  xiyavanında 
yerləşən  əmlak  dükanı  açaraq  yer  alım-satımıyla  məşğul  idilər. 
Üstəlik, Maşallahxan iş yerinin yaxınlığında ev alaraq, xanımını 
və uşaqlarını orada yerləşdirmişdi.  
Mənimlə Olqa, yenə də Banu xanımın evində qalırdıq. Qulam, bir 
otaq  kira  edərək  bizim  yaxınımızda  yaşayırdı.  Olqa  yenə  də 
hamilə qalmışdı! Bu onun altıncı boyluluğu sayılırdı. Banu xanım 
uşağın sağlam qalması üçün əlindən gələni edirdi. O, Olqaya görə 
türkcəni  öyrənməyə  başlamışdı.  Bu,  bizimlə  Olqa  arasındakı 
böyük fərqliklərdən biri idi. Onun içindəki inamı çox güclüydü. 
Olqa,  ən  ağır  durumlarda  belə,  öz  milli  varlığını  canla-başla 
qorumağa  çalışırdı. O, ən çətin günlərində belə, bir gün vətənə 
dönmə umudunu itirmirdi. İçimizdə ən çox dil bilən birisi olduğu 
kimi,  həm  də  ən  çox  dilimizi  qoruyan  şəxs  idi!  O,  rus  və  ləzgi 
dillərini mükəmməl, farscanı isə yaxşı danışıb yazırdı. Olqa Banu 


 
 
 
38 
 
xanımdan  öyrəndiyi  gözəl  əl  işlərilə  də  uğraşırdı.  Onların  əl 
işlərilə  süslənmiş  geyimlər  satış  daşqamın  ən  bəzəkli  nəsnəsi 
sayılırdı. Qulamla isə, artıq birlikdə deyildik. O, gözlərdən uzaq 
olsun deyə, bir daş mədənində işləyirdi.  
Yaşam  öz  axışında,  biz  isə  onun  üzücü  balıqlar  kimi  ovlanma 
günümüzü  güdürdük!  Olqa,  arxa-arxasına  düşük  yapırdı!  Artıq, 
hər  düşükdən  sonra,  aramızda  olan  ilk  ilişginin  gəbəliyi 
alışqanlığa  çevrilmişdi!  Mənim  bütün  istəklərimə  qarşı  Olqa 
cinsəl önləm istəmirdi! Onun üçün bu bir qutlu dirənc sayılırdı! 
-
 
Olqa,  gözəlim  gəl  bu  inadından  vaz  geç!  Bir  dəri,  bir  sümük 
olmusan!  Artıq  canın  çəkməz  olub.  Sənin  bu  inadın  məni 
qorxudur. Mən də səninlə yanıb-yaxılıram! 
-
 
İstərsən mənə yaxın  gəlmə Cəvanşir! İstərsən məni  at! İstərsən 
mənimlə...!  Mənimlə  bütünləşən  zaman  sevgimizin  həniltisini 
kəsmə!  Mən,  alınyazıma  alışqanam!  Məni  sevirsən  belə  sev! 
Bizim  hələ  çox  zamanımız  var.  Bu  qara  yazıya  əsla  təslim  ola 
bilmərəm! Mən, uşağımızı bağrıma basmaq istərəm! 
-
 
Mən də istərəm! Kim istəməz ki! Hələ indiki durumda, bu yalqız 
yaşamda bir uşaq deyil, çox uşağımız olsun istərəm! Ancaq səni 
belə üzgün gürüncə...!  


 
 
 
39 
 
Olqa,  dodaqlarımı  bal  dodaqlarıyla  kəsərək,  bir  daha  sevgi 
dənəməsinə özən göstərdi! Mən isə, onun qudsal analıq sevgisinə 
atalıq payı qatmaq üçün canımı canana buraxdım!                 
Təhlükəsizlik  və  bəlli  nədənlər  üzündən,  Olqa  evdə  çalışmağa 
üstünlük  verirdi.  O,  Banu  xanımla  birlikdə  toxuma  işini  gəlir 
qaynağına çevirmişdilər. Ancaq, bununla kifayətlənməyib, paket 
qayırma işinə də başlamışdılar. Belə ki, mən hər iki gündən bir 
Tehranın  “Səbze  Meydan”  çevrəsində  yerləşən  bir  paketçi 
dükanına  gedərək,  iki  böyük  torba  köhnə  qəzet  alır  gətirirdim. 
Onlar  isə,  paketçidən  aldığımız  qəzetləri  paket  formasına  salıb 
geri qaytarır, iş əməyinə görə qazanc əldə edirdilər. Günlərin bir 
günü  səhər  tezdən  qəzetləri  qoştəkər  (bisiklet)  arxasına 
yerləştirdiyimdə, 
gözüm 
bir 
qəzetin 
baş 
yazısına 
sataşdı:“Sərkərdeye təcziyetələban dər Baku Mord!/Ayrımcıların 
başçısı  Bakıda  öldü!/”  Bu  köhnə  xəbərdən  dizlərim  çökdü! 
Qəzeti ayırdım, oxumağa başladım! Pişəvəri baba Gəncə yolunda 
maşın olayında ölmüşdü! Gözümün suyu ilə burnumun suyu bir-
birinə  qarışmışdı.  Hönkür-hönkür  ağlayırdım!  Nə  önümdən 
gələni, nə də yanımdan keçəni görmürdüm. Bir anlığına çiynimdə 
bir silkəniş hiss etdim. Bir yaşlı ağbirçək ana öz ana türkcəmdə 
dilə gəldi: 


 
 
 
40 
 
-
 
Oğul-oğul! Niyə ağlayırsan? Elə bil əzizin ölübdür! Nədəndir bu 
hönkür-hönkür ağlamaq!? 
-
 
(Onun  əllərindən  tutaraq)  Hə  gözəl  anam,  sevimli  nənəm  atam 
ölübdü! 
-
 
Başın  sağolsun  oğlum,  gəl  buraya!  (başımı  qollarının  arasına 
alır):  Oğlum  bəs  niyə  burada  ağlayırsan?  Bəlli  ki,  atan  yenicə 
ölmüşdür! Hə? 
-
 
Anacan bax! Bu ölmüş, bu! (Ağbirçək ana diqqətlə şəkilə baxaraq 
əllərini yanaqlarına çəkir): Qurbanın olum, ay oğul! O, hamının 
atası, babası sayılırdı! Sil göz yaşlarını, ağlamaq üçün gec qaldın! 
Onu öldürdülər! Öz əcəlilə ölə bilmədi! O, Təbrizi azad görəndən 
sonra ölmək istəyirdi! O da olmadı! Onu keçən il öldürdülər. Dost 
sandığı  düşmənlər  onu  öldürdülər!  “Kor  gözə  sürmənin  nə 
faydası var”?deyərlər oğlum! Uruslar xalqımızı silahsız buraxan 
zaman  yetim  Azərbaycanı kor  göz etdilər.  Pişəvəri baba da,  bir 
kor  edilmiş  gözün  sürməsi  olaraq,  atrıq  nəyə  gərək  idi!  Bir  də 
gözəl  bir  atalar  sözümüz  vardir:“Keçmə  namərd  körpüsündən, 
qoy  aparsın  sel  səni,  Yatma  tülkü  daldasında,  qoy  yesin  aslan 
səni!”  Oğlum!  Bu  bizim  millətimizin  alın  yazısıdır.  Bu  sarı 
büvələrə inanan yanar! Onların çatı düz deyil! Tanrının qəzəbinə  
gəlsinlər İnşallah! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə