Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

 
 
 
50 
 
Maşallahxan:  Bu  neçə  il  Tehranda  yaşadığımı  unutmamışam! 
Gecə-gündüz  tutulacağam  deyə,  düşünürəm.  Bərəkətağanın  bir 
rəhimsiz xan olduğunu da gözəl bilirəm. Ancaq, unutma ki, mən 
bu günümü sizlərə borcluyam. Sizinlə tanış olmasaydım, hələ də 
Bədiabadda çürüyürdüm. Mənə bu cəsarəti siz verdiniz. Gülnaz 
xanımla evlənəndən sonra qadının necə olduğunu öyrəndim. Bir 
türk qadının ərinə olan sevgisi el içində məsəl olsa da, mən onu 
eynilə  Gülnazda  gördüm.  O,  mənim  üçün  özverinin  tam 
anlamıdır.  O,  özü  istəməsə  doğmaz!  Mən  onu  doğmağa 
zorlamıram. 
-
 
Bəlkə o səni sevdiyinə görə, qırmaq istəmir! Bir də, tanrı qorusun 
başına bir iş gələrsə! 
-
 
Onu düşünmüşəm! Bu dünyada mənim Gülnazdan və uşaqlardan 
başqa  kimsəm  yox.  Vəsiyyətimi  yazıb  təsdiqləmişım.  Məndən 
sonra bütün varım Gülnazındır. 
-
 
Bu gözəl işdir. Ancaq bax, Qulam aylardır yoxdur. Kimsənin də 
ondan  xəbəri  yox!  Onun  yaşayıb-yaşamadığını  belə,  bilmirik. 
Tanrı qorusun, sənin də başına belə bir iş gələrsə, gülnaz xanım 
nə etməlidir? 
-
 
(Maşallahxan  düşünə-düşünə  şapqasını  başından  götürür 
qarşısına  qoyur!)  Bu  da  doğru!  İşin  burasını  heç  düşünmədim. 


 
 
 
51 
 
Demək  ki,  vəsiyyət  də  işin  çarəsi  deyilmiş!  Doğru  deyirsən, 
düzgün bir çarə tapmaq gərəkdir! Sağol ki, həmişə olduğu kimi 
dadıma yetişdin, Cəvanşir! 
 
Artıq Qulamın həbsindən iki il keçirdi. Daha ondan ümidlərimiz 
kəsilmişdi.  Banu  xanım  yaşamını  itirmiş,  nəvələri  varlığına  əl 
qoymuşdu.  Biz  isə,  üç-dörd  torbalıq  əşyalarımızı  bir  maşına 
yerləşdirərək,  Naziabadın  Mədayin  məhəlləsinə  köçdükdən 
sonra, lap tək qalmışdıq. Bundan sonra başımızı saxlamaq üçün 
çox çalışmaq gərək idi. Mədayin Xiyabanı  əhalisinin çoxu Türk 
olan sıx bir məhəllə idi. Orada daha sərbəst yaşamaq imkanımız 
var idi. Mənim, hər gün bisikletlə Maşallahxanın dükanına gedib-
gəlişim çox çətin olurdu. Bu üzdən, Naziabad bazarında yenidən 
əlsatıçılığına  dönməyi  düşündüm.  Beləliklə,  həm  də  Olqanın 
yardımıyla öz toxuma ürünlərimizi sataraq yaşayırdıq. 
Günlər,  aylar  gəlib-gedirdi.  Yaşamımızda  hər  hansı  bir  gəlişmə 
görünmürdü.  Gülnazın  yeni  uşağı  da  dünyaya  gəlmişdi.  Onu 
görmək üçün evlərinə getmişdik. Maşallahxan bu anı xatirə kimi 
yadda  saxlamaq  üçün,  bir  fotoçunu  evə  gətirmişdi.  Fotoçu  bir 


 
 
 
52 
 
neçə şəkil götürüb getdi. Maşallahxan məni özü ilə evin həyətinə 
götürdü: 
-
 
Cəvanşır,  səninlə  bir  gizlimi  paylaşacağam!  Bilirsən  ki,  səndən 
başqasına  inana  bilmərəm.  İlyas  da  yaxşı  oğlandı,  ancaq  sənin 
yerin bambaşqadı. Keçən il səninlə vəsiyyətim haqda danışdım. 
Sənin  sözlərini  çox  düşündüm.  Bir  sonuca  vardım.  Bu  da 
sonuclar! Al! 
-
 
Bunlar nədir? 
-
 
Bunlar  sənin  yanında  əmanət  qalsın!  Bu  sənədlərin  hamısı 
Gülnazın  adınadır.  Dükanla  ev  sənədləri,  bir  də  bu  paketdəki 
pullar! Başıma bir iş gələrsə, hamısını, bir də bu vəsiyyətnaməni 
Gülnaza ver! 
Bu Lək yenə məni çaşdırmışdı. Qarşılıq verməyin yollarını tapa 
bilmirdim! Mutlu günlər keçirirdim. Nə olsa da, acılar içində ölən 
Fərəc  əmimin  dörd  uşağı  söz  qonusu  idi.  Bir  yandan  sevinir, 
başqa  yandan  isə,  Maşallahxanın  bu  işinə  məntiqsəl  yanıt 
axtarırdım.  Bu  dilsiz-ağızsız  kişidən  bir  çox  öyrəndiklərimin 
üstünə ən böyügü yüklənmişdi. 
-
 
Maşallah əmi, sənin bu işin ailənin gələcəyi üçün bir qarantidir. 
O üzdən, mənə görə riskə girməni istəmirəm. Artıq məni iki şeyə 


 
 
 
53 
 
görə - birincisi, Tehranda mitinqlərdə olduğum üçün, ikincisi isə, 
Bədiabaddan  qaçdığım  üçün  tutabilərlər.  Bəlkə  də,  Olqanın  da 
suçu  üzərimdədir.  Mənim  də  durumum  sənin  durumla  eynidir. 
Sənin başın üzərində olan təhlükə, sabah məni də gözləyəbilər. 
-
 
Bu da doğrudur, Cəvanşir. Səncə, mən nə edim? 
-
 
Məncə  balalarının  anasına,  öz  həyat  yoldaşına  inan!  Həm  onu 
sevindir, həm də özünü narahatlıqdan qurtar. Gülnaz xanım ağlı 
başında bir ana qadındır. O səni sevindirmək üçün əlindən gələni 
edir. Elə deyilmi, əmi? 
-
 
Doğrudur!  Allah  ondan  razı  olsun.  Ha  deyərlər  ya  “cənnət 
anaların ayağı altındadır!”.  O məsəli elə Gülnaz kimi analar üçün 
demişlər. Ya allah! Dur ayağa, gedək otağa! 
Maşallahxan: Gülnaz xanım sənin mənə bağışladığın 8-ci uşağın 
da sevincini yaşamaqdayam. Mən sənin üçün nə etsəm azdır. O 
üzdən,  arzum  bütün  var-yoxumu  sənə  və  səkkiz  balamıza 
verməkdir.  Qoy  məndən  sonra  sizin  yaşamınıza  qaranlıq 
çökməsin. 
Gülnaz xanım (Çaşbaş qalaraq): Ağa Maşallah sən nə deyirsən? 
Bu  sözlərin  məni  çox  qorxudur.  Sən  başımızda  ol,  yetər!  Tanrı 
səni bu evsiz, bu evi isə, sənsiz etməsin! Bu evin bütün bərəkəti, 
varı-yoxu sənsən. Olmaya sənə bir ədəbsizlik etmişəm? 


 
 
 
54 
 
-
 
Yox,  yox  elə  bir  şey  yoxdu!  Qorxma  mən,  sadəcə,  sənə  və 
uşaqlarıma  bir  hədiyyə  vermək  istəyirəm!  (Gülümsəyərək  əlini 
döş cibinə uzadır. Sənədləri çıxarır.) 
Gülnaz  xanım:    Mən  bu  kağızları  tanıyıram.  Bunlar  həmən 
kağızlar deyilmi? 
-
 
Doğrudu, həmən kağızlardı. Bunların nə olduğunu bilirsənmi? 
-
 
Yox!  Sən  demədin  ki!  Uşaqlara  aid  dedin,  başqa  söz  demədin. 
Təkcə barmaq bastırdın mənə! 
-
 
Doğrudu! Bu kağızlar sənə aiddir. Dükanın və evin kağızlarıdır. 
Hamısı artıq sənin adınadır. Sənə hədiyyəm budur, al! 
Gülnaz  xanım,  bir  söz  demədən  otaqdan  çölə  çıxdı.  Olqa  onun 
ardıca getdi. Üç körpə yan-yana yatmışdılar. Barışla Gülyaz hələ 
məktəbdən  dönməmişdilər.  Aqil  dərslərilə  məşğul  idi.  Adil  isə, 
kiçik  qardaşıyla  oynayırdı.  Maşallahxan  Gülnaz  xanımın 
davranışından çaşdı. 
-
 
Əmi, o sadəcə, sevindiyindən nə diyəcəyini bilmədi! Sənin ona 
göstərdiyin etimaddan dil-dodağı qurudu. Qadın bizdən utanaraq, 
bayıra çıxdı. Sən rahatsız olma! 
-
 
İnşallah,  belədir.  Mənim  niyyətim  onu  və  uşaqları  qarantı 
etməkdir. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə