Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

 
 
 
41 
 
Nasir Xosrov xiyavanında əl satıcılığına polisdən izin istənilirdi. 
Polislər  əl  satıcılarının  mallarını  alır,  özlərini  isə  incitməyə 
başlamışdılar. Polisdən izn almaq üçün kimlik bəlgəsi gərək idi. 
Axtarışda olma qorxusundan, polisə yaxınlaşmaqdan çəkinirdim. 
Olqanın  qorxusu  mənim  də  canıma  düşmüşdü.  Maşallahxanın 
yanında işləməyə çox istəkli olmasam da, onunla İlyasın təklifini 
qəbul  etmək  zorunda  idim!  Bu  üzdən  dəzgahda  olan  malları 
düşük  dəyərə  dükançılara  satmağa  məcbur  oldum.  Yeni  işimə 
görə,  Azərbaycandan  gələn  gündəlik  saysız  yolcuları  garajdan 
alıb, Maşallahxanın yer-ev aliş-satış dükanına aparmalı idim. Bu 
iş,  həm  bizim  üçün,  həm  də  vətəndən  Tehrana  köçmək 
məcburiyyətində  qalan  vətəndaşlarımız  üçün  yararlı  idi.  Çünki, 
fars dəllallarının əlinə düşən sadə türk insanları özlərinə gəlincə, 
bütün var-yoxlarını itirir, evsiz-eşiksiz, pulsuz qalaraq Tehranın 
çevrəsindəki  tənikələrdən  düzələn  yaşayış  yerlərindən  baş 
çıxarırdılar.  Maşallahxan  isə  gerçək  bir  insan  olaraq,  türkləri 
bağrına  basır,  onların  durumuna  uyğun  əlindən  gələn  yaxşılığı 
əsirgəmirdi. O, hər davranışıyla bizi çaşdırır və özünə bağlayırdı. 
Bu  arada  Gülnaz  xanımın  Maşallahxandan  olan  ikinci  uşağı  da 
dünya evinə ayaq basmışdı. Ona görə, Maşallahxan dünyanın ən 
mutlu  insanı  görünürdü.  Bu,  məni  həm  sevindirir,  həm  də 
qısqandırırdı. Çünki, Olqanın vaxtsız qanamaları, uşaq salmaları 


 
 
 
42 
 
əsəblərimizi  pozaraq,  doğru-dürüst  düşünmə  qabiliyyətimizi  də 
əlimizdən  alırdı.  Bir  yandan  Olqanın  inadkarlığı,  o  biri  yandan 
isə,  həyatımızın  mənasız  sürməsi  bütün  sinir  sistemimizi 
darmadağın  etmişdi.  Günlər  bir-birini  əvəz  edir,  ancaq  qara 
buludlar  başımızın  üstündən  əskik  olmurdu!  Azərbaycandan 
gələn qonaqlar, vətənin, millətin qara gündə olduğunu deyirdilər. 
Çeşidli  yoluxucu  xəstəliklər,  işsizlik,  yoxsulluq,  baxımsızlıq, 
mühacirlərin  tutulub  casusluqda  ittiham  olunması,  el-obaların 
dağılması, kəndlərin talanması, Tehranın əlilə qanmaz xanların öz 
millətinə  qarşı  yenidən  silahlanması,  gizli  sürgünlər,  iş  tapmaq 
adı  altında  gənclərin  vətəndən  qaçışı,  jandarma  və  polisin 
kəndlərdə,  şəhərlərdə  ulusa  qan  qusdurması  və  minlərlə  milli 
faciə hər gün aldığımız acı bilgilər olmuşdu! 
 
1950-53  
Tehranı Təbrizə bənzətdiyim bu illəri beynimdən silə bilmirəm. 
Hər  gün  siyasi  çaxnaşmalar,  çevrilişlər,  terrorlar,  göstərilər, 
mitinqlər,  polislə  kütlə  arasında  toqquşmalar    Tehranı  həyəcan 
içində  boğurdu.  Artıq  kimsənin  tutuqlanmasına  və  kimsənin  də 
tutmasına önəm vermirdik. Beş-altı aydan bəri Qulamla birlikdə 


 
 
 
43 
 
Tehranın  Nəssaci  /qumaş/  Fabrikasında  işə  başlamışdıq.  Artıq 
rəsmi  işçi  sayılırdıq.  Bununla  belə,  siyasi  fəaliyyətimizi  də 
qaçırmırdıq. Təbrizdə itirdiyimizi burada axtarırdıq. Baxmayaraq 
ki, Təbrizlə Tehran kimlikləri arasında tutuşan bircə ortaqlıq belə, 
yox  idi.  Ancaq,  biz  Tehranda  yaşadığımıza  görə,  etdiyimizin 
yalnış-doğru olduğunu düşünmürdük. Biz, həyəcan dalğaları ilə 
birlikdə  selə  qoşulub,  qarşımızı  kəsən  hər  kəsin  üzərinə 
ağnayırdıq. Bir gün “İran Milli Cəbhəsi”lə, başqa gün “İran Tudə 
Patiyası”na  bağlı  olan  işçi  birliklərinin  mitinqlərinə  qatılırdıq. 
Hamısının  şüarları  xoşumuza  gəlirdi.  Biri  iş  saatlarının 
azalmasını, aylıqların çoxalmasını, işçilərin siqortasını və s. tələb 
edirdi.  Biri  isə  İngiltərəyə  qarşı  şüar  atırdı.  Bizdə  olan  Tudə 
partiyasının acı xatirəsi sürürdü. Biz, doğrudan da bu partiyanın 
Azərbaycan Demokrat Firqəsinə qarşı sürdüyü iki üzlü siyasətini 
canımızla-qanımızla təcrübə etmişdik. Tudə Partiyası hər gün üz 
verən bəlli olaylara qarşı dəyişkən davranışlar sərgiləyirdi. Bu isə, 
ona inanan hər kəsi çaşbaş salırdı. Bir gün neftin milli olmasını 
deyir,  başqa  gün  Sovet  dövlətinin  İranda  olan  maraqlarını  
savunurdu.  Gecə-gündüz  canla-başla  İngiltərə  və  Amerikanın 
istəkləri qarşısında Şahın polisi, ordusu, özəl quardianlarının əlilə 
əzilib-döyülən  zavallı  işçilər  isə  arada  qurban  gedirdilər. 
Çalxantılı günlər ardı-ardından gəlib gedirdi. “Dr. M. Müsəddiq” 


 
 
 
44 
 
başçılığı altında mücadilə daha da böyüyürdü. Azərbaycan qatili 
olan  Ə.Qəvamla,  Müsəddiq  arasında  çəkişmələr  ərəb  saçına 
dönmüşdü.  Müsəddiğin  tərsinə,  Qəvam  hər  kəs  tərəfindən 
sevilməyən bir qatil politikaçı kimi tanınırdı. O, siyasətini hiylə 
ilə  irəli  sürürdü.  Bu  üzdən  də  öz  dostlarını  belə,  qorxudurdu. 
Onun,  cəllad  M.R.Pəhləvi  şaha  etdiyi  bütün  xidmətləri  kiçicik 
belə,  olumlu  qarşılıq  almırdı.  Sonunda  isə,  millətdən  qaçmaq 
üçün  sığındığı  Şah  Dərbarı  belə,  ona  üz  verməyincə,  İrağa 
qaçmaq məcburiyyətində qalır.  
Bir gün şah maskalı ingilisçilər, başqa gün milli maskalı liberal 
amerikançılar, ayrı gün də, əmək maskalı rusçular qələbə marşı 
çalırdılar.  Ortada  qalan  zavallı  kütlə  isə,  özgəliklərin  arasında 
sıxılıb  əzilirdi.  Tehran,  toplumsal  çöküşə  uğramışdı.  Hər  səhər 
oyanarkən,  yeni  bir  başçının  səsi  Tehran  radiosundan  gəlirdi. 
Ardı-ardına  gəlib-gedən  başçı  qrupları  kütlə  arasında  bağırsaq 
qazına oxşatılırdı. Bir dışarı güc istəyilə Şahdan baş nazirliyi dövr 
alan,  kabinəsini  qurar-qurmaz  rəqibin  basqısıyla  yerini  sevgili 
birisnə verirdi. Sürəkli dəyişən dövlətlərin üzərində bir də anbaan 
böyüyən  meydan  hərəkatının  etgisi  var  idi.  Biz,  ailəcə 
Müsəddiqçi olmuşduq. O, ərəblərin neftini İranın milli gəliri elan 
edirdi. O, bu yolda özəlliklə İngiliz dövlətinə meydan oxuyurdu. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə