Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

 
 
 
45 
 
Mən  Qulamla  birlikdə,  onun  düzənlədiyi  mitinqlərə  qoşulur, 
düşüncələrini  bəyənir  və  yayırdıq.  Tudə  partiyası  bəzən 
Müsəddiği savunur, bəzən isə, onu yıxmaqda İngiltərə, Amerika 
və  Şahdan  geri  qalmırdı.  Öncə  dediyim  kimi,  Tudə  partiyası 
üzvlərinin  gözü-qulağı  ancaq  Moskvaya  dikilmişdi.  Tudə 
partiyası  Moskvanın  hər  an  dəyişən  siyasi  ssenarisinin  teatr 
meydanı olmuşdu. Bu pariya külək kimi bəzən sola, bəzən sağa 
əsirdi. Bu üzdən də, öz çevrəsini çaşbaş qoymuşdu. 
İşsizlik,  pulsuzluq,  yoxsulluq,  aclıq,  üstəgəl  oğurluq,  cinayət, 
təhlükə  və  toplumsal  qalmaqal  bu  illərin  görünən  tablosunu 
yaradırdı.  Amerika  ilə  İngilitərənin  Müsəddiq  kabinəsini 
sıxışdırması ekonomik anbarqoları ortaya gətirmişdi. Neft alan, 
qida  satan  yox  idi.  Minlərlə  işçi  kimi,  biz  də  işdən 
uzaqlaşdırılmışdıq. Maşallahxanın da işi dayanmışdı. O, bizdən 
biraz aralı yerdə aldığı evdə öz ailəsilə yaşayırdı. Gülnaz xanım 
Maşallahxandan  olan  üçüncü  körpəsini  də  qucağına  almışdı. 
Artıq Olqanın toxuma ürünləri satılmırdı. Demək olar ki, fəlakət 
üz-gözümüzdən  yağırdı.  Banu  xanım  anlayış  göstərərək,  icarə 
parası almırdı. O, üstəlik Qulamı da öz evinin küncündə olan tək 
bir  otaqda  yerləşdirmişdi.  O,  gilək  qadın,  qəlbi  parlaq  ağbirçək 
bir ana kimi hər üçümüzü qanadları altına almışdı. Bu dünya nə 


 
 
 
46 
 
qədər  namərd  olsa  da,  belə  mərd  insanları  görüncə,  gələcəyə 
umudsuz baxmağın bir anlamı qalmırdı. 
Artıq  ərəblərin  nefti  Tehran  hakimiyyəti tərəfindən  İranın  milli 
varlığı  olmuşdur.  Şah  qaçmış,  dönmuş,  Müssədiğin  isə  ulduzu 
parlayıb  sönmüşdü!  Anlatdığım  kimi,  Tehranda  siyasət  bazarı 
ərəb saçına dönmüşdü! Doğrudan da, o illərdə nə olub-bitməsini 
hələ  də  anlaya  bilmirəm.  Təkcə  bunu  deyə  bilərəm  ki,  Şahın 
dönməsilə  İngiltərə  də  yerini  Amerikaya  vermiş  oldu.  Amerika 
Şahın gücünü artırmaq üçün bütün olumsuz varsayımları aradan 
qaldırdı. Bazar onun əlində, qızıl onun əlində, ordu onun əlində, 
neft  onun  əlində  və  başlıca  şah  sarayı  da  onun  əlilə  idarə 
olunurdu.  Məmləkət,  sanki  qasırğadan  sonraki  sakitlik  çağını 
sürürdü.  Partiyalar,  sinifsəl  toplumlar  bağlanmış,  Milli  Məclis 
arıtlanmış,  təhsil sistemi  düzənə girmiş,  var olan beş-on iş yeri 
bütünlüklə  üsyankar  işçilərdən  təmizlənmiş,  Şah  isə  Şahənşah 
olmağa hazırlanmışdı! 
SAVAK 
Artıq SAVAK zamanı çatmışdı. Tehran  üzdə səssiz görünürdü. 
Kimsə  kimsənin  toyuğuna  “kiş”  demirdi.  Ölkədə  hər  kəs 
SAVAK-dan danışırdı. SAVAK, MUSAD, CİA bizim kimi dinc 


 
 
 
47 
 
durmaz  gənclərin  ağzından  düşmürdü.  Yeni  dövlət  alanını 
genişləndirməkdə  olan  İsrayil  Musadı  ilə,  yeni  dünya 
imperializmi sayılan Amerika CİA-silə yeni batıçılığa üz tutmuş 
İranın Savakını yaratmışdırlar. Dərbarın göz bəbəyi olan Savak 
isə,  doğrudan  da  göz  bəbəyi  olmaq  üçün  bir  anını  belə,  əldən 
vermirdi.  
Artıq  gizli  bəlgələrin  üzə  çıxma  çağı  başlamışdı.  Azərbaycan 
Milli  Hakimiyyətinin  saxlıları  araşdırılırdı.  Mənimlə  Qulam 
yenidən işə başlamışdıq. O, tikinti işinə girmişdi. Mən isə, İlyasla 
Maşallahxanın yanında çalışırdım. Qulam, iki gün öncədən evə 
dönməmişdi. Banu xanım onu oğlu kimi sevdiyi üçün, məni onu 
axtarmağa  göndərdi.  Onun  harda  işlədiyini  bilirdim.  Bu  üzdən 
Kərimxan xiyabanına getdim. Qulam, orada uca bir tikintidə fəhlə 
kimi çalışırdı. Baş işçidən Qulam haqda bilgi aldım. Onu iki gün 
öncə  qarayaxa  məmurlar  tutmuşdular.  Onunla  birlikdə  tikintidə 
işləyən beş işçi də tutuqlanmışdı! 
-
 
Onları nə üçün tutmuşlar? 
Baş  işçi:    İstərsən  get  Savakdan  sor.  Əlbəttə,  canından 
doymamısansa! Bəlli da, Şaha qarşı çıxan bütün xainlərin sonu 
budur.  O,  dönməz  yerə  getdi!  Hələ  bildiyimə  görə,  bir  də 


 
 
 
48 
 
Təbrizdən gəlmədir! Vay əhvalına! Sənin nəyin olur? Olmaya sən 
də onlardan birisən? 
-
 
Yox, mən onu küçədən tanıyıram. Mən, əldə köynək sataram. O, 
məndən köynək aldı. Tanış olduq. Burada işlədiyini dedi. 
-
 
Daha nə? 
-
 
Mən  iş  axtarmaq  üçün  buradayam.  Onu  öncə  gördüyüm  üçün 
köməkçi kimi onu sordum. Yoxsa... 
-
 
Bəlli ki, ağıllı birisisən. Mən burda sənə iş verərəm . Ancaq, öncə 
müdürə deməyim gərəkdir. Sən burada dayan, mən indi dönərəm! 
-
 
Sağol  burada  dayanıb,  səni  gözləyirəm!  Sənə  bir  şirni  borcum 
olsun! 
Onun  getməsilə  özümü  qırağa  çəkib,  qaçmaq  üçün  imkanlı  yer 
seçməyə çalışdım. Baş işçi bir azdan bir polislə (ajan) görüşüb, 
əlilə  olduğum  yeri  göstərdi.  Bu  durumu  görüncə,  tikintinin 
arxasından  fırlanaraq  qarşı  tikintinin  küncündə  gizləndim.  Çox 
keçmədən baş işçilə üç polis öncə olduğum yerə gəldilər. Məni 
görməyincə, çevrəyə dağılan polislər birazdan bir araya toplanıb 
yerlərinə döndülər. Mən isə, arxadan bir yol tapıb qaçaraq ordan 
uzaqlaşdım!  


 
 
 
49 
 
Artıq Qulamı da itirmişdik. Onun da mənimlə başlayan öyküsü 
mənsizləmişdir.  Özümü  tam  boşluqda  hiss  edirdim.  Olqanın 
bayıra çıxmasını tamamilə yasaqlamışdım. Mühacir arama sürəci 
başlamışdı.  İnanılmaz  güclü  bir  əmniyyət  şəbəkəsilə  üz-üzə 
qalmışdıq. Savak bütün insanların yaşamına kölgə salmışdı. Göz-
gözə gələn iki  insandan birinin  Savak məmuru  olması  ən doğal 
varsayım  idi!  Tehran  kimi  aşar-daşar  yerdə  küçəyə  çıxmaqdan 
belə  çəkinirdim.  Bu  arada  təkcə  mən  deyil,  Maşallahxan  belə, 
qorxu  içində  yaşayırdı.  Yeddi  uşağın  gözü  onun  əlinə  baxırdı. 
Gülnaz  xanım  Maşallahxanın  keçmiş  nisgillərinin  qurbanına 
çevrilmişdi.  Bu  isə,  erkəkliyin  qadınlığa  olan  doğal  basqısının 
göstəricisidir.  Yazıq  qadın  Maşallahxanın  dördüncü  uşağını 
saldığı  üçün,  özünü  bağışlaya  bilmirdi.  Özünü  bir  cücə  maşını 
olaraq  görən  Gülnaz  xanımın  doğma  görəvi  Maşallahxanın  da 
despotlaşmasına yol açırdı! Bir gün üzümə-üz bağlayaraq ondan 
soruşdum: 
-
 
Maşallahxan,  yeddi  uşaq,  birisi  də  yolda!  Özün  də  doğru 
olmayaraq  qatil  durumuna  düşmüş  bir  qaçaq!  Bərəkətağanın 
Savak kimi şəbəkəylə işbirlikçi olması da qaçırılmaz! Bunu heç 
düşünürsənmi? 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə