Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

 
 
 
83 
 
Mənsur:  Yaxşı, biz qabaqda, siz isə arxada, qızlar! 
Ağa  Səlim:    Cəvanşir  bəyin  daha  nə  bəhanəsi  var?  Ağaye 
Cəvanşir? 
Mən  dedim  ha  15  ilimi  Təbrizdə  keçirmişəm  Cəvanşir! 
Unutmadın  ki?  Təbriz  mənim  üçün  vətəndən  ötə  bir  vətəndir. 
Təbrizdə  insanlar  gördüm,  insanlıq  misalı!  (gülə-gülə)  Öncə 
Təbriz baş tacım Zərifə xanımın doğulduğu vətəndir! Amma daha 
önəmlisi  vətən  olduğundan  ötrü  yox,  bölgənin  ən  iri,  qabaqcıl, 
çağdaş şəhəri olduğu üçün böyük anlam daşıyır! Təbriz teatrından 
danışırdıq.  Mən,  bu  teatrın  araşdırıcılarından  biriyəm.  Təbriz 
teatrı ilə Tehran teatrını qarşı-qarşıya qoymaq olmaz! Nasirəldin 
Şah  zamanından  Təbrizdə  teatr  olubdur.  Təbriz  üç  -  Folklur, 
Mərsiyə  və  Modern  teatrı  bir  yerdə  yaşadıbdır.  Avropanın 
modern,  şiənin  dramatik,  folklurun  gah  komedi,  gah  da  tragik 
tipləri  bu  şəhərin  yaşadığı  zəngin  teatr  irsidir.  Mən  Təbrizdə 
olduğum  sürədə  50-dən  çox  səhnə  görmüşəm.  Azərbaycanın  o 
tayından tutmuş Mülyer, Şekspir kimi onlarca dünya ünlüsünün 
əsərləri türkcə səhnə alıbdır, Təbrizdə! Təbriz teatrının çəkisini 
yaxın  bölgədə  İstanbul  teatrilə,  Tiflislə,  Bakıyla  ölçmək  doğru 
olar! Təki, 1940-45 illərdə Təbrizin onlarca teatr qrupu olmuşdu. 


 
 
 
84 
 
Yönətməni dostum Səməd Dadaş olan “Təbriz Teatrı”nın ən azı 
50 kadrı var idi. 
Zərifə  xanım:    Mən  ilk  teatrı  Təbrizin  Aramiyan  Salonunda 
görmüşəm.  O  zaman  hardasa  10  yaşım  olardı.  Ondan  sonra 
Təbrizdə yay oyunları olurdu. Mənim atam hər fürsətdə bizi teatra 
götürərdi. O zaman Xeyriyyə adlı bir teatr yaranmışdı. Amma ən 
böyük teatr salonu Ərk Teatr salonu idi. Mən o salonda Məşdibad 
tamaşasını  görmuşəm!  Eşitdiyimə  görə,  indi  bütün  salonların 
qapısını çəkib bağlayıblar! 
Ağa  Səlim:    Zərifə  xanımın  dediyi  kimi,  Ərk  salonu  olduqca 
gözəl,  böyük  və  modern  salondur.  Heyf  ki,  Teatr  salonları 
gerizəkalı  faşistlər  tərəfindən  bağlı  qalıb.  Ancaq  darıxmayın, 
günəş hər zaman bulud arxasında qalmaz!     
 
Sava narı! 
Sava  Təbrizdə  narı  ilə  tanınır.  Sava  yəni  Azərbaycanın  qıp-
qırmızı, şip-şirin, iri dənəli nar torpağı! Az tapılar, öz tapılar Sava 
narı! Hər meyvədən tez qapılar Sava narı! 


 
 
 
85 
 
Ən sonunda dilədiyim üç günlük dadlı günlərimə qovuşdum. Ev 
yiyəsi bizi elə qarşıladı ki, bir an öz ailəmin yanında olduğumu 
hiss  etdim.  Elə  düşündüm  ki,  onlar  məni  aga  Səlimin  oğlu 
sanırlar.  Ancaq,  elə  deyildi.  Onlar  mənim  bir  uzaq  soydaş 
olduğumu bilirdilər. Nar bağında bizdən başqa bir neçə qonaq ailə 
də  var  idi.  Hardasa  10  dan  artıq  qız-oğlan  bir-birinə  qarışaraq 
gözəl  görüntü  yaradırdı.  Mən  səfər  boyu  ancaq  Olqanın  burada 
olmasını diləyirdim. Bəlkə də bu Sava olayı öncələr üz versəydi, 
Olqa məni buraxıb getməzdi. Çevrəmdə istənilən sayda yetişkən, 
sevimli,  bənd  olası  qızlar  varkən  imkansız  eşqə  tutulmanın  nə 
anlamı  ola  bilər  ki!  Belə  düşüncə  içində  bir-bir  narları  əlləyib 
tapışırıq  aldığım  formada  seçib  dərir  və  səbətə  qoyurdum. 
Məndən  biraz  aralı  qızlar  da  mən  görən  işi  görürdülər.  Ancaq, 
onların  nəşəsi  hara,  mənim  həsrətim  hara!  Bir  yandan  qəriblik 
duyğusu, bir yandan Olqa tutqusu, başqa yandan isə gənclərdən 
ən  azından  10  yaş  yaşlı,  yaşlılardansa  azından  20-25  yaş  gənc 
olduğuma görə tam ortada qalmışdım! 
Savadan dönər-dönməz Sovet səfirliyinin yolunu tutdum. Qapını 
döyüb  məmur  Çirnikovla  görüşmək  istədim.  Adımı  verib 
gözlədim.  Yarım  saat  sonra  qapı  açıldı.  Bir  əskər  gəlib  üzərimi 


 
 
 
86 
 
axtarandan sonra məni həyətə aldı. Beş-on dəqiqə sonra məmur 
Ladran Jernikov qarşıma tikildi: 
-
 
Cəvanşir,  6  ay  öncə  gəldin,  əli  boş  döndün!  Bu  kəz  sənə  bir 
məktub, bir də yuxarıdan gələn əmr varımdı. Olqa sənə məktub 
yazmışdı. Biz o məktubu sənə vermədən öncə oxuyub incələdik! 
Sənə  məktubu  verəcəyəm!  Ancaq,  onu  burada  oxuyub  mənə 
qaytarmaq şərtilə! Sən, Olqaya cavab məktubu yazacaqsan. Yenə 
bizim dediklərimizi yazmalısan! Birinci deyim ki, Olqanın uşağı 
öz  yanında  deyil!  O,  əmin  əllərdədi!  İkincisi,  Olqa  etdiyi 
günahların qarşılığını verir. O, bir dövlət məmuru olaraq səninlə 
evlənməməli,  uşaq  doğmamalıydı.  Bundan  sonra  onun  taleyi 
məhkəmə əlindədir. Sən onu unut! Ən yaxşısı, onu rahat burax! 
Onu sevirsənsə, bizim yazdığımız məktubu öz xəttinə çevir bizə 
ver! Biz ona çatdırarıq! İndi mənim şərtlərimi qəbul edərsənsa, 
məktubu oxumağa izn verərəm! 
Dinməz-eşitməz 
duruma  düşmüşdüm!  Əskərin  əlindəki 
avtomatdan  başqa  heç  bir  nəsnə  bu    qədər  əziz  görünmürdü. 
Keşkə  bu  avtomatın  qurşunları  ilə  içimdə  olan  nifrət  atəşini 
söndürə  bilseydim.  Bunlar  Olqanın  mənə  olan  sevdasını  tərsinə 
çevirmək istəyirlər. Ancaq, mənim də adım Cəvanşirdi. Mən də, 
az  eniş-yoxuş  görmədim  bu  dünyada!  Şərtlərini  üzdə  də  olsa, 


 
 
 
87 
 
qəbul  edərəm.  Alıb  oxuyaram  məktubu,  sonra  gözlərinin 
qarşısında yeyərəm! Yazını onların əlinə vermərəm! Ax mənim 
yazıq  sevgilim!  Yazıq  Olqam!  İndi  bu  cəlladların  əlindən  nə 
çəkirsən? 
Özümü toparlayıb dedim:  
-
 
Öncə məktubu oxuyum. İstədiyinizi yaparam! 
-
 
Yaparsan? Sözmü? 
-
 
Söz! 
Məktubu cibindən çıxarır mənə sarı tutur. Məktub əlindən almaq 
istəyirəm. Əlini uzaqladır məndən: 
-
 
Anlaşdıq!  Öncə  yazını  oxumaq  gərəkməz!  Gəl  bu  məktubu  öz 
yazınla  kopula,  sonra  Olqanın  yazısını  oxumaq  üçün  vaxtın 
olacaq!  (çibindən  bir  farsca  hazır  yazı,  bir  də  ağ  bir  kağız  və 
qələm çıxarır zorla əlimə buraxır!) 
-
 
Yox!  Mən  oxumadan  yazmaram!  Öncə  oxumalıyam.  Sonra 
yazaram! 
-
 
Onsuz  da  indiyənə  qədər  sənin  adınla  Olqaya  yazılar 
göndərilibdir. Boşuna çalışma! İstəsən də, istəməsən də bu yazı 
da  gedəcəkdir.  Sonunda  o  bu  yazılara  inanacaqdır.  Boşuna  onu 
incitmə! Onu sevisənsə, yazını yaz! Həm də onun yazısını oxu! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə