Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

 
 
 
98 
 
-
 
Aaaaa! Burası bir cənnətdir, Cəvanşir bəy! Nə gözəl bir dünya! 
Siz buranı düzəltmisiniz? 
-
 
Yox! Bunlar özləri bu dünyanı yaradıblar. Bax, bu əl boyda evləri 
özləri tikiblər! Bu onların dünyası! 
-
 
Nə gözəl ötürlər! Bu qədər səs səni yormazmı? 
-
 
Yox!  Mən  bu  səslərlə  yaşayıram!  Mənim  yaşamım  bunlardır! 
İstədiyini ala bilərsən, Çiçək xanım. 
-
 
Bunların  yaşantısı  burdadır!  Bəs  günəş,  hava,  yeyib,  içmə, 
təmizlik? 
-
 
Dedim ki, işdən sonra zamanım bunlarla keçər. Səhərlər Gülnaz 
xanım  otağı  havalandırıb  işıqlandırar.  Qalan  işləri  isə  özüm 
edərəm. 
Bunlar  mənim  eşqimdir.  Sevgimi  yalnızca  bunlarla  paylaşa 
bilirəm. Bunlar olmasa...! 
-
 
Bunlar  da  olsun,  sevgilin də  olsun! Olmazmı?  Yoxsa,  ömrünün 
sonunadək  quşlarla  yalnız  qalacaqsan?  Mən  də,  bu  quşları 
sevdim, hətta onlara aşiq belə, oldum!  Lakin,  mən bir insanam 
quş deyiləm ki! Quş gözəldir, amma öz yerində! Çəvanşir bəy, 
heç  sevgilin  oldumu?  Heç  eşq  yaşadınmı?  Mən,  sevgi  yönünü 
öyrənmədən  evlilik yoluna düşdüm! Evləndim ki, sevəm!  Sevə 
bilmədim, sevilmədim, acı çəkərək ayrıldım. Çünki, nar bağında 
ardı-ardına nar açmama baxmayaraq, bir kərə də olsun, könlümü 


 
 
 
99 
 
aça bilmədim! Nə olursa olsun, mən bir qız idim! Geri qalmış bu 
toplumda qızın sevgisi, hicab qaranlığında saxlıdır! Hətta mənim 
kimi bir aydın və hicabsız ailə qızının belə, taleyi toplumdan ayrı 
deyil! 
Çiçək  xanımın  cəsarətindən,  otaq  bir  ocağa  dönüb  məni 
təpəmdən-dırnağa  qədər  yandırırdı.  Qısası,  yanğın  içinde  alov-
alov  yanırdım!  Nar  bağında  xoşbəxt  görünən  o  insan,  olmaya 
mənim  kimi  bir  qarabaxt  birisidir?!  Bu  könül  çalan  kim  ola 
bilərdi. Qız bunları niyə mənə deyir? Beynimdə min sual doğdu. 
Amma nə soruşa bilirdim, nə də soruşmağa gücüm vardı! Olqayla 
qaldığım  ilk  gecənin  qorxusunu  xatırladım!  20  il  öncə  20  yaş 
gənc, ilk sevdalanma! 20 il sonra, 20 il yaşlı! Həmin qorxu, həmin 
həyəcan! Hər ikimiz başımızı quş otağının bir küncünə dikmişdik. 
Danışmaq  sırası  məndəydi.  Çiçək  dumanlı  gözünü  mənə  sarı 
çevirdi: 
-
 
Ağa Cəvanşir?... 
Sözü ağzından çıxmamışdı ki, ayaq səsləri hər ikimizin diqqətini 
qapıya çəkdi! 
-
 
Buyurun içəri! Lütfən buyurun! 


 
 
 
100 
 
Ağa Səlim:  Yersiz gəlməmişik ki? 
-
 
Lütfən buyurun! Mənim quş yuvama xoş gəlibsiniz! 
-
 
Ağa  Səlimin  ardından  Zərifə  xanım,  Çinar  xanım  da  içəriyə 
girdilər. Gülnaz bacı qonaqlara yer olsun deyə, qapının ağzında 
dayandı. 
Zərifə xanım:  De niyə Çiçək qaça-qaça buraya gəldi. Bax! Nə 
gözəl quşlardı bunlar! 
-
 
Bunları adları nədir, ağa Cəvanşir?  
-
 
Bunlar Çalıquşudur. Azərbaycanda bunlara çitiquşu, çatıquşu da 
deyilər. Çox sevimli quşlardı. 
-
 
Bəs niyə ayrı quşun yoxdu? Bəlli ki, bu quşları çox sevirsən! 
-
 
Doğrudur!  Bu  quşları  çox  sevirəm.  Bunların  özəlliyi  başqa 
quşlardan fəqlidir. Bir araya gəlməzlər. 
Ağa Səlim:  Bunları saxlayası çox zaman oldu, eləmi? 
-
 
Hə yeddi ildən çoxdu! Əslində, bunlardan öncə tək quş alırdım. 
Hərəsi  beş-altı  aydan  sonra  ölürdülər.  Sonra  bir  erkək-maya 
aldım,  qaldılar.  Qalanlar  hamısı  onların  balasıdır.  Bax,  onlar 
küncdə! 


 
 
 
101 
 
Çiçək  xanım:    Bunların  hamısını  ağa  Cəvanşirdən  öyrəndim. 
Öyrənmədiyim  bəzi  bilgilər  də  sonraya  qalsın!  Olarmı,  ağa 
Cəvanşir? 
-
 
Təbii, təbii! Nədən olmasın, sevə-sevə! 
Bir teatr seminarına görə, ağa Səlimlə birlikdə Qəzvinə getmək 
gərək idi. Çiçək xanım iki gün bizdən öncə Qəzvin üniversitetinin 
ustadlığı  üçün  o  şəhərdəydi.  O,  bizim  oraya  getdiyimizi 
öyrənincə,  bizi  gözləmişdi.  Mənim  bu  işdən  xəbərim  yox  idi. 
Ancaq, Qəzvinə çatınca ağa Səlim Çiçəyin də hoteldə olduğunu 
söylədi!  Əslində,  Çiçək  adı  canıma  qurd  salırdı!  Çox  qəribə 
hissiyatım oyanırdı! Bu üzdən Çiçək xanıma vurulduğumu hiss 
edirdim! Hələ quş otağı olayından sonra onun da mənə qarşı boş 
olmadığını  anlayınca,  bu  duyğu  daha  da  artdı.  Mənim 
durumumdan  bu  ailədən  olan  kimsənin  bilgisi  yox  idi.  Onlar 
mənim  subay  oğlan  olduğumu  düşünürdülər.  Onlar  məni,  hələ 
gənc sayılan bir yetişkin, ədəb-ərdəm bilən, işi, pulu olan birisi 
görmək istəyirdilər! 
Qəzvin  Seminarından  sonra  axşam  yeməyi  üçün  hotelin 
restoranına getməli idik. Çiçək xanım restorana getmək istəmirdi. 


 
 
 
102 
 
O,  hoteldə  bizi  gözləyəcəkdi.  Ağa  Səlim  mənim  meylsizliyimi 
görüncə dedi: 
-
 
Görünür,  biz  qocaların  yanında  olmaqdan  sıxılırsan.  İstərsən 
axşam  yeməyini  Çiçəklə  birlikdə  yeyin,  gəzin,  dolanın.  Gecə 
hoteldə görüşək!  
-
 
Olur! Çiçək xanım da sıxılmaz. 
Quş  otağı  olayından  sonra  ilk  kəz  Çiçək  xanımı  görürdüm. 
Otağının  nömrəsini  atasından  öyrənmişdim.  Ancaq  nəzakət 
olaraq,  hotelin  danışmanlığından    onun  otağına  telefon  etməyi 
rica etdim: 
-
 
Çiçək  xanım  salam,  mənəm  Cəvanşir.  Atanızın  istəyilə  sizi 
almağa  gəlmişəm.  Nə  zaman  hazır  olsanız,  aşağıda 
resepsiondayam. 
-
 
Tamam birazdan enərəm. İstərsiniz, yuxariya çıxa bilərsiniz! 
-
 
Yox! Burada gözləyirəm. Gedək şam yeməyə! 
-
 
Tez enirəm! 
Çiçək xanım, göy ətəyi, ağ buluzu ilə mənə sarı gəlirdi. Ürəyimin 
çırpıntısı, hər irəli addımıyla çoxalırdı. Bu durumdan qurtulmaq 
üçün,  ona  sarı  yürüməyə  başladım.  Gözləri  ildırım  sayağı 
gözlərimi dəlib, sanki ürəyimi param-parça edirdi! Gözlərindən 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə