Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

 
 
 
88 
 
-
 
Yox!  Mən  yazmayacağam!  Yazmayacağam!  Buradan  ölümüm 
belə çıxsa, sevgimə xəyanət etməyəcəyəm! Mən türk ilə sən rusun 
fərqi burdadır! 
Artıq Olqanın bir il öncə buraxdığı oxunmamış məktubun oxuma 
zamanı  çatmışdı!  Teatr  bufetindən  bir  kek  və  çay  alıb  otağıma 
döndüm! Əlimi ürəyimin başına qoydum. Bir il öncədən bükülü 
qalmış  yaylığın  içindən  yazını  alıb  oxumağa  başladım.  Yazı 
türkcə  yazılmışdı:  Yazı  Olqanın  yazısı  idi.  O,  öyrəndiyi  əski 
əlifbayla yazmışdı: 
-
 
Cəvanşir  artıq  mən  bu  cəhənnəmdən  qurtuldum!  Səninlə 
vidalaşıram!  Səninlə  acı-dadlı  çox  günlər  yaşadıq.  Amma 
göründüyü kimi səninlə mən başqa-başqa dünyaların adamıyıq. 
Bizim  bundan  sonra  görüşməyimiz  imkansızdır!  Uşağı  gözəl 
böyütməyə çalışacağam. Özünə yaşam qur! Sən layıq insansan! 
İstədiyin  bir  qızla  evlən  və  bizi  unut!  Bir  də  dəlilik  edib  Sovet 
Azərbaycanına  girməyə  qalxma!  Tutular  casusluq  hökmu 
yeyərsən.  Səni  Sibirlərdə  çürüdərlər.  Ölünü  qurd-quşa  yem 
edərlər! Məni və uşağını unud! 
     Olqa 


 
 
 
89 
 
Əlim-ayağım titrəyirdi. Otaqdan çıxıb izn almadan evə sarı yola 
düşdüm. Gedərkəm Daş Mehdi qarşıma çıxdı: 
-
 
Canım  şahdamad!  Bu  tələskənlik  nə?  Çiçəkçiyəmi?  Yardımçı 
istərsən Daş Mehdi nökərin burda! 
Nə  zaman  taksıya  minib  evə  yetişdiyimi  biləmədim.  Gülnaz 
xanımla  uşaqlar  həyətdə  dolaşırdılar.  Salam  belə,  vermədən 
ufacıq  otağıma  girdim.  Olqaya  aid  olan  bütün  əşyaları  otağın 
arasına topladım. Olqaya aldığım dörd bucaq əl boyda gözgünü 
taqçadan alıb nifrətlə yerə çırpdım. Gözgü bir an içində xalçanın 
üstünə  dağıldı.  Gözgünün  darma-dağın  olması  ilə  arxasında 
saxlanan  bir  paket  ayaqlarımın  önünə  düşdü!  Titrək  əllərimlə 
paketi  qaldırdım.  Paketin  üstündə  yazılmışdı:  “Ömürcə,  ölüncə 
sevgilim Cəvanşirə!” 
Əl-qolum  yanıma  düşdü!  Otaq  başıma  dolandı!  Önümdə  bir 
bardaq su ilə üzərimə uzanmış bir sevimli əli gördüm: 
-
 
Cəvanşir oğlum yenə nə oldu? Gəl bu suyu iç! Əlin qanayır. Gəl 
bağlayım! 
Bir  söz  demədən  özümü  Gülnaz  bacının  qucağına  atdım.  İndi 
ağlamaq zamanıdır! Ağla ürəyim ağla! 


 
 
 
90 
 
Həyətin  hovzunun  qırağında  oturmuşdum.  Qarşımda  bir  bardaq 
çay,  bir də açılmamış  paket  məni  izləyirdilər! “Ömürcə, ölüncə 
sevgilim  Cəvanşirə!”  Bu  yarım  cümlə  yaşamaq  üçün 
yetməzmidir? Yazının mətnində nə var ki, bu yarımcıq cümlədən 
daha  anlamlı  olsun?  Bu  sözcüklər,  məni  yenidən  çalıquşuna 
döndərməyə  yetərli  deyildirmi?  Nə  olursa-olsun,  Olqa  sırrının 
çözülməsi gərəkirdi. Oturub Olqa, Olqa deməklə imkansız dünya 
yaratmaq  olmaz  idi.  Yenidən  əski  günlərə  qayıdmağıma  izin 
verəməzdim! 
Paketi  açıram!  Oxuma  cəsarətimi  toparlayıram.  Yazını 
oxuyuram: 
-
 
“Sevgili Cəvanşirim! Bu yazını oxuyub-oxumadığını bilməyirəm. 
Bəlkə  tez,  bəlkə  gec,  Bəlkə  də  heç  vaxt!  Bu  yazını  öz  iradəmlə 
yazıram. Bu yazı öz iradəmlə yazılan ilk və son yazım olabilər! 
Burada nələr yazıramsa səninlə mənə özəldir. Ürəyimin gəlmiş-
keçmiş ən sevimli erkəyi Cəvanşir! Mən sabah bəlirsiz bir yola 
çıxıram!  Mən  bu  yola  çıxmalıyam!  Çıxmasam  əgər,  iki  dövlət 
altında  özümü  də,  səni  də,  balamızı  da  əzgin  duruma  soxa 
bilərəm!  Mən,  sənin  balan  üçün  canımı  verməyə  gedirəm!  Bir 
NKVD-yə  təslim  olmaq,  iki  SAVAK  və  NKVD  arasında 
qalmaqdan  doğrudur.  Elə  bir  yoldayam  ki,  səni  də,  balamı  da 


 
 
 
91 
 
özümlə yandıra bilərəm. Mən rusların əlindən qurtula bilmərəm! 
Onları  yaxşı  bilirəm.  Ancaq  səni  və  balamızı  qurtara  bilərəm. 
Mən  öz  sözlərimdə  sənin  mənim  kim  olduğumdan  xəbərsiz 
olduğunu  deyəcəm!  Mənim  haqqımda  ən  kiçik  bilginin 
olmamasını söyləyəcəyəm. Bu səni qurtaracaqdır. Sən də rusların 
üzərinə  çox  getmə!  Onlar  acımasız  qatillərdir! Hitlerlə  Stalinin 
adları  və  milliyyətləri  fərqli  olsa  belə,  içləri  eynidir!  İkisi  də 
faşistdir, adam oldürəndir, ikisi də xəstə liderdir! 
Cəvanşir! Bilirəm ki, səni məndən ayıracaqlar! Bilirəm ki, ikimizi 
də  uşağımızın  üzünə  həsrət  qoyacaqlar.  Ən  azından,  mənim 
uşağımızı  görmək  şansım  var!  Sənin  o  da  olmayacaq!  Bu  çox 
üzücü, amma bir yandan da yaxşıdır. Çünki, sənin balandan heç 
təsəvürün  olmayacaqdır.  Mən  isə,  balamızın  doğum  sancısını, 
ondan olan təkcə xatirəm kimi özümlə torpağa aparacağam! 
Əzizim, sevgili həyat yoldaşım! 
Bu  sonbahar  bizim  də  son  baharımız  olacaqdır!  Bütün 
sevgilərimlə, ürək boyda dünyamla səni ulu tanrıma tapışırıram. 
Sevdiyinə yem olmuş Qurdananın “Yahu”suna, “Qurd”una and 
verirəm ki,  məni  nifrətlə  anma,  nifrətlə  qarqışlama,  nifrətlə  sev 
məni, nifrətlə seviş mənimlə! Ötəcəksə, iki eşq bülbülündə ötsün 
ruhumuz!  Sən  çalıquşunu  sevərsən.  Məni  çaliquşu  edib,  ağzı 
bağlı qəfəsdə tut! Mən sürəkli sənə ötəcəyəm! Ancaq unutma ki, 


 
 
 
92 
 
yaşam bizsizdə sürəcəkdir. Yaşama bağlan sevgilim. Özünü  ələ 
vermə, özgür yaşa! Özgürlüyün necəliyini özün seç! 
Sevgili  yaşam  yoldaşım!  Bizi  sındırmaq  üçün  məndən  sənə, 
səndən  isə mənə  yazılar  gələcək!  Mən  bu  sistemi  bildiyim  üçün 
onlara əsla inanmaram. Basqı altında yazılarıma inanma! Bizim 
aramızda təkcə bir məktub yazılıb, sadəcə bu məktub! 
Sevgilim  mənim!  Ümid  edirəm,  çox  gec  olmadan  aldığın  eşq 
gözgüsünü nifrətlə qırıb saxlı sözlərimi bu məktubun sətirlərindən 
oxumuş  olasan!  Əgər  bu  şansı  əldə etsən, çox  xoşbəxt  olaram! 
Təbi ki, rus cəlladlarının əlində ölməsəm! Ruslarda belə bir misal 
var: “Клин клином вышибают. – Çivi çiviyi söker!”onlar, yüz 
minlərcə kimi məni də ufacıq bir çivi yapılar ki, vaxtı gəlincə dev 
çivilərlə söküb tullasınlar! 
Səni bir daha ruhuma and verirəm ki, məni ölmüş bil! Yaşamağa 
yox  demə!  Yeni  bir  sevgi  bul!  Yox!  Məni  də,  yaşamından 
çıxarmaq istəmirsən sə, bir cift çalıquşunu bir qəfəsdə tut! Eyni 
mənim tutduğum kimi! 
           “Ömürcə, ölüncə sevgilim Cəvanşirin Olqası!”  
           1955-10-25 
 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə