Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

 
 
 
78 
 
səssizlikdən sonra, otaqdan çıxmaq üçün izn istədim. Əlilə mənə 
otur  işarəti  edərək,  otaqdan  çıxdı!  Biraz  sonra  iki  çayla  otağa 
girdi! Ağa Səlimdən görmədiyim bir mülayimlik görürdüm! Həm 
utanır,  həm  isə  çaşmışdım.  O,  çayı  qarşıma  qoyub  öz  yerinə 
yerləşdi: 
(Gülər  üzrə):  Hə  harda  qalmışdıq!  Dedim  ki,  sabahdan  sonra 
məhərrəmlikdir.  Tamaşaxana  tətildir.  Mən  “Daş  Mehdiyə”  (baş 
qorucu)  tapşırmışam!  Sabahdan  sonra  üç  gün  yoxuq.  Ailəlikcə 
“Sava”da yerləşən Təbrizli bir dostun nar bağına dəvətliyik. Sən 
də bizimlə gəlirsən. Etiraz istəmərəm! Dayan! Öncə ailəmlə tanış 
olmağını istərdim! (İş masasının yuxarı çəkməcəsini açaraq qara 
rəngli  bir  telefonu  üstə  qoyur.  Nömrəni  yığandan  sonra 
danışmağa başlayır: Salam neyləyirsiniz? Zərifə bax! Bu gecə bir 
təbrizli qonağımız var. Ətin suyunu artır. Yer hazırla!) 
Bu ağa Səlimə nə olduğunu bilmədim! Məndən fikir istəmədən 
hökm kəsmişdi. Qarşılığım onun istəyi kimi oldu: 
-
 
Ağa Səlim, sağolun, hacı xanıma zəhmət olacaq! 
-
 
Hacı xanım deyil, Zərifə xanımdı! Sənin gəlişin bizə xoşdur! İndi 
dön işinə! 


 
 
 
79 
 
Bizdən biraz Topxanaya doğru böyük bir çiçəkçi var idi. Oraya 
gedib: 
-
 
Salam! Bir gözəl buket istəyirdim! 
-
 
Çiçəkci  üzümə-başıma  baxaraq:  Necə  bir  buket  olsun.  Elçilik 
üçünmü? 
-
 
Yox, yox! Daha gözəl olsun! 
Çiçəkçi: (Gülə-gülə) Anladım, anladım! 
 Çiçək  buketini  alıb  otağıma  dönərkən  “Daş  Mehdi”  qarşıma 
çıxır: 
-
 
Salam  müdür  bəy. İnşallah  elçilikmi?  Bizi  unutma  ha!  Xoşbəxt 
olasınız!  Sən  yaxşı  insansan!  (Əllərini  göyə  qaldırıb  “Amin!” 
deyib gülümsəyir!) 
-
 
Salamüləleyküm  Daş  Mehdi  bəy!  Hanı  bizdə  o  şans!  Olarsa, 
xəbərin olar dostum! 
-
 
Xəbərim  oldu  belə,  dostum!  Mən,  insanın  gözünün  nəşəsindən 
anlaram!  Biz,  daş  cəmiyətiyik,  arifik!  İşarətdən  qanarıq!  Mərd 
oğulun dili deyil, gözləri danışar! Sən, Daş Mehdiyə söz demə, 
gözünə bax yetər! Ulu tanrıdan türk oğlumuza rüxsət çıxmış! Daş 
Mehdi, havasına dadaş olmamış! Oğlum, igidin dilinin nə deməsi 


 
 
 
80 
 
deyil, sevdalı gözləri Daş Mehdiyə danışar! Bacımız da özün kimi 
türkdür, İnşallah! Olmazsa olmaz ha gözəl dadaş!  
Özümlə  yaşıd  Mehdi,  yenə  əllərini göyə  qaldırır  üzünə  çəkərək 
“Amin”  deyib,  əlindəki  36  aşıqlı  təsbeyini  fırladaraq  gülə-gülə 
əlini çiynimə vuraraq uzaqlaşır!  
Axşam  radələrində  ağa  Səlimin  açıq  qırmızı  Ford  markalı 
maşınıyla  evlərinə  sarı yola  düşdük.  O,  əlimdə  buketi  görüncə, 
təşəkkür edərək incə davranışımdan məmnun olduğunu bildirdi. 
Bir  çox  yol  kəsməsindən  sonra  tanımadığım  gen  küçənin  içinə 
yetişərək böyük bir qapının yanında dayandı. 
Öz  açarıyla  qapını  açıb,  “Ya  allah”  səslədi.  Güllü-çiçəkli 
baxçanın qarşısından orta yaşlı qırmızı köynəkli, yarım çadıralı 
bir xanım bizi qarşıladı. O, gərçəkdən də incə və zərif xanım idi. 
Buketi “Zərifə” xanıma verdim. İncə davranışıma görə, təşəkkür 
edərək qucağına aldı! 
İlk  kəz  luks  bir  mobilyanın  üstündə  oturduğum  üçün  yerimdə 
oynaxlayırdım.  İlk  öncə  ağa  Səlimin  15-16  yaşlı  oğlu  ilə  tanış 
oldum. O, Mənsur adlı utancaq, ucaboy biri idi. Birazdan 26-27 
yaşlı  Çiçək  adlı  evin  ikici  qızı  ilə,  ardıca  Çıçəkdən  biraz  kiçik 
görünən  Çinarla  tanış  oldum!  Zərifə  xanımın  anlatdığına  görə, 


 
 
 
81 
 
evin  böyük  uşağı  Çilək  iki  uşağı  və  ərilə  birlikdə  İsfəhanda 
yaşayırlar. O, çox fəxrlə qızının ərinin yaxın gələcəkdə təyyarə 
kapitanı olacağını deyirdi. Sözsüz ki, hər ana kimi Zərifə xanım 
da belə gürəkənlə fəxr etməli idi. 
Ağa Səlimin çox açıq, aydın və elit ailəsi var idi. Bu günə kimi 
gördüyüm  ən  sosial  ailə  ilə  tanış  olurdum.  Ailənin  hamısı 
oxumuş,  düşüncəli,  toplumçu  insanlar  idi.  Çilək  Tehran 
universitetinin  su  məhəndisliyini  bitirmişdir.  Çiçək  yenicə  orta 
məktəbə dekan  seçilmişdi. Zərifə  xanımın  dediyinə  görə, Çiçək 
Tehranın ən gənc qız dekanı sayılırdı. Çinarsa Tehranın Amerika 
Kalejinin  İngilizcəsini  bitirmək  üzrəydi.  Bir  azərbaycanlı  türk 
ailəsinin  bu  yüksəklikdə  yaşam  səviyyəsini  görür,  qurur 
duyurdum.  Ağa  Səlimə  belə  bir insan  olduğuna  görə  simpatiya 
duyurdum.  O da  bizim  insanlardan biri  idi.  İlk tanışlıqdan  bəri, 
ağa Səlimin belə böyük insan olduğunu bilmirdim. O, evində bir 
Azərbaycan 
yaratmışdı.  Ev  başdan-başa  Azərbaycanın 
ünlülərinin  resimləri  ilə  bəzənmişdi.  Mən  onların  bir  çoxunu 
tanımırdım. Ancaq, azərbaycanlı olduqlarından əmin idim. Dili, 
kültürü, havası türk olan bir ailənin, sözsüz ki, tabloları da türk 
olacaqdır. Bu üzdən “Kamil Səlim Ərdəbili” ömür boyu mənim 
üçün bir çətin örnək olaraq ürəyimdə yer saldı!           


 
 
 
82 
 
Tehrandan  Savaya  ağa  Səlimin  maşınıyla  gedəcəyimdən 
sıxılırdım. Onların özləri beş nəfər idi. Mən isə, artıq adam idim! 
Bu üzdən Savadan söz gedincə, utana-utana getmək istəmədiyimi 
dedim: 
Ağa Səlim:  Tamam! Burada şam başında, getməməyinə görə bir 
olumlu  nədənin  olarsa,  sözünü  qəbul  edərik.  Yox  olmazsa, 
bizimlə gəlməlisən! 
-
 
Mən, sizə yük olmaq istəməzdim, ağa Səlim! 
Ağa  Səlim:    Uşaqlardan  soruşaq,  siz  necə  düşünürsünüz  Zərifə 
xanım? 
-
 
Ağaye Kərəmi  bizim öz ailəmiz  kimidir.  Ailəsi  də, evi də bizə 
doğmadır. Uşaqları bizi bibi, dayı səslərlər. Mənim də uşaqlarım 
eynən! 
Çiçək:  Mənə görə də, bir işiniz yoxdursa, bizimlə gəlin. Gözəl 
günlər olar. Bizə də, sənə də yenilikdir. 
Çinar:    Nədən  sıxılırsınız?  Atanın  maşınında  altı  nəfər  rahatca 
yerləşər.  (gülə-gülə)  Çox  rahatda  olmasa  sıxışıb  oturarıq!  Cəmi 
iki-üç saatlıq yoldur! Kişilər qabaqda oturar, qadınlar arxada! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə